66
müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri görkə-
minin estetik təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və
duruşunda, baxışında, jestlərində, yəni davranışın hər bir xır-
dalığında öz əksini tapmalıdır. Davranışın bu xırda detalları tə-
ləbələrdə müəllimin sakit, təmkinli, mehriban, inamlı bir şəx-
siyyət olması haqda təsəvvür yaratmalıdır. Müəllimin stola ya-
yılmış oturuşu, yerə dikilmiş başı, süst qolları, laqeyd baxışları
onun daxilən zəifliyini, özünə inamsızlığını göstərir.
Müəllimin mimikası, jestləri danışığın məzmununa uyğun
olmalı, informasiyanın emosional təsirini artırmağa xidmət
etməlidir: xoş bir məsələdən danışanda müəllimin sifəti də xoş
ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi
bir məsələdən gülümsəyərək danışmaq olmaz.
Pedaqoji texnika
müəllimin öz emosiyalarını, əhvalını
idarə etmək bacarığında da ifadə olunur. Müəllim şən və nik-
bin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı, yumor his-
sinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə, ün-
siyyət prosesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə)
müəllimin öz emosional halını idarə etməsi vacib şərtdir. Buna
görə də müəllim daim özünə nəzarət etməli, özünü ələ almağa
çalışmalıdır.
Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə
qarşılıqlı vəhdət təşkil edir. Belə ustalığa nail olmaq üçün
müəllim öz fəaliyyətini humanist istiqamətdə qurmalı, pedaqoji
peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələn-
məlidir. Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində
müntəzəm, sistemli və məqsədyönlü şəkildə işləməklə ona
yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək, həkimlərə,
musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi,
gələcək müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi
kurs keçmək lazımdır.
Dostları ilə paylaş: