MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu


اگر بیند که خدای تعالی جل وعلا اورا نامی دیگر نهاد دلیل بر شرف و بزرگی کند



Yüklə 1,22 Mb.
səhifə6/16
tarix03.04.2017
ölçüsü1,22 Mb.
#13198
1   2   3   4   5   6   7   8   9   ...   16

اگر بیند که خدای تعالی جل وعلا اورا نامی دیگر نهاد دلیل بر شرف و بزرگی کند

Əgər bir kimsənə düşdə kəndüyə Allah-təala bir

ad qodı görsə, şərəf və ululıq bula. (153,16b)
نام نهادن "nam nəhadən" fars frazeoloji vahidi müasir fars ədəbi dilində نام دادن نام گذاشتن şəklində işlənir və "ad vermək", "adlandırmaq" mənasını daşıyır (111,II,618) Bu ifa­dənin qarşılığı kimi Bəvazicinin işlətdiyi "ad qomaq" frazeo­loji vahidi həm mənaca, həm də leksik tərkibcə onun tam eynidir. "Ad qomaq" qədim türk mətnlərində (99, 65), Qütbün "Xosrov və Şirin" tərcüməsində (107, 155) və "Kitabi-Dədə Qorqud"da (24, 36) işlənmişdir.

Eyni ifadəyə İmadəddin Nəsimi Divanında da (26,35) rast gəlirik, lakin prof. Cahangir Qəhrəmanov nədənsə onu leksik vahid kimi ayrıca göstərməyi lazım bilməmişdir. Orta əsrlərə aid yazılı abidələrdə eyni mənada “ad urmaq” ifa­də­sinin də işlənməsi göstərilir (89, 1, 22-23). Maraqlıdır ki, “ad qoymaq” frazeoloji vahidi “Tarama sözlüyü”ndə qeydə alın­ma­mışdır. Bu ifadə çağdaş ədəbi dilimizdə “ad qoymaq” şək­lində işlənir.


زبان دراز گردیدن -dilin uzun etmək, dil uzatmaq:
اگر بنید که اورا بشمشیر زدند وخون روان شد دلیل که زبان بروی دراز گردد
Əgər bir kimsənə düşdə bir kimsənəyi qılıcla urub, an­dən qan aqdı görsə, kəndü dilin bir kimsənə üzərinə həqq ilə uzun edə. (153,222b)
Orijinaldakı زبان دراز گردیدنifadəsi çağdaş fars dilində azacıq fəqli şəkildə  زبان درازی کردن (qaba söz demək", "səsini qaldırmaq”, "çox danışmaq) mənasında işlənir (111,755). Həmin ifadə tərcümədə də eyni mənada işlənmişdir. "Kutadqu biliq"də eyni mənada "dil uzatmaq" frazeoloji vahidi qeydə alınmışdır (bax:99, 560). Məhəmməd Füzulinin dilində isə "dil ıızatmaq" bir qədər başqa çalarda - "tənə etmək”, "danışmaq" anlamında işlənmişdir (bax: 6, II, 99). Maraqlıdır ki, Bəvazici də eyni ifadəni sonrakı cümlədə "dil uzatmaq" şəklində də işlətmişdir. Müasir ədəbi dilimizə gəldikdə isə, bu ifadələrin hər ikisi "dil uzatmaq" "diliuzunluq eləmək” şəklində işlənir (6, II, 99, 105).

برباد دادن - yelə vermək:
اگر بازرگانی بنید که آتش دردکان و کالای اوافتاد دلیل کند که کالائی که دارد برباد دهد
Əgər bir bazirgan düşdə kəndü dükanına və qumaşına od düşdi görsə, kəndü malını yelə verə. (153,69a)
"Yelə vermək" ifadəsi eyni mənada və eyni şəkildə "Kutadqu biliq"də (bax:99, 254), eləcə də XIII-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə, o sıradan Məhəmməd Füzulinin dilində (bax: 89, VI, 4497-2298) qeydə alınmışdır. Maraqlıdır ki, eyni mənada çağdaş ədəbi dilimizdə birinci tərəfı fars mənşəli باد "bad” (külək, yel) sözünün iştirakı ilə düzəlmiş "bada vermək” frazeoloji vahidi daha çox işlənir. Bununla belə dilimizdə "yelə vermək” ifadəsi də qorunub saxlanıl­mışdır (bax: 6, II, 528).
روی گردانیدن -yüz çevirmək:
اگر بیند که گرگ را بکشت دلیل که اهل اسلام از وی روی بگرداند

Əgər bir kimsənə düşdə bir qurt öldürdi görsə, əhli-islamdan yüz çəvürə. (153,250a)
Çağdaş ədəbi dilimizdə azacıq dəyişikliyə uğrayan “üz çevirmək” ifadəsinin eyni mənada “Divani-luğat-it-türk”də və “Kutadqu biliq”də “yüz evürmək” şəklində işləndiyi qeydə alınmışdır (bax:99,287). “Evürmək” sözünün “çevirmək”, “dön­­dərmək” mənalarını nəzərə aldıqda (99,191) bu ifadəni “üz çevirmək” frazeoloji vahidinin sinonimi kimi qəbul edə bilərik. “Yüz çevirmək” frazeoloji vahidi XIV-XV əsərlərə aid yazılı abidələrdə də qeydə alınmışdır (89,VI,4780-4781). Çağdaş ədəbi dilimizdə bu ifadə daha çox “üz döndərmək” şəklində işlənir.

“Kəvamilüt-təbir”də işlənmiş "ayrıluq düşmək", "and içmək", “çətin gəlmək”, "dad istəmək", "darlığa düşmək", "dilə düşmək", "əl uzatmaq", "ələ girmək", “firqət düşmək”, “xəstəlik çəkmək”, "işi-gücü düşmək", "kəf çalmaq", "söhbət düşmək", "tənə urmaq", “yel qalxmaq”, “yerinə gətürmək” və s. frazeoloji vahidləri də orijinalın mətnində olan aşağıdakı fars sabit söz birləşmələrinə tam uyğun gəlir:


جدایی افتادن، قسم خوردن، دشوار آمدن، داد خواستن، در رنج افتادن، بزبان افتادن، دست زدن، بدست آمدن، مفارقت افتادن، بیماری کشیدن،

سروکار افتادن، کف زدن، صحبت افتادن، طعنه زدن، باد برخواستن، بجای آوردن
Bu frazeoloji vahidlərdən "çətin gəlmək", "darlığa düşmək", "işi-gücü düşmək", "kəf çalmaq", "firqət düşmək",
"xəstəlik çəkmək", "yerinə gətirmək" müasir ədəbi dilimizdə daha çox "ağır gəlmək", "dara düşmək", "işi düşmək", "əl çalmaq", "ayrılıq düşmək", "azara düşmək", "yerinə yetirmək" şəklində işlənir. Digər frazeoloji vahidlərin isə bəziləri kiçik fonetik dəyişikliyə uğramış, bir neçəsi isə olduğu kimi qorunub saxlanılmışdır.

İkinci növə aid etdiyimiz sabit söz birləşmələri farsca orijinallarından tərkiblərindəki fellərin məna fərqi ilə seçilir. Onlardan da bir neçəsinə nəzər salaq:
خشم گرفتن - acığ gəlmək:
اگربنید که کسی خشم از بهر دنیا گرفت دلیل که کاردین اوحقیروخوار دارد
Acığ gəlmək fəqrə və inqilabə dəlalət edər. (153,28a)
Öncə qeyd edək ki, orijinaldakı خشم گرفتن (xəşm gereftən) frazeoloji vahidi خشم (acıq, qəzəb) ismindən və گرفتن (tutmaq) felindən ibarətdir. Bu ifadənin türkcə qarşılığında isə göründüyü kimi, "tutmaq" feli əvəzinə "almaq" feli işlənmişdir. Qeyd edək ki, fars dilində آمدن (gəlmək) felinin iştirakı ilə düzəlmiş به خشم آمدن frazeoloji vahidi də eyni mənada işlənir (111, 1, 556). Bu da maraqlıdır ki, خشم گرفتن ifadəsinə tam uyğun gələn "acığı tııtmaq" ifadəsi "Kitabi-Dədə Qorqud"da iki yerdə işlənmişdir (bax: 89, 1, 3-4). Müasir ədəbi dilimizə gəldikdə isə, bu ifadələrin hər ikisi işlənir: "acığı gəlmək”, "acığı tutmaq" (6, I, 161).
روی نهادن - yüz vermək:
دولت و اقبال روی بوی نهد

Dövlət və iqbal yüz verə. (153,43b)

Orijinaldakı روی نهادنfrazeoloji vahidi müasir fars ədəbi dilində "meyil etmək", "yönəltmək", "üz qoymaq" anlamlarında işlənir (111, 1 234). İfadənin kinci tərəfı نهادن feli "qoymaq" mənasını daşıyır. Göründüyü kimi, tərcümədə isə "vermək" felinin iştirakı ilə düzəlmiş "yüz vermək" frazeoloji vahidi işlənmişdir. İfadə Füzulidə də eyni mənada işlənmişdir. "'Gərçi ey dil, yar içün yüz verdi möhnət sana, Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana” (bax: 89, VI, 4801). Eyni mənada "Kutadqu biliq"də "yüz ıırmaq", XIV əsrə aid "Kəlilə və Dimnə" tərcüməsində isə "yüz göstərmək” frazeoloji vahidinin işlənməsi qeydə alınmışdır (99, 287-288; 89, VI, 4785).



دست داشت - əlin çəkmək:
چون این خواب مرد صالح بیند دلیل که دست از گناهان و کارهای ناسزا بدارد
Əgər bu düşi bir saleh kimsənə görsə, əlin şər işdən çəkə. (153,11a)
دست داشتن frazeoloji vahidi çağdaş fars dilində دست برداشتن şəklində bir neçə yaxın mənada işlənir ki, (111, 1, 629) onlardan biri də "əl çəkmək”dir. Bu frazeoloji vahidin fel hissəsi, əsasən, "götürmək" mənasını daşıyır. Bəvazicinin işlətdiyi "əlin çəkəfrazeoloji vahidi isə onun fars mətnində işlənmiş qarşılığından tərkib hissəsindəki felə görə fərqlənir. Qeyd edək ki, fars dilində "əl çəkmək” sabit söz birləşməsi ilə tam üst-üstə düşən دست کشیدن "dəst keşidən" frazeoloji vahidi də vardır. Orta əsr yazılı mənbələrində eyni mə'nada "əl qaçırmaq", "əl dartmaq" və "əl kəsmək" frazeoloji vahidlərinin işlənməsi qeydə alınmışdır (89, III, 1438, 1422, 1442). “Əl çəkmək” frazeoloji vahidi çağdaş ədəbi dilimizdə də heç bir dəyişiksiz işlənir.
از راه بردن - yoldan çıxarmaq:
فرزند او را از راه ببرد
Uşağın ... yoldan çıxara. (153,276a)
Orijinaldakı bu sabit söz birləşməsi çağdaş fars dilində

راه در بردن از şəklində "yoldan çıxarmaq", "sapdırmaq" mənasında işlənir (111, 1, 711). XV-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə eyni mənada "yoldan ilətmək” ifadəsi qeydə ahnmışdır (89, VI, 4653). "İlətmək” felinin "aparmaq" məna­sını nəzərə alsaq, bu frazeoloji ifadənin leksik tərkibcə onun farsca qarşılığına tam uyğun gəldiyini görərik. Bəvazici isə bu fars frazeoloji vahidini ana dilindəki qarşılığı ilə tərcümə etmişdir. “Yoldan çıxarmaq” frazeoloji vahidi çağdaş ədəbi dilimizdə də heç bir dəyişiksiz eyni mənada işlənir.

Yol” isminin iştirakı ilə düzəlmiş “yol kəsmək” frazeo­loji vahidi də, yuxarıda qeyd etdiyimiz kimi, farsca orijinalın­dan tərkibindəki fellə fərqlənir.

Qeyd edək ki, “yol kəsmək” frazeoloji vahidi orta əsrlərə aid yazılı mənbələrdən yalnız Sultan Vələdin Divanında /XIII-XIV əsrlər/ və XVII yüzilliyə aid “Qanunül-ədəb” tərcümə­sində “yol almaq”, “yol getmək”, mənasında qeydə alınmışdır (89,VI, 4656). Qədim türk mətnlərində qeydə alınmış “yol tutmaq” frazeoloji vahidinin də yalnız bu mənası göstərilir (99, 271). “Yol kəsmək” frazeoloji vahidinin Bəvazicidə daşıdığı mənada isə orta əsr mənbələrinin bir neçəsində “yol urmaq” və yalnız birində “yol basmaq” frazeoloji vahidləri qeydə alınmışdır (89, VI, 4651, 4661-4662).

Bəvazici həmçinin "Kamilüt-təbir"də işlənmiş خون ریختن، جان کندن، ترس رسیدن، داد ستاندن frazeoloji vahidlərini də fərqli şəkildə, yəni "qan etmək" (153,30a), "can çəkmək" (153,19b), "qorxu çəkmək" (153,158b) "hayıfın almaq"(153,316b) kimi tərcümə etmişdir. Bu frazeoloji vahidlərdən birincisi abidədə "qan tökmək” mənasında işlənmişdir. Maraqlıdır ki, "qan tökmək” frazeoloji vahidi farsca خون ریختن ifadəsinə tam uyğun gəldiyi halda, Bəvazici onu bu cür fərqli şəkildə (“qan etmək”) işlətmişdir. Bu da maraqlıdır ki, eyni mənada "Kutad­qu biliq"də "qan tökmək” frazeoloji vahidi (bax: 99, 417), XV-XVI əsrlərə aid yazılı mənbələrdə isə "qan etmək” sabit söz birləşməsi (89,IV,2220) işlənmişdir. Çağdaş ədəbi dilimizə gəldikdə isə, bu ifadələrin hər ikisi işlənir.

İkinci frazeoloji vahid - "can çəkmək" abidədə çağdaş ədəbi dilimizdəki "can üstə olmaq" sabit söz birləşməsinin daşıdığı mənada işlənmişdir. Bu ifadəyə əlimizdə olan mənbələrin heç birində rast gəlmədik. Üçüncü frazeoloji vahi­din - "qorxu çəkmək" sabit söz birləşməsinin farsca orijina­lının tərkibindəki رسیدن feli dilimizə "çatmaq", "yetişmək” kimi tərcümə olunur. Onu da qeyd edək ki, fars dilinin izahlı lüğətlərində ترس (qorxu) isminin yalnız "xordən" (yemək) feli ilə frazeoloji vahid əmələ gətirdiyi göstərilir. Çağdaş ədəbi dilimizdə "qorxu çəkmək” əvəzinə "qorxuya düşmək" frazeo­loji vahidi işlənir.

Bəvazicinin işlətdiyi dördüncü frazeoloji vahid  "hayı­fın almaq" xüsusilə maraqlıdır. İkinci növə aid etdiyimiz frazeoloji vahidlərdən fərqli olaraq, bu ifadə farsca əslindən - داد ستاندن sabit söz birləşməsindən tərkibindəki ikinci sözlə yox, birinci sözlə seçilir. Xatırladaq ki, bu fars sabit söz birləşməsini Əhmədi "Əsrarnamə"də hərfi şəkildə "dad almaq" kimi tərcümə etmişdir (bax:43,74). Onu da qeyd edəki ki, Bəvazici bu ifadədə "hayıf” sözünü hərəkələyərək, onun məhz belə oxunmasını göstərmişdir. Maraqlıdır ki, bu söz danışıq dilində də elə abidədə yazıldığı kimi işlənir. “Hayıf almaq” frazeoloji vahidi bizə məlum mənbələrdən yalnız birində- XIX əsr aşığı Ərzurumlu Əmrahın dilində işlənmişdir (89, II, 1906). Bu frazeoloji vahid bugünkü danışıq dilimizdə də eyni mənada işlənsə də, “Azərbaycan dilinin izahlı lüğə­ti”ndə qeydə alınmamışdır. Burada “intiqam almaq” sözünün sinonimi kimi “heyfini almaq” sabit birləşməsi göstərilir (6, II, 409).



İndi isə Bəvazicinin farscadan "kalka" şəklində tərcümə etdiyi sabit söz birləşmlərinə nəzər salaq. Öncə qeyd edək ki, bu qəbildən olan frazeoloji vahidlər yuxarıdakılarla müqayi­sədə olduqca azdır. Həmin sabit söz birləşmələri içərisində aşağıdakılar xüsusilə diqqəti cəlb edir:
خشم فرو خوردن - acığ yudmaq:
اگر بیند که زهر خورد از کسی خشم فرو خورد
Zəhr yemək düşdə bir kimsənədən acığ yudmağa dəlalət edər. (153,30a)
خشم فرو خورد sabit söz birləşməsi fars dilində “hirsini basmaq mənasını daşıyır. Bəvazici bu sabit söz birləşməsinin hər iki tərkib hisssini - خشم (qəzəb) ismini və فرو خوردن (udmaq) felini hərfi şəkildə tərcümə edərək, "acığ yudmaq" frazeoloji vahidini dilimizə gətirmişdir. Maraqlıdır ki, Nişati də "Rövzətüş-şühəda"da işlənmiş bu sabit söz birləşməsini “Şühədanamə”də "xəşmi yutmaq" şəklində tərcümə etmişdir (bax:42,155,). Həzini isə “Hədisi-ərbəin” tərcüməsində "qəzəb yudmaq" ifadəsini eyni mənada işlətmişdir: Kim qəzəb yudmaq yəqin bil, ya Əli, Tanrı xəşmini söndürür, Ya Əli (bax:45,118). Qədim türk mətnlərində, eləcə də orta əsr yazılı abidələrində "acığ yudmaq" ifadəsinə rast gəlmirik. Bu ifadənin dilimizdə vətəndaşlıq hüququ qazana bilməməsi faktı da onun "kalka" yolu ilə dilimizə çevrilməsini, beləliklə də, yazılı ədəbi dilə gətirilməsini sübut edən dəlillərdən biri sayıla bilər. Çağdaş ədəbi dilimizdə bu ifadənin əvəzinə "hirsini basmaq" fra­zeoloji vahidi işlənir.
بکار داشتن - işə tutınaq:
زن داری وخواهرزن هر دورا بکار میداری
Sən bir kişisin ki, bunlarun ikisin dəxi işə tutarsın. (153,106b)
بکار داشتن sabit söz birləşməsi fars dilində "işi olmaq" mənasında işlənir. Bəvazici onu eynilə orijinalda olduğu kimi "kalka" edərək, "işə tutmaq" şəklində çevirmişdir. Bu ifadəyə heç bir mənbədə rast gəlmədik. Çağdaş ədəbi dilimizdə onun əvəzində "işi olmaq" ifadəsi işlənir. Qeyd edək ki, çağdaş dilimizdəki "iş tutmaq" ifadəsi ilə Bəvazicinin tərcümədə işlət­diyi "işə tutmaq" frazeoloji vahidi arasında semantik cəhətdən müəyyən yaxınlıq vardır (6, II, 454). Bunu nəzərə aldıqda "işə tutmaq" ifadəsini "kalka" hesab etməmək də olardı. Lakin Bəvazici bu ifadəni eynilə "köçürmüş" və farsca sabit söz bir­ləşməsindəki "be" önqoşmasını da yönlük hal şəkilçisi şək­lində vermişdir.

"Tutmaq" felinin iştirakı ilə düzəlmiş "könli xoş tut­maq", "hörmətsiz tutmaq", "pəsəndidə tııtmaq" frazeoloji vahidləri də eyni qayda ilə farsca mətndəki دل خوش داشتن

خوار داشتن جایز داشتن ifadələrindən tərcümə olunmuşdur. Bu ifadələrdən birincisinin əvəzində çağdaş dilimizdə "ürəyini bıız kimi saxlamaq" frazeoloji vahidi işlənir. "Hörmətsiz tutmaq" ifadəsi burada "təhqir etmək", "alçaltmaq" məna­sında, "pəsəndidə tııtmaq" isə "bəyənmək" anlamında işlən­mişdir.

تنگدست گردیدن - əli dar olmaq:
اگر بیند که از خرخویش بیفتاد درویش و تنگ دست گردد

Əgər bir kimsənə kəndü əşəgindən düşdi görsə, fəqir olub əli dar ola. (153,47b)
Orijinaldakı تنگدست گردیدن frazeoloji vahidinin birinci tərəfi تنگدست fars dilində "yoxsul", "kasıb" mənalarını daşıyır (111, 1, 403). Bəvazici onu olduğu kimi - "əli dar” şəklində çevirmişdir. Çağdaş dilimizdə bu ifadənin əvəzində "əliaşağı”, “əliboş” frazeoloji vahidləri işlənir. İstər qədim türk mətnlə­rində, istərsə də orta çağların yazılı abidələrində "əlidar" ifa­də­si qeydə almmamışdır.

"Əl" ismi ilə düzəlmiş daha bir frazeoloji vahidi "kalka" hesab etmək olar. Bu, aşağıdakı cümlədə işlənmiş "əli qısa olmaq" frazeoloji vahididir: "Əlim şər işdən qısa olmuşdur" (153,11a). Bu cümlə orijinalda bu şəkildədir:


دست من از شرکوتاه گشته است
Orijinaldakı دست کوتاه گشتن fars sabit söz birləşməsi çağdaş fars dilində "imkanı olmamaq" mənasında işlənir (111, 1, 633). Lakin cümlənin məzmunundan da göründüyü kimi, həmin ifadə burada "işi olmamaq", "əl çəkmək", "yaxın durmamaq” mənasında işlənmişdir və tərcümədə də eyni mənanı daşıyır. Elə çağdaş dilimizdə də "əli qısa olmaq" ifadəsinin qarşılığı "əl çəkmək" frazeoloji vahididir. "Əl qısa olmaq" ifadəsi XIV əsrə aid "Kəlilə və Dimnə" tərcüməsində də eyni mənada işlənmişdir (bax: 89, III, 1442). Bu tərcümə abidəsinin də əsli fars dilindədir və fikrimizcə, orada da bu ifadənin işlənməsi hərfi tərcümənin nəticəsi kimi dəyərləndirilə bilər. Həmin ifadənin orijinal yazılı abidələrdə qeydə alınmaması da bunu sübut edir.

Bəvazicinin işlətdiyi “könlü pas tutmuşdur” (153,8a) sabit söz birləşməsi də orijinaldakı دل زنگ گرفتن frazeoloji vahidinə tam uyğun gəlir və onu da “kalka” saymaq olar. Bu ifadəyə nə qədim türk mətnlərində, nə də orta çağların yazılı abidələrində rast gəlirik. Yalnız Yunis İmrənin şeirlərində “könül pası” ifadəsinin “vəsvəsə”, “pis düşüncələr” məna­larında işlənməsi qeydə alınmışdır (89,III,1770). Eyni ifadə “Dastani-Əhməd Hərami”də isə “qəm”, “kədər” anlamında işlən­mişdir (89,III,1770).

Abidədə işlənmiş "ömrin köçürmək" (153,13a), "dirligin keçirmək" (153,196a) ifadələri də orta əsrlərə aid türkcə mətnlərdə qeydə alınmamışdır. Bu iki ifadəni də orijinalda işlənmiş عمر خودرا گذ را نیدن زندگانی... گردانیدن fars frazeoloji vahidlərinin hərfi tərcüməsi hesab etmək olar. XIV əsr tərcümə abidəsi "Kəlilə və Dimnə"də eyni mənada "dirlik sürmək" ifadəsi işlənmişdir (bax:89, III, 1181). Elə çağdaş ədəbi dilimizdə də eyni mənada "ömür sürmək" frazeoloji vahidi işlənir.

Bəvazici həmçinin orijinaldakı ربا خوردن frazeoloji vahi­dinin də birinci tərəfıni saxlayaraq, ikinci tərəfini hərfi şəkildə tərcümə etməklə "riba yemək" frazeoloji vahidini işlətmişdir. Bu ifadə fars dilində "sələmçilik etmək”, "sələm pıılunu mənimsəmək” mənalarında işlənir (111, 1, 714).

Abidədə qeydə aldığımız frazeoloji vahidlərin bir hissə­sini də Bəvazici orijinaldan asılı olmayaraq işlətmişdir. Həmin ifadələrin bəzilərinin işləndiyi cümlələr orijinalda, ümumiy­yətlə, yoxdur, yəni onlar yuxarıda qeyd etdiyimiz kimi, başqa kitablardan tərcümə olunmuşdur. Bu qəbildən olan ayrı-ayrı frazeoloji vahidlərin işləndiyi cümlələr isə farsca mətndə də vardır, sadəcə olaraq, Tiflisidə bu ifadələrin əvəzinə frazeoloji vahidlər yox, mürəkkəb sözlər və sərbəst söz birləşmələri işlənmişdir. Məsələn:
اگر بنید که جوی آب تیره بود دلیل بود که کارش تباه شود
Az bulanuq və aqmaz görsə, işi nizamsız və bulanuq ola. (153,43b)
گفتگو کند
Söz-sav düşə. (153,98a)
اگر بنید که ریش او تراشیده بود دلیل که از بهر معیشت ذلیل گردد
Əgər bir kimsənə düşdə kəndü saqalın yolundı görsə, məişəti içün yüzinün suyi gedə. (153,178b)
Orijinalın birinci cümləsindəki کارش تباه شودtərkibində frazeoloji vahid yoxdur və o, dilimizə belə tərcümə olunur: "işi xarab olar". Bəvazici bu tərkibdəki "təbah" (xarab olmuş, kor­lanmış) sözünü "bulanıq" kimi tərcümə etməklə olduqca ma­raqlı bir sabit söz birləşməsi yaratmışdır: "işi bulanıq olmaq". Bu sabit söz birləşməsinə əlimizdə olan mənbələrin heç birində rast gəlmədik. Çağdaş dilimizdə işlənən "işi dolaşığa düşmək” frazeoloji vahidi mənaca bu sabit söz birləşməsinə yaxındır.

Farsca ikinci cümlədə də frazeoloji vahid yoxdur. Bəvazici bu cümlədəki گفتگو کردن "qoftoqu kərdən" (danışmaq) mürəkkəb felini "söz-sav düşmək” frazeoloji vahidi ilə ver­mişdir. Bu frazeoloji vahidin qədim türk mətnlərində və orta çağların yazılı abidələrində işlənməsi haqqında heç bir qeyd yoxdur. Çağdaş ədəbi dilimizdə isə bu ifadə "söz düşmək” şəklində işlənir (6, IV, 101).



Üçüncü cümlədə işlənmiş "yüzünün suyi getmək” sabit söz birləşməsinin də qarşılığı orijinaldakı cümlədə yoxdur. Farsca mətndə bu ifadənin əvəzində ذلیل گشتن (zəlil olmaq) mürəkkəb feli işlənmişdir ki, onun da mənası "zəlil olmaq", "bədbəxt olmaq" deməkdir. "Abır-həyası getmək" mənasını verən "yüzünün suyu getmək” sabit söz birləşməsi ilə "zəlil olmaq" mürəkkəb feli semantik cəhətdən bir-birinə sinonim olmasalar da, onların daşıdığı mənalar arasında müəyyən ox­şarlıq vardır və fıkrimizcə, Bəvazici farsca cümlədəki fikri bu ifadə ilə bir qədər bədii şəkildə vermək istəmişdir. Bu ifadəyə orta çağların yazılı abidələrində yalnız "yüz suyu" (abır, həya) şəklində rast gəlirik (89, VI, 4787). Müasir ədəbi dilimizdə də bu ifadə eynilə “üzünün suyu getmək” şəklində işlənir (6, IV, 244).

Bəvazici bəzən də orijinaldakı hər hansı bir frazeoloji vahidi eynilə tərcümə etdikdən sonra fikri qüvvətləndirmək məqsədilə həmin ifadəyə mənaca yaxın olan daha bir sabit söz birləşməsini də tərcüməyə özündən artırır. Məsələn:


ویرا بسخن طعنه زنند
Kəndüyə tənə uralar və kəndüyə söz keçə. (153,309b)
Farsca cümlədə yalnız bir frazeoloji vahid işlənmişdir: طعنه زدن. Bəvazici onu "tənə urmaq" kimi tərcümə etməklə yanaşı, "söz keçmək" frazeoloji vahidini də cümləyə artır­mışdır. "Söz keçmək” ifadəsi qədim türk mətnlərində və orta əsr yazılı abidələrində qeydə alınmamışdır. Çağdaş dilimizdə işlənən "sözü keçmək” frazeoloji vahidi bu ifadəyə zahirən oxşasa da, onun daşıdığı məna Bəvazicidəkindən tamamilə fərqlənir (6, IV, 101). Dilimizdəki "söz dəymək”, "söz toxun­maq" ifadələri isə bu ifadəyə mənaca uyğun gəlir.

Bəvazici aşağıdakı sabit söz birləşmələrini də tərcümədə orijinaldan asılı olmayaraq, sərbəst şəkildə işlətmişdir: "adı yayılmaq", "assı görmək", "dilküçilik eyləmək", "günah işlətmək", "qayğıı çəkmək", "əlinə düşmək", "xəstə düşmək", "yol tutmaq", "sayru düşmək", "usu getmək". Bu ifadələrdən üçünün -"assı görmək", "sayru düşmək" "usu getmək" sabit söz birləşmələrinin tərkiblərindəki isimlər çağdaş ədəbi dilimizdə işlənmədiyi üçün onların özləri də bütövlükdə arxaik sayılır. "Assı görmək” frazeoloji vahidi abidədə çağdaş dilmizdəki "xeyir görmək” sabit söz birləşməsinin sinonimi kimi işlənmişdir. İfadəyə eynilə bu şəkildə qədim türk mətnlərində və orta çağların yazılı abidələrində rast gəlmirik. Bununla belə, həmin mənbələrdə "asıq", "assı" isminin iştirakı ilə düzəlmiş eyni mənalı "asıq almaq" (99, 60), "assı bulmaq" (89, 1, 248) frazeoloji vahidlərinin işləndiyi qeydə alınmışdır. "Sayru düşmək” frazeoloji vahidinə isə eynilə "Kitabi-Dədə Qorqud"da rast gəlirik: “Ol obada bir yaxşı-xub yigit sayru düşmüş idi (24,79). Bu ifadə "Şühədanamə"də də işlənmiş­dir: “Çox müddətdir ki, ol sayru düşübdur” (151, 175b). Maraqlıdır ki, Bəvazici eyni vərəqdə "sayru düşmək” yanaşı, onun sinonimini də - fars mənşəli "xəstə" ismi ilə düzəlmiş "xəstə düşmək” frazeoloji vahidini də işlətmişdir. Sonuncu ifadə Molla Vəli Vidadi və Aşıq Ələsgərin dilində də qeydə alınmışdır (6, IV, 319).

Əvvəlki iki frazeoloji vahidlə müqayisədə "usu getmək" ifadəsinin orta çağlar yazılı abidələrində işlənmə dairəsi genişdir. Bu ifadə XIV-XVI yüzilliklərə aid yazılı abidələrdə bol-bol işlənmişdir (89, VI, 3984-3986). Ona "Şühədanamə"də də rast gəlirik: " Qardaşum fəraqından usum getmiş idi" (151, 262b). Qütbün “Xosrov və Şirin” tərcüməsində isə eyni mənada “usı azmaq” frazeoloji vahidi işlənmişdir (107,325). Bu ifadəni Füzuli də işlətmişdir: "Xah dərviş ola, xah ğəni, Usı azır düşündə görsə səni” (89, VI, 3993).

Usu getmək” frazeoloji vahidinə çağdaş ədəbi dilimizdə işlənən "ağlı başından getmək” "huşu getmək” sabit söz birləşmələri uyğun gəlir. Məlum olduğu kimi, bu ifadələrin tər­ki­bin­dəki “ağıl” sözü ərəb mənşəli, “huş” isə fars mən­şə­lidir.

Yuxarıda qeyd etdiyimiz başqa frazeoloji vahidlərə gəldikdə isə, onlardan "əlinə düşmək", "günah işləmək" "qayğu çəkmək", "yol tutmaq" çağdaş ədəbi dilimizdə eynilə; "adı yayılmaq" frazeoloji vahidi "adı çıxmaq", "ad qazanmaq" şəklində; "dilküçilik eyləmək” isə "özünü tülkülüyə vurmaq" şəklində işlənir.

Beləliklə, “Kəvamilüt-təbir”lə onun farsca orijinalının mətnlərinin müqayisəli təhlili göstərir ki, Bəvazici istər farscanı, istərsə də doğma ana dilini incəliyinə qədər bilmiş və farsca mətnin tərcüməsində, bir qayda olaraq, hərfiliyə yol verməyərək onun məzmununu bütövlükdə özü qavradığı şəkildə, sərbəst biçimdə, öz sözləri ilə ifadə etməyə daha çox meyilli olmuşdur.





Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin