56
Didaktik qabiliyyətlər – müəllimin
öyrətmək məharəti-
dir. Bəzən müəllimin yüksək elmi səviyyəsi olsa da, öyrətməyi
bacarmır.
Didaktik qabiliyyətə malik olan müəllim isə
elmi bilikləri
daha yaxşı çatdırır, mövzunu tələbələrin başa düşəcəkləri
şəkildə, onların səviyyəsinə müvafiq tərzdə izah edir, fikirlərin
sadə, aydın, anlaşıqlı olmasına çalışır. Belə müəllim hələ məş-
ğələyə hazırlaşarkən keçiləcək materialın çətinlik dərəcəsi
üzərində fikirləşir, ən başlıca məsələləri ayırır. Məşğələ zamanı
materialın tələbələr tərəfindən
necə mənimsənilməsinə, nə dərə-
cədə maraqla dinlənilməsinə fikir verir,
zəruri olduqda tədris
materialı üzərində müəyyən dəyişiklik aparır: materialın həc-
mini, çətinlik dərəcəsini tənzim edir.
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim peda-
qoji-psixoloji hazırlığını artırmalı, qabaqcıl pedaqoji təcrübəyə
yiyələnməli, həmkarlarının dərslərində olmalı, yaxşı cəhətləri
götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır.
Konstruktiv qabiliyyətlər – müəllimin özünün və tələ-
bələrin fəaliyyətini
layihələşdirmək bacarıqlarında ifadə olunur.
Bunun üçün təcrübəli müəllim tədris etdiyi fənnin məqsəd və
vəzifələrini, hansı
biliklərin, bacarıq və vərdişlərin tələbələrə
aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı
vasitə və
metodlarla keçiləcəyini müəyyənləşdirir, tələbələrlə aparılan
bütün iş növlərini və formalarını (mühazirə, məşğələ, fərdi iş,
elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) planlaşdırır.
Konstruktiv qabiliyyətlər təlim-tərbiyə
işinin strategiya
və taktikasını düzgün müəyyən etməyə, məqsədyönlü şəkildə
fəaliyyət göstərməyə imkan verir.
Dostları ilə paylaş: