60
zahiri əlamətləri, davranışı əsasında onun daxili vəziyyəti, psixi
halı, inkişafı (bilik və davranışdakı kəsirlər, yaxud müsbət
dəyişikliklər) haqqında informasiyalar əldə etmək bacarığıdır.
Bu isə müəllimə öz işini düzgün qarmaqda kömək edə bilər.
Müşahidəçilik başqa bir bacarıqla –
empatiya (adamları
başa düşmək, onların dərdinə şərik olmaq) bacarığı ilə sıx
bağlıdır. Adamların daxili aləmini qavramaq (o cümlədən mi-
mika ilə), onların sevinc və kədərini
bölüşdürmək hər cür ün-
siyyətdə, xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb
edir. Bu bacarığın tətbiqi üçün müəllim özünü tələbənin ye-
rində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə çalış-
malıdır.
Müşahidəcilik və təcrübə insanda
intuisiya qabiliyyətinin
inkişafına əsas verir. Müəllimin fəaliyyətində intuisiya həm də
pedaqoji fəhmdə ifadə olunur. Böyük tərbiyə ustası A.S.Ma-
karenko həssas pedaqoji duyuma malik idi. “Pedaqoji poema”
əsərində o yazırdı ki, “mən ilk baxışdan, zahiri əlamətlərə görə
– səsə, yerişə, qoxuya və şəxsiyyətin daha hansısa xırda detal-
larına görə qabaqcadan nisbətən dəqiq şəkildə deyə bilirdim ki,
hər bir ayrıca xammaldan (insandan) hansı məhsul alına bilər”.
Usta müəllim pedaqoji prosesin və ya konkret insanın inki-
şafının gedişini qabaqcadan duyur,
buna müvafiq olaraq pro-
filaktik tədbirlər görür.
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən
müəllim düzgün ünsiyyət qurmaqla təlim-tərbiyə işində yüksək
nəticələr əldə edir.
Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə
sıx bağlıdır.
Dostları ilə paylaş: