M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim prosesinin quruluşu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə43/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlim prosesinin quruluşu. Təlim prosesi mürəkkəb qu-
ruluşa malikdir. Onun iki tərəfi – daxili və zahiri tərəfləri fərq-
ləndirilir. Təlim prosesinin daxili quruluşu dedikdə, tələbənin 
təlim – idrak fəaliyyətinin struktur ünsürləri – təlimin məqsədi, 
motivləri, məzmunu, vasitə və metodları, təşkili formaları, 
təlimin nəticələri başa düşülür. Bütöv təlim prosesində bu 
ünsürlər qarşılıqlı vəhdətdə özünü göstərir. Təlim prosesinin 
daxili quruluşunu sxematik olaraq belə ifadə etmək olar: 


74 
Təlim prosesi: 
Təlimin məqsəd Təlim Təlimin Təlimin vasitə Təlimin təşkili Təlimin 
və vəzifələri motivləri məzmunu və metodları formaları nəticələri
 
Məqsəd – təlimdə əldə ediləcək nəticədir. Motiv – tələ-
bəni təlimə təhrik edən daxili qüvvədir. Məzmun – təlimdə mə-
nimsənilən bilik, bacarıq və vərdişlər sistemidir. Vasitə – işin 
nə ilə görüləcəyini bildirir (kitab, söz və s.). Metodlar – məq-
sədi həyata keçirməyin yollarıdır. Forma – işin təşkilinin zahiri 
tərəfidir. Təlimin nəticələri – təlimdə əldə edilən son nəticə, 
məqsədin reallaşması dərəcəsidir. 
Təlim prosesinin göstərilən daxili ünsürləri arasında qa-
nunauyğun əlaqə və asılılıqlar vardır: hər əvvəlki ünsür (məsə-
lən, məqsəd) özündən sonrakıları (məzmunu, metodu və s.) 
şərtləndirir. Başqa sözlə desək, hər sonrakı ünsür özündən əv-
vəlkilər əsasında seçilib tətbiq edilir. 
Təlim prosesinin daxili quruluşu onun zahiri quruluşu ilə 
vəhdət təşkil edir. Təlim prosesinin zahiri quruluşu dedikdə, bu 
prosesin iştirakçıları olan müəllim və tələbələr, habelə təhsilin 
məzmunu başa düşülür. Təlim prosesinin uğuru təhsilin optimal 
məzmununun müəyyənləşdirilməsindən, müəllim və tələbənin 
fəaliyyətinin düzgün əlaqələndirilməsindən çox asılıdır. 
Öyrədən və öyrənənin fəaliyyətinin əlaqələndirilməsi mə-
sələsi pedaqogika tarixində müxtəlif, bəzən də bir-birinə əks 
mövqelərdən həll edilmişdir. Birinci istiqamətə görə (İ.Herbart 
və b.), təlimin ağırlığı müəllimin üzərinə düşməlidir. Bu halda 
müəllim fəal, tələbə (şagird) passivdir: o, müəllimin çatdırdığı 
(yaxud kitabdan oxuduğu) hazır bilikləri yadda saxlamalı və 
sonradan müəllimə danışmalıdır. 
İkinci istiqamətə görə (C.Dyui və b.), təlimin ağırlığı 
öyrənənin üzərinə düşməlidir: o, müəllimin verdiyi tapşırıqların 
icrası prosesində özünü maraqlandıran bilikləri əldə edir, şəxsi 
təcrübə qazanır. Bu halda müəllim passiv rol oynayır: onun işi 
tələbələrə (şagirdlərə) müəyyən təlim tapşırıqları və məsləhətlər 
verməklə, icranı yoxlamaqla məhdudlaşır. 


75 
Təlim prosesi ilə bağlı hər iki istiqamət birtərəfli və yan-
lışdır; bu istiqamətlər təlim prosesinin ayrılmaz tərkib hissəsi 
olan iki ünsürünü – öyrədən və öyrənənin fəaliyyətini bir-bi-
rindən ayırır, bir-birinə qarşı qoyur. Bu isə təlim prosesinin ma-
hiyyətinə ziddir. Buna görə də vaxtilə (XIX əsrdə) dialektik tə-
fəkkürlü pedaqoqlar (K.D.Uşinski, A.Disterveq və b.) göstə-
rilən hər iki mövqeni kəskin tənqid etmiş, öyrədən və öyrənənin 
təlimdə qarşılıqlı fəaliyyətinin zəruriliyini qeyd etmişlər: öy-
rənənlər imkan daxilində müstəqil işləməli, müəllim isə bu 
müstəqil əməyə rəhbərlik etməli, ona material verməlidir. “Pis 
müəllim həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öy-
rədir” (A.Disterveq). 
Müasir təlim nəzəriyyəsi öyrədən və öyrənənlərin qar-
şılıqlı fəallığına, əməkdaşlığına əsaslanır. Əməkdaşlıq dedikdə, 
müəllim və tələbənin eyni məqsədə çatmaq üçün birgə fəaliyyət 
göstərməsi, hər ikisinin təlimdə fəal mövqe tutması, son nəticə 
üçün məsuliyyət hiss etməsi başa düşülür. Əgər tərəflərdən biri 
passivdirsə, təlimdə müsbət nəticə əldə etmək çətindir. Bəzən 
təlimin nəticəsi üçün bütün məsuliyyət bir tərəfin üzərinə – ya 
müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə (şagird) 
yoxdur, pis müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tə-
ləbə var”. Hər iki mövqe yanlışdır. Məsuliyyəti bir tərəfin 
(müəllimin) üzərinə atdıqda digər tərəf (tələbə) məsuliyyətdən 
kənarda qalır; tələbə zəif nəticə göstərdikdə təqsiri özündə yox, 
qarşı tərəfdə – müəllimdə görür (“Günah müəllimdədir, o, yaxşı 
öyrətməyib”, “Müəllim bunu yazdırmayıb” və s.). Təlimin nə-
ticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz məsu-
liyyət payı vardır: hər kəs öz üzərinə düşən vəzifəni yüksək sə-
viyyədə, məsuliyyətlə yerinə yetirməlidir. 
Müasir təlimdə müəllimin rolu dəyişir: o, biliklərin ötürü-
cüsü yox, daha çox tələbənin fəal idrak fəaliyyətinin təşkilat-
çısı, pedaqoq-menecer, məsləhətçi kimi çıxış edir. Tələbə isə 
təlim prosesinin bərabər hüquqlu üzvünə, fəal subyektinə çev-
rilir, onun şəxsiyyət kimi inkişafı təhsilin başlıca məqsədlə-


76 
rindən birini təşkil edir. Müasir didaktik sistemin əsas fərqlən-
dirici xüsusiyyəti tələbələrin şəxsi təşəbbüskarlığı, müstəqillik 
və fəallığının pedaqoji idarəetmə ilə ağıllı şəkildə əlaqələndiril-
məsindən, pedaqoji prosesin humanistləşdirilməsi və demokra-
tikləşdirilməsindən, nəticəyönümlü və şəxsiyyətyönümlü təlimə 
keçilməsindən ibarətdir. 
Ali məktəbin tədris prosesində müəllimin öyrətmə fəa-
liyyətinin quruluşu bir neçə ünsürdən ibarətdir: 
- tələbənin təhsil-idrak fəaliyyətinin təşkili (məqsəd qo-
yuluşu, motivasiya, problem situasiya yaradılması, təlimatlan-
dırma, istiqamətləndirmə); 
- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və 
məsuliyyət hissi); 
- tələbənin yaradıcı müstəqil işə cəlb edilməsi; 
- nəzarət və tələbənin özünənəzarətinin təşkili; 
- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili 
və qiymətləndirilməsi. 
Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu isə aşağı-
dakı ünsürlərdən ibarətdir: 
- məqsədin dərk edilməsi; 
- motivləşmə; 
- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin 
səmərəli priyomlarının tətbiqi); 
- özünənəzarət və özünüqiymətləndirmə. 
Təhsilin müvəffəqiyyəti tələbənin qeyd edilən ünsürlərə 
nə dərəcədə yiyələnməsindən asılıdır. Hər hansı bir tapşırığın 
icrasında tələbə nəyi, nə məqsədlə və necə edəcəyini yaxşı bil-
məli, özünə nəzarət etməli, öz səhvlərini tapıb düzəltməli və 
özünü (öz işini) qiymətləndirməyi bacarmalıdır. Bunun üçün o, 
müvafiq əməliyyatlara – müstəqil iş priyomlarına yiyələnmə-
lidir. Çox vaxt tələbə tənbəlliyi üzündən yox, öyrənməyi və 
müstəqil işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə 
də müəllim tələbələrdə təlim fəaliyyətinin, onun ünsürlərinin 
formalaşması qeydinə qalmalıdır. Belə olduqda təlimi özünü-


77 
təhsillə, nəzarəti özünənəzarətlə, qiymətləndirməni özünüqiy-
mətləndirmə ilə birləşdirmək, təhsildə yüksək nəticələr əldə 
etmək mümkündür. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin