73
Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də
tərbiyə məqsədi ilə istifadə etməyi nəzərdə tutur. Ali məktəbdə
təlimin, tədris olunan fənlərin imkanlarından istifadə edərək tə-
ləbələrdə ideya-mənəvi baxışlar, əxlaqi-estetik hisslər, müsbət
keyfiyyətlər (vətənpərvərlik, humanizm, mənəvi saflıq, əmək-
sevərlik, milli – mənəvi dəyərlərə hörmət, milli iftixar, milli
qeyrət, intizamlılıq, düzlük, doğruçuluq və s.) formalaşdırmaq
lazımdır. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasi-
təsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələ-
bələrin zehni qüvvələrini, qabiliyyətlərini, psixi proseslərini
(diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inkişaf etdirməkdə
ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin
etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.
Müəllim təlim prosesinin imkanlarından (məzmunu, metodları,
təşkili formalarından) istifadə edərək, tələbələrin intellektual,
psixi, mənəvi, iradi, emosional inkişafı üçün əlverişli şərait ya-
ratmalıdır. Təlimin fəal metodlarının köməyi ilə tələbələri prob-
lemlərin həllinə cəlb etməklə onlarda müstəqillik və yaradıcılıq,
düşünmə bacarığını inkişaf etdirmək mümkündür.
Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ay-
rılıqda yox, qarşılıqlı əlaqədə, həm də kompleks halında həyata
keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin şəxsiyyət –
Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına
kömək göstərə bilər.
Dostları ilə paylaş: