Gələcəyin proqnozu. Tezliklə insanlar və xalqlar ərazilərin
birləşdirilməsi, hamının istədiyi yerdə yaşamaq hüququ haqda
düşünməyə və bunu reallaşdırmağa çalışacaqlar. Hər dövlətin
zorakılıqla tutduğu ərazilərdən və ya zorakılıq nəticəsində
azalmış ərazisindən formalaşmış yer kürəsi ərazisinin xalqlara
görə bölünməsi prinsipi ədalətsizdir və yeni insan sivilizasiyası
üçün böyük maneədir. Bu prinsip ləğv edilməli, birləşdirmə və
planetdən bərabər və daha effektiv istifadə prinsipi ilə əvəz
olunmalıdır. Bu sərhəd çəkməyə və qorumağa, ərazi
müharibələrinə son qoyacaqdır. Elə indi də ağıllı dövlətlər
ərazilərini birləşdirə, vətəndaşlara, firmalara azad yer seçməyə
icazə verə bilərlər. Dövlətlər sevinməlidir ki, onların yalnız
vergi və qanunları üçün sərhəddi aktiv olan ərazilərində yeni
110
yaradıcı, qurucu, vergi verən işçi qüvvəsi və ya firma yaşamaq
istəyir.
12.
Yeni axşamadək telefonla oynayan, musiqi ilə başını qatan və
buna görə də dünyanı və ətarf mühiti həyatı dərk etməkdən
özünü məhrum edən ağılsız gənclik yetişir. Onlar ona görə
dinin qurduğu tələlərə düşür, ictimai iqtisadi sistemi anlamır
və gözü bağlı qul insanlara çevriləcəklər. Onlar heç vaxt
ictimai sistemi anlayacaq səviyyədə olmayacaqlar. Bu böyük
təhlükədir.
---------------------------------------
111
İstinad mənbələri
1.
Большая энциклопедия Кирилла и Мефодия 2002 (БЭКМ-
2002) , Москва. www.km.ru
2.
История политических и правовых учений. Юридическая
литература. Москва.718s.
3.
State of the world future. AC/UNU. The Millenium project. By
Jerome
C.Glenn
and
Teodor
J.Gordon.
2005.
www.stateofthefuture.org
4.
Morgentau Hans J., Thompson Kenneth W. Politics among
nations. Kalyani publishers. New-Delhi-Ludhiana (1948) 1985.
689 pages.
5.
Our responsibilities towards future generations. Foundations
for international studies, In coperation with UNESCO. Malta
1990. 189 p.
6.
Иовчук М.Т., Ойзерман Т.И., Щипнова. Краткий очерк
философии . Москва. Мысль, .1981. 927s.
7.
Rzayev A.K. Очерки истории политико правовых учений
Азебайджана. Ваку. Азернешр 1983
8.
Şükürov Ağayar. Fəlsəfə. 2-ci nəşr. Çıraq nəşriyyatı. Bakı.
2008, 490 səh.
9.
Piter Draker. Post - kapitalist cəmiyyəti (1993) Nurlar, Bakı.
2007.398 səh.
10.
Осипов Г.В. Глобальныйi кризис западной цивилизации и
Россия. Книжный дом либреком. Москва. 528 стр.
11.
Хорев Б. «Русская идея» -это социализм. Правда. 1994. 29
сентября
12.
Jan-François Seznec. Market economy without democracy in
the gulf (p20-22). EJournal USA. Markets and Democracy v13
n6 2008. pp 37.
13.
Savas E.S. Privatization and public-private partnerships. Seven
Bridges Pres, LLC. New –York 2000. 404 pages (in azeri
translation).
14.
Мокий В.С., Шегай О.Е. 2003. Понятый мир- основа
устойчивого развития . О мировоззрении XXI века.
Экогеософский альманах вып. 4-5 Под редакцией В.А.
Зубакова Электронная версия: http://www.roerich.com/
Санкт-Петербург – Донецк. 2003 Informological Institute AG
15.
Soheil Inayatullah. 2003a. Lonq view. Civilization, leadership
and deep democracy. www.metafuture org
112
16.
Sohail İnayatullah. 2003b. Civilization, leadership and deep
democracy. An article, E- mail 16.10.2003.
www.metafuture.org
17.
www.deliberative-democracy.net
http://www.egs.edu/resources/habermas.html.
18.
Mehdi Tofiq. Həqiqətə Pəncərə. Bakı: Səda nəşriyyatı, 2008,
521 s.
19.
Аль Гор. Земля на чаще весов М.1993
113
============================================
HİSSƏ İV
GƏLƏCƏYİN CƏMİYYƏTİ
Yaradıcı ağıl fəlsəfəsinin mövqeyindən
Gələcək bizi çağırır
Növbəti mərhələ - Rasional Sosializmə keçid
RASİONAL CƏMİYYƏT
Rasional insan, dövlət, əxlaq, həyat
Rasional cəmiyyəti necə qurmaq olar. Göstərişlər
Necə yaşamalı?
Rasional cəmiyyət uğrunda İctimai Birliyin nəşri. 2011 Mart
114
HİSSƏ İV. GƏLƏCƏYİN CƏMİYYƏTİ
Kitabın tərkibi
İV. Gələcək bizi çağırır ..................................................... 115
Insanlığın məqsəd və arzuları .............................................. 119
Gələcəyin arzu edilən yaxşı imici-obrazı ............................ 123
Yaxşı gələcəyə getmək üçün haradan başlamalı? ................ 124
Bəşəriyyətin inkişaf trendləri ............................................... 126
Növbəti mərhələ -
Rasional Sosializmə keçid .................................................. 132
Demokratiya, aristokratiya, monarxiya,
diktatura, texnokratiya, yoxsa naukokatiya? ....................... 138
Elmin və ağılın idarəsi dövrü başlayır ................................. 139
Xoşbəxt gələcəyə salınan yollar ......................................... 142
RASİONAL CƏMİYYƏT .................................................. 144
Yeni ağılla qurulacaq cəmiyyətin nəzəri əsasları ................ 160
Rasional Cəmiyyət –təbiət sistemi. Konsepsiya .................. 167
Rasional cəmiyyətin konstitusiyası ..................................... 177
İctimai qərar və qanun qəbulunun prosedurları ................. 189
Rasional həyat tərzi ............................................................. 200
Rasional əxlaq kodeksi ........................................................ 206
Rasional nəzakət , davranış və ədəb qaydaları .................... 213
Rasional ailənin qurulması ................................................. 217
Rasional insan haqda anlayış ............................................... 223
Gələcək Rasional dünya dövləti .......................................... 238
Rasional cəmiyyət icmasının tipik nümunəsi. Göstərişlər... 243
Faydalı davranışlar haqda məsləhətlər. Necə yaşamalı? ..... 251
İstinad mənbələri ................................................................. 271
115
Gələcək bizi çağırır
Yeniləşməyə, ağılla yaşamağa, xeyirxahlığa, dünyanı yenidən düz
anlamağa, gələcəyi əvvəldən görməyə, xoşbəxt olmağa, yer planetini
və öz yaşadığın mühiti qorumağa və yaxşılaşdırmağa gələcək bizi
çağırır.
Bu kitabda bütün fikirlər yaradıcı (kreativ) neorasionalizm
fəlsəfəsinin mövqeyindən irəli sürülür. Bu fəlsəfi baxışları və ondan
irəli gələn bütün törəmə nəzəriyyələri və aksiom və prinsipləri müəllif
özü öz ağlı ilə yaratmış və formulə etmişdir. Müəllif hesab edir ki,
indiyədək yaradılmış fəlsəfələr müəyən dərəcədə təsvir edici,
ümumiləşdirici, subyektiv qiymətləndirici və əsasən siyasi qüvvələrin
mövqeyini əks etdirmiş və cəmiyyət üçün abstrakt dildə yaradılmışdır.
Bu fəlsəfələr istifadə üçün yam yararsızdır. Onları oxuyaraq heç nə
yaratmaq və reallıq haqda obyektiv mülahizə söyləmək olmaz. Onların
əksəriyyəti söz oyunudur və reallığı maskalamaq üçün irəli
sürülmüşdür. Müəllif gənc intellektuallara məhz bu yeni fəlsəfə
istiqamətində işləmələrini təklif edir.
Əksər futuristlər adətən qəbul edirlər ki, gələcək qeyri -
müəyyəndir, lakin mən futurist kimi belə düşünmürəm, deyrəm ki,
alma toxumundan almanın bitəcəyi kimi dünyanın da gələcəyi
müəyyəndir, lakin bizə məlum deyil, bizim vəzifəmiz onu bilməkdir.
Əgər onu bilə bilmiriksə günah özümüzdədir. Burada yadıma İslam
təlimi düşür. Orada deyilir ki, və bunu bütün müsəlmanlar qəbul
edirlər ki, gələcəyi allahdan başqa heç bir insan bilə bilməz. Belə baxış
nəinki insanın öz çəxsi gələcək həyatını, habelə ictimai həyatı yaxşı
qura bilmək imkanlarından yayındırır, insanları məsuliyyətsizliyə və
fəaliyyətsizliyə sövq edir, dini hakimi eşiməyə və tabe olmağa
səsləyir. Dini hakimi isə məsuliyətdən azad edir, yəni dinin fikrincə o,
səhvlər, zülüm və tarixdə tökdüyü qanlar üçün günahkar deyildir,
bunlara səbəbkar allahdır.
Kütlələrin gələcək haqda keçmiş həyatın və dini baxışların
nəticəsində formalaşmış düşüncəsi hesab edir ki, “belə olmuşsa, belə
də davam edəcək”. Belə baxış təsadüfi deyil, İnsanlar daimi yaşamaq
uğrunda mübarizə, bu günə qədər davam edən ağa- qul asılılğı, əməklə
qazanılan ümumi nemətlərin ədalətsiz bölünməsi və bunun nəticəsində
daim ehtiyac içində olması, daha çox işləməyə -fiziki əldən düşməyə
məhkum olmaqdan başqa nə görmüşlər ki, başqa cürə düşünsünlər.
Məmim məqsədim bu düşüncəni sındımaqdır və sübut etməkdir ki,
“belə olmuşsa, bu o demək deyildir ki, belə də olacaqdır; əksinə,
insanlar istəsələr, belə davam etməyəcəkdir”
116
Biz öz araşdırmamızda tapdıq ki, insanların fərdi həyat səviyyəsi
və ictimai həyat səviyəsi, ümumi gücü onların yaratdığı ictimai
iqtisadi sistemlərdən asılıdır.
İnsanlıq haradadır, hara getməlidir? Bu suala cavab vermək üçün
insanlığı müxtəlif səviyyələrdə olan avtonom hissələrə- icmalara,
cəmiyətlərə bölüb hər birinə ayrıca cavab verməliyik. Eynilə onların
hər birinin bütün varlıqların həyat siklinə oxşar həyat sikli olmasını
qəbul etməliyik. Yəni doğulma - böyümə - pik inkişaf nöqtəsi -yenmə
(zəifləmə) və məhv olma. Sonra yeni cəmiyyətin və ya sivilizasiyanın
doğulması, formalaşması.
Dünyanın böyük mütəffəkkirləri bir ağızdan hesab edirlər ki,
qlobalizasiya kapitalizmin son stadiyasıdır. Marksizmin mövqeyi ilə
isə qlobalizasiya kapitalın dünya imperializmidir. Maks Veber tarixi
bir adamın digəri üzərində ağalıq tarixi hesab edir və kapitalizmi isə
ağalığın ən mükəmməl forması olduğunu qeyd edir (1, 383) . Lakin
bu günkü həyat Veberin sözlərini təsdiq etmir. Kim üçün, nə vaxt
kamildir və mükəmməllik nəyə deyirsiniz?- suallarını versək
kapitalizmin hamı üçün, bütün bəşəriyyət üçün kamil deyil, cüzi
miqdarda insanlar üçün yaxşı olub, əksinə əksər bəşəriyyət üçün
nadan, əlverişsiz olduğunu görərik. Veberin aşkar etdiyi ağa- nökər
sisteminin sonu gəlmişdir. Hələ 1917- ci ildə sosializm qurulanda ona
son qoyulmuşdu. Sosializm sübut etdi ki, ağa olmadan da insanlar
özləri üçün işləyə bilərlər.
Dünyanın digər böyük mtəfəkkirləri kapitalizmi kifayət qədər
tənqid etmiş və onu bəşəriyyətin sonuna gətirəcəyi proqnozunu
vermişlər. Məsələn, filosof Fromm Erix hesab edirdi ki, kapitalizm
psixi cəhətdən xəstə, irrasional cəmiyyətdir (16, 458 )
Kapitalizmdə kapitalistlər cəmiyyətdə qəsdən istehlakçılıq
mədəniyyəti yaradaraq, əhalini daha çox mal almağa, daha çox
yeməyə, geyməyə, maşına və digər tələbatlara pul xərcləməyə
həvəsləndirir, dövlət bunun üçün çoxlu borclar alır. Məsələn, ABŞ
dövlət büdcəsinin borcları 2010, may məlumatına görə 90 %-ə çatır.
Bu ölkələr qazandığından çox xərcləyir. Məhz 2008 dünya, 2010 il
Yunanıstanda, İspaniyada maliyyə böhranı bu prinsipin nəticəsində
oldu. Güman edirlər ki, bununla bazar aktivləşir, iş yerləri yaranır və s.
lakin bu arzu edilən nəticələrə gətirmir. Daha da antoqonizmi
kəskinləşdirir. Təbiətin ehtiyatları daha çox sərf olunur, tükənir, təbiət
xarab olur, ağaclar qırılır, parnik effekti artır, iqlim dəyişir. Bununla
hər məhsulun istehsal - bazar çiklində kapitalist daha çox pul qazanır,
cəmiyyət isə daha çox istismar olunur, elə eyni əmək haqqı alır,
kasıblaşır. Istehlakçılıq dəyəri daim yeni ölkələrə ixrac olunur. Bir
117
futuristin dediyi kimi “Cihada qarşı Makdonaldizasiya siyasəti
aparılır” . Bu gün intellektualların ümumi rəyi belədir ki, ən vacib
məsələ təbiət ilə insanlar habelə insan, ailə, icma, dövlət arasındakı
müvazinəti –harmoniyanı yenidən qurmaq lazımdır. Bu ideyanın
mənbəyi Cənubi Asiyadır (Hindistan, Çin, Malayziya, Sinqapur və s.).
Belə gözəl təcrübədən və bilikdən nə üçün imtina edək? Bu
rasionallaşma yoludur-asan, zor olmadan, müzakirə və dialoq yolu ilə.
Kapitalizmin digər xarakterik cəhəti odur ki o hökmən ölkə
sərhədlərini aşıb xarici ticarətlə məşğul olmalıdır- o artıq mallarını
satmalı, pul gətirməlidir, əks halda daxili böhranlar kaptalist dövlətini
dağıdar . Ona görə də kapitalizm aktiv olaraq WTO təşkilatını yaratmış
və hər ölkəni ona cəlb etməyə çalışır. O habelə vahid pul yaratmağa
məcburdur, hazırda bu ABŞ dollarıdır. Eynilə kapitalizm malların və
pulların asan dövriyyə hərəkətini təmin etmək üçün lazımi
mexanizmlər yaratmağa məcburdur. Kapitalizmin, konkret olaraq
kapitalist monopoliyaların, kompaniyaların bu fəaliyyəti o zamana
qədər davam edəcəkdir ki, bütün ölkələr özləri özlərinə lazım olan
malları istehsal edəcəklər, texnologiya, istehsal vasitələri yaradacaqlar,
əgər onların ağılları çatsa və bunu anlasalar. Buna yol verməmək üçün
qabaqcı kapitalist dövlətlər inkişaf etməkdə və 3-cü ölkələrdə
iqtisadiyyatın inkşaf etməməsinə, istehsalın olmamasına, yaxud az və
keyfiyyətsiz olmasına, onlarda ağıllıların hakimiyyətə gəlməməsinə
çalışırlar. Nəticədə Afrika, bir çox Asiya və keçmiş sosialist ölkələri
qafqaz da daxil olmaqla indiyədək böyük istehsaldan qabaqcıl
kapitalist dövlətlərinin məsləhəti, oyunları, dövlət başçılarının rüşvətlə
ələ alınması nəticəsində məhrumdurlar. Bu ölkələrin çoxunda dövlət
rəhbərləri xarici qəyyumların əlində kukladırlar. Bu kuklalar öz şəxsi
hakimiyyətlərini qorumağı da bu xarici siyasi bosslara tapşırır və bu
işə pul ödəyirlər. Əks təqdirdə cızığından çıxan olduqda Ərəb
ölkələrində 2011 Yanvar – Mart dövründəki olduğu kimi xalq etirazları
nəticəsində hakimiyyətdən qovulurlar. Səbəb odur ki, bu rəhbərləri
xalq seçmir, onlar kələk yolu ilə, aldatmaqla, silah gücünə hakimiyyətə
gəlib, otururlar. Xalqı əzirlər, qanın içirlər, nefti – qazı da
mənimsəyirlər, xalqın başını da cürbəcür görüntülərlə aldadırlar. Neft
– qaz insanların həyatını, təhsilini, sağlamlığını, işlə təminatını
yaxşılaşdırmır. Bu vəziyyəti onların xarici ağaları çox yaxşı bilirlər,
belənçi vicdanın itirmiş rəhbərlərdən onlar istifadə edirlər, vaxtı
gələndə bir siqnal ilə onlara xalqın əlilə onlara “istefa ver” deyirlər.
Yenidən lazımı səviyyədə istehsal etmək, elmi – texnologiya
yaradıcılığını bərpa etmək, təhsili və düşüncə tərzini yüksək səviyyəyə
qaldırmaq və cəmiyyəti işlə təmin etmək üçün onlara böyük ağıl,
118
düzgün effektiv idarəetmə lazımdır, hansı ki hələ də müşahidə edilmir.
ABŞ və digər 22 qabaqcıl ölkənin idarə etdiyi beynəlxalq valyuta
fondu (BVF) və Dünya Bankının avanturist siyasətilə keçmiş sosialist
ölkələri rəhbərləri istehsal zavod və fabriklərini, elmi tədqiqat layihə
institutlarını məhv etmiş və 22 ölkə üçün xammal və/ya satış bazarına
çevrilmişlər.
Yaxşı arzu olunan gələcəyi qurmaq və effektiv qurmaq lazımdır.
Əlbəttə məlum səhv mülahizələr üzərində qurulmuş bəzi dinlərin
ruhaniləri deyə bilər ki, bu allahın işidir, bu işə qarışmaq olmaz. Daim
bəşəriyyət üçün şeytan funksiyasını oynayan, bəşəriyyəti parçalayan və
milli ziddiyətləri kəskinləşdirən, biliklərdən və ifşadan qorxan bu
dinlər qoy desinlər. Onlar bəşəriyyətin adından qərar verən
səlahiyyətləri yoxdur. Dinlərlə dövlətin məqsədi hamının başına çatı
salıb ucunu da öz əllərində saxlamaqdır, yəni azad fikrin qarşısnı
almaqdır. Ona görə də onlar nə qədər özlərini sözdə ayrı elan etsələr də
məqsəd birliyinə malikdirlər. Din insanların mənəvi şüurunu istismar
etmək və özü və dövlət üçün ağlı əlindən alınmış, şüursuz, həqiqəti
anlamayan və bilmək istəməyən, başı dinlə qarışmış vətəndaş
yetişdirmək üçün; dövlət insanların fiziki gücünü və ağlını istismar
etmək üçün.
Dünya yaranandan kainat və onun dünyaları və cisimlər 4 fiziki
təsir xassələri, Nyuton və Eynşteyn qanunları altında və nəticəsində
formaya düşdü və strukuru yarandı. Onun fəaliyyət məqsədi yaşamaq,
yaşamağın prinsipi isə zəifin güclüyə tabe olması, güclünün idarə
etməsi oldu. Bioloji aləmdə də oxşar olaraq güclünn qalib olması,
zəiflərdən vasitə, yaşamaq üçün istifadə etməsi prinsipi meydana çıxdı.
İnsan cəmiyyəti də bioloji preinsan növlü varlıqlardan yarandığı üçün
başlanğıcda belə bir prinsipi varis olaraq qəbul etdilər, daha doğrusu
bu əsasən onların keçmiş süurü tarixindən, genlərindən gəlirdi. İnsanın
ağlı, bilikləri artdı və aşkar etdi ki (utopik sosialistlər və marksizm),
onun xoşbəxt olması üçün minerallar və heyvanlar aləmindən keçib
gəlmiş güclü qalib gəlir, istismar edir, idarə edir prinsipi icmanın,
cəmiyyətin böyük əksəriyyəti üçün yaramır. Bu bir qrupun digər
böyük qrupu istismar etməsinə, az miqdarda adamın varlanmasına,
çoxun isə kasıblaşmasına, müharibə və konfliktlərə, təbii mühitin
pisləşməsinə gətirir.
Kamilləşməyin və ya rasionallaşmağın səbəbi nədir?
Kamilləşməyin səbəbi daim üst sistemlərin dəyişməsi nəticəsində alt
sistemlərdə ona uyğun dəyişilklərin baş verməsi tələbidir, məhz yenə
də yaşamaq və yaxşı yaşamaq üçün dəyişmək ehtiyacıdır. Hər şey
119
həmişə alt sistemdir və üst sistemin idarəsi altındadır və onun şərtləri
altında mövcud ola bilər. Məhz şeylər alt sistem olduğu üçün əsas
dəyişdirici təsiri üst sistemlərdən alır. Üst təsirlər alt təsirlərə nisbətən
daha çox müəyyən edicidir. Lakin üst və alt təsirlərin az və çoxluğu
proporsiyasını zamana və yerə görə ierarxik bütöv sistemdə müəyyən
etmək olar . Hər canlı (duyğu, analiz orqanlarına malik) alt sistem
dəyişdirici təsirini, habelə gələcəkdən (arzulardan, qorxulardan,
təhlükələrdən) alır. Cansız aləmdə də daim kamilləşmə prosesi gedir.
Bu proses məlum və naməlum fiziki qüvvələrin qanun və
qanunauyğunluqlarının idarəsi , təsiri altında baş verir. (Nyuton ,
xüsusi və ümumi nisbilik, saxlanma, müvazinət, bütövlük qanunları,
iki kənar hədlər arasında siklik təsir edən qüvvələr və iki hədd arasında
keçən həyat). Kamilləşmə - rasionallaşma sadəcə üst sistemin şərti və
tələbi, idarəsi altında optimal yaşamaq, olmaq üçün lazımdır. Demək,
kamilləşmə - rasionallaşma həyatın formasıdır. Təkcə üst sistemin
siklik - iki əks mənalı təsiri kamilləşmə üçün kifayətdir - hərəkətverici
qüvvədir. Demək olar ki, bütün təsirlər iki hədd arasında dəyişən
təsirlərdir.
Digər baxışla baxdıqda biz görürük ki şeyin, canlının, bitkinin
fəaliyyəti və forma alması sadəcə mühitin (buraya elə alt və üst
sistemlər də daxildir) təsirinə reaksiyadır və ən optimal və az enerji
tələb edən reaksiyadır. Yəni səmərələşmə və kamilləşmə təsir - əks
təsir münasibələridir
Bütün qalaktikalarda onun üzvü və o üzvün daxilində bütün
ierarxik varlıqlar daim rasionallaşma prosesindədir. Yəni səmərəli,
yaxşı ola bilmək (forma almaq,uyğunlaşmaq, hərəkət yolu seçmək,
ətrafla optimal münasibətdə, yerdə olmaq) prosesindədir. İnsan
cəmiyyətində isə bu, insanın (dövlətin, təşkilatın, icmanın) daim
mühiti öyrənməyini, onun şərtləri və tələbləri ilə yaşamağını, tədbir
görməyini, uyğun forma, fəaliyyət, həyat tərzi seçməyini, mühitlə
optimal münasibət qurmağını və mümkün olduqca mühiti
yaxşılaşdırmağı, ondan ağılla səmərəli istifadə etməyi tələb edir.
Daha yaxşı keyfiyyətli rasional insan yaratmaq üçün üst sistemi –
mühiti (sosial, siyasi, iqtisadi, tərbiyə, mədəni) dəyişdirmək, yenidən
qurmaq lazımdır. İnsan, çünki mühitin, xüsusilə idarə, qanunlar,
tərbiyə mühitinin məhsuludur.
Dostları ilə paylaş: |