Molekulyar dinamika və metadinamika



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix22.12.2022
ölçüsü0,49 Mb.
#77205
1   2   3   4   5   6   7   8
2.2.Molekulyar dinamika, (113-125)

Şəkil 2.2.1. Naftalosianinin molekulyar izomerləşməsi 
Amorf karbonda faza keçidinin kvantomexaniki modelləşməsi 
[5] işində yerinə yetirilmişdir. Superkompüter hesablamaları Car‐
Parrinello kvantmexanika molekulyar dinamika modeli əsasında 
(kod CPMD) reallaşdırılmışdır. Müəyyən edilmişdir ki, temperaturu 
artırdıqda qrafit tipli yüksəkkeçirici sahə elektrik keçiriciliyinə malik 
olmayan almaz tipli sahədən daha çox olur. Maddənin qızdırılması 


Molekulyar dinamika və metadinamika 
115
və soyudulması zamanı sistemin enerji dəyişməsi histerezis xarakteri 
göstərir. Temperaturun dəyişmə sürətindən asılı olaraq nümunənin 
atom strukturu müxtəlif forma ala bilər. Elektron halları sıxlığının və 
Fermi enerjisinin müxtəlif temperaturlar üçün hesablanması 
nəticəsində müqavimətin sıçrayışla dəyişdiyi temperatur proqnoz 
edilmişdir.
[6] işində molekulyar dinamikanın əsasları nəzərdən keçiril‐
mişdir. Potensial enerjinin səthi və qüvvə sahələri təhlil edilir, trayek‐
toriyanın, Puankare kəsiyi, avto‐ və krosskorrelyasiya funksiyalarının
təyini üsulları izah edilir. 
Yüksək enerji şüalarından və radiasiyadan istifadə edərək yeni 
materialların yaradılması texnikanın aktual problemlərdən biridir. 
Məsələn, yüksək enerjili klasterlər ilə bərk səthin qarşılıqlı təsiri [7,8] 
işlərində tədqiq edilmişdir. Klasterlər bərk maddə səthinə çırpıldıqda 
səthin kiçik sahəsinə böyük enerji verilir. Bu proses ilk baxışda sadə 
görünsə də, fundamental və tətbiqi elm üçün böyük maraq doğurur 
[9‐13].
Klaster hissəciklərin bərk maddə ilə qarşılıqlı təsiri kollektiv 
prosesdir, adi maddə atom və molekullarının səthlə qarşılıqlı təsirində 
müşahidə olunmayan nadir xassələr törədir. Bu nadir xassələrə 
aşağıdakılar aiddir: 
1) nazik təbəqə alınması (yüksək sıxlıqlı enerji effekti); 
2) "dayaz implantasiya" (altlıq materialın aşağı enerji
şüalanması) 
3) yüksəkeffektli püskürmə (təmizləmə və səthin
hamarlanması) 
Klaster–bərk cisim toqquşma proseslərinin nəzəri tədqiqinin ən 
mühüm vasitələrindən biri kompüter molekulyar modelləşmə 
üsuludur. Bu üsulun tətbiqi sayəsində klasterlərin səthlə qarşılıqlı 
təsirinin mexanizminin öyrənilməsində və xüsusi xassəli material‐
ların hazırlanmasında mühüm nailiyyətlər qazanılmlşdır [14‐17]. 
Klasterlərin materiallarla qarşılıqlı təsiri enerjinin və səthə dəyən 


Molekulyar dinamika və metadinamika 
116
klasterin çox yüksək sürətlərində, çox qısa zaman müddətində – bir 
neçə pikosaniyə müddətində baş verir[18,19]. 
Klasterlərin metal (Al)səthlə qarşılıqlı təsirinin dinamikasının 
MD metodu əsasında kompüter modelləşdirilməsi [20] işində 
yerinə yetirilmişdir. Bu işin əsas detallarını nəzərinizə çatdıraq. 
2.2.2‐2.2.5 şəkillərində klasterin səthlə qarşılıqlı təsirinin 
dinamikasının modelləşdirilməsinin nəticələri verilmişdir.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin