M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə40/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri,
funksiyaları və quruluşu 
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliy-
yəti olub, onun mərkəzində tələbənin formalaşmaqda olan şəx-
siyyəti, idrak fəaliyyəti durur. Təlim prosesi – tələbənin idrak 
yolundakı hərəkəti, daha dərin biliyə doğru inkişafıdır (“Pro-
ses” latınca “processus” – “hərəkət”, “inkişaf” deməkdir). Bu 


71 
prosesdə tələbənin inkişafı bir neçə istiqamətdə gedir: a) tələbə 
sistemli bilikləri mənimsəyir; b) zehni və praktik bacarıqlara 
yiyələnir; c) yaradıcı qabiliyyətləri və dünyagörüşü formalaşır; 
ç) psixi prosesləri inkişaf edir. 
Təlim prosesinin özü də inkişaf edir, təkmilləşir. Təlim 
prosesinin xarakteri, məzmunu cəmiyyətin tələbatı, elmi-tex-
niki tərəqqinin təsiri ilə müəyyən olunur. Bəs, inkişaf necə baş 
verir, onun mənbəyini, hərəkətverici qüvvəsini nə təşkil edir? 
Təlim prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini 
ziddiyyətlər və onların həlli təşkil edir. İdrak nəzəriyyəsinə 
görə, inkişaf əks qüvvələrin vəhdəti və mübarizəsi yolu ilə baş 
verir: insanın idrak fəaliyyətində hissi və rasional, konkret və 
mücərrəd, təhlil və tərkib, induksiya və deduksiya bir-birilə zid-
diyyət təşkil edir. Elmi idrakda olduğu kimi, təlim idrakı da 
ziddiyyətli xarakter daşıyır. Bu prosesdə həm xarici, həm də 
daxili ziddiyyətlər özünü göstərir. Əsas xarici ziddiyyət cəmiy-
yətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı ziddiy-
yətdir. Bu ziddiyyəti konkret təhsil müəssisəsində təlimin 
səmərə və keyfiyyətini yüksəltməklə aradan qaldırmaq olar. 
Təlimdə digər xarici ziddiyyətlər də özünü göstərir: 
müəllimin öyrətmə fəaliyyəti ilə tələbənin öyrənmə fəaliyyəti 
arasında; müxtəlif müəllimlərin tələbələr qarşısında qoyduqları 
tələblər arasında; təlimin kollektiv forması ilə mənimsəmənin 
fərdi xarakteri arasında ziddiyyət; elmin sürətli inkişafı ilə 
tədris proqramının məhdudluğu arasında ziddiyyət; tədrislə 
mənimsəmə arasında ziddiyyət və s. 
Təlim prosesində tələbələrin zehni inkişafında daxili 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin