Qrup: M-260 İxtisas: Maliyyə Bazarları Fənn:Monetar siyasət və Mərkəzi bankın fəaliyyəti Tələbə: Məhərrəmov İlqar Monetar siyasət nədir?
Monetar siyasət (ing Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki, bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir.
Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir.
1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi.
Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-da Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar
- Daraldıcı siyasət yeridilirsə - bu zaman pul təklifi azaldılacaq və ya az artırılacaq, yaxud faiz dərəcəsi yüksəldiləcək.
- Genişləndirici siyasət zamanı isə, pul təklifi kəskin artacaq və ya faiz dərəcəsi azaldılacaq.
Bundan əlavə, monetar siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var: - Yumşaq pul siyasəti - Mərkəzi bank faiz dərəcəsin aşağı salmaqla, iqtisadi artıma təkan verir
- Neytral pul siyasəti - Mərkəzi bank faiz dərəcəsində dəyişiklik etmir. Beləliklə nə iqtisadi artım təşviq edilir, nə də inflyasiya ilə mübarizə aparılır.
- Sərt pul siyasəti - bu zaman faiz dərəcəsi yuxarı səviyyədə saxlanmaqla, inflyasiya azaldılır.
Monetar siyasətin alətləri
Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuta bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə, bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir.
Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir:
- Diskont faiz dərəcəsi,
- Məcburi ehtiyat norması,
- Mənəvi razısalma (ing Moral suasion),
- Açıq ağız əməliyyatları (ing Open Mouth Operations)
Mərkəzi bankın monetar siyasəti
Mərkəzi Bankın bu istiqamətdə fəaliyyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla tənzimlənir. Pul siyasəti Mərkəzi Bankın əsas məqsədi olan qiymətlərin sabitliyini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər sistemidir.
Pul siyasətinin hədəfinə çatmaq məqsədilə Mərkəzi Bank pul siyasəti alətlərindən istifadə edir. Sərəncamında olan pul siyasəti alətləri vasitəsilə pul kütləsi, valyuta məzənnəsi və faiz dərəcələrinə təsir göstərməklə Mərkəzi Bank özünün son məqsədinə nail olmağa çalışır. Pul siyasətinə dair adekvat qərarlar qəbul etmək üçün Mərkəzi Bank daim ölkədəki makroiqtisadi vəziyyəti təhlil edir və proqnozlaşdırır.
Makroiqtisadi vəziyyət müntəzəm olaraq Mərkəzi Bankın kollegial idarəetmə orqanları olan Pul Siyasəti Komitəsində və İdarə Heyətində müzakirə edilir, bu müzakirələr əsasında pul siyasətinə dair qərarlar qəbul olunur. Qərarlar Mərkəzi Bankın kommunikasiya vasitələri, o cümlədən press-relizlər vasitəsilə ictimaiyyətə açıqlanır.
Mərkəzi Bank qarşıdakı il (həmçinin ortamüddətli dövr) üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı hazırlayır və ictimaiyyətə açıqlayır. Sənəddə cari ildə makroiqtisadi siyasət çərçivəsi, həyata keçirilən pul siyasətinin yekunları, qarşıdakı il üçün müəyyən edilən pul siyasətinin məqsəd və vəzifələri, onların həyata keçirilməsi yolları, eləcə də ortamüddətli dövrə siyasət istiqamətləri göstərilir.
Mərkəzi Bank il ərzində makroiqtisadi vəziyyəti və həyata keçirilən pul siyasəti barədə məlumatları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə rüblük əsasda Pul Siyasəti İcmalını hazırlayaraq ictimaiyyətə açıqlayır.
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Dostları ilə paylaş: |