Mühitin rolu. İnsan bioloji varlıq olmaqla yanaşı, həm
də sosial varlıqdır. O, müəyyən mühitdə doğulur və böyüyür.
Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır.
“Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən
xarici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri
olan təbii və ictimai şəraiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər.
İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-
maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti,
insanların bir-birinə münasibətləri şəxsiyyətin inkişafına güclü
təsir göstərən sosial mühit amillərinə daxildir.
Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit
başa düşülür. Təbii – coğrafi mühitə insanı əhatə edən atmosfer,
biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki amillər, istilik,
maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik
inkişafında hava, günəş, su, iqlim, relyef, bioloji ritm təsirsiz
qalmır. Dağ yerlərində, eləcə də şəhər mühitində böyüyən
insanlarla, aran və kənd yerlərində yaşayanlar arasında müəy-
yən fərqlər (məs., fiziki, cinsi, estetik, sosial yetkinlik baxımın-
dan) vardır. Kosmik amillər də canlılara, o cümlədən insana
təsirsiz qalmır. Belə təsiri öyrənən elm sahələri də vardır (he-
liobiologiya, astropsixologiya və b.). Hazırda insanlarda astro-
loji təqvimlərə, ulduz fallarına müəyyən maraq yaranmışdır.
Eyni bürcdən olan adamlarda ümumi cəhətlər, keyfiyyətlər
müşahidə olunur.
İnsanın şəxsiyyət kimi formalaşmasına sosial mühit daha
çox təsir göstərir. Sosial mühit iki cürdür: mikro- və makro-
mühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə,
39
məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cə-
miyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər
iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin
təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların
həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiy-
yətdə gedən proseslər ailədə, məktəbdə, əmək kollektivlərində
də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn
aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhə-
miyyətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan
soruşmuşdu: “Övladımı tərbiyəli böyütmək üçün mən nə
etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cə-
miyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda
verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makro-
mühitlə yanaşı mezamühit (etnomədəni amillər, yaşayış məskə-
ninin tipi, kütləvi kommunikasiya vasitələri) də mühüm rol
oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətləri tərbiyə
işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi sərvət-
lərini də cəmiyyət müəyyən edir.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit
insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir.
Mühitin təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixo-
loji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Müxtəlif inkişaf
səviyyəsində olan iki adam hətta eyni şəraitdə böyüsələr belə,
onu eyni şəkildə başa düşmürlər. Deməli, mühit onlar üçün
eyni məna kəsb etmir. Bu zəmində də insanla ətraf mühit ara-
sında özünəməxsus münasibət formalaşır. Eyni mühitdə (ailədə,
məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların
fərqli inkişafı bununla izah edilə bilər.
Mühitin təsiri çox zaman birbaşa yox, vasitəli şəkildə –
başqa adamlara, ətrafdakılara, böyüklərin tələblərinə münasi-
bəti, daxili mövqeyi vasitəsilə özünü göstərir. Odur ki, insanın
40
daxili mövqeyi, tələbatları, meylləri nə qədər düzgün formala-
şarsa, mühitin mənfi təsirinə onun müqavimət gücü bir o qədər
artar.
Dostları ilə paylaş: |