72
ğını,
iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq çətin-
likləri aradan qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir.
Deməli, ziddiyyət aradan qalxır.
Lakin təmin olunmuş tələbat
əsasında yeni tələbatlar və deməli, yeni ziddiyyətlər yaranır.
Onların həlli nəticəsində tələbənin
idrak fəaliyyəti təkmilləşir,
onda öz biliklərini müstəqil artırmaq arzusu və tələbatı for-
malaşır, eyni zamanda zehni, psixi və mənəvi cəhətdən inkişaf
edir.
Təlim prosesinə
digər daxili ziddiyyətlər də təsir göstərir:
tələbənin mövcud bilikləri ilə onları tətbiq etmək bacarıqları
arasında, bacarıqlarla vərdişlər arasında; qavrama ilə anlama
arasında; təlimdə tələbənin müstəqilliyi ilə ona pedaqoji hima-
yədarlıq arasında; müxtəlif təlim motivləri arasında;
tələbənin
hissi və rasional düşüncə tərzi arasında; konkret və mücərrəd
təfəkkür arasında; informasiyaların həcmi ilə onları
dərindən
mənimsəmək imkanları arasında; tələbənin hissləri arasında;
tələbənin həyat təcrübəsi ilə mənimsənilən bilik arasında zid-
diyyətlər və s.
Ziddiyyətlər özlüyündə təlimin hərəkətverici qüvvəsi
kimi çıxış etmir. Yalnız onlar üzə çıxarılıb aradan qaldırıldıqda
(həll edildikdə) təlimdə hərəkətverici
qüvvə rolunu oynaya
bilər. Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və
mənəvi inkişafına kömək edir, digər tərəfdən isə təlim prosesini
daha səmərəli qurmağa, təlimin məzmununu, metod və forma-
larını təkmilləşdirməyə, təlimin funksiyalarını
uğurla yerinə
yetirməyə imkan verir.
Dostları ilə paylaş: