M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə21/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu 
İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı 
fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və 
sosial amillərin özünə məxsus rolu vardır. 
Bioloji amilin rolu. İnsan bioloji varlıq kimi doğulur, bu-
na görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsən fiziki 


37 
əlamətlər (sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə 
fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş 
beynin xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsil-
dən-nəslə keçir. Bütün bunlar gələcəkdə insanın xüsusiyyətlə-
rinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyətlərinin in-
kişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar or-
qanizmin inkişafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin for-
malaşması üçün həlledici amillər deyildir. İnsanın inkişafının 
sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin müvafiq 
qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli 
zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın 
düşdüyü şəraitdən, sosial mühitdən, aldığı təhsil və tərbiyədən 
asılıdır. 
İrsi informasiyaların daşıyıcıları genlərdir. İnsan hücey-
rələrində 40 mindən çox gen vardır. Genlər sabit, dayanıqlıdır, 
lakin onlar daxili səbəblərdən və xarici təsirlərdən (alkoqol, 
narkotika, şüalanma, yoluxucu xəstəliklər və kimyəvi maddə-
lərdən) dəyişikliyə (mutasiyaya) uğrayır. Belə dəyişkənlik irsi 
xəstəliklərə səbəb olur və yeni nəslə ötürülür. Normal genin 
qüsurlu (ressesiv) genə çevrilməsi nəticəsində müxtəlif xəs-
təliklər (o cümlədən irsi xəstəliklər) yaranır. Məsələn, insanda 
normal eşitməni təmin edən genin dəyişikliyə uğrayaraq qü-
surlu genə çevrilməsi doğulan uşaqda zəif eşitmə və ya lal-kar-
lıq yaradır. Yaxud, qanın laxtalanmasını təmin edən genin də-
yişkənliyi hemofiliya (qanın laxtalanmaması) xəstəliyinə səbəb 
olur. Belə hallar ən çox qan qohumluğu olan nikahlarda (əmi-
oğlu, əmiqızı, dayıoğlu, dayıqızı) baş verir. Tibbi tədqiqatlar 
göstərir ki, valideynlərdən biri sağlam, digəri xəstə olduqda 
normal və xəstə doğulan uşaqlar 1:1 nisbətində olur. Hər iki 
xəstə valideyndən doğulan hər dördüncü uşaq normal olur. 
Genlərlə hazır qabiliyyətlər ötürülürmü? Bəzi empirik 
faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən 
rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan 
Baxın 16, Ü.Hacıbəylinin 4 nəslinin öyrənilməsi əsasında bu 


38 
nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu 
fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 
256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı 
olmamışdır. 
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat 
şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin