fəaliyyət qanunları, instruksiyaları, planlar, layihələr yaradılacaqdır.
Qərar maşını 1, 3, 5, 10 50 illik strategiyaları hazırlayacaqdır. Əsas iş
proqramı strategiyalar olacaq və bütün dövlətin və təşkilatların, iqtisadi
idarələrin, insanların fəaliyyəti yalnız strategiyalarla nizamlanacaq və
onlara uyğun iş, həyat tərzi, fəaliyyət, yaradıcılıq həyata keçiriləçəkdir.
Deyə bilərlər ki, çoxsaylı insanlar kollektivi bir vahid qərara gələ
bilməz - hər kəsin digərinin qəbul etmədiyi öz fikri olacaqdır.
Doğrudan da hazırda idarəetmədə (hökumətdə, parlamentlərdə, şəhər,
kənd, bələdiyyə idarəsində) az miqdarda iştirakçı təyin edirlər ki, onlar
tez qərara gələ bilsinlər. Bu arqumentə cavab verirəm ki, müxtəlif
fikirliyin səbəbi odur ki:
1) insanların öz şəxsi maddi, mənəvi,bilik, savad səviyyələri müxtəlif
olduğuna görə onların fikri müxtəlifdir. Buna görə onların konkret
mənafeləri də müxtəlifdir, birinə bir şey lazımdırsa, digərinə (həmin
şeyə artıq malik olduğuna görə) başqa şey lazımdır. Ehtiyaclar –
nemətlər (mənəvi, maddi həyat, təhsil, sağlamlıq, sosial, bədii, mədəni,
əyləncə və s.) piramidası isə hədsiz böyük və çox elementlidir. Və
onun təpəsi heç vaxt görsənmir. İnsan ağlı daim yeni - yeni nemətlər
yaradır.
Məsələ necə həll edilə bilər ki, çoxsaylı insanlar tez, uzun
mübahisə etmədən qısa müddətə avtomatik ümumi qərara gələ
bilsinlər? Bəzi keçmiş tarixi hadisələri yada salsaq, şox asan bu
məsələni həll edə bilərik. Məsələn, 1) biz aşkar edirk ki kapitalizmin
149
meydana gəlməsilə yeni burjuaziyanın əsaslandığı- tələb etdiyi
bərabərlik ideyası fiaskoya uğradı, bu ideyadan hamı deyil, yalnız 20-
30 % əhali istfadə edə bildi - bütün qapalı sistemlərdə bu yalnız belə
ola bilər. Artığı mümkün deyildi, hamı istifadə edə bilsəydi, onda
durğunluq, staqnasiyaya uğrama baş verərdi, ictimai sistem dağılardı.
(Qeyd edim ki, indi bərabərlik imkanlarından istifadə edənlərin
miqdarı artıq olan ölkələr dağılmaqdan ona görə xilas olur ki, onlar
beynəlxalq ticarətin və xaricə investisiya qoymağın vasitəsilə sağ
qalırlar. Hamı hamını istismar etməyəcəkdi ki, onda kim varlana
bilərdi?; 2) Çoxlu müşahidələr sübut edir ki, insanların savadı, şüuru
daha artıq olduqca onlar bir birlərini tez başa düşür və vahid qərara da
tez gələ bilirlər. Beləliklə, bu iki amildən istifadə edərək qoyulan
məsələnini belə həllini təklif edirəm. Demək, insanların tez qərara
gəlməsi üçün: 1) Onlar qəbul etməlidirlər ki, hamının maddi, mənəvi
və mədəni nemətlərə, ehtiyaclara və təbii sərvətlərə, torpağa, yer altı və
üstü ehtiyatlara eyni dərəcədə bərabər haqqı var. Heç kim heç kimdən
üstün deyil. Bunların siyahısı tərtib edilib onlara ailədə, məktəbdə,
praktiki təlimlərdə öyrədilməlidir. 2) onların savadları, bilikləri kifayət
dərəcədə artırılmalıdır. Bunun da siyahısı tərtib edilib öyrədilməlidir-
adət etdirilməlidir. 3) ümumi biliklərdən (dünyabaxış, mədəniyyət,
problem analizi, həlli axtarışı, sənədləşdirilməsi və s.) başqa insanlara
gələcək haqda əlavə biliklər öyrədilməlidir ki, onlar hansı addımların
,
qərarların, davranışların hansı nəticə verə biləcəyini hesablaya
bilsinlər, hər məsələnin strateji həllni elmi yolla tapa bilsinlər; 4)
onlara xüsusi prosedurlar, kriteriyalar, eyni terminlər öyrədlməlidir; 5)
onlara qərar qəbulunun praktiki təşkili , icrası mexanizmi (metod, bina,
komputer, bilik bazası, ekspertlər, izah edicilər) vermək lazımdır ki,
onlar bu mexanizmdən, prosedurlardan, biliklərdən istifadə edərək
qərarlar, həllər verə bilsinlər. Bu təklif edilən prosesdə əsas şərt
strategiyalardır ki, birinci növbədə onlar müəyyən edilməlidir, bunu da
həmin (sayı qeyri məhdud olan) işirakçılar yaradırlar, fasiləsiz rejimdə.
Sonrakı bütün qərarlar və idarə etmə isə sadəcə strategiyaların icrasına
aid olacaqdır.
Belə bir ümumi fikir vardır ki, insanlar bilmədən səhv edirlər, bu
fikir hələ b.e.ə. Sokratdan gəlir. Guya siyasətçilər bilmədən səhv
qanun, strategiyala yazır və ya pozur, hüquqlari bilmədən insanlar
istismar olunur, aldadılır. Mən belə müşahidə edirəm ki, səhv
etməkdə, səhv qərar qəbul etməkdə iki səbəb eyni dərəcədə doğrudur.
Həm bilərəkdən səhv etmək, həm bilməyərəkdən. Əksər hallarda məhz
hamı bilə - bilə pozur, səhv seçimlər edir, xüsusilə dövlət idarəsində
bəzən bilmədən səhv edirlər, bəzən qəsdən bilərək edirlər- bu zaman
150
səhvi səhv deyil, düzgün sayırlar. Bu moment dövlət idarəsində səhvi
və düzü fərqləndirə bilən xüsusi elmi ekspert qrupu yaratmağı tələb
edir ki, texniki sistemlərdə olduğu kimi filtr rolunu oynasın. Burada
habelə impuls verici, nasazlıqları aşkar edici, qeyd edici, təmizləyici
və yeniləşdirici vasitələri də sosial –siyasi sistemə daxil etmək lazım
gəlir.
Yeni rasional həyat tərzi standartlarının zəruriliyi. Bəşəriyyət üzvü
üçün optimal ağıllı həyat tərzi standartları işləyib hazırlamaq və onu
insanlara öyrətmək lazımdır. Bu standartda hər ailəyə maksimum 1
maşın – yalnız onun işi tələb etdikdə, zərurət olduqda, ictimai
nəqliyyat olmadılqda; yemək hədləri, ev əşyaları, mebelin miqdarı,
optimal tikinti materialları, mənzil, mədəniyyətdən istifadə növləri
vaxtı və real imkanları, təhsil, səhiyyə, ünsiyyət və s. tələbatların
optimal ödənməsi nəzərdə tutulmalıdır. Bu standartlar qeyri – optimal
istehlakı - qidalanma, geyinmə, maşın çoxluğu, yaşayış sahəsi, bir
ailənin özünün becərə biləcəyi torpaq sahəsi norması təyin edilməli və
həddindən artıq miqdarda torpağa sahiblik qadağan edilməlidir. Qalan
bütün torpaqlar ictimai mülkiyyətdə qalaraq, ictimai istismar olunmalı
və müəyyən bitki layihələri üçün (buğda, qarğıdalı əkmək, mal heyvan
saxlamaq və s. cüzi qiymətlə arendaya verilməlidir.
Artıq pulların istifadəsi. Mən oxuculara bir sual vermək istərdim.
Onlar ictimai mülkiyyət olan istehsal və xidmət müəsisəsində işləmək
istərdilər, yoxsa şəxsi mülkiyyətə aid belə obyektlərdə? Bu cavabın
işçi üçün onun görmədiyi cox ciddi və fərqli nəticələri vardır. İctimai
mülkiyət müəsisəsində işlədikdə bütün əlavə dəyərlə qazanılan gəlir
ictimai büdcəyə gedir və yenə də ictimai işlərə - təhsil, səhiyyə, sosial
təminat - sərf olunur. Şəxsi mülkiyyətdə olan müəsisədə işləyərkən isə
bütün əlavə dəyər sahibkarın cibinə gedir. Və işçi əlavə heç bir şey
almır. Buradan çox adi və vacib nəticə çıxır. İnsanlar çalışmalıdırlar ki,
onların ölkəsində daha çox ictimai müəsisə olsun, hətta onları
subsidiyalarla, güzəştlərlə sağ saxlamaq lazımdır. Dövlət üçün əsas
məsələ daha çox pul qazanmaq olmamalıdır- əksinə daha çox adamın
– hamının əmək hüququnu təmin etmək olmalıdır.
Kapitalist prinsiplərilə əllərə çoxlu pullar toplanır. Məsələn, 500
adam dünyanın 5 milyard əhalisinin malik olduğu sərvətə malikdir.
Bundan da əlavə 200 milyona qədər milyoner vardır. Bu adamlar
əlbəttə özləri istəmədən bazar sisteminin nəticəsi olaraq həddən artıq
varlı olmuşlar. Və öz pullarını nə etməyi də bilmirlər. Banklara
qoyanda periodik böhranlar nəticəsində təqribən pullarının yarısını
itirirlər. Qızıl, platın, almaz aldıqda isə bu pullar bəşəriyyətin
151
inkişafına xərclənə bimir, yaradılmış sərvət dondurulub dövriyyədən
çıxarılır.
Ağıl məsləhət görür ki, məhz insanlardan toplanmış bu pul şəxsi
olsa da, ədalətsiz iqtisadi sistemin nəticəsi olsa da yenə də aktiv olaraq
xalqların həyatının yaxşılaşdırlmasına sərf olunsun. Yox ki sadəcə
kasıblara, xəstələrə paylansın, xeyr, ancaq maddi elmi texniki və
istehsal bazası yaradılmasına sərf edilsin. Eyni zamanda belə
varlıların hədsiz istehlakını qadağan edən qanunlar verilsin, məsələn,
bahalı şəkil almaq, təmtaraqlı toy etmək, bahalı restoranda yemək
yemək, bahalı hoteldə qalmaq, ən bahalı maşın almaq və s. lakin daha
yaxşı üsul qadağanlar deyil, gəlir alma prosesində elə hədlər qoymaq
lazımdır ki, insan onun həyatını iki dəfə artıq təmin edən miqdardan
artıq gəlir ala bilməsin, yaxud aldıqda bu ictimai inkişaf fondunda
toplansın, həmin adamın adındakı hesabda olaraq. Yalnız lazımı
müalicə, şəxsi və ailənin həyat ehtiyacları olduqda ondan şəxsən
istifadə hüququ ona verilsin və cəmiyyətin inkişafına: elmə, yeni
dərmanlar, metodlar, cihazlar, qurğular, ixtiralar, istehsal və xidmət
müsəsisələri yaradılmasına xərclənsin. Bu fondun idarə heyəti də məhz
həmin adamlar olmalı onlara əlavə ictimai priveligiyalar verilməlidir.
Hətta müəyyən ölkələri , dövlətləri onlara idarəetməyə də vermək olar
ki, onlar hər bir vətəndaşın işləməsi və xoşbəxt həyatını təmin etməyə
qarantiya versinlər, bunun üçün öz pullarından, ağlından,
ideyalarından istifadə etsinlər. Uyğun olmayan qanunları isə
dəyişsinlər. Onlara həmin ölkələrin fəxri kralı, padşahı, qrafı, bəyi
titulu da vermək olar.
Ailə. Qadın, kişi, uşaq –vahid ailə münasibətlərinin ən yaxşı həlli
tapılmalıdır.
Bu gün elə bir ölkə yoxdur ki, bu münasibətlər yüksək səviyyədə tam
həll olunsun.
Qadın kişi arasındakı münasibətlər optimal həll olunmadığına görə
bir çox xəstəliklkər yaranır və yayılır, ailələr dağılır, uşaqlar lazımı
tərbiyəni ala bilmir, nəticədə cəmiyyət yarımçıq qeyri - mədəni, bir
yerdə yaşamağa hazır olmayan üzvlərdən ibarət olur. Bu vəziyyət
ümumi inkişafı, maddi rifahı pisləşdirir, əxlaq nizamlayıcı rolunu icra
edə bilmir. Müxtəlif ölkələrdə çox müxtəlif münasibətlər, dəyərlər
qəbul olunmuşdur. Əgər müsəlman ailəsində əsas və çox zaman əməl
edilən dəyər ailənin zorakılıqla və bir birinə dözməklə qoruyub
saxlamaqdırsa, Qərbdə hər kəsin şəxsi azadlığı, şəxsi mənafeyi daha
böyük dəyərə malikdir. Müsəlman orta Şərqində çox arvadlılıq
152
normaldırsa digər ölkələrdə tək arvadlılıq normal sayılır. Çoxlu
miqdarda boşanmalar, bir tərəfin ölümü ilə dullar və ya qəza, xəstəlik
nəticəsində ailə qurmaqdan və cinsi əlaqədən məhrum olmuş kişi və
qadınlar böyük problemdir. Cənubi Şərqi Asiyada ailədə
harmoniyanın qorunması Konfuçi prinsipi – hər ailə üzvünün öz
vəzifəsini yerinə yetirməsi, böyüyə hörmət düşüncəsi mövcudur. İslam
dünyasında isə qadının kişiyə tabe olması, xəyanət etməməsi prinsipi
hakimdir. Lakin nəzəriyyə başqa, gerçəklik başqadır. Əgər prinsiplər
könüllü icra olunsaydı, daha nə var idi ki.
Ailədə bütün üzvlər arası münasibətlər və hər birinin şəxsi həyatı
necə optimal həll edilə bilər? Bunun üçün ümumi fəlsəfi prinsipi -
harmoniyanın prinsipini müəyyən etməliyik.
Ailədə harmoniya prinsipləri, düşünürəm ki, aşağıdakılar olmalıdır:
1.
Hər bir genderin yalnız qohum olmayan və əks cinsdən olan və
sağlam insanla cinsi həyata təbii hüququ olması, bunun ağıllı,
zərərli olmayan formalarının müəyyən edilməsi və ictimai
qanunların və mədəniyyətin buna hökmən yol verməsi –qanun və
adətlərdə uyğun formulə edilməsi.
2.
Ailənin elə qurulması və qarantiyaların olması ki, uşaq olduqda
onu tam böyüyüyb tərbiyə alıb ilk maaş alana qədər birgə və ya
onlardan biri saxlaya bilsin.
3.
Bir ailədə yaşayan hər bir üzvün digərinin şəxsi avtonom həyatına
zərər vurmaması, zorla qarşımaması, başqa cür olmağı tələb
etməməsi. Bir- birinin xoşuna gəlməyən hərəkətlərin edilməməsi
4.
Hər ailədə hər bir üzvün eyni zamanda ümumi razılaşmaya görə
ümumi davranış normalarının olması, ümumi strategiyanın
müdafiəsi və icrasında iştirak və ailənin nüfuzunu qaldıran
davranışların olması, ailənin xarici təsir və hücumlardan
qorunmasında söz və əməl birliyi, gücünə görə iştirak, qarşılıqlı
kömək və məsləhətləşmə və qarşılıqlı hörmət.
Aşağıdakı optimal həlli təklif edirəm. Qadın, kişi , uşaq və ailə
münasibətlərini- ailə və ya dostluq qurulması, saxlanması ,uşağın
tərbiyə və problemləri - idarə etmək üçün ictimai xidmət yaradılması
lazımdır
Bu xidmət lazımı bina, avadanlıq elmi tədqiqat psixoloji və
futuroloji yardım və məsləhət strukturundan ibarət olaraq vəzifəsi həm
təhsil, təlim aparmaq, kişi qadının psixi fiziki uyğunluğunu yoxlamaq,
birgə həyatına müəyyən ehtimalla qarantiyanın olmasını müəyyən
etmək, ailə qurulandan sonra isə müşahidə və araşdırma aparmaq və
153
yönəltmək olmalıdır. Bu xidməti əlbəttə dövlət və ya şəxsi biznesmen
yarada bilər. Bu yeni əsrdə yeni peşələr, yeni xidmət deməkdir.
Üzvlərilə və təbiətlə tam əlaqələndirilmiş və müvazinətləşdirilmiş
bütöv cəmiyyət (dövlət) yaradılmalıdır.
Dövlətlə cəmiyyət, icma, vətəndaş, ailə, uşaq, qoca arasındakı
münasibətlər optimallaşdırılmalıdır . Cəmiyyət yalnız bütün üzvlərinin
bir - birilə və dövlətlə bağlanması, qarşılıqlı asılılıq, hörmət və
ehtiyaclarının ödənməsi şərtində dayanıqlı, konfliktsiz, problemsiz
ola bilər.
Bütöv cəmiyyət belə ola bilər ki, onun bütün üzvləri aid olduqları
icmalar (ailə, məktəb, tayfa, məhəllə, kənd, şəhər, rayon, ölkə
cəmiyyəti, ictimai təşkilatlar, vətəndaş birlikləri və dövlət idarə
strukturları) daxilində öz avtonom mənafelərini azad təmin edə
bilsinlər və öz icmalarından da bunun üçün lazımı təsir, imkan, kömək
alsınlar, əvəzində həmin icmalara da öz öhdəçiliklərini (ümumi
davranışlara əməl etmək, kömək etmək, imicinə və icmaya və üzvlərə
zərər vurmamaq) yerinə yetirsinlər. Bu qayda üzrə, yəni təsir - əks təsir
əlaqəsi ilə və ya insanlar və onların aid olduğu icmalarla belə bağları
ilə bütöv müvazinətləşmiş cəmiyyət yarana bilər. Lakin gerçəklik
necədir? Dərin araşdırma göstərir ki, ən çox dövlət idarələri ilə insanlar
arasındakı qeyd edilən zəruri bağlar- əlaqələr könüllü, lazımı formada
saxlanmır, bir tərəfli qaydada dövlət tərəfindən pozulur. Bu onda
özünü göstərir ki, dövlət idarəsi hamıya yaşamağa imkanlar yaratmır
və olan imkanlarda isə ayrıseçkilik edir. Məmur, məhkəmə və hüquq
sisteminin və bütün dövlət icra aparatının onun tərəfində olduğunu
bilərərk öz işini icra etmək üçün rüşvət tələb edir. Bunun əsas səbəbi
odur ki, hələ indiyədək bəşəriyyətin inkişafında idarə sistemi yalnız
bir qrupun, bir adamın, partiyanın, kapitalist sinfin əlində
qalmışdır. Ona görə də həmin qrup varlanmaq və daim vəzifədə
qalmaq məqsədilə özünə faydalı olan idarə sistemi, məhkəmə və dəqiq
proporsiyaları nəzərə almaqla parlamenti təşkil edir. Qanunları da
özünə uyğun yazır. Belə bir cəmiyyət əlbəttə bütöv, müvazinətli
cəmiyyət sayıla bilməz, məhz bu səbəbə görə burada inam yoxdur,
milli xarakter və əxlaq aşağı səviyyədədir, inkişaf zəifdir, xalq daha
kasıb və rəzildir. Belə cəmiyyət çox asanlıqla dünya hegemonlarının
tələsinə düşür, onun rəhbərləri rüşvətlə ələ alınıb xarici dövlətin
maraqlarına xidmət etməyə cəlb edilir- onun təbii sərvətləri xarici
hegemonun idarəsinə keçir, ərazisi xarici ölkə üçün satış bazarına və
hərbi bazaya çevrilir, ölkədə istehsal, elm, texnika qəsdən aşağı
154
səviyyədə saxlanılır. Bəşəriyyətin inkişaf trendi məhz belə vəziyyətdən
çıxmaq istiqamətindədir. Bir xalq tez çıxır, digəri bu bataqlıqda xeyli
qalmalı olur, məhz hakim sinfin yaratdığı milli xarakter və əxlaqa,
düşüncə səbəbilə. Məhz belə hakim sinfə bu daha sərfəlidir. Ona görə
də insanlar bilməlidirlər ki, hakimiyətə can atan onun uğrunda vuruşan
insanlar onlara yaxşı həyat gətirmək üçün bunu etmirlər, yalnız öz
varlanması, hegemoniyası üçün edirlər.
Ayrıca ölkədə və dünyada sülh və sabitlik, hər şəxsiyyətin
xoşbəxtliyi rasional cəmiyyət nəzəriyyəsində necə həll edilir?
Müharibə və inqilabların, kasıblıq və aclığın, terrorozmin, geriliyin
səbəbi nədir? Şübhəsiz, bunların ümumi səbəbi ölkə və dünya bəşər
sisteminin idarəsinin, həyat tərzinin, fəaliyyətin düzgün konstruksiya
edilməməsidir. Əlbəttə dünya inkişafı rasionallıq prinsipinin tələbi ilə
öz - özünə səhvlər və cəhdlər metodu ilə yaxşılaşmağa
(rasionallaşmağa) doğru gedir, bu ziq – zaq, qalxma - yenmə yolu ilə
olsa da. Lakin nə üçün biz gözləməliyik ki, nə vaxtsa işlər düzəlsin-
biz yüz illərlə gözləməli olarıq. İnsan ağlı, onun yaratdığı metodlar,
Gələcək Araşdırmaları elmi imkan verir ki, biz bu məsələləri özümüz
konstruksiya edək və onlar tez həll olsun, insan iztirablarına son
qoyulsun. Çünki məqsədyönlü fəaliyyət daha səmərəlidir. Göstərilən
sülh və insanın xoşbəxtliyə çatması məsələsi bu tədqiqatda texniki,
siyasi, sosial, yaradıcılıq, fəlsəfi məsələ kimi irəli sürülmüşdür.
Rasional Cəmiyyət nəzəriyyəsi bəşəriyyətdə baş verən bəlaların,
nayrazılıqların aşağıdakı səbəblər nəticəsində olduğunu hesab edir
(10):
1. Bütövlükdə bəşəriyyətin və tərkib hissələrinin - ölkələrin
düzgün təşkil quruluşuna malik olmaması və düzgün idarə
olunmaması. Bu, insanlara münasibətdə, hüquqlarda diskriminasiya,
səmərəsiz qanunlar, məsuliyyətsiz, korrupsiyalı idarə, irrasional
idarənin olması ilə xarakterizə olunur.
2. Əməyin nəticələrinin düzgün bölünməməsi. Bu problemi həll
etmək üçün, demək, düzgün idarəetmə konstruksiya edilməli və əməyə
stimulu azaltmadan, onun nəticələrinin ədalət prinisipinə uyğun
düzgün bölmə mexanizminin tapılmasından ibarət texniki məsələ həll
olunmalıdır. Bu isə düzgün qərar qəbuletmə qaydalarının və
prinsiplərinin yaradılması deməkdir.
3. Hər davranışın ehtiyacdan sonra ikinci əsası olan dünya,
təbiət, cəmiyyət, insan haqda səhv fəlsəfi baxışların, habelə mif,
paradigma, adət, etalon, dəbin səhv olması və ya bir qrupun
baxışlarının , hansı ki yalnız onların mənafeyini güdür, bütün
cəmiyyətə sırınması və cəmiyyətin baxışları kimi qələmə verilməsi.
155
Göstərilən məsələlər aşağıdakı kimi həll olunur.
1. Təşkilatı quruluşun və idarənin səmərələşdirilməsi.
Müşahidə və araşdıma göstəmişdir ki, dövlət idarəsinin həyata
keçirilməsi və lazımı qanunların qəbulunun hakim - əsas cəmiyyətdən
fərqli- qrup tərəfindən edilməsi nəticələr üçün əsas müəyyənedici
amildir. Digər amillər isə: a) elmi metodların tətbiqi; b) gələcəyin
düzgün təsəvvür edilməsi, c) məsələlərin düzgün formulə edilməsi və
prioritetlərin seçilməsi; d) düzgün starategiya və planlar qurulması; e)
fəaliyyətin koordinasiya edilməsi və nəzarətdir. Hər hansı qrup
hakimiyyətdə olduqda, şübhəsiz, yalnız öz qrupunun üstün mənafeyini
güdür və ona görə idarə bütün cəmiyyət mənafeyi üçün səmərəli
olmur. Bu problemi həll etmək üçün a) birbaşa demokratiya -
cəmiyyətin hər bir üzvünün qərar qəbulu və qanunvericilikdə iştirak
etməsi və qrup demokratiyasından imtina; b) birbaşa hər kəsin
idarənin icrasında iştirak edə bilməsi təklif olunur. Bunun üçün c)
məmurların illik qiymətləndirilməsi və yenidən postların azad bilik və
bacarıq, əxlaqi davranış, qərar qəbuletmə, strategiya qurmaq və
planlaşdırmaq bacarığı yarışı vasitəsilə doldurulması təklif edilir.
Belə formada hər etnik qrup, kənd, şəhər, region üzrə hər bir vətəndaş
iştirak etmiş olur. Bunu həyata keçirmək üçün rasional qərar qəbulu
prosedurları və rasionallıq prinsipləri və bunu istifadə edəcək
xüsusi komputer proqramı və ictimai idarəetmə, məlumat və ekspertiza
qərar qəbulu institutları yaradılması təklif edilir. Məhz buraya gələrək
və ya gəlmədən evində hər kəs istəsə qeyd olunaraq məlumat bazasına
girərək ölkə, şəhər, region, qəsəbə, və kənd üzrə qanun vericilikdə və
strateji, idarə, büdcə qərarları və inkişaf layihələrində iştirak edə bilər.
Hər kəsin iştirakı məhz qeyri - bərabərliyi, konfliktləri aradan qaldırar
və mənafelərin bərabər müdafiəsinə və rasional qanun və qərar
qəbuluna səbəb olar. Məmurların qiymətləndirilməsi və hər kəsin
idarədə iştirak imkanı - ali rəhbərdən tutmuş aşağı məmuradək-
rüşvətxorluğun, dələduz adamların idarədə qalmasının, pis idarənin
qarşısını alar.
Kommunist sosializmindən fərqli olaraq rasional cəmiyyətdə
kommunist diktatutrası deyil, lap başlanğıcdan kollektiv qanun və
qərarvericiliyi və ictimai nəzarət olunan və qiymətləndirilən icra tətbiq
edilir. Digər tərəfdən, burada təkbaşçılıq deyil, yəni ”ağlım necə kəsir,
elə edirəm” deyil, kollektiv ağılın qoyduğu formada icra həyata
keçirilir. İcraçının ağlının, mənafeyinin rolu yoxdur. O yalnız kollektiv
formada hazırlanmış hazır qanun, layihə və sərəncamları icra edir.
Lakin aşağı idarə səviyyələrində icraçının hər hansı bir qərar verməsi
156
ona həvalə edilmişsə o öz ağlı ilə deyil, yenə də kollektiv ağılla qəbul
edilmiş strategiyalarına, rasionallıq, təbii insan, həyat hüquqlarına,
zərər verməmək prinsiplərinə uyğun qərar verə bilər və hər bir kəsin
onun səhv etməsi iddiası ilə onu məhkəməyə, və ya nəzarət, ictimai
qiymətləndirməyə çəkmək haqqı var. Təklif olunan sistemdə məmur
istədiyini edə bilməz: diskriminasiya, öz qohumlarına imkan yaradıb,
başqalarına imkan verməmək, rüşvət almaq, istədiyi yerdə ictimai
torpağı satmaq, şəhəri mağazaya çevirmək, ictimai əmlak olan ağacları
qırıb yerində ev, supermarket tikdirmək, öz ailəsi üçün ictimai
vasitələrdən istifadə etmək, büdcəni mənimsəmək, xalqı aldatmaq,
infrastruktur
tikinilərində
50%
vəsaiti
mənimsəmək,
seçkini
saxtalaşdırmaq, kiminsə cibinə narkotik, qumbara qoymaqla həbs
etmək, öz funksiyasını icra etməkdən imtina etmək və s.
Rasional cəmiyyətin xarakterik cəhətlərindən biri odur ki, bu
cəmiyyət bir konkret başçısı, rəhbəri olan cəmiyyət deyil, tarixdən
indiyədək olmuş ağa - qul sistemi cəmiyyətindən fərqli olaraq. Burada
səlahiyyətli başçı yoxdur. Yalnız dövrü olaraq (həftədə, ayda və s.)
dəyişilən sistemə xidmət edən dispetçerlər var . Burada ierarxik tabeli
məmurlar pilləkəni yoxdur. Burada avtonom özünü yalnız ümumi
qəbul edilmiş strategiyalara, planlara, prinsiplərə uyğun idarə edən
icmalar var. Fasiləsiz, gecə və gündüz, hədlər qoyulmadan qərar
qəbulu, elmi araşdırma, problem həlli prosesi işləyir. Dipetçer onun
nəticələrinin aşkar edilməsinə və elan edilməsinə, məlumatı yaymağa
xidmət edir (elektrik stansiyası, kimya zavodu dispetçeri kimi), təcili
həlli tələb oluan (göndərilən təklifləri) məsələləri “qərar maşınına”
daxil edir, qərar qəbulu səlahiyyəti olmadan. Digər nəzarət dispetçeri
isə bu prosesin düzgn getdiyini müşahidə edir. Hər icma bilavasitə
ümumi icmanın –dövlətin üzvüdür. Əvvəl icmalar ümumi – dövlət
strategiyalarını, planlarını, prinsiplərini hazırlamaqda iştirak edir, sonra
ümumi hazır strategiyalara və s. uyğun olaraq icma inkişafının
strategiya və planlarını, vəzifələrini müəyyən edirlər. Idarəyə nəzarəti
icma elmi texniki şurası rəsmən və hökmən və istəyən hamı nəzarət
edir və ümumi qərarlar hazırlanmasında isə istəyən hamı və şura -
hökmən iştirak edir. Yuxarı pillə -ümumi dövlət icraçıları aşağıya
vacib göstərişlər (nəyi necə etmək, kimə vəzifə vermək) verə
bilməzlər- yalnız nəzarət məlumatları, hansı ki aşağı icma şurasında
baxılır və hər icma icraçıları öz icma şuraları və üzvlər - vətəndaşlar
qarşısında (yalnız texniki işləri görmək üçün) məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |