MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Ali    ölkə    səviyyəsində  ümumi  məsələlər  və  insana  xidmət  bölməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 
Ali    ölkə    səviyyəsində  ümumi  məsələlər  və  insana  xidmət  bölməsi 
üzrə  qanun  və  strateji  qərarlar  hazirlanması  və  qəbulunun  tipik 
nümunəsi 
 
      Bu  funksiyanı  icra  etmək  üçün  İnstitut  formasında  maddi  baza 
təşkil edilir, belə ki, burada istənilən adamın oturub tam təchiz edilmiş 
iş postunda işləməsinə imkan verilir. Həm qanun hazırlanmasında həm 
də ali ölkə miqyasında rəhbər edici qərar hazırlanması və qəbulu üçün. 
Xüsusi olaraq iki tip institut təşikil edilir.1) Qərar qəbulu İnstitutu  və 
2)  Qanun  qəbulu  institutu.    Prosesi  10-20  nəfərlik  texniki  elmi  qrup 
idarə  edir.  Burada    həmişə  oturub  işləyən  texniki  təşkilatçı  qrup 
konkurs ilə təyin edilir ki,  onların vəzifəsi:  
-  tipik məsələlərin həlli  üçün proses formaları –  blanklar hazırlamaq, 
giriş məlumatları , şərtləri formalara daxil etmək və elektron-internet 
sisteminə  yerləşdirmək.    Proses  başa  çatandan  sonra  qəbul  olunmuş 
qanun /qərarı lazımi registrə yerləşdirir, nəşrə verirlər; 
-    iştirak  etmək  istəyənlər  üçün  toplantı  (lazımsa)vaxtını  elan  etmək 
,dəvət etmək, təşkil etmək 
-    elektron  sistemə  xidmət  etmək,  proses  haqda  iştirakçılar  tələb 
etdikdə  kağızda məlumat  vermək , izahat  vermək və  təklifləri qəbul 
edib sistemə daxil etmək
-  avtomatik qərar qəbulu sistemi yaratmaq, tədqiqat aparmaq; 
 Bununla  onların    vəzifəsi  bitir.    Bütün  prosesdə  isə  arzu  edən 
iştirakçılar  bərabər  hüquqla  iştirak  edir,  son  nəticə  əldə  edilənədək. 
Dikussiya  toplantısına  gələnlər  :  1)  şifahi  tanışlıq,  sual  -  cavab 
mərhələsindən  sonra  2)  fikir  və  təklifini  yazılı  proses  blankına 
doldurmaqla  bildirirlər.  Şifahi  qəbul  olunmur.  Burada  kifayət  qədər 
avadanlıqla,  komputerlə,  məlumatlarla    təchiz  edilmiş  is  postları 
yerləşir.  İstənilən  halda  əvvəl  kodlaşdırma,  elektron  prosedura  blankı 
hazırlanır. Proses mərhələlərə bölünür A, B, C,.D, E . 

 
187 
A-mərhələsi.  –  problemin  -  məsələnin  -  ehtiyacın  aşkar  edilməsi, 
formulə  edilməsi  və  həll  olunmaq  üçün  qəbul  edilməsi  mərhələsi. 
Bunun özü avtonom prosesdən təşkil olunur.  
B mərhələsi. Bu prosesdə A prosesesində tapılmış prioritet məsələnin 
həlli    prosesidir  və  bütün  həll  versiyaları  toplanır.  Problemin    - 
məsələnin  kriteriyalara    uyğunluğu  və  həllin  şərtlərinin  ödənməsinin 
müəyyən  edilməsi    -  məsələyə    baxılma  mərhələsi.  Bir  bütün  məsələ 
sadə məsələlərə bölünür, hər biri ayrıca həll edilərək ümumi məsələnin 
həlli  asan  tapılır  və  yaxud  ümumi  həll  tapılaraq  hissələrin  həlli 
axtarılır. 
C  mərhələsi  -  Son  həllin  məzmunun  və  rəqəmlərlə  formalaşdırılması 
və icrası tədbirlərinin təsviri. Sonra D mərhələsi başlayır.  
D    mərhələsi  -  İctimai  nəzarət  və  etirazlar,  tənqid  mərhələsi  .  Bunu 
istənilən  adam  və  ya  maraqlı  şəxs  eyni  bir  proses  blankında  uyğun 
bəndləri doldurur.  Əgər bu hissə doldurulursa, proses blankının ABC 
hissəsi  avtomatik  olaraq  aktivləşdirilir  və  proses  yenidən    ABC 
mərhələsinə  qayıdır  və  yenidən  etirazlarla  kriteriyalar  –şərtlər 
uyğunluğu yoxlanılır və düzəlişlər - qərarın yeni variantı daxil edilir və 
ya  lazım  deyilsə  edilmir.  Nəzarət,  etirazlar  üçün  qoyulmuş  müəyyən 
müddətdən  sonra  iştirakçıların  göndərdiyi  versiyalar    müqayisə, 
tutuşdurulma  əməliyyatına  məruz  qoyulur  və  tam  uyğunluq  varsa 
proses  E  mərhələsinə  ötürülür.  Pozğuntu  varsa  yenidən  B,  C 
mərhələsinə gedir. 
E  mərhələsi-    qərarın  son  formulunun  təsvirinin  elan  edilməsi  icraya 
göndərilməsi  və  bu  haqda  lazımı  qeydlərin  müxtəlif  sosial  registrlərə  
daxil  edilməsi  maraqlı  tərəfin  nəzərinə  çatdırılması  və  arxivə 
yerləşdirilməsi-göndərilməsi.  
    Hər bir proses daha geniş alt mərhələlərə- müstəqil qərar qəbul etmə  
formasında bölünə bilər. Məsələn: 
A  -  prosesi.  Uzun  müddətli  perspektiv  strateji  məsələlərin-problemin 
aşkarlanması: 
Mərhələ 1. Tədqiqat- ilk məlumatların toplanması, sorğuların, rəylərin 
toplanması təkliflərin qəbulu, qanuni bazanın, prinsip və prioritetlərin 
seçilməsi və  sintez prosesi 
Mərhələ 2. Problemlərin formulə edilməsi və strateji planın layihəsinin 
tərtibi və müzakirə üçün elan edilməsi. 
Mərhələ 3.  Tanışlıq və öyrənilmə, ekspert analizi, tənqidi rəylərin, əks 
ideyaların irəli sürülməsi 
Mərhələ  4.  Yenidən  planın  düzəlişlər  edilərək  kriteriyalara 
uyğunluğunu  sübut  edən  son  formada  elan  edilməsi.  Burada  düzünü 

 
188 
sübut  edən  dəlillər  bir  sırada  ,  əksini  sübut  edən  dəlillər  digər  sırada 
yan - yana qeyd olunur. 
Mərhələ  5.  Son  versiyanın  formulə  edilməsi  və  elan  edilməsi.  A 
prosesinin bitməsi. 
Bu səs vermə ilə olmur  
     Hər  hansı  bir  məsələ  tam  son  formulası  əgər  lehinə  sübut  
rəqəmlərlə  və    bütün  elmin  üsulları  ilə  hesablama  ilə  və  s.  faktlarla 
sübutunu  tapırsa,  bu  qəbul  edilmiş  sayılır.    Əgər  Əleyhinə  sübutlar 
həqiqi  olaraq  sübut  verirsə,  onda  həmin  məsələ  qəbul  olunmur.  O 
zamana  kimi  proses  davam  etdirilir  ki,  yeni  formula  tapılsın  və  tam 
sübut  olunsun.  Sübut  üçün  hesablamalar,  prioritetlər  və  kriteriyalar, 
müqayisə  ,  elmi  nəzəriyyələr,  qanunlar  xüsusi  tədqiqatlar  istifadə 
edilir. 
Bu son mərhələdə tapılmış formulə edilmiş strateji plan və ya problem 
qəbul edilmiş sayılır və qövlət planı kimi sonrakı B , C, D, E prosesinə 
verilir.  
     İctimai  qanun  və  ya  qərar  hazırlanmasında  əsas  prinsip  ilk 
kriteriyaların  tam  verilməsidir,  bu  İCAZƏLƏR-  nəyin  edilə  biləcəyi  
və 
MƏHDUDİYYƏTLƏR-nəyin  edilə  bilməyəcəyi  şərtlərinin 
siyahısıdır.  Habelə  ilkin  olaraq  nə  dəyişilə  bilməz  və  nələr  dəyişilə 
bilər  şərtləri  irəli  sürülür.  Həll  tapılmasa,  dəyişməz  şərtləri  bir  -  bir 
dəyişməklə  həll  axtarılır.  Bu  halda  dəyişməz  şərt  dəyişdirildikdə  bu 
normanın  rasionallıq  məsələsi  daha  ümumi  ölkə  üzrə  yenidən 
araşdırılma  və  həll  olunmağa  daxil  edilir.  Burada  əxlaq,  bərabərlik, 
ədalət prinsipləri, rasionallıq kriteriyaları, fiziki parametrlərin hədləri, 
ərazisi, tədbirlərin hədləri , iqtisadi rasionallıq, elmi texniki rasionallıq 
humanism və s. əks olunur.. Bir çox hallar üçün tipik avtomatik qərar 
qəbulu  sistemi  yaradılır  ki,  ilkin  faktlar,  sorğular,    şərtlər  daxil  edilən 
kimi qərar avtomatik tapılır. Eynilə, qanunlar da belə hazırlana bilər. 
 
Tək və şəxsi məsələlər üzrə qərar qəbulu:  
 
Ərizə  -  həlletmə  -  qərar-nəzarət  forması.  Bu  5  qrup  -  A,B,C,  D  ,E 
əməliyyat formasından ibarət olaraq bir vahid prosesdə birləşdirilir.  
A-  giriş:   təklif - xahiş  və  ya ali sərəncam  təklifində    müəyyən  həllin 
tapılması üçün təsviri məlumatları. 
B  -    təklifin-xahişin  kriteriyalara    uyğunluğu  və  həllin  şərtlərinin 
ödənməsinin müəyyən edilməsi  - qərara baxılma mərhələsi. 
C  -  Son  həllin  məzmunun  və  rəqəmlərlə  formalaşdırılması  və  icrası 
tədbirlərinin  təsviri.;  təklifin,  xahişin  rədd  edilməsi-imtina.  Bu  halda 

 
189 
rədd etmənin əsas sübutları uyğun pəncərələrdə – kağızda qeyd edilir. 
Sonra E mərhələsi başlayır.  
D - İctimai nəzarət və etirazlar, tənqid mərhələsi . Bunu istənilən adam 
və ya maraqlı şəxs eyni bir proses blankında uyğun bəndləri doldurur.  
Əgər  bu  hissə  doldurulursa,  proses  blankının  ABC  hissəsi  avtomatik 
olaraq  aktivləşdirilir  və  proses  yenidən  C  mərhələsinə  qayıdır  və 
yenidən  etirazlarla  kriteriyalar  –şərtlər  uyğunluğu  yoxlanılır  və 
düzəlişlər  -  qərarın  yeni  variantı  daxil  edilir  və  ya  lazım  deyilsə, 
edilmir.  Və  sonra  E  mərhələsinə  verilir.  Nəzarət,  etirazlar  üçün 
qoyulmuş  müəyyən  müddətdən  sonra  iştirakçıların  göndərdiyi 
versiyalar    müqayisə  -  tutuşdurulma  əməliyyatına  məruz  qoyulur  və 
tam  uyğunluq  varsa,  proses    E  mərhələsinə  ötürülür.  Və  yaxud 
pozğuntu varsa, yenidən B, C mərhələsinə gedir. 
E -  qərarın icra edilməsi və bu haqda lazımı qeydlərin müxtəlif sosial 
registrlərdə    daxil  edilməsi,  maraqlı  tərəfin  nəzərinə  çatdırılması 
(kağızda surətin verilməsi) və arxivə yerləşdirilməsi-göndərilməsi.  
   Bütün  şəxsi  məsələ  üzrə  qərarlar  yaradıldıqda,   eynilə, qərar qəbulu 
prosedurları  tətbiq  olunur.  Bu  zaman  məsələyə  uyğun  standart  və 
optimal  prosedurlar,    kriteriyalardan  istifadə  edilir.  Xüsulilə, 
bərabərliyi  təmin  edən  şərtlərin,  insana  eyni  mövqedən  yanaşma, 
əvvəlki məsələlərlə bu irəli sürülən məsələnin oxşarlığı və eyni oxşar 
qərarın verilməsi; diskriminasiyanın olmamasını təmin edən şərtlər və 
ölçmə kriteriyaları istifadə edilir. (məsələ növləri  üzrə bütün şərtlər və 
kriteriyalar  əvvəldən seçilmiş və qəbul edilmiş olur) 
Qeyd:  İnsanların  QQS  –də  iştirakını  asanlaşdırmaq  üçün  hər  yerli 
(orta)  və  ali  qanun  ya  qərar  hazırlanması  institutunda  və  ya  ictimai  
xüsusi  iştiraka  kömək  qrupları-məsləhət  xidmətləri  təşkil  edilir  ki, 
bunlar  adamların  fikirlərini  formulə  etməyə,  proses  blankını 
doldurmağa – yəni təklif  vermək, etiraz  etmək,  məlumat vermək, rəy 
vermək məsələlərinin həllinə kömək edirlər. 
 
 İctimai qərar və qanun qəbulunun   prosedurları 
 
         Bütün  qanun  və  qərar  hazırlanmasına  başlamaq  üçün  əvvəl 
məsləhət  görülür  ki,  iştirakçılar  hamısı  birlikdə  və  ya  kiçik 
qruplarla göstərilən prosedurlara uyğun olaraq xeyli müzakirələr 
etsinlər.  Fikirlərini  yetişdirsinlər,  lehinə  və  əleyhinə  arqumentləri 
aşkar  edib  öyrənsinlər.  Bundan  sonra  qanun  və  qərar  qəbulu 
prosesinə  başlasınlar.  Müzakirələri  institutlarda,  mədəniyət 

 
190 
evlərində,  kitabxanalarda,  ictimai  salonlarda,  TV  -də,  mətbuatda 
aparsınlar. 
          Hər bir iştirakçı aşağıdakı tələbləri öyrənir  və özünün hazır 
olmasını hesab edəndən sonra iştirak edir. Belə ki, hər bir maşının 
operatoru,  sürücüsü  kimi  insan  lazımı  qaydaları,  fikrin  düzgün 
ifadə  qaydalarını    biləndən,  düz  anlayandan    sonra  o  müzakirəyə 
qoşula  bilər.  Bu  haqda  kurslar  da  yaradıla  bilər.  İştirakçılar 
qruplaşaraq  (bu  daha  çox  məsləhətdir)  və  ya  tək-tək  iştirak  edə 
bilərlər  və  öz  son  təkliflərini  QQS-yə  göndərə  bilərlər.  Son  qərar 
tam  razılıq  əldə  edilənədək  və  iştirakın  etik  tələblərinə  və  iştirak 
prosedurlarına  -  qaydalarına  və  qərarın  keyfiyyət  və  rasionallıq   
kriteriyalarına,  habelə  əxlaqi  etik  kriteriyalara    uyğun  olaraq  
müzakirədən keçir.  
Etik  tələblər  Zərdüştün  düz  fikirləşmək,  düz  düşünmək,  düz  əməli 
nəzərdə  tutmaq,  düz  məqsədi  güdmək  prinsipləri    əsasında,  habelə 
rasionallıq, humanistlik prinsipləri əsasında hazırlanmışdır. 
 
İ. Qanun və idarə qərarı hazırlanmasında iştirak etikası normaları və 
təkliflərə keyfiyyət tələbləri. 
 
     Müzakirənin  məqsədi  müxtəlif  adamların  razılığa  gələrək  məsələ 
barədə  razılaşmış qərarı tapmaqdır 
     Bütün  mümkün  təkliflər  kateqoriyalara,    siniflərə  bölünməklə  iki 
qrupa  bölünür  -  mövcud  baxışlar,  əxlaq  normaları  çərçivəsində  həll 
edilə  bilən  və  yeni  baxış  tələb  edən.    Təkliflər  verilərkən    əgər  onun 
həlli  mövcud  dünyabaxışlar  və  ya  pinsiplərlə  həll  edilə  bilinməzsə, 
onda  əvvəl  yeni  dünyabaxış  formulə  edilir  və  təklif  edilir  .  Təkliflər 
üçün  onların  növünə  görə  tipik  təklif  blankları  hazılanır  ki,  səhv 
anlama    olmasın    və  arzu  edən  adam    zəruri  tələblərə  cavab  verməyi 
yaddan çıxarmasın. 
 
1. Təklifin kateqoriyalara və növlərə düzgün klassifikasiya edilməsi və 
kodlaşdırılması. 
 
 Təkliflər  icma  /dövlət  ümumi  məsələlər  və  inkişaf  sahələri  üzrə 
anonim  olaraq  kodlaşdırılaraq  verilir.  İdeya  və  təkliflər  klassifikasiya 
prinsipinə  görə    ümumi  baxışlar,  həyat  tərzi  ,  mədəniyyətin 
dəyişdirilməsi,  əxlaq  prinsipləri,  konstitusiya  ,    perspektiv  məsələlər, 
strateji  təkiliflər,  qanunlar,  spesifik  layihələr    icmanın  –  dövlətin  cari 

 
191 
və  perspektiv  missiyası,  problemin  qanunlar  altında  həlləri,  
qonşularla-  digər  cəmiyyət  -  dövlətlərlə  münasibətlər,  təbiət,  təhsil, 
səhiyyə və s sahələr üzrə kateqoriya və qruplar üzrə  müəyyənləşdirilir, 
kodlaşdırılır və təklif edilir. Təklif hər sahə üzrə əvvəldən hazırlanmış 
blank formalarında verilir,   komputer failı kimi,  yaxud kağızda. Kicik 
yerli icmalarda isə  təklif açıq,  müəllif göstərilməklə verilə bilər. 
2.  Biliklər  bazasının  yaradılması.  Elm,    texnika,  hüququn,  fəlsəfə, 
iqtisadi,  sosial  ,  bioloji  həyat,  tibb  təbiət  qanunları  və  biliklərinin 
dünya  və  ölkə  icma  inkişafını  əks  etdirən  məlumatlar,  tədqiqat 
əsərlərinin  elektron  bazası  yaradılır.  Və  hər  iştirakçı  onlara    yerini 
dəqiq göstərməklə istinad edir. 
3. İştirakçılar bərabər iştiraketmə şərti daxilində iştirak edirlər. Bu: 
-  texniki  imkanın  bərabərliyi.  Lazımı  şəraitin  olması,  yəni  əsas 
ehtiyacları  ödənməsi  ,  məlumat  və    texniki  əlaqə  imkanı  ,  lazımı 
savadlılığa,  anlamağa  və  bacarıqlara  malik  olması  ,  əmələ  gələn 
məsuliyyəti öhdəsinə götürməyi elan etmək, xüsusilə 
-  iştirak  ilə  nə  gözlədiyini  bilmək-özünün  iştirak  etikası  ilə  tanış 
olmağını və prosedurlarla nə gözlədiyini anlamaq 
-    zəruri  kompetentliyin  əldə  edilməsi  -  tələb  olunan  bilik  və 
bacarıqlara malik olmaq , başqaların təklif və arqumentlərini (dil, etik, 
ekoloji,  siyasi,  ünsiyyət  komputer  savadlılığı  və  s.  )  başa  düşmək  və 
cavab vermək qabiliyyəti 
-  formal  bərabərlik.  Hər  bir  iştirakçı  prosesin  hər  bir    –mərhəlsində 
bərabər müzakirə gücünə malikdir.  
-  xüsusi  gündəlik  tətbiq  olunmur.  Istənilən  məsələ  haqda  təklif 
hazırlanıb  verilə  bilər;  lehinə  –əleyhinə  arqumentlər  təqdim  edə;  hər 
hansı  bir  hökmü  şübhə  altına  sala,  öz  mövqeyini,  ehtiyaclarını, 
nayrahatçılığını  bildirə  bilər  (Əgər  qərar  səsvermə  ilə  qəbul  olunsa, 
onda hər adamın  bərabər güclü səs hüququ qəbul edilir ) 
-  statusun  bərabərliyi  . Hər bir iştirakçıya həqiqətən, bərabər baxılır  - 
onun gücünün və  iqtisadi və siyasi statusunuin  üstünlüyü və zəyifliyi 
nəzərə  alınmır.  İnsanın  kasıb  ya  varlı  olmasına  baxmayaraq 
avtonomluq prinsipinə uyğun olaraq ona bərabər statuslu  və ləyaqətli 
baxılır. 
4.  Eyni  terminlərdən  istifadə.  İdeya,  baxış,  fikir,  irəli  sürülərkən  və 
müzakirə zamanı eyni terminlərdən istifadə edilməlidir. 
5Prioritetlərə məsələ həlli və icrasında üstünlük veilməlidir: 
-    konstitusiyaya uyğunluq yerli qayda və sərəncamlardan üstündür, 
-
 
strategiyalara, perspektiv planlara uyğunluq, 

 
192 
-
 
daha çox əziyyət çəkən insana üstünlük, daha çox zərərli, təhlükəli 
məsələyə üstünlük, 
-
 
prioritetlərə  üstünlük  başqa  məsələlərin  təklifinə  və  həllinə, 
yaxşılaşmasına  mane  olmamalıdır,  hansı  ki  onların  da  yaşamaq, 
inkişaf haqları  başqalarından az deyil. 
6.  Təklifin verilməsi  səbəbləri.  Təkliflər  ağılabatan olmalı, səbəblərlə 
əsaslandırılmalıdır.  Təklifin,  qərarın  və  ya  qiymətin  verilməsi  üçün 
səbəblər, ehtiyaclar, əsas prinsiplər , qanunlar göstərilməlidir. 
-
 
iştirakçı  təklif  verəndə,  qəbul  edəndə,  rədd  edəndə  onun  
səbəblərini yazılı bildirməlidir, 
-
 
təkliflər  zərərlərə  yol  verməmlidir:  ekoloji  dağıntı,    genosid,  əzab  
verilməsi , özbaşına həbs və tutub-saxlama, yaşama vasitələrindən , 
işdən mərhum olunma
-      əvvəl  və  sonra  deyilən  arqumentlər,  habelə  bir  məsələdə  yaxşı  və 
vacib qiymətləndirilən arqument digər məsələdə əhəmiyyətsiz kimi 
qiymətləndirilə və ziddiyətli ola bilməz, 
-      şeylərə  qiymət  verdikdə,  mülahizə  yürütdükdə  hər  məsələnin  aid   
olduğu eyni   dəyərlərdən istifadə edilməlidir
-   hər eyni şey eyni meyarla - kriteriyalarla ölçülməlidir,  
     təklif, etiraz verdikdə məlumat mənbələri göstərilir,  əlavə olunur. 
7.  Təklifin  məqsədi  .  Nəyin  istənildiyi    və  ya  qəbul  edilməsi,    nəyin 
əldə  edilməsi,    nəyin  təklif  edilməsi  çox  aydın  formulə  edilməli  və 
göstərilməlidir. 
8.  Hamıya,  hər  hadisəyə  eyni  mövqedən  baxış  və  qiymət.  Əgər  belə 
mövqe  ,  dünyagörüş  yoxsa,    əvvəl  eyni  mövqe-  baxış  formalaşdırılır, 
təklif edilir, müzakirə olunur və qəbul edilir.  
9.    Rasionallıq.  Təklif  ,  qərar    rasional  olmalıdır.  Əgər  ictimaiyyətin 
mənafeyinə  toxunursa,  ictimai  rasional  olmalıdır  və  onun  mənafeyinə 
əks olmamalıdır. 
10. Humanizmə uyğunluq. Təklif bərabər humanistlik prinsipinə uyğun 
olmalıdır. Humanizm ehtiyacı  çoxluq  içərisində seçilmiş təklər üçün 
ola  bilməz  -  bərabərlik  prinsipi  pozular.  Ona  görə,  bütün  başqa  belə 
səviyyədə ehtiyacı olan insanlara da eyni humanizm və ya belə imkan 
olmadıqda digər növ kömək, kompensasiya  edilməlidir. 
11.  Kifayət  qədər  sübutların  olması.  Fikir  və  təkliflər    zəruri    və  
kifayət qədər  sübutla əsaslandırılmalıdır. 
12. Təkliflər əxlaq normalarına uyğun olmalıdır. Əgər təklif qanuna və 
əxlaqa  uyğun  deyilsə,  əvvəl  qanunun  və  əxlaq  normasının 
dəyişdirilməsi haqda təklif verilməlidir. 
13.Təklif    məqsədin  əldə  edilməsi  üçün  onun  həlli  yolunu  təsvir 
etməlidir .  

 
193 
14. Reallıq, həqiqət.  Baxışlar, fikirlər ancaq reallığı əks etdirməlidir. 
15. Sübutlaın tamlığı. Arqumentlər həm lehinə, həm də əleyhinə olaraq 
tam olmalıdır  
16. Qərarın, təklifin məsələni həll edə bilmək qabiliyyəti olmalıdır 
17. Ümumi məsələlər barədə təkliflər ümumi mənafeyə uyğun olmalıdır 
 Əvvəlcə iştirakçlar razılaşaraq bunun siyahısını tuturlar: 
- mədəni  məhdudiyyətləri ötüb keçən və  gələcək nəsillərin qəbul edə 
biləcəyi təklif, 
- təhlükə yaradan ümumi problemlər, 
- ümumi əməkdaşlıq tələb edən məsələlər, 
-  arqumentlərin  ümumi  –hamı  üçün  həqiqiliyi.  Burada  arqumentlər 
ümumi mənafe strategiyalarını müdafiə etməlidir  
18.  Başqalarına    zərər  vurmamaq.  Təkliflər  başqa  insanların, 
qonşuların  mənafelərini pozmamalıdır və bərabərlik prinsipinə uyğun 
olmalıdır.  
19.  Mənafelərin  bərabərliyi.  Ideyada  bütün  millətlər,  etnik  qruplar  və 
hər insanın mənafeyi bərabər qorunmalıdır və ya təmin edilməlidir 
20. Başqalarını  ittiham etmək  şərti.  Başqalarına  ittiham  etdikdə  əvvəl 
özünün düz olmasınını  sübut  etdikdə və  ya  həmin  ittiham  hərəkətini  
özü də etdiyini boynuna aldıqda təklifi  vermək səlahiyyəti var və bu 
təkilfdə özünü də göstərməlidir. Qərar isə ona da aid olmalıdır. 
21.  Səmimilik  -  Qərəzsizlik  .    Təkliflər  indiki  nəslə  gələcək  nəsil 
üzərində üstünlük və ya bir qrup və ya şəxsin digər əhali üzərində və 
ya  yaşlıların  cavanlar,    uşaqlar  üzərində,  qadınlaın  kişilər  üzərində, 
habelə əksinə, üstün maddi rifahına  xidmət edə bilməz.  İştirakçı özü 
inandığı  məsələdən  danışmalıdır;    lazım  gəlsə  tənqidə  cavab  verməli, 
yoxlanan  rəqəmlər,  sübutlar  təqdim  etməlidir,    real  olaraq  həyata 
keçiriləcək məsələ müzakirə edilməlidir. 
22.  Ədalətə uyğunluq- təkliflər istisna olaraq  və ya  əlavə üstün xeyir 
vermə  olmadan  və  üstün  rollar,  hakim  şəxslər-vəzifəlilər,    idarə  və 
təşkilatlar,  mədəniyyətlər,  birliklər,  ənənə  və  şəxslər  ilə  əlaqəsi  
olmadan verilməlidir. 
23.  Özünə  aid  etmək.  Təklif  verən  dediyi  təklifi  özünə  aid  olsa,  qəbul  
etməyə  razıdırsa,  onda  o  təklifi  verə  bilər.  Təklif  verənlər  özlərini 
nəticədə daha pis vəziyyətə düşən adamların yerində  
olmaqa 
hazır 
olmalıdırlar.                                                                                                                          
-    əsaslandırılmalıdır  ki,  təklif  hansı  nəticələr    verəcək  və  bu  qəbul 
edilirmi? 
24.  Aşkar  deyilə  bilən  olması.  Təklif,  fikir  əvvəlcə    3  dəfə  kiçik  2-3  
adamlıq    qruplarda  müzakirə  olunaraq  diqqətlə  yoxlanaraq,  
əsaslandırılaraq  icma  toplantısında  elan  olunur.    Ümumi  məsələyə 

 
194 
aiddirsə,  yalnız  bu  mərhələdən  sonra  ümumi  məsələlər  üzrə  qanun  və 
qərar  hazırlanması  instituna  göndərilir.  İnsanların  təkbaşına  da  təklif 
vermə səlahiyyətləri var. 
25. Səhvin düzəldilməsi. İdeya təklif verən səhv etdiyini aşkar etdikdə 
ideyasını geri götürməli və ya dəyişməlidir. 
26.  Razılaşma  prinsipi.  Elə  təklif  verilməlidir  ki,  hamı  Konsensusa– 
razılaşmaya gələ bilsin;  
 bəzilərinin deyil, hər bir adamın xoşbəxtliyi  məqsəddir;.  
-
 
məqsəd  hər  bir  şəxsin  və  gələcək  nəslin  dayanıqlı  və  qarşılıqlı 
mənafelərinin təminidir;. 
-  müzakirəçilər bütün baxışları və arqumentləri aşkar edərək  ən güclü 
arqumentlər  tapmağa  çalışmalı  və  qərar  layihəsini  razılaşdırmalıdırlar 
və  onu  müxtəlif  hücumlardan,  səhv  fikirlərdən,  lobbilərdən,  güclü 
qruplardan, rüşvət cəhdlərindən  qorumalıdırlar.  
-  müzakirəçi müstəqil mülahizə söyləməli, fikrini azad ifadə etməlidir 
 27.    Qeyri  –  dominantlıq,  yəni  iştirakçı  başqalarının  təzyiqi  və  ya 
üstünlüyü olmadan iştirak etməyə qabil olmalıdır  
-   məhdudlaşdırılmayan, maneə qoyulmayan müzakirə.  
-  hər bir məsələ müzakirə oluna bilər,  
-    şagirdlər  12  yaşından  sonra  müzakirələrdə  təklif  verə,  tənqidi  fikir 
deyə,  etiraz edə bilər 
-  müzakirə iştirakçısı müstəqil adam kimi iştirak etməlidir.  
28.  Qanun  yaratmaq  üçün  təklif  verdikdə  təklif  konstitusiyaya  uyğun 
olmalı  və  digər  qanunların  dəyişilməsini  də  nəzərə  almalıdır  .  Qərar 
üçün  təklif  verdikdə  isə  həm  konstitusiya  həm  də  qanunlara  uyğun 
olmalıdır.  Konstitusiyaya  dəyişilik  ümumi  əxlaq  və  mədəni  dəyərlərə 
uyğun olmalıdır.                                                            
29.    Şeylərin,  hərəkətlərin  sərhədlərindən    kənara  çıxılmaması  tələb 
olunur. 
30.  Qanun  və  idarə  qərarı  hazırlanmasında  bütün  arzu  edənlərin 
iştirak imkanı olmalıdır
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin