36
da düzgün təsəvvür yarada bilmir.
Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını
bir-birinə qarşı qoymaq olmaz. Yalnız bu amillərin dialektik
vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda
başa düşməyə və həll etməyə imkan verir.
Dialektik nəzəriyyə
məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin in-
kişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın
fəallığı isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu
onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı
olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz.
Tərbiyə və mühit insanın təbii (irsi) imkanlarını üzə çıxarıb
inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər.
Buna görə də hər bir fərdin təbii imkanlarını vaxtında (kiçik
yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait
yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan
məhrum ola bilər.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun
şəxsi
fəallığının rolunu da qəbul edir. İnsan mühitin və tərbiyənin
passiv obyekti deyildir; o mühitə və tərbiyəyə, habelə irsi im-
kanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin
inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və
özünütərbiyəsi də mühüm şərtdir.
İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və
sosial amillərin rolunu bitkinin inkişafı ilə müqayisə etsək, ir-
siyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit
torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar
(“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).
Dostları ilə paylaş: