M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə25/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   142
Ali mekteb pedaqogikasi-kitab

3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri 
Gənclik yaşı şəxsiyyətin çiçəkləndiyi dövrdür. Bu dövr 
bir çox psixi funksiyaların, xüsusən intellektual keyfiyyətlərin 
inkişafı üçün daha məhsuldardır. Gənclik yaşında nəzəri və 
məntiqi təfəkkür daha yaxşı inkişaf edir, təfəkkür əməliyyatları 
– təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə, 
konkretləşdirmə, ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi daha 
qabarıq şəkildə təzahür edir. Hafizə, xüsusən məntiqi hafizə də 
yüksək inkişaf səviyyəsinə çatır. Tədqiqat (E.İ.Stepanova) 
göstərir ki, 18-21 yaş təfəkkürün və hafizənin yüksək inkişaf 
səviyyəsi, diqqətin isə nisbətən aşağı səviyyəsi ilə səciyyələnir. 
Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları 
təkcə təlimlə məhdudlaşmayıb, digər fəaliyyət sahələrini də 
(idman, incəsənət, elmi və ictimai fəaliyyət, şəxsi həyatın təş-
kili və s.) əhatə edir. Onlar zehni, mənəvi, ictimai-siyasi cəhət-


43 
dən yetkinləşirlər. Bu dövrdə elmi biliklərin, həyat təcrübəsi-
nin, müstəqil düşüncə və davranışın sintezi sayəsində gənclərdə 
dünyagörüşü, etik və estetik baxışlar daha intensiv formalaşır. 
Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə, dostluq və 
s.) gənclər üçün praktik əhəmiyyət kəsb edir. 
Tələbə gənclərin davranışı, mənəvi inkişafı daha çox 
onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir. Onlar 
şəraitdən, vəziyyətdən asılı olaraq düzgün davranış vərdişlərinə 
yiyələnirlər. Bir çox mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə 
hissi, şəxsi ləyaqət, qurur hissi, şərəf, vicdan, ədalət və s.) 
gənclər üçün daha böyük məna kəsb edir.
Tələbələr müstəqilliyə, özlərinin “böyüklüyünü” təsdiq et-
dirməyə can atır, bəzi müəllimlərin onlara inamsız yanaşma-
sına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən 
üstün tutmasına açıq və ya gizli etiraz edirlər. Belə hallar, o 
cümlədən böyüklərin təzyiqi bir çox tələbələrdə (xüsusən 
oğlanlarda) güclü neqativ reaksiya doğurur. Gənclərdə “bö-
yüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz fərdiy-
yətini ifadə etmək səyləri ilə qovuşur. Müəllimlər tələbə gənc-
lərin “böyüklük” hissinə, şəxsiyyətinə hörmətlə yanaşmalı, on-
ların özünütəsdiq və özünüifadəsi üçün kömək göstərməlidirlər. 
Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə demək-
dən çəkinmir, cəsarətli və qorxmazdırlar, daha çox romantik 
olurlar, xəyallarla yaşayırlar. Lakin onlardan bir qismi roman-
tikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə qarışdırırlar. 
Nəticədə onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş 
qaldırır: onlara elə gəlir ki, özlərini əhatə edən nə varsa hamısı 
cansıxıcı, boz, diqqəti çəkməyən adi şeylərdir. Belə hallarla 
qarşılaşdıqda müəllimlər gənclərin həyata, gələcəyə inamını, 
ümidini artırmağa çalışmalıdırlar. 
Gənclər üçün özünütəhlil, təndiq, özünütənqid, özünüqiy-
mətləndirmə səciyyəvidir. Onlar tənqid etməyi xoşlayırlar, baş-
qalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər. Bəzən 
belə ifratçılıq böyüklərin, xüsusən yaşlı müəllimlərin fikir-


44 
lərinə, rəyinə, məsləhətlərinə qarşı mənfi münasibətə keçir. 
Lazımi tərbiyə işi aparılmadıqda belə münasibət münaqişələrə 
gətirib çıxara bilər. 
Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real, 
ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in 
müqayisəsi yolu ilə həyata keçirilir. Çox vaxt ideal “Mən” 
kifayət qədər dərk edilmir, real “Mən” isə o qədər də aydın 
olmur (tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı 
daxili inamsızlığa gətirib çıxara bilər. Bu isə, öz növbəsində
çox vaxt zahiri aqressivliklə, kobudluqla müşayiət olunur.
Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri 
ixtisaslara şüurlu münasibətlərində özünü göstərir. Düzgün 
seçilmiş ixtisas gənclərin təlimə fəal və məsuliyyətli yanaşma-
sına, şəxsiyyətin zəruri keyfiyyətlərinin formalaşmasına müsbət
təsir edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi 
məqsədləri üst-üstə düşür, lazımi səmərə verir. Təcrübə göstərir 
ki, ali məktəbdə seçdikləri ixtisaslara şüurlu yanaşan tələbələr 
ilk günlərdən təlimə böyük səy və maraq göstərir, tapşırıqları 
yüksək səviyyədə yerinə yetirir, mühazirə və seminar məşğə-
lələrində fəal olur, ali məktəbin daxili qaydalarına əməl edirlər. 
Əksinə, daxil olduqları ixtisasa təsadüfi gələn tələbələr müha-
zirələrdə laqeydlik, intizamsızlıq göstərir, qeydlər aparmır, arxa 
tərəfdə oturub söhbət edir və ya mobil telefonla oynayırlar. 
İmkan yarandıqda belələri mənfi motivlə birləşib mühazirə və 
məşğələlərə mane olurlar. 
Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ix-
tisas kafedraları, müəllimlər tələbələrlə təlim və peşəyönümü 
istiqamətində fərdi iş aparmalı, peşəyə maraq və meyl for-
malaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə 
kimi rol oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məq-
sədlə “İxtisasa giriş” kursunun tədrisi (daha doğrusu, bərpa 
edilməsi) səmərəli olardı.
Tələbələrin zehni, mənəvi, psixi inkişafı ziddiyyətlər və 
onların həlli ilə bağlıdır.


45 
Gənclik yaşı üçün müəyyən sosial-psixoloji ziddiyyətlər 
səciyyəvidir. Onlardan bəzilərini qeyd edək: 
- tələbə gənclərin geniş arzuları ilə onları həyata keçirmək 
imkanları arasında ziddiyyət; 
- maddi və mənəvi tələbatların artması ilə onları təmin 
etmək üçün iqtisadi imkanlar arasındakı ziddiyyət; 
- böyük həcmdə informasiyalarla onları dərindən dərk 
etmək imkanları və vasitələri arasında ziddiyyət; 
- böyük həcmdə tədris materiallarını mənimsəmək zə-
rurəti ilə tələbənin vaxt büdcəsi arasındakı ziddiyyət; 
- ali məktəb həyatının ciddi norma və qaydaları ilə 
tələbənin müstəqilliyi, sərbəstliyi arasındakı ziddiyyət və s. 
Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən 
ziddiyyətlər və onların həlli ali məktəbdə tədris-tərbiyə işinin, 
habelə mütəxəssis hazırlığının məzmununu, forma və metod-
larını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin