53
edən akademik A.Mirzəcanzadə
belə qənaətə gəlir ki, təhsilin
çətin məqamlarında
müəllim tələbələri (şagirdləri) hədələmək-
lə,
əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə
qorxutmamalı,
əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır.
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiya-
larla sıx bağlıdır.
stənilən işə maraq, meyl yaratmaq üçün bu iş
insanda müsbət emosiyalar doğurmalıdır.
Mənfi emosiyalar
(qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır.
Müəllimin xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda
köməyə gəlməsi
tələbəyə sanki qüvvət verir, onu daha yaxşı
oxumağa ruhlandırır. Çalışmaq lazımdır ki, tələbədə təlimin
nəticəsinə olan maraq (elmi biliklərə, ixtisasa yiyələnmək)
təlim prosesinin özünə (idrak prosesinə, mənimsəməyə, kitabla
işə) olan maraqla uzlaşsın. Oxumaq, müstəqil mütaliə, tapşı-
rığın icrası prosesi özlüyündə tələbəni cəlb etməlidir.
Çətinlik
çəkmədən, ərinmədən oturub işləyən, oxuyan tələbə daha yaxşı
nəticələr qazanır; işləmək, oxumaq prosesi onun üçün müsbət
stimul rolu oynayır.
Dostları ilə paylaş: