49
qüvvədir. Gənc nəslin bilik və tərbiyə səviyyəsi, ağlının və
qəlbinin formalaşması, ilk növbədə, müəllimdən, onun peşə-
ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır.
Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün
müəllimlik işi-
nin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə
daxildir:
a)
Müəllimlik şərəfli işdir; çünki öz həyatını xalqın
gələcəyinə həsr edir. Xalqa verilmiş həyat isə xoşbəxtlikdir.
b) Müəllimlik
məsuliyyətli işdir; çünki o, ən qiymətli
kapital olan insanla işləyir; bu işdə isə səhvə yol vermək olmaz.
Platon bu münasibətlə demişdir ki, başmaqçı zay başmaq
tikərsə, bundan ancaq bir adam zərər çəkər; müəllim
öz işinin
öhdəsindən pis gələrsə, cəmiyyətdə cahil və yaramaz adam-
lardan ibarət bütöv bir nəsil yetişəcəkdir.
c) Müəllimlik
çətin və mürəkkəb işdir; çünki müəllimin
fəaliyyət obyekti olan insan özü mürəkkəbdir, zəngin
və incə-
dir. Hər bir gənc təkrarolunmazdır, özünəməxsus xüsusiyyətləri
olan fərdiyyətdir, fərqli daxili aləmi olan bir dünyadır. Müəllim
öz yetişdirmələrini yaxşı öyrənməli, yaxşı psixoloq olmalı,
qəlbləri “oxumağı” bacarmalıdır: “Tərbiyə etmək – hər şeydən
əvvəl, insanı öyrənmək, bilmək deməkdir. İnsanı öyrənmədən,
onun qəlbində gedən bütün mürəkkəb halları dərindən başa
düşmədən tərbiyə kordur, mənasızdır” (V.A.Suxomlinski).
Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəlli-
min
tərbiyə etdiyi insan dəyişkəndir; bu gün zəif oxuyan,
intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə. Müəllim öz
yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün
istiqamətləndirməlidir.
ç) Müəllimlik
yaradıcı işdir: çünki müəllim hazır
göstə-
rişlərlə işləyə bilməz. Hər bir konkret halda qarşıya çıxan mə-
sələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar
qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil
düşünmə, yaradıcı təfəkkür tələb olunur.
Pedaqoji fəaliyyət öz təbiəti etibarilə yaradıcı xarakter
50
daşıyır. Müəllim əməyi qədər canlı, mütəhərrik, daim dəyişən,
yüksək mobillik və dinamizm tələb edən başqa bir peşə tapmaq
çətindir. Müəllim gündəlik işində çox müxtəlif, bəzən də
gözlənilməz hallarla qarşılaşır. Onların hazır cavabları yoxdur.
Müəllim, bir tədqiqatçı kimi, yaranmış pedaqoji situasiyanı
təhlil edir (diaqnoz), görəcəyi tədbirin nəticələrini layihələşdirir
(proqnoz), müvafiq vasitə və metodları seçib tətbiq edir,
alınmış nəticəni təhlil edib qiymətləndirir.
Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin
təbirincə desək, həqiqi müəllim ensiklopedik lüğət yox, Sokrat
olmalıdır. Müasir dövrdə sadəcə bilikli müəllim olmaq azdır;
məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır.
Ali məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini
nəzərə almalı, normativ tələblərlə özünün yaradıcılığını əla-
qələndirməyi bacarmalıdır.
Başqa sözlə, ali məktəbdə təlim-
tərbiyə prosesini tənzimləyən ümumi prinsiplər, müddəalar çər-
çivəsində hərəkət etməklə pedaqoji vasitə, metod və priyom-
ların seçilməsinə kortəbii yox, yaradıcı yanaşmalıdır. Hər bir
müəllimin təşəbbüs və yaradıcılıq
göstərmək, öz fərdiliyini
ifadə etmək, özünün şəxsi pedaqoji xəttini, üslubunu müəyyən-
ləşdirmək hüququ vardır.
Dostları ilə paylaş: