MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


  Əmək  və  onun  nəticələrinin  bölünməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

2.  Əmək  və  onun  nəticələrinin  bölünməsi  məsələsinin  həlli.  
İndiki    əməyin  təşkili  forması  əməyə  -  çalışmağa  güclü  stimul 
yaradaraq və saxlayaraq insanları bərk teylor sistemi ilə işlədir.  Lakin 

 
157 
bu əməyin nəticələri pula çevrilərək (və ya pulla ölçülərək) əmək haqqı 
,  bölmə  və  yenidən  bölmə,  ticarət  və  banklardan  keçmə  prosesi  
vasitəsilə  yenidən  qruplaşmağa  başlayır-nəticədə  pullar  10  -20  %  
əhalinin əlinə toplanır(dövləti saymasaq). 
Bu pulları (nemətləri) yaratmış əmək, elm, idarə adamları (80-90% 
əhali) onlara düşən az miqdarda  pul ilə yaratdıqları və ya istehsalında 
iştirak  etdikləri  nemətləri  lazımı  qədər  əldə  edə  bilmirlər.  Həmişə 
ehtiyac  içindədirlər.  Əlinə  pul  toplamış  10-20  %  əhali  -  varlılar  və 
dövlət  məmurları    həmin  pulla  israfçılıq  edir,  səmərəsiz  istifadə  edir, 
xərcləməyə  yer  tapmır,  həddən  baha  hotellərdə  qalır,  özlərinə 
milyonlarla  dollara  bina  tikir,  şəkil  alır,  toy  edir  və  s.  Beləliklə, 
yaradılan nemətlər bolluğunun cüzi hissəsi  80 % əhaliyə xidmət edir, 
çox hissəsi isə daha az 10-20% varlı - hakim sinfə çatır və səmərəsiz 
sərf  olunur.  Böyük  sayda  dövlətlərdə  isə  ictimai    sahəyə  ayrılan  
nemətlərin    çoxu  dövlət  məmurları,  oliqarxlar  və  onlarla  birləşmiş 
transnasional  kompaniyalar  və  daxili  monopoliyalar    tərəfindən  bu  ya 
digər üsulla mənimsənilir. 
Bu  problemi  həll  etmək  üçün    rasional  rentabellik  normaları, 
pərakəndə satışın dəqiq gəlir faizi normaları, əmək haqlarının istənilən 
sahədə  və  ticarətdə  stimulları  təmin  etmək  şərtilə  qismən  və  rasional 
bərabərliyi,    əməyin  rasional  təşkili,  təhlükəsizliyi  və  iş  növlərinin 
unifikasiya  olması,  bərabər  və  eyni  peşə    əməyinə  bərabər  haqq 
verilməsi,  əmək  haqqı  və  mükafatların  rasional  təyin  edilməsi; 
maaşların    maksimum  və  minumum  hədlərinin  təyin  edilməsi,  
hamının  bilavasitə  işləməsinin təşkil edilməsi; hər kəsə zəruri normal 
həyat  səviyyəsi  təmin  edəcək  əmək  haqqı  verilməsi,  normal  həyat 
səviyyəsi standartlarının qəbulu,  habelə azad qiymət siyasətinin ləğvi 
aparılmalı,  dövlətin  rüsum  və  həddən  artıq  vergi    və  tarif  qoymaqla 
süni qiymət artımına yol verməsi dayandırılmalıdır. Elə edilməlidir ki, 
istehsalda və onu adamlara çatdıran, iştirak edən və xidmət edən  bütün 
adamlar qismən bərabər əmək haqqı alsın, fərdi və ya ictimai sektorda 
iqtisadi obyektin inkişafı təmin edilsin,  heç kəs süni qiymət artırmaqla 
və əlavə istismar etməklə artıq pul ala bilməsin. Bütün qiymətlər asan 
kalkulyasiya  edilsin  və  əmək  haqqı  hissəsi  dəqiq  göstərilsin. 
Nəzəriyyədə azad qiymətlər və azad bazar ləğv edilir, yerinə rasional 
əsaslandıılmış stabil - düzgün qiymətlər və rasional idarə olunan bazar 
təklif edilir. Həm ictimai sektorun (dövlət - ictimai idarə edilən), həm  
də  şəxsi  sektorun  olması    qəbul  edilir.  Rasional  cəmiyyətdə  əmək  və 
mükafatlandırma sahəsində qısa ifadə etsək, belə prinsip qəbul edilir:  
Hər  bir  şəxs  və  ya  kollektiv,  təşkilat  yaratdığı  məhsul,  xidmət 
müqabilində  optimal  və  digər  əmək  növləri  ilə  rasional 

 
158 
balanslaşdırılmış  olaraq öz həyatı və inkişafına (sağlamlığı, istirahət, 
ailə)  tələb  olunan  bərabər  miqdarda  eyni  ölçmə  üsulları  və 
qiymətləndirmə  metodu  vasitəsilə  hesablanan    mükafat  almalıdır.    Bu 
prinsip  istehsal  və  xidmət  edəniin  –  satanın,  təmir  edənin    artıq 
qiymətlər qoymamasına qarantiya verir. Və qiymətlərin sabit qalmasını 
təmin  edir.  İstehsal  qiymətləri  maya  dəyəri  və  yaşayış,  inkişaf  faizini 
və  vergini  əlavə  etməklə    müəyyən  edilir,  sonra  topdan  satış  dəqiq 
rasional faizlə, daha sonra bir pilləli  pərakəndə  satış qiyməti rasional  
dəqiq faizlə icra edilir. Daha sonrakı alıb - satma qadağandır və malın 
istehsal,  topdan  və  pərakəndə  satış  qiymətləri  üstündəki  birkada  
göstərilərək sonrakı əllərə keçərək   qiymət artmasına qadağan qoyulur 
və  cəzalandırılır.  Əgər  qiymət  artırsa,  demək,  kimsə  əsas  prinsipi 
pozmuşdur.  Bu  rasional  prinsip  vəhşi  kapitalizmin  əsas  nizamlama 
prinsipi  olan   tələb  və  təklif prinsipini ləğv edir. Məhz  tələb və  təklif 
prinsipi    az  miqdarda  yüksək  varlılar  və  çox  miqdarda  kasıblar 
yetişdirir  və  plansız  idarəetmə,  krizislər,  istismar  yaradır;  qiymətlərin 
fasiləsiz 
qalxmasını,  bahalı  ölkələrin,  şəhərlərin,  varlıların  
yaranmasına  səbəb  olur.  Nəticədə  bəşəriyyətin  böyük  əksəriyyəti 
bahalığa  görə  maddi  nemətlədən  istifadə  edə  bilmir,  halbuki  bütün 
nemətlər  hamının  yaşamasına  çatır,  hətta  artıq  da  qalır.  Lakin 
insanların  zəhməti  və    effektiv  texnikanın  köməyi  ilə  yaradılmış 
nemətin  böyük  hissəsi  a)  dövlətlər  tərəfindən  hərbə,  silahlanmaya, 
səmərəsiz  istifadəyə,  məmurların  mənimsəməsinə  gedir    b) 
kapitalistlərin  əlinə  keçir,  onlar  da  həmin  gəlirlərin  insanlara 
çatmasının,  istehlakının  qarşısını  alır,  toplayır,  işsiz  saxlayırlar. 
Nəticədə  bəşəriyyətin    beşdə  biri  ac  yaşayır.  Ümumi  gəlirlərin  belə 
bölümü və istifadəsi həm kapitalist, həm sosialist ölkələrində baş verir. 
Dünyada  qiymət  artımı  tendensiyası  davam  edir  və  ucuz  ölkələr  də 
buna  qoşulmağa  məcbur  olur.  Bu,  kapitalizmin  və  kapitalistlərin  
idarəni öz əlinə almasınin, sosializmdə isə bir qrupun monopolist qərar 
qəbulu  hüququnun  vəhşi  nəticələrindən  biridir.  Rasional  cəmiyyətdə 
isə  istehsal  olunan  mal  və  xidmətlərin  alıcısı  əvvəldən  planlaşdırılır  - 
dünyanın  bu  yerində,  yaxud  başqa  yerində.  Burada  kapitalizmin 
yaratdığı eyiblər olmur, olacağı halda isə rasional kollektiv düşüncənin 
tətbiqi ilə məsələ həll olunur. 
3.  Dünya  baxışların  düzgün  olmaması  və  ya  səhv  qəbul  edilməsi 
məsələsinin həlli.  
Bu səbəb, yəni baxışlar - ətraf dünya (dünya və yerli mühit- sosial, 
mədəniyyət,  həyat  tərzi,  idarə  xarakteri,  əxlaq    və  s.)  haqda  görüşlər, 
fəlsəfi  baxışlar  hər  bir  davranışın,  idarənin,  fəaliyyətin,  nəzəriyyənin 
əsasıdır.  Təkcə  baxışları  dəyişməklə  cəmiyyət  və  dövlət  idarəsinin 

 
159 
bütün sahələri kökündən dəyişilə - yaxşılaşdırıla bilər. Baxışlar inkişaf 
və  xoşbəxtliyə,  rasionallığa  uyğun  olsa,  həmin  cəmiyyət  yaxşı 
yaşayacaqdır.  
Hər  cəmiyyətdə  qüvvədə  olan  hakim  baxışlar  mövcudur  və  bu 
onların  həyat  səviyyəsinin,  inkişafın  göstəricisidir.  Məsələn,  hakim 
qrupun  baxışları-öz  qrupuna  üstünlük  verməsi,  bütün  cəmiyyət 
mənafeyini  ikinci  dərəcəli  sayması  həmin  cəmiyyətin  bütün 
bədbəxtliklərinin səbəbidir. 
Xüsusilə,  a)  hamının  iştirakı  və  mənafeyinə  uyğun;  b)  dünya 
bəşəriyyətinin  topladığı  ən  son  ağıla  və  təcrübəyə  uyğun    rasional 
baxışlar yaratmaqla  cəmiyyət həddən artıq səmərələşə bilər. Məsələn, 
1)  mövcud  qanunların  təminatı  və  asayiş  cəza  vermə  üsulu(həbs)  ilə 
təmin  edilir.  Bu  nəticədə  ona  səbəb  olur  ki,  insan  qanunu  pozanda 
polis,  prokuror,  məhkəmə  sevinir,  həbsxanalar  qanun  pozanlarla 
doldurulur və insanlar daha pis vəziyyətə salınır. Halbuki, belə metod  
qanun  pozanların  sayını  azaltmır,  insanlar  təbii  olaraq  qanun  və 
qaydaları  pozmağa  meyllidirlər,  bu  onların  xassəsidir.  2)  Əgər  başqa 
baxış  tətbiq  etsək,  məsələn,  qanun  və  asayişin  pozulmalarının  baş 
verməzdən  qabaq  qarşısını  almaq,  belə  meylli  və  meylli  olmayan 
insanlara  zəruri    təlimlər,  izahatlar  və  yaşamaq,  işləmək,  yaratmaq 
imkanları  vermək.  Bu  halda  başqa  idarə  sistemi  və  sosial,  iqtisadi 
tədbilər,  tədris  institutları,  müalicəxanalar  yaratmaq  lazım  gələcək 
insanları həbs etməyə ehtiyac olmayacaq.  
Sülh və xoşbəxtliyin əldə edilməsi məsələsi  sadəcə “gəlin sülhdə 
yaşayaq  və  xoşbəxt  olaq”  deməklə    qazanıla  bilməz.Yuxarıda 
göstərildiyi  kimi  bu  nəticələr  üçün  konkret  və  tələb  olunan  kimi 
davranmaq, təşkil və  idarə  strukturunu bu nətəcəyə  gətirəcək formada 
rasional  qurmaq  lazımdır.  Yəni  insanlar  bir  -  birinə  düz  münasibət 
saxlamalı,  başqasının  haqqını  pozmamalı,  birgə  əmək  və  təbii 
ehtiyatların  nəticələrni  hər  kəsə  bərabər  çatmasını  təmin  etməli, 
düzgün idarə olunmalı, hər kəs öz borcunu tam və məsuliyyətlə yerinə 
yetirməlidir.  Xüsusilə,  bu  dövlətlər  daxilində  və  arasında  ciddi  əməl 
olunmalıdır.  Bu  məsələdə  də    ümumi  baxışlar  əsas  rol  oynayır. 
Müşahidə  olunur  ki,  dövlət  daxilində  sülh  göstərilən  qaydada  əldə 
olunmursa,  həmin  xalqın  böyük  problemləri  olur-  parçalanma  və 
xaricdən  aqressiya,  xarici  zorakılıq  və  dağıdıcı  təsir,  ölkədə 
hakimiyyətin  diktaturası,  azadlığın  pozulması,  demokratiyanın 
kəsilməsi, diskriminasiya və korrupsiya idarəsi – qarantiyadır. 
 
Yeni rasional - kamil cəmiyyətdə dinlərin rolu 
 

 
160 
Yeni  rasional  sivilizasiyada  insanlara  faydalı  olmaq  üçün, 
millətləri və xalqları bir- birindən ayırmağa son qoymaq üçün dinlərin, 
xüsusilə,  islamın  reforma  olunması  ehtiyacı    daha  kəskin  meydana 
çıxır.  Xristianlıq  isə  xeyli  reforma  olmuşdur.  Ona  yenə  reforma 
lazımdır. Teist dinlərinin əsas istinad mənbəyi olan Tanrının məna və 
mahiyyəti,  nə  olması;  görünməz  dünya  -  mələk,  cin,  ruhlar  elmi 
formada öyrənilməli və burada olan yanlışlıqlar və səhv mənalar aşkar 
edilməlidir.  Bu  sahədə  olan  həqiqəti  demək  və  yazmaq  qadağanları 
ləğv  edilməlidir.  Bu  qadağanlar  güman  ki,  bütün  dövlətlərdə  vardır. 
Dinlər,  şübhəsiz,  bu  günkü  formada  kamil  cəmiyyətə  uyğun  deyil  və 
onları  birdən  ləğv  etmək  mümkün  deyildir.  Ona  görə  onları  reforma 
etmək  və  xalqlara  və  bütövlükdə  bəşəriyyətə  faydalı  formaya  salmaq, 
zərərli cəhətlərini ləğv etmək; daha yaxşısı, onları birləşdirib vahid bir 
elmi  -  din  yaratmaq  lazımdır,  hansı  ki  əsas  funksiyası  fövqaladə 
qüvvələrə qorxu yaymaq və onlara sitayiş deyil, cəmiyyətin üzvü kimi 
onun  işlərində,  səmərələşməsində,  problemlərinin  həllində  aktiv 
iştirak;  əxlaqın  təbliği,  humanist,  psixoloji,  sosial    xidmətlər,  elmi 
meditasiya  olmalıdır. 
Təklif  edilən  rasional  cəmiyyət  nəzəriyyəsində,  şübhəsiz,  dinlər 
araşdırılmış  Tanrı  və  digər  görünməz  varlıqlar  müəyyən  qədər 
öyrənilmiş və məntiqi nəticələr   əldə edilmişdir. Müəyyən edilmişdir 
ki  tək  tanrıya  sitayiş  dinlərinin  ruhaniləri:  İslam  və  İudaizm  tanrıya 
antropomorfik  –  insani  xassələr  özlərindən  uyduraraq  səhv  tanrı 
anlayışı yaratmış və ondan biznes və hakimiyyət məqsədi üçün istifadə 
edən  dini  sinif  yaratmışlar.  Xristianlıq  isə  16  əsrədək  ilkin 
nəzəriyyəsində və köklərində olmasa da  kilsələr tərəfindən hakimiyyət 
və  biznes  vasitəsi,  insanlığa  sərbəst  düşüncə  imkanı  verməyən    alətə 
çevrilmişdir. 
Keçmiş  dini  Tanrı  anlayışlarının  əsasən  səhv  olması  dəlillər  və 
məntiqlə  əsaslandırılır.  Bu  səhv  anlayış  və  izahların  bəşəriyyətə 
gətirdiyi qırğınlar və insan qrupları arası, millətlər arası düşmənçilik və 
bəlalar aşkar edilmişdir. 
 
Yeni ağılla qurulacaq rasional cəmiyyətin nəzəri əsasları  
 
1.  İctimai  sistemdə  kənar  hədlər:  varlılıq  –kasıblıq;  biliklik  və 
savadsızlıq;  demokratiya  –tiraniya;  yüksək  gəlir və  aşağı  gəlir; hərbi 
gücün ən son yüksək və aşağı hədləri xeyli zərərli nəticələr verir. Belə 
son  hədlərə  malik  cəmiyyətlər  ən  daynıqsız  və  qeyri  sabit 
cəmiyyətlərdir.  İki  ən  son  hədlərə  malik  olduqda  cəmiyyətdə 
ierarxiyalar  qurulur.  Yüksək  həddə  malik  olanlar  aşağı  həddə  malik 

 
161 
olanları  əzir,  istismar  edir,  hakimiyyəti  ələ  keçirir,  belə  təbii  qanun 
nəticəsində  təbiət  korlanır,  müharibələr  konfliktlər  törəyir,  kasıblıq, 
varlılıq  meydana  ıxır.  Bu  hadisə  təbii  fiziki,  bioloji    qanunlara 
uyğundur. Belə ki bu qanunlar ağılın olmadığı, əxlaqa malik olmayan 
cansız  təbiətin  və  qeyri  şüurlu  canlı  təbiətin  qanunudur.  İnsan  isə 
şüurlu və ağıllı varlıqdır. İnsan cəmiyyəti təkcə təbii fiziki və bioloji 
qanunlarla  təşkil  oluna  və  idarə  oluna  bilməz.  Olunca  onda  onun 
sonu  gələr,  daim  müharibədə,  siniflərin  mübarizəsndə  olar,  təbiəti  tez 
xarab  edib  planeti  yararsız  hala  salar.  Deməli,  xalqlar  və  bəşəriyyət 
daha yaxşı yaşamaq üçün  hökmən ağılla idarə edilməyə möhtacdır. O 
öz insani ağıllı təşkili formasını tapmalıdır ki, bu mexanizm vasitəsilə 
ağlını müəyyən edib, ümumiləşdirib birlikdə qəbul edib və icra edib öz 
vəziyyətini  yaxşılaşdırsın.  Təbiətin  və  qeyri  insan  varlıqlarının  təkcə 
yaşamaq-olmaq  məqsədindən  başqa  insanın  məqsədi  yaxşı,  xoşbəxt 
yaşamaq,  daim  fayda  almaq  üçün  təbiəti  qoruyub  saxlamaq;  gələcək 
nəslinin  qayğısına  qalmaq,  müharibə  etməmək,  dinc  yaşamaq 
olmalıdır.  Bu  məqsədlər  insan  üçün  ən  optimaldır,  hansı  ki  heç  bir 
heyvanın və cismin məqsədi deyil. 
2. Bəşəriyyətin və bütün ölkələrin bütün təşkili strukturunu idarə edən 
azlıq  onun  belə  qalmasını  istəyir.  Məhz  mövcud  bu  sistem  onların 
vəzifələrdə  qalmasına  imkan  verir,  onların  xalqları  istismar  etməsinə, 
hegemonluğuna  imkan  verir.  Məhz  həmin  qruplar  tərəfindən  bütün 
onlara  sərf  edən  normalar  qanunlaşdırılıb  idarə  qaydaları,  məhkəmə 
normaları  təyin  edilib.  Hazırki  idarəedən  siniflər  bütün  elmi, 
iqtisadiyatı,  mədəniyyəti  özlərinə  xidmət  etməyə  məcbur  edir.  Bu 
vəziyyət  bəşəriyyəti  kamilləşməyə,  hamı  üçün  ədalətli  struktur  və 
qanunlar yaratmağa mane olur. Bu problemi həll etmək üçün lazımdır 
ki,  hər  bir  ölkədə  rasional  ağıllı  prinsiplərə  uyğun  idarə  sistemi 
qurulsun,  hamı  birbaşa  iştirak  edə  bilsin.  Hazırkı  idarə  sistemində 
hamının  iştirak  etməyinin  qarşısı  dövlət,  deputatlar,  vəzifələr, 
təkbaşçılar vasitəsilə alınır. 
3. İnformasiya texnologiyaları nə qədər inkişaf etsə də hamının idarədə 
iştirakının  qarşısı  müxtəlif  hiylələrlə  alınır,  həqiqətin  yayılması  və 
öyrənilməsinə  qarşı  mövcud  siyasi,  millətçi  qurumlar,  iqtisadi 
hegemonlar əks tədbirlər görürlər. Məsələn, mənim yaratdığım rasional 
cəmiyyət  haqda  sayta  düşmənlər  tərəfindən    cürbəcür  əlavə  oxşar  və 
mənasız  saytlar  yaradılaraq,  cürbəcür  əks  məqalələr  uydurularaq 
məlumat içərisində o itirilmişdir. Bunu kim edir?  Şübhəsiz bunu edən 
erməni  millətçiləri,  hegemon      kapitalist  dövlətlərinin  kəşviyyat 
idarələridir ki, həqiqətin insanlara çatmasına, insanların reallığı düzgün 
başa  düşməsinə  mane  olmaq  istəyirlər.  Məgər  mənim  etdiyim  iş, 

 
162 
insanları  xilas  edən  ideyalar  irəli  sürmək  və  onları  həqiqəti  başa 
düşməyə  kömək  etmək  pis  işdir?  Bu  reallıq  göstərir  ki,  xalqların 
idarəsi  hökmən  hegemon  siniflərdən,  korporasiyalardan  azad 
edilməlidir,  ağılla  qurulmalıdır,  bu  halda  heç  bir  millətçi  qrup  ya 
iqtisadi  siyasi  qrup  özbaşınalıq  edə  bilməyəcək,  haqq  işə  qarşı  dura 
bilməyəcəkdir. 
4.  Şər  qüüvvələr  hakim  qurumlarla,  parlamentlərlə,  hökumətlərlə 
asanlıqla birləşir. Həmrəy olurlar. Niyə bu mümkün olur? Ona görə ki 
bütün ölkələrin idarəsi kiçik bir azlığın istismarçı sinfin əlindədir, ona 
görə  də  onlar  hökmən  zorakılığa,  sinif  mənafeyinə  üstünlük  verirlər; 
bütün  hiyləgər  üsullardan,  aldadıcı  manevrlərdən  istifadə  edirlər. 
Eynilə  şər  qüvvələr  də  (millətçi,  xəyanətkar,  terrorist,  oğrular, 
hakimiyyət  hərisləri  eyni  metodlardan  istifadə  edirlər  və  bir-  birinə 
xidmət  müqabilində  həvəslə  kömək  edirlər.  Məsələn,  belə  şər 
qüvvələrə  Erməni  daşnak  partiyası  nümumədir.  Onlar  Avropanın  28 
dövlətinin  parlamentlərində həmin xalqlara dəxli olmayan və onların 
bilmədiyi,  sübutlara  malik  olmadığı  uydurma  erməni  soyqırımının 
tanınması  haqda  qərarı  qəbul  etdirmişlər.  Gülünc  və  məntiqdən 
uzaqdır,  tarixçi  alimlər,  elmi  araşdırma  institutları  kənara  qoyulub, 
lakin  bu  dövlətlərin  parlamentləri  belə  qərar  qəbul  etmişlər.  Həmin 
dövlətlərin  burada  məqsədi  nədir?  Həmin  parlamentlər  məhz  xalqlı 
deyil,  varlı  qrupları  təmsil  etdiyi  üçün  onlar  sadəcə  pula  satılmış, 
maliyyə cəhətdən yeni seçkilərdə müdafiə haqda şirnikləndirici vədlər 
və  qarantiyalar  almış,  varlı  siniflərin  mənafeyini  güdmüş  və  qərar 
vermişlər. Əgər həmin ölkələrdə xalqların azad fikir bildirmək imkanı 
olsaydı,  onlar      belə  qərar  verməzdilər.  Gördüyümüz  kimi  müasir 
təmsilçilik  institutu  nə  qədər  ağılsız,  qeyri-  demokratik  və  öz  xalqına 
qarşı  zərərli  qərarlar,  qanunlar  verə  bilər  ki,  bu  sistemdən  qurtarmaq 
lazımdır. 
5.  Dinlərin  də  cəmiyyətin  yaxşılaşdırılması  haqda  fikirləri  vardır. 
Bütün  monoteist  dinlər  islam,  xristianlıq  və  yəhudilik,    habelə 
buddizmdə də deyirlər ki, yeni peyğəmbər gələcək və o dünyanın ağası 
olacaq,  onda  ədalət  olacaq.  Belə  fikir  əsassızdır.  Dünyaya  ağa  lazım 
deyil.  İndiyədək  olan  tarix  göstərir  ki,  tək  şəxslər  insanlığı  xilas  edə 
bilməz  (bir  bəladan  çıxarıb,  digər  daha  pis  bəlaya  düçar  edə  bilər), 
insanlığın  xilası  onların  kollektiv  fəaliyyəti  ilə  ola  bilər.  Yəni  onlar 
hökmən  birgə  idarədə  iştirak  etmək  üçün  lazımı  mexanizmlər 
yaratmalı  və  özləri  iştirak  etməklə  qərar  qəbul  etməlidrlər.  Özləri 
bilavasitə qanun verməlidirlər. Belə mexanizm olmasa bunu onlar edə 
bilməyəcək və daim varlı qruplar onların əvəzindən qərar verəcəklər. 

 
163 
6. Ən yaxşı ictimai təşkil strukturu və idarəetmə, həyat prosesi yalnız 
ağılın  tətbiqi  ilə  əldə  edilə  bilər.  Başqa  sözlə  insanların  həyat 
nailiyyətləri  onların  ağlına  uyğun  olsa,  onda  orada  uğurlar  ola  bilər. 
Lakin mövcud belə idarə strukturları və təcrübə ağlın  vacib iştirakını 
nəzərdə tutmur. Ən yaxşı ağıl isə məlumdur ki kollektiv ağıldır. Məhz 
yeni  ağıllı  cəmiyyət  strukturu  ağılın  üstün  və  vacib  tətbiqini  nəzərdə 
tutur. Bunun üçün xüsusi mexanizmlər yaradır ki, onlar kollektiv ağılı 
toplayıb  və  emal  edib  ən  yüksək  səviyyəli  yollar  göstərsin,  həllər 
versin. 
7.  Bütün  problem  və  nayrahatçılıqların,  konflikt  və  müharibələrin 
zorakılıqların  səbəbi  dünyanın  öz  struktur  quruluşundadır.  Bunu  izah 
edirəm.  Neorasionalist  fəlsəfə  nəzəriyyəsi  deyir  ki,  bizim  material 
makrodünyada hər bir şey ( bitki, mineral, insan, cəmiyyət) çoxluqdan 
ibarətdir.  Çoxluğu  təşkil  edən  hər  element  isə  zəruri  olaraq 
müxtəlifliyə malikdir. Onların hər birinin nöqteyi nəzərindən digərləri 
ondan  fərqlidir,  yəni  ona  əksdir  (bu  subyektiv  fikirdir.  Əslində
 
obyektiv  yanaşsaq  əks deyil, fərqlidir) Demək, çoxluq  müxtəlif fərqli 
elementlərin kombinasiyası olmaqla onların birgə işi- qarşılılı əlaqələri 
çoxluğun  bütövlüyünü,  sabit  dayanıqlığını  və  müəyən  dövr  üçün 
yaşamasını və ümumi keyfiyyətini –xassələrini müəyyən edir. Bununla 
bərabər  hər  element  (hissə,  üzv)  fərdi  avtonomluğa  malikdir,  yəni 
özünün  olma  şərtləri,  yaşama  üsulu  vardır.  Element  həm  özü  olduğu 
kimi  olmağa,  qalmağa  çalışır-yeniləşərək  dəyişərək,  kamilləşərək, 
uyğunlaşaraq,  həm  də  çoxluğun  onun  öhdəsinə  qoyduğu  vəzifələri-
funksiyaları  yerinə  yetirməlidir.  Hər  bir  element  olduğu  kimi  qalmaq 
istəyir ( məsələn, dəmir dəmir kimi, insan insan kimi, ailə ailə kimi və 
s.).  Bu  momentə  diqqət  verin.    Cansız  aləmdə  bu  qanun  rahat  təmin 
olunur.  Lakin  insan  cəmiyyətində  ailədə,  kənddə,  icmada,  şəhər  və 
dövlətdə  bu  prinsip  daim  pozulur.  Daha  dəqiqi,  çoxluq  üzvü  olan  bir 
komponent tərəfindən pozulur. Niyə? burada insanın  psixoloji xassəsi 
işləyir,  adətən  hər  insan  yalnız  özünü  güdür  və  münasibətdə  olduğu 
adamın  da  eyni  yaşamaq,  olmaq  haqqı  haqqında  heç  düşünmür, 
etinasız yanaşır,  yaxud yadından çıxarır. Hər kəsə öz işini, məqsədini 
həyata  keçirmək  lazımdır,  başqaları  bu  zaman  hansı  zərəri  alacaqlar, 
necə  olacaqlar  onu  düşündürmür.  Eyni  modellə  cəmiyyətə 
münasibətdə  dövlət  işləyir.  Əgər    avtomobil  konstruksiyasında 
konstruktorun ağlı ilə hər bir detal-təkər, podşipnik, plastik hissələr və 
s  -  öz  funksiyasını  soyutma,  nəzarət,  idarə,  düzgün  əlaqələndirmə  və 
montaj nəticəsində dəqiq yerinə yetirirsə və olduğu kimi qalırsa, insan 
cəmiyyətində  zorakılıq,  aldatma,  hiylə  nəticəsində  bir  tərəf  digərinin 
təbii  həyat  hüquqlarını  pozur.  Nəticədə  bu  böyük  nayrazılıqlara, 

 
164 
konfliktlərə  düşmənçiliyə  və  müharibələrə  səbəb  olur.  Ziddiyyətlər 
meydana çıxır. Lakin ziddiyyətlərin meydana çıxmasının ikinci səbəbi 
də  var.  Beləki,  hər  bir  cisim,  mineral,  insan  və  ya  cəmiyyət  iki  əks 
xassənin, mahyyətin tarazlığı altında olmalıdır- bu onun olma şərtidir. 
Məhz  insan  və  onlardan  əmələ  gəlmiş  icmalarda  bu  tarazlıq  bir  qrup 
(şəxs)  tərəfindən  şüurun  olması  səbəbilə  daim  pozulur-  özünə  əks 
hissəni əzir, məhv etməyə çalışır. Nəticədə dayanıqsız, daim konfliktdə 
olan  qeyri-effektiv    icma  meydana  çıxır  ki,  o  da  belə  vəziyyətdə  çox 
qala  bilməz,  məhvə  doğru  getməlidir.  Məhz  bu,  ziddiyətin  meydana 
çıxmasının  ikinci  səbəbidir.  Heraklitdən  başlamış,  Kanta,  Marksa, 
Leninə və müasir burjua və marksist filosoflarına qədər - əksər fəlsəfi
 
nəzəriyyələr  ziddiyyətləri,  başqa  sözlə  əksliklərin  mübarizəsini 
inkişafın  hərəkətverici  qüvvəsi  hesab  edirlər.  Və  bunu  təbii  qanun 
sayırlar.    Belə  düşünməklə  onlar  hamısı  səhv  edir.  lakin  yaxşı 
qurulmuş  cəmiyyətdə  “əksliklər”  hesab  edilən  hissələr  mübarizə 
etmədən  də  cəmiyyət  daha  sürətli  inkişaf  əldə  edə  bilər,  nəinki 
mübarizə  edə-  edə.  Irəli  sürdüyüm  obyektiv  neorasionalist  fəlsəfə  isə 
deyir: heç də əkslikləin mübarizəsi qanunu yoxdur.  Çoxluq yaranması 
və 
həyatı 
dövründə 
hissələrin 
müvazinətləşməsi 
–ierarxik 
strukturlaşması  (xüsusilə,  müəyyən  dövr  üçün  kimin  kimə  tabeçiliyi, 
kimin  kimi  idarə  etməsi;  nəyin  nə  ilə  tarazlaşmasının    möhkəm 
müəyyən  edilməsi  və  dövr  başa  çatdıqda  –  yeni  situasiyada  bu 
məsələnin  yenidən  müəyyən  edilməsi)  qanunu  mövcuddur.  15,  17 
daşdan  ibarət  saatda  bu  daşlar  heç  də  mübarizə  etmədən  ümumi 
işlərinin nəticəsində vaxtı dəqiq göstərilər. Çoxluqlar - müxtəlifliklərin 
(müxtəlif xassəli  hissələrin,  üzvlərin)  spesifik  və  müəyyən  dövr  üçün 
dayanıqlı  və  balanslı  kombinasiyadır.  İnsan  tərəfindən  yaradılmış  və  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin