Modul Tipli Hospitalının baş həkimi və


İTS-in tətbiqi müvafiq dövlət tibb müəssisələrində olan yüksək peşəkar kadrların özəl sektora axınına səbəb olmayacaq ki?



Yüklə 74,51 Kb.
səhifə11/12
tarix12.04.2023
ölçüsü74,51 Kb.
#96735
1   ...   4   5   6   7   8   9   10   11   12
İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020

İTS-in tətbiqi müvafiq dövlət tibb müəssisələrində olan yüksək peşəkar kadrların özəl sektora axınına səbəb olmayacaq ki?
Yuxarıda apardığımız hesablamalardan görünür ki, İTS çərçivəsində tibbi xidmətlərin satın alınması üçün toplanan vəsaitlərin məbləği əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. İTS tətbiq olunduqca, həm də optimallaşdırma həyata keçirilir, tibb müəssisələrində şişirdilmiş ştatların ixtisarı baş verir. Bunlar tibb işçilərinin əməyinin ödənilməsinə yönəldilən vəsaitin də əhəmiyyətli dərəcədə artırılmasına imkan verir.
İTSDA İdarə Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 saylı Qərarı ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilib. Qaydaya əsasən, səhiyyə işçilərinin əmək haqqı vəzifə (tarif) maaşı, əmək şəraitinə görə əlavələr, həvəsləndirici əlavələr və digər ödənişlərdən təşkil ediləcək. Bu Qaydanın peşəkar tibb işçiləri üçün nə dərəcədə əhəmiyyətli stimullar yarada biləcəyini zaman göstərəcək (indiki halda təhlil üçün məlumatlar son dərəcə məhduddur).
Burada aydınlıq gətiriləsi daha bir məsələ TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin eyni zamanda həm də özəl tibb müəssisələrində çalışmalarına imkan verilib-verilməyəcəyidir. Bəllidir ki, indiyədək dövlət tibb müəssisələrində çalışan həkimlərin əksəriyyəti eyni zamanda özəl tibb müəssisələrində çalışırdılar və buradan irəli gələn müəyyən maraqlar toqquşması ortada idi. Buna görə də peşəkar tibb işçilərinin düzgün stimullaşdırılması İTS-in tətbiqi üçün taleyüklü məsələlərdən biridir. 
Tibb müəssisələri və pasiyentlər yetərli qədər keyfiyyətli dərmanlarla təmin ediləcəkmi? Tibb müəssisələrinin və pasiyentlərin dərman təminatı, dərmanların keyfiyyəti və qiyməti məsələsi əslində xüsusi araşdırma tələb edən geniş bir mövzudur. Ölkədə dərmanların və tibbi ləvazimatların qiymətləri dövlət tərəfindən tənzimlənməsinə rəğmən dərmanların qiymətində baş verən davamlı artımlar, eyni zamanda dərmanların müalicə keyfiyyətinin aşağı düşməsi (mütəxəssislər bunu dərmanların molekul tərkibindəki dəyişikliklərlə izah edirlər) hazırda əhalini narahat edən məsələlərdəndir. Bu problemin həlli İTS-in tətbiqi ilə aradan qalxan deyildir. Çünki dərman bazarının tənzimlənməsi, orada inhisarçılığın aradan qaldırılması, ölkəyə gətirilən dərmanların təhlükəsizlik və digər tələblərə uyğunluğuna nəzarət, satınalmalarda korrupsiya riskləri kimi məsələlər Səhiyyə Nazirliyinin və başqa müvafiq dövlət qurumlarının səlahiyyətində olan məsələlərdir. Tibb müəssisələrinin dərman vasitələri və tibbi ləvazimatlarla təminat məsələsində qeyri-müəyyənlik mövcuddur. Çünki TƏBİB-in Nizamnaməsində “icbari tibbi sığorta münasibətləri çərçivəsində tabeliyində olan müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək” vəzifəsi var. Eyni zamanda Səhiyyə Nazirliyinin Əsasnaməsində də “əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək” vəzifəsi göstərilib. Hazırda dövlət büdcəsi vəsaiti hesabına (o cümlədən, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan) dərman və tibbi ləvazimatların alışını Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi həyata keçirir. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarəti də bu qurum həyata keçirir. Mürəkkəb maraqlar toqquşması yaradan bu vəziyyətin də həlli zəruridir. 

Yüklə 74,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin