Rasional cəmiyyət və müxtəlif nəzəriyyələr
Texnokratiya.
20
–ci əsrdə xeyli texnokratik nəzəriyyələr
yaradılmışdır. Məsələn, H.Saymon “elmi idarə edilən dövlət”; D. Bell -
“postindustrial cəmiyyət”, Z.Bjezinski - “texnotron cəmiyyət”, H.
Skott və F. Teylor – “Ekspertlər təşkilatı” (12, 641-644)
238
Konvergeniya nəzəriyyəsi. P. Aron P. Sorokin və başqaları sosializmi
və kapitalizmi birləşdirən-konvergensiya edən nəzəriyyə təklif
etmişlər. Bu birləşmə elmi texniki tərəqqinin nəticəi kimi
proqnozlaşdırılır.(12, 645-648)
Bu nəzəriyyələr, şübhəsiz, yaxşı cəmiyyət axtarışında faydalı
ideyalardır. Məsələn, konvergensiya nəzəriyyəsinin bu günkü icrası
“sosial bazar” sistemində maddiləşmişdir, hansı ki məsələn,
Almaniyada və Skandinaviya ölkələrində tətbiq olunur. Bu da belə
xalqların xüsusi mədəniyyətindən irəli gəlir. Bəs başqaları nə üçün bu
sistemə keçmirlər. Ona görə ki, onların dövlət mədəniyyəti insana bir
varlanma –istismar vasitəsi kimi baxır. Məsələn, Azərbaycanda böyük
neft pulları olsa da dövlət böyük kapitalist rolunda insan həyatını
layiqli təmin etmək vəzifəsini yerinə yetirmir, hansı ki 1945 – ci il
BMT insan hüquqları deklarasiyasında tələb olunur, lakin ölkə
konstitusiyasında, nə də fəaliyyətdə belə fikir yoxdur.
Sosializm və kapitalzmin konvergensiyası gələcəyin cəmiyyətidir.
Rasional cəmiyyət isə onun ən yaxşı formasıdır.
Texnokratiya yaxşı gələcək üçün effektivlik və sənayedə
rasioanlizasiya vəd etsə də hansı məqsəd üçün bu cəmiyyət
çalışacaqdır sualı verilsə yenə də onun hakim dövlət-monopolist
kapitalizmin mənafeyini güdəcəyi qətidir. İstənilən halda istər
konvergensiyavə ya tenokratiya nəzəriyyələri təkif edildiyi formada
yarımçıq və problemi həll etməyən konstruksiyalardır. Bu
nəzəriyyələrlə müqayisədə
yeganə olaraq Rasional cəmiyyət
nəzəriyyəsi və onu qurulmuş konstruksiyası qoyulmuş poblemi (hər
kəsə ləyaqətli həyat və sülh) həll etmək qabiliyyətinə malikdir. Həmin
təkliflərin necə həyata keçirildiyini bilmək üçün istənilən ağılsız və
rüşvətxor dövlətə və ya normal dövlətə belə sual versək onlar
deyəcəklər: bəli, bizdə elmi texniki ekspertlər məsələləri həll edir,
strategiya qurur, sərəncam, qanun hazırlayır, biz sosial bazar prinsipilə
idarə olunuruq, biz əhaliyə qayğı göstəririk. Onların yalan
danışdıqlarını bu fakları nəzərə alsaq - fasiləsiz bu ya digər sənaye
dövlətində, inkişaf etməkdə və 3-cü dünya ölkələrində tətillər,
nümayişlər, etirazlar, habelə etiraz etməkdən polislə qarşısı alınan
despotik dövlətlərdə (Azərbaycan) dövlətə nifrəti - tez görmək olar.
Tunusdə, Misirdə və digər ərəb ölkələrində 2011 il Yanvar etirazları və
prezidenləri qovmaq faktları əyani sübutdur.
Gələcək Rasional dünya dövləti. Gələcək Rasional cəmiyyətlər
birliyi.
239
Gələcək xoşbəxt cəmiyyət dünya rasional cəmiyyətlər birliyinin
yaranmasını da tələb edir, əgər bu olmasa qeyri rasional və hegemona
xidmət edən hər hansı bir birlikdə (məsələn, indiki UN təşkilatı kimi )
belə birliyin mənfi təsiri ilə cəmiyyətdə problemlər olacaqdır. Bu şərt
bütün varlığın yaşama prinsipindən çıxır - yəni təklər hökmən daha
böyük çoxluğun üzvü olmalı və öz öhdəsinə düşən rolu icra etməlidir -
bu harmonik və dinc həyatın şərtidir. Lakin belə dünya birliyinin
yaranması qarşısında böyük maneələr vardır. Bunlar:
i.
Mövcud dünya baxışlar, adət və ənənələr, yaşayış tərzləri
ii.
Keçmişdən qalmış düşmənçilik və torpaq, çay, ərazi iddiaları
iii.
Bəzi xalqlarda səhv üstünlük prinsipləri. Onlar hesab edir ki,
məhz onlar ali irqdir və yalnız onlar müəyyən ərazidə
yaşamalıdır
iv.
Dini baxışlar. Hər dinə qulluq edən millət düşünür ki, onlar
yalnız öz dini bazasında inkişaf etməli və bu dini prinsiplərlə
yaşamalıdır. Lakin dini baxışlar hökmən digər dini daşıyana
qarşı düşmənçilk, ondan uzaqlaşmağı tələb edir, onu kafir,
dinsiz sayır .
Beləliklə, bu maneələrə qarşı böyük inkişaf trendi vardır ki, bu da
sülhün əldə edilməsi və daha yaxşı yaşamaq ehtiyacı üçün dünya
dövlətinin yaranmasıdır. Hazırda bu trend bəşəriyyətin zərərinə yalnız
böyük kapitalist monopolistlərin dünyada iqtisadi ağalığını əldə
etməsi mahiyyətində reallaşır. Bu trendin effektiv və ağılla həyata
keçməsilə bütün maneələr aradan qalxmalıdır. Bunu yaxşı gələcəyin
özü tələb edir. Yeni birlik bu prinsip üzərində qurula bilər: yer kürəsi
hamının yaşaması üçündür, hamı bərabərdir. Bəs yeni rasional
ittifaq necə təsəvvür oluna bilər? Burada hökmən:
1. Sərhədlər ləğv edilməli, kəndlər, şəhərlər, millətlər, etnik qruplar
özləri uyğun saydıqları bir kollektiv qanun və idarə sistemini kollektiv
yaradıb qəbul etməli, yaxud qoşulmalıdır. Qoşulduğu zaman isə belə
kollektiv sistemin bərabər hüquqlu iştirakçısı olmalıdır. 2. Hər ictimai
birlik (kənd, şəhər) qoşulduğu qanun -idarə sisteminin tələblərinə əməl
etməli və ona vergi verməli, müdafiəsində, asayişində iştirak etməlidir,
ondan sosial təminat almalıdır. 3. Bütün icmalar daxili asayiş üçün və
üsyanlara qarşı təhlükəsizlik, polis, hərbi qüvvələrini birləşdirib bir
idarə yaratmalıdır.
Dünyada ilk dünya şahlığını-dövlətini qurmaq ideyasını elan edən
Şumer dövlətini zəbt etmiş Qədim Sarqon (b.e.ə.2400) olmuşdur (13).
Sonralar belə ideyaları Yunan filosofu, Stoya fəlsəfə təlimini yaradan
Zenon, Nizami Gəncəvi (12-ci əsr), Marks (Dünya sosializm birliyi),
İmmanuel Kant (dünya konstitusiyasını yazmışdır) yaratmışlar (14).
240
Azərbaycan filosofu Nəsirəddin Tusi 12 –ci əsrdə ideal cəmiyyət-
dövlət quruluşunu konstruksiya edərək sonrakı mərhələ kimi dünya
dövlətini və dünya forumunu- müzakirə məclisini təklif etmişdi. (3)
Zorakılıqla dünya dövlətini qurmaq istəyənlər Hun imperatoru
Atilla, Monqol imperatoru Çingiz xan, Aleksandr Makedonskiy,
Roma imperatorları və Fransa imperatoru Napoleon, Alman füreri
Hitler olmuşdur.
Rasional dünya birliyi həm nəzəri cəhətdən şeylərin yalnız sistem
quruluşunda ola bilməsi və yaşaya bilməsi tələbindən, həm də
insanların başa düşdükləri real ehtiyaclar tələbindən zəruridir. Belə ki,
hər ayrıca baxılan ölkə daha yaxşı və ədalətli və sülh şəraitində o
zaman inkişaf edə bilər ki, ümumi sistem buna imkan və şərait versin.
İndiki qeyri - bərabərlik, hegemonluq, müharibə və qəsblər, kasıb
və varlı ölkə faktlarının olması ümumi sistemin buna imkan və şərait
verməsidir. Bu bəşər sisteminin qeyri - rasional olmasıdır, çünki “hər
kəs özünə, özgənin isə zərərinə” onun əsas prinsipidir.
Aşağıdakı dünya bəşəri sistemini yaranması ehtiyacları misal çəkilə
bilər:
- yer kürəsini qoruyub daha sərfəli formada saxlamaq,
daha yaxşı inkişaf etmək, problemləri birlikdə həll etmək,
-
əmək və təbii resurslardan hamının və effektiv istifadə etməsi ,
-
xəstəliklərə , cinayətlərətə ,təbiətin dağılmasına qarşı daha effektiv
mübarizə,
-
turizm və səyahəti idarə etmək,
-
daimi sülhü əldə etmə, konfliktləri yox etmə, müharibə təhlükəsini
aradan qaldırmaq, kasıblıq və qeyri - rasional idarədən xilas etmək
və s.
Bu vahid idarə və qanunlar sistemində vahid funksiyaların idarəsi,
vasitələr və s. müəyyən ediləcəkdir. Bu istiqamətdə BMT ,
ümumdünya iqtisadi orqanlarının yaranması, elm sahələrinin
birləşməsi, yeni elmi yanaşma üsullarının yaranması baş vermişdir.
Ümumi dünya idarəsinin yaradılması ümumdünya dünyagörüşü, əxlaq
və fərdi dünyagörüşün , insanlarda ətraf mühiti eyni cürə qavramağı,
eyni cür dərketmə və təsvir etmə və vahid bəşəri icmanın
formalaşması məsələlərini həll etməyi tələb edir. Keçmişin stereotip
düşüncəsi, ehkamları, köhnə dünyanı saxlayan fərdi və ictimai
prinsiplər - “daha çox var topla, daha çox hakimiyyət, daha çox
istismar et, daha çox yer tut, silahlan, hegemon ol, daha çox istehlak
et” - yeni sistemin formalaşmasına qarşıdır.
Ümum dünya idarəsi nəticə olaraq iki yol - iki tipdə yaradıla bilər:
241
1.Yuxarıdan: dövlətlərin bir və ya bir neçə dövlətin hegemonluğunu
qəbul etməyə razılaşaraq yaradılması. Bu halda hegemonlar bütün
qalan xalqları istismar və hakimlik edəcək. Hegemonun daxilində isə
yenə də ən varlı təbəqə və əksəriyyət 80% əhali - kasıb təbəqə olacaq.
2. Aşağıdan, dövlətlərin rasionallaşaraq, rasional prinsipləri qəbul
edərək, yeni məna alaraq dövlət iradəsinin cəmiyyətin özünə məxsus
olması əldə ediləndən sonra bir - birilə könüllü razılığa gələrək ümumi
idarə yaratmaları. Bu halda ədalətli, bərabər ümumi dünya cəmiyyəti
əldə edilir. Ümumbəşəri məsələlərin idarəsi dünya dövlət idarəsinə
tapşırılır, yerli məsələlər isə milli dövlətlərə. Konfliktlər kəsilir.
Dövlətin klassik mahiyyəti və funksiyaları dəyişilir.
Ümumi Rasional dünya dövləti, ehtimal ki, aşağıdakı prinsiplər
əsasında qurulacaqdır:
1. Tələb olunur ki, hər bir millət və etnik qrup bir ərazidə muxtariyyat
forması alsın, onlar istəməsə də, bu verilsin.
2. İnsanların istədikləri ərazidə yaşamasına icazə verilsin.
3. Eyni əmək hüquqları, eyni nizamlayıcı qanunlar, eyni insan
hüquqları və sosial hüquqlar tətbiq edilsin.
4. Hüquqlara nəzarətin eyni sistemi - məhkəmə polis və prokurar -
istifadə edilsin.
5. Dünya təbii sərvətləri bütün insanların yaşaması üçün bərabər
istifadə edilsin.
6. Bütün məhsullar, nemətlər iştirakçılara bərabər bölünsün, habelə
bütün xəstələrə, işsizlərin saxlanmasına , təhsilə , səhiyyəyə və
gələcək inkişafın təmin edilməsinə sərf edilsin.
7. Hegemonluq və üstünlük başqasının ərazisini tələb edən millətlərə,
qanunlarda və icrada ayrı seçkilik salan millətlərə və adamlara,
qruplara qarşı vahid hərbi qüvvələr, vahid məhkəmə yaradılsın.
8. Bütün vəzifələr azad konkurs üzrə tutula bilsin.
9. Bərabər təhsil, səhiyyə və biznes imkanları hamıya verilsin.
10. Bütün əmək resurslarından maksimum istifadə etməklə vahid
təhsil, səhiyyə, mənzil proqramları hazılansın və hamıya aid edilsin.
Lakin dünya birliyi birinci mərhələdə bu prinsiplərin hamısının
tətbiqi ilə qurulması mümkün olmayacaqdır, çünki dominantlıq və
eqoizm mane olacaqdır. Əvvəl vahid mədəniyyətin və dünyagörüşün
formalaşması təlim edilməsi, yayılması və başa düşülməsi lazım
gələcəkdir, sonra tədricən bir- bir eyni funksiyanın birləşdirilməsi və
idarəsilə dünya idarəsi yaranacaqdır və genişlənəcəkdir.
Rasional cəmiyyət konstruksiyasının və həyat tərzinin həyata
keçirilməsi planı
242
1. Rasional insanın yetişdirilməsi proqramının hazırlanması və
sınaqdan çıxarılması və periodik təkmilləşdirilməsi.
2. Qanun və qərar qəbulu proseduları və iştirak mexanizminin a) qeyri
- elektronik ; b) elektronik və c) avtomatik versiyalarının
hazırlanması, sınanması və fasiləsiz periodik təkmilləşdirilməsi.
3. Qanun və qərar qəbulu proseduları və iştirak mexanizminin tədrisi
proqramının – təlim kursunun yaradılması , təlimi və öyrənilməsinin
təşkil edilməsi planı və icrasının təşkili.
4. Rasional həyat tərzinin bilavasitə və uzaqdan ( internetlə) təlim
proqramınin - kursunun yaradılması və təlim planı, icrasının təşkili.
5. Yaradıcı ağıl fəlsəfəsinin təlim proqramının hazırlanması, internet
səhifəsi və bilik mənbələrinin siyahısı, təlimin təşkili.
6. Yaradıcılıq metodlarının və nəzəriyyəsi poqramının hazırlanması,
təlimi, internet səhifəsi
7. Rasional cəmiyyət nəzəriyyəsinin öyrənilməsi proqramının
yaradılmsaı və təlimi, internet səhifəsi və biliklərin müəyyən edilməsi.
8. Gələcəyin araşdırılması (Futurologiya) metodları və nəzəriyyəsi
kursunun yaradılması və təlimi.
9. Ölkə, şəhər, region, kənd, qəsəbə üzrə qərar qəbulu mexanizmləri;
qərar qəbulunun etik prosedurları və rasionallıq kriteriyalarının tərtibi
və kütləvi öyrənilməsi, müzakirəsi və daha səmərəli variantın qəbul
edilməsi; seçkilərin ləğv edilməsi; rasionallıq prinsipinin hər bir
fəaliyyətdə faktlarla aktiv öyrənilməsi və əməl edilməsi;
10. Fikirlərin azad deyilməsi və müzakirəsinə olan qadağanların ləğvi
və buna praktiki imkanların yaradılması; demək olar ki, bütün
dövlətlərdə hakim sinif bəzi müəyyən həqiqətlərin deyilməsinə və
müzakirəsinə qadağan qoymuşdur; rasional əxlaq və davranış,
ünsiyyət normalaının yaradılması və kütləvi öyrənilməsi;
11. Rasional təhsil və tərbiyə proqramının yaradılması. Rasional
insanın parametrlərinin müəyyən edilməsi və məktəblərdə, bağçalarda,
ailədə, universitetlərdə hazırlanması;xüsusi təlim poqramı və
metodlarının yaradılması;
Təklif olunan layihədə İnformasiya texnologiyaları insanların
həyatında rasionallığın əldə edilməsində, şəxsi və ictimai qərarlar
qəbulunda məlumat bazası kimi əhəmiyyətli vasitə rolunu oynayır. Bu
vasitə qərarların qəbulunun avtomatlaşdırılmasını, məlumat axtarışı və
məlumatın emal edilməsinə də imkan verməlidir. Hesab edilir ki,
informasiya texnologiyaları belə bir vasitə kimi sosial sistemi tam
dəyişən və birbaşa demokratiyaya imkan yaradan, bununla effektivliyi
və rasionallığı artıran inqilabi rol oynayacaqdır. Yeni rasional insan
243
yetişdirməyə imkan verəcəkdir. Təklif olunan yeni nəzəriyyə həddən
artıq yaxşı keyfiyyətlərə malikdir. Məsələn, burada hakimiyyət, hakim
vəzifələr yoxdur ki, insanlar onu tutmaq üçün mübarizə etsinlər, min
dənə ouyndan çıxsınlar. Bütün insanlara idarəetmə qərarı yaratmaqda,
qanun yaratmaqda və icra etməkdə bu imkan verilir. Mübarizəyə,
saxtakarlıq etməyə, aldatmağa, zorakılığa, yalan vədlər verməyə
ehtiyac qalmır.
Rasional cəmiyyət icmasinin tipik nümunəsi. Göstərişlər.
Rasional Cəmiyyət ideyasının məqsədi
1. Yerli icmaların - etnik icma, kənd, şəhər, milli dövlətlərin
rasionallaşdırılması və addım - addım son olaraq rasional cəmiyyət
quruluşuna çevrilməsi, başqa sözlə insanların birlikdə arzu etdiyi
həmişəlik sülh, konfliktlərin olmaması, effektiv inkişaf və hər kəsin
normal yaşamaq səviyyəsinə malik olması, hamıya yaradıcılıq və
qabiliyyətləini inkişaf etdirmək və tətbiq etmək imkanının verilməsi.
Rasional cəmiyyət ictimai sistemi belə mənanı verir ki, burada-
cəmiyyətin təşkilı quruluşu rasionaldır, yəni onun idarə və
qanunvericiliyi tam və birbaşa –ictimaidir; cəmiyyət özü - özünü idarə
edir, həm qanunu verir, həm idarə qərarı (sərəncam, müxtəlif layihələr,
qiymətləndirmə, tapşırıq, plan, strateqiya, resursların bölünməsi və
istifadəsi, məhsulun və gəlirin bölünməsi və s.) verir. Bilavasitə icranı
isə yenə də cəmiyyət içindən kriteriyalara uyğun arzu edən ictimai
qiymətləndirməni keçən və yüksək qiymət alanlar, əgər arzu edənlər
çox olduqda və qiymətləri eyni olduqda püşk atma ilə icra vəzifələrinə
təyin edilirlər.
2. Yeni rasional insan tərbiyəsi və yetişdirilməsi.
3. Yeni iqtisadi və sosial prinsip, rasional dövlətin vətəndaşlar
qarşısında borcu və vəzifələrinin müəyyən edilməsi
4. Rasional əxlaq və davranış, effektiv inkişaf və maddi rifah, mədəni
ehtiyacları ödəyən effektiv idarəetmə, təbiətə layiq münasibət, insana
hörmət və s. məsələlərin həlli.
5. Zəruri olaraq cəmiyyətin qanunlarının, idarə məqsədini və
planlarının layihə və inkişaf istiqamətlərinin tam cəmiyyətin öz fikri və
məqsədi olmağını, cəmiyyətin iradəsinin əks etdirməsini əldə etmək .
6. Dünyada tam sülhün və razılığın, millət və etnosların bir - birinə
hörmət hissinin əldə edilməsi; konfliktlərin bu əsasda kökünün
kəsilməsi və dünya sülhü yaratmaq.
244
Bu məqsədin əldə edilməsi üçün addımlar: - milli dövlətlərin
ümumi rasional Dünya dövləti formasında birləşdirilməsi və müyyən
funksiyaların idarə və nəzarətini dünya dövlətinə verməsi ,
- Yer planeti torpaqlarının ümumbəşəri olmasaını elan etmək və hər bir
insana seçdiyi yerdə yaşamaq imkanı vermək
- konfliktdə olan ölkələrin dünya dövləti yaranana qədər və sonra
federativ dövlət formasında ittifaq yaratmaları və mübahisə
ərazilərindən bərabər istifadə etmək; vətəndaşlarına sərbəst bərabər
yaşaması imkanları vermək və onlardan hər birinə həmin ərazidə
müstəqil müəsisə yaratmaq imkanı vermək. Əhaliyə və müəsisələrə
isə hansi dövlətin qanunu və müdafiəsi altında yaşamaği və kimə
vergi verməyi müəyyən etmək hüququ vermək
- “mənim” və ya “bizim qrup, bizim sinif” anlayışını qüvvədən salmaq
“ümumi cəmiyyət, bəşəriyyət, hamı” anlayışının öyrənilməsinə
çalışmaq.
- bərabərlik, ədalət, əməkdaşlıq, dostluq , sülh dəyərlərinin həyata
keçməsinə çalışmaq
İnsanların müxtəlifliyi və buna görə də müxtəlif cürə başa düşməsi,
habelə konfliktlərin də baş verməsinin bir səbəbidir. Lakin bu həll
edilə biləndir.
Rasional qanun və qərar qəbulu sistemi və vahid proseduralrın,
prinsiplərin məhz bir məqsədi insanların eyni anlayış və dillə fikir
söyləyə bilməsi və anlaması, eyni mövqeni formalaşdırmaqdır. Habelə
bu üsul ilə fikir deyilməsi, qərar, sərəncam, müqavilə və ümumi
məsələnin həllinin tapılmasında effektivlik və düzlük əldə edilir.
Qanunlar belə rasional icmanın yaradılmasına mane olmur,
maraqlı adamlar internet, email, elan vasitəsilə və ya birbaşa
ünsüyyətdə olaraq bir- birlərini tapır və belə icmaya üzv olmaq
arzularını bildirirlər. İcmada əbədi qoyulmuş qaydalar və normalar
yoxdur. İcma dialoq prosedurlarına uyğun olaraq özləri özlərinə
konstitusiya yazır. Özləri toplantı gündəliyini yazır, özləri hansı
məsələni necə həll etməyi müəyyən edirlər. Burada hər kəs bərabər
hüquqludur; heç kəs üstün deyil. Hər kəs ancaq öz adından danışa
bilər; heç kim, heç kimi təmsil etmir; burada rəhbər yoxdur, texniki
icraçı var. Bu vəzifəni qadınlara vermək məsləhətdir. Rasional
cəmiyyətə keçmək üçün əvvəl kiçik rasional icmalar, klublar,
dərnəklər yaradılmalıdır ki, onlar böyüyərək və birlşərək bütöv
cəmiyyəti əhatə etsinlər.
Belə icma mövcud qanunlar əsasında kənd , qəsəbə, şəhərlərdə
böyük regionlarda ölkə miqyasında yaradıla bilər. Və aşağıdakı sxem
nümunəvi ola bilər ki, hər bir qrup istədiyi hədlərdə istifadə edə bilər.
245
İnsanlar ancaq birgə əməkdaşlıq vasitəsilə yaşamaq ehtiyaclarını -
problemlərini həll edə bilərlər. İnsanları məhz icmaya üzv olmaq,
onların ümumi maraqları -ehtiyacları cəlb edə bilər.
Beləliklə, Rasional İcma (klub, birlik, dərnək, tayfa, kənd, şəhər
və s. ) aşağıdakı qrup maraq və fəaliyyətləri əhatə etməklə yaradıla
bilər:
1 Qrup. Rasional ümumi bəşəri əxlaq və etik dəyərlər.
İİ Qrup. İntellektual fəaliyyət
İİİ Qrup. Rasional Həyat tərzi
1V Qrup. Bilavasiə rasional İcma həyatı və onun daxil olduğu yerli
icma (kənd , şəhər, ölkə, dünya) həyatı
V Qrup. Mədəni həyat, adət və ənənələr, mərasimlər
Vİ Qrup. Əmək və yaradıcılıq
Yaradılacaq icma öz ümumi fəaliyyəti üçün bu mövzu qruplarından
birini, bir neçəsini və ya hamısını seçə bilər. Ən yaxşısı hamısını əhatə
edən icma yaratmaqdır, bu rasional cəmiyyətin bütün sahələrinin
tətbiqi - tam rasional icma deməkdir.
İcma öz fəaliyyəti üçün bina, otaq, yer arendaya götürür, tikir və ya alır
və buna İCMA EVİ adı verir. Lazımı avadanlıq , komputerlə təchiz
edir. Möhkəmlənəndən sonra Rasional icma özünə xüsusi arxitektura
layihəsi ilə böyük icma evi tikir - burada toplantılar, mədəniyyət və
məlumat mərkəzi, kitabxana, təhsil, təlim kursları, idman, sağlamlıq
tədbirləri, insan beyninin qabiliyyətlərinin artırılması təlimləri,
dialoqlar, müzakirələr aparılır; mədəni tədbirlər, konsert , rəqs, elmi -
texniki yaradıçılıq həyata keçirilir.İnsanlara öz həyatlarını yaxşı
qurmaq problemlərini həll etmək üçün psixoloji futuroloji, hüquqi
məsləhətlər verilir İcma müxtəlif fəaliyyətlər təşkil edərək icma
kassasına pul toplayırlar və bunu icma işlərinə sərf edirlər. İcma
ümumi ehtiyaclarını və idarəsini həyata keçirmək üçün hökmən
maliyyə mənbəyi yaratmalıdır. Bunun üçün onlar birləşib gəlir gətirən
bir istehsal və xidmət yaradırlar, ondan alınan xalis gəlir inkişafa
ayrılan hissəni çıxmaqla birbaşa icmanın kassasına daxil olur. Bu
tədbir icmanın başqa adamlardan pul, kömək xahiş etməkdən xilas edir
və icma müstəqil ola bilir. Əksər fəaliyyət könüllülük əsasında
keçirilir.
İcmanın işinə hər qısa dövr 2, 6, və ya 12 ay ərzində könüllü
razılaşma və ya püşk atılma ilə bir nəzarətçi – katib növbə ilə nəzarət
edir və nəzarətçilərin növbətçilik cədvəli əvvəldən müəyyən edilir.
İcmanın işinə ümumi nəzarət və ekspert rəyi vermək üçün bilikli
adamlardan ibarət könüllü Məsləhət Şurası yaradılır. Şura hər
əhəmiyyətli məsələ barədə öz rəyini hazırlayır və elan edir. Qərarları
246
isə bütün üzvlər birlikdə qəbul edir. Ümumi əmlakı və maliyyəni ildə
2 dəfə yoxlayan 2 nəfər mütəxəssis təyin olunur. Burada hökmən
ümumi məqsəd və istiqamət, gələcək araşdırılır və uyğun fəaliyyət
planlaşdırılır, cari məsələlərə reaksiya verilir.
Nəzarətçi icmanın əvvəldən qəbul etdiyi və zəruri olan kriteriyalara
uyğun adam olmalıdır və bu uyğunluğu həmin adam praktikada –
indiki və keçmiş faktlarla nümayiş etdirməlidir. Bu, icmanı bu adamın
istədiyi kimi idarə etməsi demək deyildir.
Nəzarətçinin təqribi vəzifələri:
-
o ancaq ümumi icma toplantısının, qərarlarının, fikrinin icrasına
nəzarət edir,
-
ona tapşırılan işi özü də icra edir,
-
icmanın (özünün iştirakı ilə) təklif edilmiş, hazırlanmış
fəaliyyətlərin planını, icrasını təşkil edir, yada salır, uçot aparır,
-
məsələ barədə tam razılığ əldə edilənədək müzakirələri təşkil edir.
Məsələnin həlli icmada ümumi qəbul olunmuş qərar qəbulu
qaydalarına uyğun olaraq aparılır,
-
vahid elmi dialoq - problem həlli prosedurasının öyrənilməsi və
əməl edilməsinə nəzarət edir ki, üzvlər hamısı eyni qayda və
terminlər üzrə məsələni həll edə bilsinlər, izafi mübahisə
yaranmasın.
Sual : Rasional cəmiyyət icması necə həyata keçəcəkdir? - İnsanların
əməkdaşlıq vasitəsilə daha yaxşı yaşamağı və problemlərini həll etməsi
aydın həqiqətdir. Əsasən gənclərdən ibarət 3-10 adam və ya istənilən
arzu edənlər ümumi maraq və ya peşə uyğunluğuna görə könüllü
Rasional cəmiyyət icması yaratmaq istəyirlər, onun nizamnaməsini
yazıb ölkədəki qanuna uyğun rəsmi dövlət qeydindən keçirirlər. Və
yaxud qeydən keçmiş belə bir icmanın filialı kimi fəaliyyət
göstərməyi razılaşdırırlar-bu asan və daha çox məsləhətdir.
Bu icmanı 1) kiçik ölçülü ilkin icma sayca hər hansı bir inzibati
ərazidə əhalinin 1-5 % - inədək miqdarında 2) 20-30 % miqdarında və
3) 60-70% -i miqdarında və çox olmaqla üç inkişaf mərhələsinə
bölmək olar. İcma böyüdükcə və üzvlər onun nəzəri və praktiki
həyatını öyrəndikcə, icma hərtərəfli dinamik olaraq inkişaf edir və
yetişir-kamilləşir. Hər mərhələdə icma fərqli olur.
2-ci mərhələyə çatdıqda dövlətin qanunları və idarəetməsinin bir
hissəsi Rasional cəmiyyətin prinsip və metodlərı ilə müəyyən edilir.
Lakin buna qarşı güclü müqavimətləri elm və ağılla, təbliğatla dəf
etmək lazım gəlir. Çünki istismarçı və zorakılığa arxalanan və onu
tərifləyən və «əsaslandıran» təbliğat maşınına malik olan hakim sinif
öz mövqeyini könüllü tərk etmək istəmir, onları ifşa edənlərə qarşı
247
maneələr yaradır. Belə ki, Rasional düşüncə –Rasional qərar qəbulu
sistemi vasitəsilə rəy, qərar , qiymət həmişə və hökmən adi –mövcud
qayda ilə hazırlananlardan daha düzgün, daha rasional və ədalətlidir.
3-cü mərhələdə tam rasional cəmiyyət dövlət quruluşu yaranmış
olur. Və cəmiyyətin rasional pinsiplərlə təşkili və idarəsi cəmiyyətdə
yüksək savadlılığın, elmin geniş yayılması , lazımi məlumatların
hamıya çatmasının, aşkarlığın saxlanmasından asılı olacaqdır.
Qanun və ictimai idarəetmədə güzəştlərin yol verilməzliyi, icraçıların
səhv etdikdə azad olunması və məsuliyyətə cəlb edilməsi, hamıya
bərabər baxılması zəruri amil olacaqdır. Hamının ictimai icra
vəzifələri tutmaq, qanun və qərarların hazırlanmasında iştirak imkanı
olacaqdır .
İlkin Rasional cəmiyyət icmasının ümumi xarakterik xüsusiyyətləri
1. İcma bir ailə kimi yaşayır və əxlaq kodeksinə əməl etməyə çalışır.
Bu o deməkdir ki:
Hər kəs digərinə qayğı və lazımı kömək etməlidir. Hər adam digəri
üçün yad deyil – ailə üzvüdür. Münasibətlərdə sui istifadə etmək,
yoldaşı aldatmaq, özünü artıq hesab etmək , digərinin malını
mənimsəmək, başqasına zərər vurmaq və s. ola bilməz. Prinsiplər:
bərabərlik, dostluq, ailəçilik, qarşılıqlı hörmət, xeyirə - şərə yaramaq,
özünə xoş olmayanı başqasına etməmək.
İcmada əxlaq və etikaya əməl etmək əsas meyardır.
2. Periodik olaraq, həftədə azı bir dəfə toplantı keçirilir . İcmanın
himni yazılır və hər toplantıda birlikdə xorla oxunur. Toplantıda hər
hansı birgə əməkdaşlıq, maraq məsələsi müzakirə olunur, ünsiyyət
edilir, kimi nə nayrahat edir - deyir və məsləhətləşmə aparılır,
məsələləri necə həll etmək, kimə nə köməyi etmək, icmanın inkişafı,
ümumi fəaliyyət üçün pul toplanması və s. məsələlər həll edilir. İcma
üzvləri yeni biznes açmaq, iştirak etməyi və idarə etməyi çox asan həll
edə bilər, çünki üzvlər bir - birinə inanır. Birgə biznesin xalis gəliri
icma fonduna verilir. Yalançı və hiyləgər adamlar icmaya qəbul
edilmir, lakin belə xasiyyət-davranış göstərməyə meyli olanlar bundan
özləri könüllü imtina edirlər. Belə ki, belə davranış tez aşkar olur və
icmanın tənbehinə - etirazına rast gəlir. Burada insanlar mövcud
cəmiyyətlər kimi adətən hər şeyə göz yuman , hər bir görünən səhv
hərəkət və davranışa «nə işimə qalıb deyən» adamlar deyil.
3. İcmada savadlı adamların olması lazımdır - psixoloq, müəllim,
futurist, sosioloq, filosof, hüquqşünas, komputer mütəxəssisi və s. - bu
adamlar üzvlərə lazımı məsləhətlər verirlər. Toplantıda onlar icmanın
248
nəzəriyyəsi, dünyabaxışları haqda söhbətlər edir, suallara cavab verir,
Rasional cəmiyyət ideyasını təbliq edirlər. Hər toplantıda rasional
cəmiyyət nəzəriyyəsi və praktikasına aid bir məsələ müzakirə edilir,
fikirlər irəli sürülür, bunun üçün mövzu və mühazirəçi əvvəldən təyin
edilir. İnternet səhifə yaradırlar və cəmiyyət haqda məlumat yayır, yeni
üzvlər qəbul edirlər.
4. İcmanın fəaliyyətinin əsas xarakteri odur ki, onlar rasional
düşünür, hər bir işin rasional, yəni effektiv, məqsədəuyğun, ağıla,
əxlaqa və mənəviyyata, humanizmə uyğun olmasına çalışırlar. Üzvlər
bir - birinin xeyir işində iştirak edir. Eyni zamanda yas və bədbəxtlik
olduqda mənəvi dayaq olurlar. Şəxsi və ümumi problemlərini
təkbaşına yox, birlikdə həll edirlər.
5. İcma özü xeyir və yas mərasimlərinin yeni rasional qaydasını və
ssenarisini qəbul edir. Belə ki, bu məsələlər indi çox pis vəziyyətdədir,
yəni konkret olaraq nə dini əsası, və yaxud ictimai səbəbi yoxdur. Bu
adət və ənənələri heç vaxt cəmiyyət toplaşıb qəbul etməyib. O adət və
ənənə zərərlidirsə, dəyişdirilir. Toylarda , şənliklərdə hədsiz içki deyil,
az miqdarda içki verilə bilər. Dini ehsanlar vermək adəti ləğv olunur
və yasların dinin təbliği yerinə çevrilməsinə icazə verilmir. Bunlar yas
evinə ancaq zərər verir. Bunun əvəzinə ölünün basırılmasının üçüncü
günü ev sahibi başsağlığına gələnlər üçün ancaq çay, halva və pirojna
tipli qidalardan ibarət çay stolu aça bilər. Yasların mollaların və ya
digər dini vəzifəlilərin müftə yemək və gəlir mənbəyinə və təbliğat
yerinə çevirməsinə qəti yol verilmir. 1-ci başlanğıc Rasional
icmalarda yasda ölü sahibinin razılığı ilə onun mənsub olduğu dini
kitabdan lazımı ayələr oxuna bilər. lakin məclisi idarə etmək, zəruri
izahatlar vermək üçün yas sahibi məclisə molla deyil, bilik və əxlaq
sahibi olan müəllimi, filosofu, psoxoloqu, elmi adı olan şəxsi dəvət
edir. Yasda mərhumun yaxşı işləri haqda söhbətlər edilir. Əsərləri,
kitabları, düzəltdiyi, yaratdığı şeylər və ya onların şəkilləri göstərilir.
İcma üzvləri və qohumlar sonrakı yaxın bir necə həftədə bir iki dəfə
yas yerinə çay stoluna lazım olan ərzaqla və digər zəruri qida
məhsulları ilə razılaşıb gedirlər (lakin bu məcburi deyil, hamı öz
düşüncəsinə görə hərəkət edir).
Yasda əsas etik qanun: yas sahibinə zərər vermək və onu xidmət
etməyə vadar etmək deyil, ona mənəvi və maddi kömək etməkdir ki, o
itkini az, arxasında isə kömək hiss etsin. Bu vəzifəni yerinə yetirmək
üçün rasional icma və yas sahibinin yaxın qohumları ölünün
basırılması işini və xərclərini birgə edirlər. İcma bu məsələnin sadə
yeni qaydalarını razılaşdırıb qəbul edir. Ən yaxşısı, yasları təşkil edən
idarə yaradılır. Rasionallığa uyğun olmayan təmrinlərdən imtina edilir.
249
6. İcmada yuxarıda qeyd edilən 6 qrup fəaliyyətlər həyata keçirilir. Bu
fəaliyyət üzvlərin 1) əxlaq və etik normalara əməl etməsi 2)qərar
qəbulunda iştirakın etik tələbləri, 3) Qərar qəbul etmənin rasional
proseduru, 4) qərarların əxlaqi - etik meyarları, 5) qərarların keyfiyyət
meyarları çərçivəsində aparılır.
7. Verilən təklif və qəbul edilən həllər qəbul olunmuş meyarlara cavab
verməlidir. Məsələn nəyi, nə üçün, hansı miqdarda, nə vaxt etmək?
Əxlaqa uyğundurmu? Qanuna uyğundurmu? Bərabərlik prinsipi
pozulmur ki? Hansı xeyir və zərərlər ola bilər; Zərərin qarşısı
alınırmı? və necə? Prioritetdirmi? Rasionaldırmı? Başqa həll yoxmu?
Daha yaxşı yol yoxmu? İcra etmək mümkündürmü? Köməksiz,
yaşamaq imkanından məhrum, icmadan kənarda qalan varmı? Və sair
suallara cavab verməlidir.
8. Rasional icmanın əsas etik dəyərləri :
Rasionallıq, bərabərlik, icmanın vahid ailəçiliyi, insana hörmət,
qarşılıqlı kömək, əməkdaşlıq, icmanın bərabər iştiraklı özünüidarəsi,
əxlaqi davranış və etikanın aliliyi , icma üzvünün birinin digərinə zərər
vurmaması, xoşuna gəlməyəni etməməsi, hər adamın özünə xoş
gəlməyəni digərinə etməməsi, başqa icma və millətlərə yaxşı gözlə
baxılması .
Lakin icma üzvünün səhvini tapıb demək, izahat almaq hər kəsin
borcudur. Hər bir üzv digərinin hərəkətindən narazı olduqda bunu açıq
həmin adama deyir, gizlətmək daha zərərli olardı, lakin cavabla razı
olmadıqda icma yoldaşlarına deyir və bu müzakirə olunur. Hər tərəf
icmanın prosedurlara uyğun əsaslandırılmış qərarla razılaşmalıdır.
Sübut olunan səbəb göstərmədən razılaşmamaq icma əxlaq və
davranış prinsiplərindən, ümumi qərara gəlmək prinsiplərindən imtina
etmək deməkdir. Və belə razılaşmayan tərəf ona vaxt verilərək
anlamasa, icmadan azad olunmalıdır.
9. Rasional Cəmiyyət icması formal və insanın istədiyini etmək,
istədiyi kimi yaşamaq cəmiyyəti deyil. Burada icma üzvü olarkən
insan cəmiyyətin prinsip və qaydalarını qəbul edərək hər bir üzvlə
müqavilə bağlamış olur ki, hamı həmin cürə davranacaqdır və bu onun
normal və təhlükəsiz həyatını, effektiv işini, hüquqlarını təmin edir. Bu
müqavilə rasional birgə yaşayış və əməkdaşlıq müqaviləsidir.
Müqavilənin əsas prinsipi heç kəsin heç kəsə zərər vurmaması, mane
olmaması və başqalarının xoşuna gəlməyən davranışda olmaması və
digər - əxlaq, kollektiv qanun yaratma və idarəolunma, ümumi
əmlakın, torpaq və təbii sərvətlərin istifadəsi, ünsiyyət tələbləridir.
Belə dəqiq və insanların bütün həyatını əhatə edən sistemdə ikiüzlüyə,
baş girələməyə, aldatmağa, yaltaqlanmağa, özünü kiminsə qulu hesab
250
etməyə ehtiyac yoxdur. Çünki bütün sistem məhz hamının bərabər
hüquqlu ictimai mülkiyyətə və onun xeyrinə; bərabər hüquqlu eyni
qiymətli insan kimi qəbul etməklə konstruksiya edilmişdir. Sistem
mövcud sistemlər kimi bir qrupu daha yaxşı vəziyyətdə, nemətlərdən
üstün istifadə imkanları verməklə deyil, hər adama eyni bütün maddi
texniki iqtisadi imkanlar, hansı şəxsi imkanlar verirsə, həmin imkana
malikdir. Burada “çox qışqırana çox məmə verilir” çox “ağlayan
günahsızdır “prinsipi işləmir. İqtisadiyyatda istismar tamam ləğv
edilir. “İstismar etməmək”- əxlaq prinsiplərinə daxil edilib. Burada
lobbilərə, partiyalara, çox əldə etmək üçün hay - qışqırıq salanlara,
daha hiyləgər davranışa yer yoxdur. Rasional prinsiplər və onları
sübut və faktlarla həqiqi informasiya ilə həyata keçirən cəmiyyətin
qarşısında belə oyunlar keçə bilməz. Çünki saxtakar və zorakılıqla,
yalanla vəzifə tutmaq, daha çox əldə etmək istəyən adam rasional əks
arqumentlərlə qarşılaşacaqdır. Ona gərə hər kəs çalışacaqdır ki,
düzgünlüklə yaşasın və düz danışsın.
10. İcmada qəbul olunmuş əxlaq və etik normalara və fəaliyyətə,
ümumi məsələ həll etmək qaydalarına nəzarəti icma özü edir. Hər
hansı razılaşdırılmış qaydanı pozan üzv başa salınır, düzgün yol
göstərilir. Səhv etmiş adam səhvini boynuna alıb üzr istəməlidir. İcma
əxlaq və fəaliyyət qaydalarına əməl etməyən üzvlükdən azad olunur.
11. İcma üzvləri icmaya yeni üzvlər cəlb etməklə və yaşadıqları
ərazidə daha rasional həyat tərzi, ictimai qayda əldə etməklə, rasional
idarəetmə məqsədinə çalışırlar.
Üzvlər yerli ərazi idarəetmə idarələrində vəzifə tutur, seçkilərdə yer
almaq üçün çalışır və ərazini kəndi , şəhəri , ölkəni bütövlükdə böyük
rasional icmaya çevirməyi qarşılarına məqsəd qoyurlar. Bunun
nəticəsində əhali daha rasional qanunlar, idarə qərarları, məhkəmə
sistemi, yüksək inkişaf , insana hörmət və hər bir insanın rifahının
təmin edilməsini əldə edirlər və bütün pisliklərdən xilas olurlar. Bu
yolda onlar qarşılıqlı kömək və müdafiə, məsləhətləşmə, əməkdaşlıq,
ailəçilik, əxlaq və etikaya əməl etmək prinsiplərindən istifadə edirlər.
İlkin İcmada iştirak edərək icmanın köməyindən istifadə edərək
dövlətin idarələrində, parlamentdə vəzifələr tutaraq icmadan çıxmağa
yol verilmir. Belə adam öz vəzifəsindən istifadə edərək Rasional
cəmiyyət prinsiplərini, qərar qəbul etmə sistemini istifadə edir və
təbliğ edir. İcma işlərində iştirak edir və öz köməyini edir. Rasional
İcma bəzi adamların varlanması, vəzifələr tutması üçün deyil. İcmadan
kömək alıb işlərini qaydaya salandan sonra həmin adamın icma
işlərindən imtina etməsinə mənəvi haqqı yoxdur. Bu halda icma
vasitəsilə əldə etdiyi yeni maddi və vəzifə statusunun əvəzi
251
ödənməlidir. İcmanın hər bir üzvü sosial siyasi mövqeyindən (qeyri -
rasional dövlətdə) pul imkanlarından istifadə edərək icmanın mədəni
tədbirlər, Rasional cəmiyyət ideologiyasını təlim və təbliğat etməyə,
icmanı genişləndirməyə , kitabxana - məlumat mərkəzi yaratmağa,
təhsil, səhiyyəyə kömək, əxlaq və etikaya əməl etməyə və bütün icma
məsələlrinə kömək etmək məqsədi olmalıdır.
12. Rasional icma rasional dövlət yaradılana qədər öz icma daxili
fəaliyyətini üzvlər arası münasibətləri qəbul etdikləri rasional əxlaq və
davranış prinsiplərinə əsasən nizamlayırlar. Rasional olmayan dövlət
orqanlarına və qanunlarına əsaslanmırlar. Öz məsələlərini dövlət
hüququ mühavizə orqanları vasitəsilə həll etmirlər. İstəsələr hətta
özlərinə xüsusi kodeks - icma qanunları yarada bilərlər.
13. Bir böyük ərazidə yaşayan icma üzvləri şəxsi bizneslərini: istehsal,
xidmət, ticarəti birləşdirib rəqabət olmadan birlikdə planlaşdırmaqla
daha effektiv idarə edir və nəticədə artıq xalis gəlirlərini bir fonda
toplayaraq icma ərazisini, həyat şəraitini yaxşılaşdırmaq və üzvlərin
mədəniyyətlə, yaradıcılıqla məşqul olmalarına kömək edirlər.
Rasional cəmiyyət haqda son söz
Hələ ki, hər bir icma və cəmiyyətin – dövlətin rasional ictimai
quruluşu qanun və qərar vermə mexanizmi yaradılmayıb, habelə
dünya rasional dövlətlər birliyi və onun idarəsi yaradılmayıb bütün
sülh, harmoniya, təbiətə qayğı, ədalət, dialoqa çağırış danışıqları elə
boş sözlər olaraq qalacaqdır. Hələ ki, cəmiyyətləri qruplar və tək
diktatorlar idarə edəcəkdir, ədalətsizlik və səhv idarə davam edəcək.
Hələ ki, insanlar öz icmalarında kənd, qəsəbə, şəhər, regon, dövlət iş
kollektivlərində Rasional qərar qəbulu metodlarını öyrənməmişlər və
tətbiq etmirlərsə, rasional həyat yaşamırlarsa, gələcəyi araşdırıb
düzgün məqsədlər və planlar, icra layihələri yaratmırlarsa, onlar
əzablardan, ədalətsizlikdən xilas ola bilməyəcəklər.
Dostları ilə paylaş: |