Ünsiyyət (kommunikativ) qabiliyyətləri – adamlarla
qarşılıqlı münasibət yaratmaq bacarığında ifadə olunur. Bu
bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə düzgün ünsiyyət
yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır,
təlim-tərbiyə işində yüksək nəticələr əldə edirlər. Pedaqoji
ünsiyyət müəllimin bir sıra müsbət keyfiyyətlərə yiyələnməsi ilə
57
şərtlənir: nikbinlik, xeyirxahlıq, humanizm, ünsiyyətçilik, əda-
lətlilik, həssaslıq, diqqətlilik, qayğıkeşlik, hörmət və tələbkar-
lıq, insanı başa düşmək qabiliyyəti, insana inam və s. Əsl mü-
əllim məhz bu keyfiyyətlər sayəsində tələbələrlə düzgün ün-
siyyət yarada bilir, ünsiyyət növlərini (rəsmi və qeyri-rəsmi
ünsiyyəti) düzgün əlaqələndirir, öz işini demokratik ünsiyyət
üslubunda qurur (əməkdaşlıq, mülayim ton, xahiş, məsləhət,
tələbələrin maraq və tələbatlarının, rəy və arzularının nəzərə
alınması və s.). Belə müəllimin ünsiyyət fəaliyyəti dəyişməz
qalmır, dinamik səciyyə daşıyır: vəziyyətdən, məqsəddən, tələ-
bələrin davranışından və s. asılı olaraq ünsiyyətin məzmun və
xarakteri, müraciət tonu da dəyişir. Konkret şəraitdən, insanın
tərbiyə səviyyəsindən asılı olaraq müəllim ciddi və mülayim,
ironik və qəzəbli, avtoritar və liberal ola bilər. Eləcə də onun
hissi-emosional halı gizli simpatiyadan soyuq münasibətə sə-
mimilikdən sərtliyə və əksinə keçə bilər.
Ünsiyyət prosesində insanın başqa adamları qavraması və
onlara münasibinin xarakteri bir çox amillərlə bağlıdır. Aparıcı
amillər kimi şəxsiyyətin dünyagörüşü, əqidə və baxışları, tə-
ləbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, baş-
qa adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi
(onun hansısa maraqlarının ödənilməsində iştirakı) mühüm rol
oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin edilməsi
vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ
və pozitiv, kəskin və sakit) münasibət göstərir. Neqativ şəx-
siyyət tipli adamlarda sərtlik, kobudluq, kinlilik, qapalılıq və s.
bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa
adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi
planda qavrayır və onlara mənfi emosional münasibət bəslə-
yirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda isə pozitiv
tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl
eynəklə” baxır, onları müsbət planda qavrayır və onlara müsbət
emosional münasibət bəsləyirlər.
Neqativ və pozitiv ünsiyyət tipləri müəllimlər içərisində
58
də özünü göstərir. Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı
yerinə yetirməyən tələbəyə müəllimlərdən biri deyir: “Xəs-
təliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa
sıfır (0) bal yazacağam”. Digər müəllim isə başqa mövqedən
çıxış edir: “Xəstələnib tapşırığı yerinə yetirmədiyin üçün çox
heyfslənirəm. Amma imkan olanda tapşırığı yerinə yetirərsən.
Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi,
iki müəllim eyni vəziyyətə çox fərqli münasibət bildirir: birinci
halda neqativ, ikinci halda isə pozitiv ünsiyyət tipi özünü
göstərir. Birinci müəllim tələbəyə sadəcə tərbiyə obyekti kimi
baxırsa, ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi ya-
naşır, insanı ali dəyər kimi qiymətləndirir və ona bu cür də
münasibət göstərir. Hər bir müəllim özündə və tələbələrində
insana münasibətdə humanist kommunikativ özək formalaş-
dırmağa çalışmalıdır. Belə olduqda müəllim tələbələrlə normal
ünsiyyət qurur, onun nüfuzu da yüksəlir.
Ünsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm
yer tutur. Pedaqoji takt – müəllimin tələbəyə səmərəli təsir
vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəyyən ölçü hissi
gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt
ünsiyyətdə müəyyən hədd gözləməkdə, həddi aşmamaqda,
“qızıl orta xətt” tapmaqda ifadə olunur. K.D.Uşinski bu mü-
nasibətlə yazırdı ki, məktəbdə zarafata yol verən (lakin bütün
işi zarafata çevirməyən) ciddilik, şitliyə keçməyən mülayimlik,
yersiz irada və qərəzçiliyə çevrilməyən ədalətlilik, həddini
aşmayan xeyirxahlıq, xırdaçılığa keçməyən qayda-qanun və ən
başlıcası isə müntəzəm ağıllı fəaliyyət hökm sürməlidir.
Pedaqoji fəaliyyətin bütün sahələrində – təlimdə, tərbiyə
işində, ünsiyyət və rəftarda, təsir metod və vasitələrində, hissi-
emosional sahədə, müəllimin danışıq və davranışığında ölçü
hissi gözlənilməlidir. Ünsiyyət prosesində həddi aşmaq, israf-
çılıq əks nəticələrə gətirib çıxarır: hədsiz tələbkarlıq itaətsizlik
doğurur, hədsiz yumşaqlıq saymazyanalığa səbəb olur, hədsiz
tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli
59
və etiraz doğurur.
Pedaqoji takt yaranmış çətin situasiyadan ustalıqla
çıxmaq bacarığında da özünü göstərir.
Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim neqativ-
mənfi yönəlişliyi (ustanovkanı) pozitiv- müsbət yönəlişliklə əvəz
etməyə çalışır. Tələbə söhbət etməklə mühazirəyə mane olur. Bu
zaman müəllim özündə yaranmış mənfi emosiyanı (qışqırıq, hədə,
cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz
etməklə gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan
oğlan, görünür ürəyin sözlə doludur, söhbətin bir hissəsini
tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu qatıblar”).
Pedaqoji takta malik müəllim tənqidə çox yer vermir,
çünki tərif və mehribanlıq şəraitində insan tənqid şəraitində
olduğundan daha yaxşı çalışır.
Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx
bağlıdır.
Dostları ilə paylaş: |