68
II BÖLMƏ
ALİ MƏKTƏB DİDAKTİKASI
(TƏLİM VƏ TƏHSİL NƏZƏRİYYƏSİ)
V fəsil
Ali məktəb didaktikasının predmeti.
Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri
Plan:
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
4. Təlimin qanunları və prinsipləri
1. Ali məktəb didaktikasının predmeti,
kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın
bir hissəsi olub, təlim və təhsil
nəzəriyyəsindən bəhs edir. Didaktika yunanca “didaktikos” – öy-
rədən, “didasko” – öyrənən sözlərindən götürülmüşdür. Bu ter-
min ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli
sürülmüşdür.
Didaktika gənc elm sahəsi olsa da, didaktik fikirlərin
ta-
rixi qədimdir. Didaktika elmi biliklər sistemi kimi ilk dəfə gör-
kəmli çex pedaqoqu Yan Amos Komenski (XVII əsr) tərəfin-
dən işlənmişdir. O, özünün “Böyük didaktika” əsərində (1657)
təlim
nəzəriyyəsini, didaktik prinsipləri, sinif-dərs formasını
əsaslandırmışdır. Didaktikanın bir elm sahəsi kimi inkişafında
XVIII-XIX əsr Avropa klassik pedaqoqlarından J.J.Russo
(Fransa), İ.H.Pestalotsi (İsveçrə), R.Ouen, C.Lokk (İngiltərə),
A.Disterveq (Almaniya),
rus pedaqoqları K.D.Uşinski,
L.N.Tolstoy (XIX əsr), A.V.Lunaçarski, S.T.Şatski (XX əsr),
görkəmli
Ukrayna pedaqoqu V.A.Suxomlinski (XX əsr) və b.
xüsusi xidmət göstərmişlər.
Azərbaycanda didaktik fikrin inkişafı çox qədim dövrlərə
təsadüf edir. İntibah dövrünün (XI-XIII əsrlər)
mütəfəkkirləri
69
(İbn Sina, Biruni, Bəhmənyar, N.Gəncəvi, N.Tusi və b.), XIX
əsr Azərbaycan maarifpərvər yazıçı və mütəfəkkirləri (A.Bakı-
xanov, M.F.Axudzadə, H.B.Zərdabi, M.T.Sidqi, C.Məmməd-
quluzadə və b.), sonrakı dövrlərdə N.Nərimanov, Ü.Hacıbəyli,
F.B.Köçərli, R.B.Əfəndiyev, habelə ilk peşəkar pedaqoq-
lardan prof. Ə.Seyidov, akad. M.Mehdizadə, prof. M.Murad-
xanov və b. didaktik fikrin inkişafına qiymətli töhfə vermişlər.
Müasir didaktika sürətlə inkişaf
edən dövrün tələblərinə uy-
ğun olaraq, yeni ideyalarla, təlim texnologiyaları ilə zəngin-
ləşir.
Didaktika təlim və təhsilin nəzəri əsaslarını
tədqiq edən
pedaqoji nəzəriyyədir.
Ali məktəb didaktikası isə ali məktəb pe-
daqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir.
Onun
obyekti ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin
peşə-ixtisas hazırlığı prosesidir.
Predmeti isə ali məktəbdə tə-
lim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara çıxarmaq, tə-
ləbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrən-
məkdən ibarətdir.
Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya
və anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı,
pedaqoji
fəaliyyət, pedaqoji texnologiya və b.) istifadə edir.
Lakin onun özünəməxsus
kateqoriya və anlayışlar sistemi vardır.
Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə),
özünütəhsil, fasiləsiz təhsil və b. daxildir. Bunlardan əlavə ali
məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri, məz-
munu, vasitə və metodları, təşkili formaları, nəticələri,
təlim
diaqnostikası, təlim texnologiyaları, təlimdə monitorinq, proq-
nozlaşdırma, qiymətləndirmə və s. kateqoriyalara da istinad edir.
Dostları ilə paylaş: