Şəkil 2.2.7. OC‐17 molekulunun kalsium‐karbonat nanohissəciyini
ələ keçirməsi ( University of Warwick).
Nanokristaldan azad olmuş OC‐17 “qısqacı” vasitəsi ilə
amorf kalsium karbonat kütləsindən yeni nanohissəcik götürərək
yeni kristalın böyüməsinə start verir. Beləliklə, çox da olmayan
zülal molekulları, katalizator kimi işləyərək, amorf CaCO
3
hissə‐
ciklərinı krisatillik quruluşa çevirirlər. Müəlliflər inanırlar ki, OC‐17
zülal molekulu mexanizminin açılması tədqiqatçıları digər proses‐
lərin mexanizmlərini müəyyən etməyə stimullaşdırar.
İndı isə OC‐17 tərkibində olan, prosesin mexanizmində əsas
rol oynayan aminturşu arginin haqqında daha geniş məlumat
verək (şəkil 2.2.8). Arginin [28] əvəzediməz turşudur, yaşlı və saxlam
insanın orqanizmi tərəfindən kifayət miqdarda istehsal olunur.
Bununla yanaşı, uşaq, yaşlı və xəstə adamların orqanizmində argininin
sintezi lazımi səviyyədə deyildir. Argininin biosintezi sitrulındən,
argininsuksianatsintaz və argininsuksianatliazın təsiri ilə baş verir.
Molekulyar dinamika və metadinamika
121
Şəkil 2.2.8. D‐Arginin: 2‐amin‐
(diaminmetiliden‐amin)pentan turşusu
Arginin azot mübadiləsi (məməlilər və
balıqların ornitin dövründə) prosesində
iştirak edən əsas metabolitlərdən
biridir və azot monooksidin NO sin‐
tezində NO‐sintaz maddəsinin subs‐
tratıdır. NO isə çoxlu effektlərə (ilti‐
habdan əvvəlki mərhələdən damar
effektlərinə və angiogenesisin stimul‐
laşdırılmasına qədər) malik lokal hüce‐
yrə hormonudur.
Molekulyar çeviricilər və nanoelektronika
[29‐37] işlərində metadinamikanın nailiyyətlərinin super‐
kompüter yaradılması texnoloğiyasında istifadə olunmasından bəhs
edilir. Molekulyar sistemlərin modelləşməsində superkompüterlərdən
geniş istifadə olunur. Beləliklə, texnoloji proseslərin və qurğuların
superkompüter modelləşməsi jeni texnoloji proseslərin yaradılmasının
və superkompüterlərin özünün təkmilləşdirilməsinin ayrılmaz
hissəsidir.
Yarımkeçiricilər texnikasında silisiumun və izolyatorın nazik
təbəqələrindən ibarət tranzistor xətti ölçüləri kiçildilməsi yolları
axtarılır. Amma hüdud artıq görünür, itgilərin qarşısı alınmazdır:
takt tezliyinin artırılması və miniatürləşmə sonsuz davam edə
biməz. Çox nazik təbəqələrdə nəzarətdən çıxan qızma və elekt‐
ronların tunelləşmə prosesləri hesabalayıcı sistemin işini pozur.
Kiçik ölçülü tranzistorların inteqral sxeminin formalaşması kvant
Molekulyar dinamika və metadinamika
122
qanunlarına görə standart fotolitoqrafiya texnikası əsasında
mümkün deyil. Ənənəvi tranzistorların ölçüsünü azaltmaqla
əməliyyat sürətinin artırılması prosesi hüdudludur. Bu problemin
həllərindən biri ənənəvi tranzistorların əvəzinə molekulyar çevirici‐
lərdən istifadə etməkdir. Molekulyar tranzistorların ölçüsü ən
miniatür sislisium tranzistorundan iki tərtib kiçik olmalıdır; təbii ki,
istehsal səmərəsi də yüksək olmalıdır.
Molekulyar çeviricilərdən istifadə etdikdə inteqral sxemin vahid
səthinə milyon dəfə çox nanotranzistor yerləşdirmək mümkündür.
Bundan başqa, cavab effekti femtosaniyələrə qədər azalsa (altı
tərtibdə – elementar kimyəvi reaksiyaların getmə müddətinə qədər),
molekulyar kompüterin effektliyi silisium kompüterindən milyard
dəfələrlə çox olar. Belə molekulyar qurğu sxemlərini yaratmaq üçün
molekulyar sistemlərin xassələri dəqiq öyrənilməlidir. Super‐
kompüterlərdə mürəkkəb proseslərin modelləşdirilməsi mürəkkəb
nanosistemlərin davaranışını proqnoz etməyə imkan verə bilər.
Yüksək və aşağı müqavımətli hallar arasında çevirici rol
oynayan molekulyar elektron sxemlərinin yaradılması – molekulyar
elektronikanın əsas istiqamətlərindən biridir. Təbii ki, molekulyar
birləşmələrin alınması, xassələrinin müəyyən edilməsi kimyaçıların
nanosistemlərdə həll etməli olduqları problemdir.
ƏDƏBİYYAT
1. Шумкин Г.Ш., Попов А.М., Куриони А., Лайно Т.. Модел‐
ирование из первых принципов молекулярного переключателя
на основе реакции изомеризации. Матем. Моделирование.
(2010) 22,18
2. Valiev M., Bylaska E.J., Gramada A., and Weare J.H. First Principle
Molecular Dynamics Simulations using Density‐Functional Theory,
chapter 56, in Reviews In Modern Quantum Chemistry: A Cele‐
bration Of The Contributions Of R. G. Parr,Ed. K.D. Sen (World
Scientific, Singapore) 2002. P.236
Molekulyar dinamika və metadinamika
123
3. Lin I.‐C., Seitsonen A.P., Coutinho‐Neto M.D., et al. Importance of
van der Waals Interactions in Liquid Water. J. Phys. Chem. B.
(2009) 113, 1127.
Dostları ilə paylaş: |