M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə18/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə 
malik olan şüurlu və fəal fərd başa düşülür. Şüurluluq və fəallıq 
– şəxsiyyətin əsas atributlarını təşkil edir. Şüur insanın bilik və 
münasibətlərində, məqsəd qoyub onu həyata keçirməkdə ifadə 
olunur. Mənlik hissi isə özünü dərk etməkdə, özünüqiymət-
ləndirmədə və s. təzahür edir. İnsan cəmiyyətə və başqa adam-
lara münasibətdə özünə – öz “Mən”inə düzgün (adekvat) və 
yanlış (qeyri-adekvat) qiymət verə bilər. Birinci hal insanda 
borc və məsuliyyət hissinin yaranmasına, ikinci hal isə fərdiy-
yətçiliyə (eqoizmə) gətirib çıxarır. 
Şəxsiyyətlər müxtəlif olur: mütərəqqi və mühafizəkar
mənəviyyatlı və mənəviyyatsız, sağlam və xəstə və s. Başqa 
sözlə, şəxsiyyət inkişaf və ya tənəzzül edə bilər. Hər iki hal, ilk 
növbədə, sosial baxımdan şərtlənir. Şəxsiyyətin tənəzzülü qey-
ri-əxlaqi və hüquqazidd əməllərlə, habelə narkomaniya və al-
koqolizmə, xəstəliklərlə (nevroz, skleroz və s.) bağlı baş verir. 
Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və 
mürəkkəb prosesdir. Burada iki proses dialektik şəkildə üzləşir: 
sosiallaşma və fərdiləşmə. Sosiallaşma (ictimailəşmə) insanın 
cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai müna-
sibətlərə daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. 
Fərdiləşmə isə bu prosesdə insanın müstəqillik, nisbi avtonom-
luq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlə-
rində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin forma-
laşmasında ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir. 
Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə 
başqalarından fərqlənən şəxsiyyət deməkdir. Fərdiyyət insanın 
temperament və xarakterində, tələbat, maraq, intellekt və qabi-
liyyətlərində təzahür edir. Tərbiyə işində hər bir insana fərdiy-


33 
yət kimi yanaşmaq, hər kəsin ozünəməxsusluğunu qoruyub sax-
lamaq və inkişaf etdirmək vacib şərtdir. Gözoxşayan, ətirli çə-
mənlik rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də 
çox müxtəlif fərdiyyətləri ilə gözəldir. Vaxtilə insanları vahid 
bir ideologiya və dünyagörüşü əsasında, vahid formada tərbiyə 
etməyə çalışan totalitar sovet rejimi, onun təhsil sistemi hamını 
bir “qəlibə” salmağa, gənc nəsli canlı robotlar kimi yetiş-
dirməyə, fərdiyyəti boğmağa çalışırdı.
İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İn-

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin