Modul Tipli Hospitalının baş həkimi və


İTS-in tətbiqi şəraitində səhiyyə sisteminin bütün iştirakçılarının fəaliyyətinin və maraqlarının səmərəli əlaqələndirilməsini təmin etmək mümkün olacaqmı?



Yüklə 74,51 Kb.
səhifə12/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   ...   4   5   6   7   8   9   10   11   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTS-in tətbiqi şəraitində səhiyyə sisteminin bütün iştirakçılarının fəaliyyətinin və maraqlarının səmərəli əlaqələndirilməsini təmin etmək mümkün olacaqmı?
Səhiyyənin maliyyələşdirilməsi islahatlarının, habelə, ümumiyyətlə, ölkənin səhiyyə sisteminin islahatının taleyi bu sualın cavabından xeyli dərəcədə asılıdır. Təəssüf ki, indiyədək baş verən proseslərin müşahidəsi sualın müsbət cavablandırılması üçün çox az sayda arqumentlər verir. Səhiyyə sisteminin əksər iştirakçıları İTS-ə keçidi məhz İTSDA-nın işi kimi görürlər. Halbuki, səhiyyə sisteminin islahatı və yaxşılaşdırılması məsələsi daha çox məhz Səhiyyə Nazirliyinin lider olma və təşkilatlar təşkilatı rolunu yerinə yetirə bilmə imkanı və bacarığından asılı olacaq. Bununla yanaşı, məsələnin həlli heç də yalnız Səhiyyə Nazirliyi ilə İTSDA arasındakı münasibətlərlə yox, səhiyyə sistemi ilə bağlı fəaliyyət göstərən digər qurumlardan və bütövlükdə hökumətin fəaliyyətinin düzgün təşkilindən asılıdır (Hətta yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə şəraitində belə bu qurumların fəaliyyətlərinin əlaqələndirilməsində problemlərin yaşandığını açıq-aydın müşahidə etmək mümkündür. Məsələn, Nazirlər Kabinetinin 30 iyun 2020-ci tarixli 231 saylı Qərarı bunun nümunəsi ola bilər). İTS-in tətbiqində özəl tibb müəssisələrinin rolu və iştirakı ilə bağlı məsələlərə aydınlıq gətirilməsi sistem daxilində maraqların əlaqələndirilməsi və səhiyyə islahatlarının həlli vacib mühüm mövzularından biri olaraq qalmaqdadır.
Nəticə
Səhiyyənin maliyyələşdirilməsi islahatlarına edilən birinci cəhdin hökumətin maliyyə imkanlarının genişlənməsi və sistemə yönəldilən resursların artması şəraitində sistem daxilində maraqlar mübarizəsinin daha da güclənməsi səbəbindən baş tutmadığını söyləmək olar. 2015-ci il böhranından sonra səhiyyənin maliyyələşdirilməsi islahatları və icbari tibbi sığortanın tətbiqi istiqamətində ikinci cəhddə hökumətin daha ardıcıl siyasi iradə nümayiş etdirdiyi görünür.
İTS-in tətbiqi üçün zəruri hüquqi-institusional bazanın hazırlanması prosesi tamamlanmaqdadır. Artıq icbari tibbi sığortanın bütün ölkə boyu tətbiqi baş tutub. İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin maliyyələşdirilməsinə yönəldilən ictimai vəsaitlərin artması baş verməkdədir. İTS-in tətbiqi səhiyyə sistemində bir sıra dəyişikliklərə gətirib çıxaracaq. Amma bütövlükdə ölkənin səhiyyə sisteminin tam islahatının baş tutması üçün yalnız maliyyələşdirmə mexanizminin dəyişilməsi və İTS-in tətbiqi kifayət olmayacaqdır.
Həm də İTS-in tətbiqi və səhiyyə sistemində dövr edən resursların artması şəraitində sistem daxilində maraqlar münaqişəsinin güclənməsi də müşahidə olunur. Səhiyyənin maliyyələşdirilməsi və İTS-in tətbiqi prosesində səhiyyə sisteminin iştirakçılarının fəaliyyətinin və maraqlarının zəif əlaqələndirilməsində, digər amillərlə yanaşı, səhiyyə sistemində islahatların vahid strategiyası və proqramının olmamasının da böyük rolu olduğu görünür. Çünki səhiyyə sisteminin iştirakçılarının malik olduqları dəyərlərdə, maraqlarda, siyasi fəlsəfədə və institusional məsuliyyətdə olan fərqlər prosesin gedişində mütləq öz təsirini göstərir. Buna görə də sistemin islahatlarının dəqiq strategiya və proqramının hazırlanmasını, bütün maraq qruplarına və cəmiyyətə aydın və konkret müddətə hesablanmış hədəflərin təqdim olunmasını islahatlara daha böyük dəstək almaq və uğurlu nəticələr əldə etmək baxımından zəruri hesab edirəm.



Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin