Modul Tipli Hospitalının baş həkimi və


İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində dəyişəcəklər və dəyişməyəcəklər



Yüklə 74,51 Kb.
səhifə6/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   2   3   4   5   6   7   8   9   ...   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində dəyişəcəklər və dəyişməyəcəklər
Müxtəlif ölkələrin səhiyyə sistemlərinin öyrənilməsi əsasında söyləmək olar ki, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlıq səviyyəsi və cəmiyyətin sağlamlığı heç də yalnız icbari tibbi sığortanın tətbiq edilib-edilməməsindən yox, ümumən, ölkədə formalaşmış səhiyyə sisteminin quruluşundan, imkan və potensialından asılıdır.
Dünya Səhiyyə Təşkilatı Dünyada Səhiyyənin Vəziyyəti haqqında Hesabat – 2000də səhiyyə sistemini əsas məqsədi sağlamlığın qorunması, yaxşılaşdırılması və bərpası olan bütün təşkilatların, insanların və fəaliyyətlərin məcmusu kimi müəyyən edir. Səhiyyə sistemi o zaman effektiv hesab olunur ki, ölkənin bütün vətəndaşlarına ehtiyac olduğu zaman və məkanda zəruri olan həcmdə keyfiyyətli tibbi xidmətlər təqdim edə bilmiş olsun. Effektiv səhiyyə sisteminin əsas sütunlarına aşağıdakılar aid edilir:
1) Dayanıqlı maliyyələşdirmə mexanizmi;
2) İşləri layiqincə qiymətləndirilən yüksək peşəkar kadr resursları;
3) Siyasi və idarəetmə qərarlarının qəbulu üçün etibarlı informasiya təminatının mövcudluğu;
4) Zəruri yerlərə dərman vasitələrini, peyvəndləri və texnologiyaları çatdırmağa imkan verən ahəngdar logistika sistemi;
5) Tibb müəssisələrinin lazımi vəziyyətdə saxlanılması və onların işinin düzgün təşkili;
6) Sektorda oyun qaydalarını müəyyən etməyə və bunlara əməl edilməsini təmin etməyə, sektor iştirakçılarının fəaliyyətini anlaşılan formada yönləndirməyə və bütün maraq tərəflərinin potensialını istifadə etməyə qadir idarəetmə.
Səhiyyə sisteminin islahatı dedikdə sistemin işinin nəticələrini yaxşılaşdırmağa yönəlik məqsədyönlü və sistemli cəhdlər başa düşülür (Marc J.Roberts və başqaları 2003). Səhiyyə sisteminin işinin nəticələri isə bu sistemin qarşısında duran məqsədlərə nail olunma səviyyəsi ilə qiymətləndirilir. Səhiyyə sisteminin məqsədlərinə sağlamlıq (səviyyə və bərabərlik), adekvatlıq (insanların gözləntilərini doğrultma), əlçatanlıq və risklərin bölüşdürülməsi, səmərəlilik (nəticəlilik) aid edilir.
Həyata keçirilən islahatların təsirləri məhz sistemin sadalanan məqsədlər üzrə qiymətləndirmə indikatorlarında baş verən dəyişikliklərdə ifadə olunur. Amma bunun üçün islahatların başa çatması və ciddi məlumat bazası tələb olunur. Buna görə də burada icbari tibbi sığortanın tətbiqinin səhiyyə sisteminin yuxarıda sadalanan hansı sütunlarında dəyişiklik yarada biləcəyinə baxaq.
Məlumdur ki, səhiyyənin maliyyələşdirilməsi mexanizminin hədəfləri bunlar hesab olunur: i) səhiyyə sistemi üçün yetərli qədər və dayanıqlı resursların cəlb edilməsi; ii) bu resursların optimal istifadəsi (doğru stimullar və yaxşı idarəetmə); iii) tibbi yardıma hər kəsin maliyyə əlçatanlığının təmin edilməsi. Buna uyğun olaraq, səhiyyənin maliyyələşdirilməsi mexanizmi 3 funksiyanı yerinə yetirir: gəlirlərin toplanması (revenue collection), risklərin bölüşdürülməsi (pooling) və xidmətlərin ödənilməsi (purchasing) (Charles Normand, Axel Weber 2009).
Dünya ölkələrində geniş tətbiq olunan səhiyyənin maliyyələşdirilməsi mexanizmlərindən biri icbari tibbi sosial sığortadır. İcbari tibbi sığorta (İTS) formal olaraq tibbi yardıma ümumi əlçatanlıq prinsipinə əsaslanır və ədalətli maliyyələşdirmə mexanizmi kimi qəbul olunur. Ədalətli maliyyələşdirmə o deməkdir ki, hər bir ev təsərrüfatı tibbi xidmətlərə görə xərclərin ədalətli payını ödəməlidirlər. Bu ədalətli pay isə ev təsərrüfatlarının ödəmə qabiliyyətindən asılıdır.
Həm də ədalətli maliyyələşdirmənin 2 aspekti var: sağlam insanlar xəstə insanları dəstəkləyirlər; daha imkanlı ailələr isə aztəminatlı ailələri dəstəkləyirlər. Risklərin bu cür birləşdirilməsi nəticəsində sağlam insanlar özlərinin sığorta ödənişləri ilə xəstələrə göstərilən tibbi yardımın ödənilməsinə dəstək olurlar (Charles Normand, Axel Weber 2009). Beləliklə, İTS-in tətbiqi, ilk növbədə, məhz səhiyyənin maliyyələşdirilməsi mexanizmində dəyişikliklər yaradır. Bununla bağlı bir neçə məsələyə xüsusilə diqqət çəkmək istəyirəm. 

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin