34
bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə
tələbatını ödəyir. Bu prosesdə o, öz inkişafında
irəliyə doğru
müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyələnir.
Beləliklə, ziddiyyət həll olunur.
Təlim prosesində tələbələr qarşıya qoyulmuş yeni idrak
vəzifələri ilə – zehni məsələlərlə (problemlərlə) mövcud bilik
və bacarıqlar, formalaşmış təfəkkür tərzi arasındakı
ziddiyyət-
lərlə tez-tez qarşılaşmalı olurlar. Onlar elmi problemin həllində
biliklərinin kifayət etmədiyini dərk edir, yeni biliklər əldə
etməyə tələbat duyurlar. Nəticədə öz biliklərini artırmaqla
problemi həll edirlər. Bu da onları yeni axtarışlara,
yeni prob-
lemlərin həllinə həvəsləndirir, elmi biliklərə tələbat yaradır.
Bunu nəzərə alaraq ali məktəb müəllimi tələbələri daha çox
idrak və təlim problemləri ilə qarşılaşdırmalı, müstəqil problem
qoyub həll etməyə sövq etməlidir. Yalnız
bu halda zehni
inkişafdan danışmaq olar.
Digər sahələrdə (mənəvi, fiziki, əmək və s.) də inkişaf bu
yolla baş verir.
Şəxsiyyət
müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət,
təlim, tərbiyə, təbii və sosial mühit, insanın özünün şəxsi fəal-
lığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla
əlaqədar
şəxsiyyətin inkişafına dair müxtəlif
nəzəriyyələr
meydana gəlmişdir. Onları dörd qrupa ayırmaq olar:
bioloji
amillərin rolunu şişirdən, sosial amillərin rolunu şişirdən, hər
iki amili birgə qəbul edən və bütün
amilləri vəhdətdə götürən
dialektik nəzəriyyələr.
Dostları ilə paylaş: