46
nə qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə
uğur qazana bilər.
Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı
ilə bilavasitə bağlıdır. Tələbələrin yüksək səviyyədə təşkil olun-
muş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyənin də vacib şərtidir.
Tələbə əmək, idman,
elmi-texniki, bədii və ictimai-siyasi fəa-
liyyət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyət-
lərinə yiyələnir, ictimai təcrübə qazanır, həyatı və insan müna-
sibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir,
gələcək
mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Şəxsiyyətin keyfiyyəti – möhkəm
dayanıqlı motivlərlə
dayanıqlı davranış formasının vəhdətinə əsaslanır. Eyni bir
davranış forması (məsələn, təlimə səylə yanaşmaq)
motivdən
asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc
hissinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət)
qazanmaq naminə təlimə səy göstərə bilər. Bunlar zahirən eyni
forma olsa da, əslində şəxsiyyətin müxtəlif keyfiyyətlərini ifadə
edir.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər
sırasında ünsiyyətin, xüsusən
pedaqoji ünsiyyətin düzgün qu-
rulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəxsiyyəti, fəa-
liyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır.
Demokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri
daha güclüdür. Müəllim-tələbə münasibətləri
əməkdaşlıq prinsi-
pinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəxsiyyət kimi, gə-
ləcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə,
hörmət və tələbkarlıqla yanaşmalı,
yüksək pedaqoji məharət,
müsbət nümunə göstərməli, hər işdə ədalətli olmalıdır.
Tələbə gənclərin şəxsiyyətinin inkişafında
tələbə kol-
lektivi də güclü təsir göstərir: kollektiv tələbələrdə qarşılıqlı
münasibətlərin, kollektivçilik hissinin formalaşmasına, şəxsi və
ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin
ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tə-
ləbələr kollektivin rəyinə həssaslıqla yanaşır və ona ciddi
47
reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin for-
malaşmasına, onun ayrı-ayrı neqativ hallara qarşı yönəldil-
məsinə, haqqın, düzlüyün,
ədalətin müdafiəsinə, kollektivdə
səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən
amillər sırasında tələbələrin
elmi biliklərə, bəşəri və milli də-
Dostları ilə paylaş: