Faydalı davranışlar haqda məsləhətlər. Necə yaşamalı?
Kitabda biz dünyanın quruluşu, cəmiyyətlər və onların əsas dəyərləri,
məqsədləri, arzuları haqda müəyyən diskussiya apardıq. İndi görək
insan bəşəriyyətin bü günə qədər əldə etdiyi biliklərdən və təcrübədən
istifadə edərək necə yaşamalıdır. Hansı yaşayış tərzi, hansı, davranışlar
yaxşıdır və uğura qarantiya verir. Lakin bütün bizim davranışlar
hökmən ictimai sülhü, yəni etikanı nəzərə almalıdır. Etika və ya əxlaqi
normalar insanlar arası, ailə daxili, insan və cəmiyyət arası, habelə
252
təşkilatlar, idarələr, kompaniyalar, dövlətlər arası münasibətlərin
optimal sistemidir. Hesab edirəm ki, Etikanın (əxlaqın) məqsədi
sülhdür, sakit, harmonik dinc həyatdır. Etikanın əsas tələbi
başqasına zərər vurmamaq, narahat etməmək, yaşamasına mane
olmamaqla öz əməyi hesabına yaşamaqdır.
Aşağıda müəllifin öz həyatı və təcrübəsi nəticəsində müəyən etdiyi
müdrik kəlamlar verilir:
1.
Ancaq baxışlarına və xasiyyətinə uyğun adamla dostluq edə
bilərsən, ancaq belə qadınla xoşbəxt ola bilərsən, əgər beləsi
deyilsə boş yerə çalışma, uzaq ol.
2.
Başqalarında eyib axtarma.
3.
Səni məhdudlaşdıran - malik olduğun mədəniyyət, adətlər
(patriarxiya; avtoritarizm; dinə uyğunluq - yəni qapalı düşüncə;
yoldaşa sadiqlik, - halbuki yoldaş sənə sadiq deyil, səni asan
aldadır; qonşular, adamlar nə deyər? – baxışları; hamının
olduğu kimi olmaq) səhv və yaxşı dəyərlər, ənənələr, tipik
davranışlardır ki, sən həmişə ona uyğun olmağa çalışırsan. Eyni
zamanda sənin problemlərinin də səbəbi onlardır. Sən onları
pozub yəni, özünü sındırıb, sərhəddi keçib, yeni düşüncə və
davranış seçsən, problemini həll edərsən. Lakin hansını
pozmaq, necə pozmaq problemilə üzləşəcəksən, bunu da həll
et.
4.
Yaxşılıq et - daim yaxınlarına, yadlara; dara düşsən yaxşılıq
etdiklərin, yaxınların gələcək. Yaxşılıq edəndə, yaxşılıq
gözləmə. Yaxşılıq unudular, sən isə yaxşılıq gözləyib əzab
çəkərsən.
5.
Qanmazı qandırmaq olmaz. Qanmaza qanmaz demə.
6.
Özgəyə, öz atana, anana, qardaş, bacına da ümid etmə. Hər kəs
yalnız öz xeyrin, öz nüfuzun güdər, səni qurban verib öz adını,
xeyrini qoruyar. Ümumi xeyiri görməz və anlamaq da istəməz.
Nadir ailələr var ki, qardaş, bacı, ata, ana öz xeyirlərini öz
yaxınlarına qurban verər.
7.
Lakin etibar etməsən, inanmasan da yaşaya bilməzsən. Ona
görə işini elə etibarlı formada gör ki, aldansan və çox ağır
vəziyyətə düşsən, onlar öz borclarından imtina etsələr, xilas ola
biləsən.
8.
Özünə hökmən həyatda bir ağıllı ağsaqqal, bilikli məsləhətçi
seç. Onunla nə eləsən məsləhətləş. Bunu etməsən, tək öz
ağlınla çox səhv edərsən, sonra yanarsan.
9.
Etdiyin işin və etmədiyin işin təhlükələrini ilk növbədə araşdır-
siyahılar tut və onlara qarşı tədbirlər hazırla.
253
10.
Gələcəyi həmişə düşün, siyasət, dəblər, adətlər, trendlər hara
aparır, nə yaxşı olacaq, nə pis olacaq, hansı imkanlar var, hansı
imkanlar yoxdur. Bu imkanlar içindən özünün yaşama formanı
və fəaliyyətini, nəyi almalı, nəyi satmalı olduğunu, peşəni,
lazımı bilik almaq ehtiyaclarını müəyyən et, plan qur və icra et.
11.
Son güvəndiyin yer özünsən, hamı bir bəhanə ilə köməkdən
imtina edəndə, bu an həmişə olacaq, yenə öz ağlına inan,
ağlınla yaşa. O adamlar sənə kömək edər ki, sən də əvəzində
onlara nədəsə kömək edəsən (əvəzin ödəyəsən)
12.
Əgər öz evində arvadla birlik yoxdursa, o sənin birinci
düşmənindir, hər işdə səni geri salacaq, sənin əksinə gedəcək,
onunla heç bir məsələni həll edə bilməzsən, çətinlikdən çıxa
bilməzsən. Bu o deməkdir ki, sənə lazım olan arvadı
almamısan. Hələ ki qocalmamısan - bu məsələni təcili həll et,
ayrıl və etibarlı və ağıllı arvad al. Dözüb qocalana qədər bu
gün, sabah deyib, gözləsən, vaxtın boş keçəcək, o səni axmaq
yerinə qoyacaq, at kimi minib çapacaq, sən isə evdən, minimal
şəraitdən də məhrum olmaq təhlükəsi qarşısında arvaddan
ayrıla bilməyəcəksən. Qoca vəziyyətdə isə heç bir dul və ya
boşanmış arvada lazım deyilsən.
13.
Həyatının qoca vəziyyətinə həmişə hazırlaş. O zaman
xəstəliklər artacaq, yaddaşın zəifləyəcək, rahat həyat lazım
olacaq, yaxşı dost, yaxşı tərbiyəli övlada və arvada ehtiyacın
olacaq. Zəif olduğun üçün güclü ətraf mühit sənin üzərində
üstünlüyə malik olmağa çalışacaq, səndən sui - istifadə etməyə,
malına sahib olmağa, aldatmağa, ələ salmağa çalışacaq və
bunu ilk imkanda edəcəklər. Vaxtında, ağlın başında olanda öz
əmlakın və digər məsələlər barədə vəsiyyətini yaz. Səndən
sonra dalaşmağa, ədalətsizliyə səbəb qoyma.
14.
Dünya onun üzvlərinin mübarizəsi, əməkdaşlığı və yarışı
nəticəsidir. Başqa sözlə, üzvlərin sevgi və nifrəti və ya mənfi
və müsbət qüvvələrin qarşılıqlı əlaqələri nəticəsidir. Dünyada
yaşamaq çoxluq içində mübarizədən, sıxlıqdan, ətrafın çoxlu
təsiri altında sağ qalaraq sivişib çıxmaq prosesidir.
15.
Ölkədə narazılıqların, dövlətlərin bir - birini əvəz etməsinin,
inqilabların səbəbi dövlətin özüdür. Onların danqalıqlarının,
ritmə, ahəngə, ictimai ağıla uyğun dəyişmək istəməməsinin,
ədalətsizliyin nəticəsidir.
16.
Fiziki sistem ritmik olaraq böyük sistemlərin ahənginə uyğun
eyni tempdə dəyişir, problemlər olmur. Lakin insan məhz ağıllı
olduğu üçün inersiyaya malikdir, onun öyrəndikləri və
254
təcrübəsi yadında qalır, həmişə köhnə təcrübə və ağıl sayəsində
və onları istifadə edərək yaşayır. Ona görə də təbii ritmlərə,
inkişafa eyni ritmdə dəyişmir (əvvəl yenini anlamalıdır - buna
çox vaxt lazımdır və köhnədən də, mövcud statusundan,
adətindən də imtina etmək istəmir), nəticədə konfliktlər,
müharibələr, inqilablar yaranır və bundan sonra o, ritmə,
ümumi inkişafa uyğun dəyişməyə məcbur olur.
17.
Söz və əməl. İnsanların söz və əməlləri heç zaman düz gəlmir.
İnsanlar yalnız real münasibətlər aləmində və onun nəticəsi
olaraq yaşaya bilirlər, demək, əməlləri əvvəl dedikləri ilə düz
gəlməməsi təbiidir.
18.
Həqiqət əbədi və keçici (müvəqqəti) olur – həqiqət yalnız
insanın yaratdığı anlayışdır.
19.
Həyatın hər bir sahəsində adətən inkişaf paralel və uyğun
gedir (uyğun olmağa çalışır) bir yerdə, məsələdə bir az geridə
qalma və ya irəli qaçma olduqda digər sahələr tez
müvazinətləşməyə, bərabərləşməyə başlayır. Yəni bir işdə
inkişaf olduqda, digərində reqres olur. Ona görə də diqqətlə
hansı imkanların yaranması və özün də hansı imkanlara gücün
çatmasını daim izlə və yeni imkanlardan istifadə et. Həyat məhz
imkanlardan istifadə etməklə baş verir. İmkanlar tapmayanda
canlılar imkana uyğunlaşmaqla onu əldə etməyə qabil olur və
istifadə edir.
20.
Dünyada hər bir şey, hər sistem, hər varlıq yalnız müəyyən
hədlər daxilində mövcud ola bilər. İnsanlar yaratdıqları
cəmiyyətə, demokratiyaya, sözə, fikrə, qidalanmağa, adətlərə,
mədəniyyətə hədlər qoymasalar, bu anormal və dayanıqsız
olar, tez məhv olar. Məsələn, kapitalizmə onun nəzəriyyəçiləri
hədləri olmayan cəmiyyət kimi qələmə verirlər və reallıqda
bunu həyata keçirməyə çalışırlar, bu isə krizislərə, zərərlərə
gətirir.
21.
Arvad hədlərini bilməsə, onun davranışı səni çox narahat edər
və ailən dağılar. Ailə qurarkən əvvəl arvada hədləri (elə)göstər
ki, yadında qalsın, onu pozmağa ehtimalı, şübhəsi qalmasın.
22.
Qadın ərə gedəndə bilsin ki, kişi evin böyüyü və son söz
kişinindir, çünki o məsuliyyət daşıyır, ona inansın, etibar etsin
və hörmət etsin. Əgər inanmırsa, hər hərəkətinə və sözünə
şübhə edirsə, özünü ağıllı sayırsa, ona hörmət etməyə özünü
borclui saymırsa – onda ərə getməsin, otursun evdə. Birlik,
hörmət olmayan yerdə ailə olmaz. Əgər arabaya qoşulan iki at
255
və ya öküz hərəsi bir tərəfə getsə və ya biri getmək istəməsə,
onda araba getməz.
23.
Evlənmək və daim evlilikdə yaşamaq üçün gənclikdə çoxlu
qızla tanış olmağa, dostluq etyməyə çalış. Hamısına yaxşılıq
elə və salam ver, bu sənin qız seçməyinə kömək edər, aldığın
pis çıxsa, başqasını seçməyə və ya onlardan kömək almağa
xeyri dəyər. Xüsuysilə yaşın 50-ni keçəndən sonra arvadın yaşı
45-i keçəndən sonra onda sevgi itəcək, bu zaman sənə sevmək
üçün yeni qadın lazım olacaq. Çünki sevgisiz yaşamaq çox
çətindir. Arvadı boşamadan da sevgi üçün başqa qadınla
dostluq edə bilərsən, başqa rasional yol yoxdur.
24.
Evli olduqda da başqa qadınlardan qaçma, özünü elə aparma
ki, guya onları görmürsən. Daim onlarla salamlaş.
Problemlərini həll etməyə çalış, dərdlərinə şərik çıx, onlara
avtobusda, metroda yer ver. Onların yadlarında qalmağa çalış,
bu sənə sonra çox xeyirli olacaq. Həyatın hamısını əvvəldən
bilmək olmaz, öz qadının qəfil ölə bilər, ayrıla bilər, xəstələnə
bilər, sonsuz ola bilər- bu zaman tanış qızlar və qadınlar lazım
olar, kömək edər.
25.
İnsanlar arasında haqq- ədalət axtarma, tapmayacaqsan.
İnsanlar arasında da, fiziki cisimlər arasında da eyni qanun
işləyir: Hər adamın və ya canlının, fiziki obyektin vəziyyəti
onların yaşamaq uğrunda qarşılıqlı- əlaqəli çalışmaqları,
mübarizəsi və əməkdaşlıqları nəticəsidir. Hər birinin
yaşamaqda istifadə etdiyi metod onun üçün haqq və ədalətdir.
Hər şeyin və insanın birinci məqsədi özünü güdməkdir.
26.
Zərdüşt peyğəmbərin məsləhət gördüyü: “Düz fikir, düz
məqsəd, düz əməl,” qaydasını öyrən və əməl et
27.
Eşitdiyin, gördüyün sözlərə, şeylərə əvvəl şübhə et. Çünki hər
şey nisbidir, hər şey dəyişiləndir, yəni eyni cür qalmır. Hər şey
yalnız həmin baxılan anda elə görünür, başqa anda başqa cür
görünür. Hər şey göründüyü kimi deyil. İnsan ancaq şeylərin
bir hissəsini - gözü qarşısında olan şeyləri və ya görmək
istədiyi şeyi görə bilər.
28.
Uğurlu yaşamaq və düzgün məqsəd seçmək üçün fasiləsiz
özünü, ətraf mühiti - təbiəti, cəmiyyəti, ictimai sistemi dərk et-
öyrən. O dəyişdikcə sən də fikrini ona uyğun dəyişdir. Güclü
və zəif cəhətlərini; yaxşı və pis cəhətlərini; keçmiş və indini;
düz və səhv hərəkətləri; hadisələri, gələcək təhlükələri araşdır.
Və yaddaş üçün yaz, tez - tez yadına sal. Sənin üçün başqalarını
256
dərk etmək asandır, nəinki özünü. Özün haqda başqalarının
fikrini soruş.
29.
Fəaliyyətini planlaşdır, uzun dövr və yaxın zaman üçün
məqsədlər seç, prioritet məqsədləri–ən vaciblərini ayır və
siyahısını tut. Məqsədlərə necə çatmaq üçün plan qur və
izahatla birlikdə yaz.
30.
Elmləri öyrən. Xüsusilə fəlsəfəni, sosiologiya, psixologiya,
iqtisadi qanunları və dəqiq elmləri.
31.
Başqa insanlarla (işdə, bazarda, biznesdə, yaradıcılıqda, şərikli
işdə) münasibət qurduqda elə et ki, üstün maddi, hüquqi,
bacarıq şansları, vasitələri, yaxşı kartlar sənin əlində olsun.
Bunlar olmasa asılı olacaqsan, hara sürsələr, ora getməyə
məcbur olacaqsan. Yəni öz üstünlüyün olan məsələni, fəaliyyəti
seç, onunla məşğul ol, ona güvən, onunla yaşa.
32.
Gələcəyini yaxşı qurmaq üçün öz üstünlüklərinin siyahısını tut
və məhz onlardan istifadə et. Bunlar cavanlıq, evinin olması,
yaxşı və əlverişli yerdə torpağının olması, sağlamlığın, işə
yarayan dostların, qohumların, ərazinin əlverişliyi, ailən,
arvadın, uşaqların, bağın, evinin yeri, savadın, peşən, əl
qabiliyyətlərin, ixtisasın, yolun, suya yaxınlığın və sairədir.
Elə bir üstünlyün, yəni yaxşı imkanların yoxdursa, onda onları
yaratmağa çalış (öyrən, al, tik, qur, ağac ək, qohum ol, dost tap
və s.) və sonra yaşa.
33.
Öz eyib cəhətlərinin də siyahısını tut və bu kağızı göz
qabağında saxla, ki nəyi edə bilməzsən, nəyi necə etməlisən.
İnsanlarla münasibət qurduqda bu eyiblərini nəzərə al və səhv
etmə.Yadında saxla, məhz sənin zəif cəhətlərin başqası üçün
səndən yaxşı sui-istifadə imkanıdır. Sözə tez inanmaq,
tələsmək, tez reaksiya vermək, kəskin hərəkət göstərmək ,
təmkinli olmamaq, nəyəsə-pula, vəzifəyə, maşına, sevgiyə,
yeməyə və s. hərisliyin, özündən tez çıxmaq, müdrik olmamaq,
kənar hədlərdə davranmaq sənin zəif cəhətlərindir.
34.
İnsanlar arası əlaqədə elə davran ki, həmişə kiməsə möhtac
olmayasan və ya asılı olmayasan. Onların köməyinə, müdafiə
etməsinə, sənin mənafeni qoruyacaqlarına ümid olub arxayın
olsan, onlar imtina etsələr, nə edəcəksən?
35.
Sənin hərəkətin ətraf mühitə olan reaksiyadır. Sənin
potensialın-gücün, ağlın, biliyin, pulun, sağlamlığın və s. artıq
olsa sən tutduğun məqsədi, işi edir, potensialın ətrafdan zəif
olsa tabe olursan, ətraf mühitin səni yönəltdiyi –diqtə etdiyi
hərəkəti edirsən. Potensiyalını artır. Bilik, qabiliyyət, maddi
257
imkanlar, sağlamliq və onun istifadəsi - birlikdə sənin
potensialin deməkdir.
36.
Hərəkət, davranış və sözlərində ədalətli ol, yanlışlığa yol
vermə, səhvini tez başa düşüb, tez düzəlt.
37.
Səhv etdikdə başqalarını (həm öz ailə üzvlərini, həm
özgələrini) incitsən və ya zərər vursan üzr istə, səhvini
bağışlamağı xahiş et, zərəri ödə, bu ən böyük ləyaqətdir. Düz
söz danışmaq səhv etmək deyildir, lakin onu yerində de və
demək formasını diqqətlə seç.
38.
Başqasında səhv tutmağa çalışma, bu onun xoşuna gəlməz;
adamlar öz səhvlərini adətən eşitmək istəmirlər. Səhvi desən,
xəlvətdə və elə de ki, inciyən olmasın. Lakin əgər o insan
qanmazdırsa, ona heç vaxt səhvini demə.
39.
Danışanda ünsiyyət və nəzakət qaydalarına əməl et, dilini buna
öyrət, nəzakətli sözləri tez - tez işlət (buyurun, sağ olun, salam,
sabahınız xeyir, uğurlu günlər, zəhmət olmasa, dəyməz, nə
zəhmətdir, çox razıyam, xeyirli olsun, salamat qalın, qadın və
qızlara tərif deməyi unutma: nə gözəlsən, qəşəng paltarın var,
necə ağıllısan, əla yemək bişirirsən, əla zövqün var, işıq
saçırsan, nə xoşdur sizinlə söhbət etmək, nə gözəl səsin var,
səsini unuda bilmirəm, görən bir dəfə də sizi görə bilərəm? Nə
vaxt səsini yenə eşidə bilərəm? Sözlərin necə gözəldir, sənin
kimi gözəl, ağıllı görməmişəm, lap mələksən, nayrahat
olmayın, qulluğunuzda hazıram, nə kömək desəniz hazıram,
dilini yeyim, canını yeyim, canım necəsən, şirinim, dadlım və
digər təriflər yaradıb deməyi unutma).
40.
Əgər bir şey – sosial, texniki, material, obyekt yaratmaq
istəyirsənsə bu obyekti yazılı, rəqəmlərlə və müxtəlif
xüsusiyyətlərlə dəqiq təsvir et, habelə təsəvvür et və şəklini
çək. Başqa sözlə, son əldə etməli olduğun şeyin formasını , icra
edəcəyi vəzifələri, miqdar və keyfiyyət ölçüləri ilə təyin et. Bu
obyektin vəzifəsini–funksiyalarını xasiyyətlərini formulə et.
Sonra düşün ki əsas funksiya necə əldə edilə bilərdi? Cavab
tapılmadısa onda bu məqsədi, obyekti elementlərə böl və
yenidən hər elementi hissələrə-eleməntlərə böl; bu yol ilə sən
tələb olunan obyekti təşkil edəcək bütün şeyləri , maddi
vasitələri, formaları, hərəkətləri, zaman və fəzada yerləşmə
qaydasını, maddələrin tərkibini , sosial sistem axtarırsansa
bunu təşkil edəcək insanlar, xarakterləri , bilikləri, qarşılıqlı
əlaqələri və s. tapılacaq.
258
41.
Əgər bir şeyi dərk etmək istəyirsənsə, əvvəl məntiqdən istifadə
et və bu obyekti təsvir et və hansı səbəbə və ya nəyin
nəticəsində bu ola bilərdi sualına cavab axtar. Və hər tapdığın
elementi bir - birinə bağla, nəticə alınmırsa, demək, onu başa
düşmək sənin keçmiş biliklərinin, düşünmə tərzinin
çərçivəsindən kənardadır. Ona görə də məntiqdən imtina et və
hər şeyin hər cürə ola biləcəyi fikrini qəbul et (ancaq
müvəqqəti-həlli tapmaq üçün). Yəni “konkret mühit və
zamanda - dəqiq verilmiş parametrli funksiyanı təmin edən –
icra edən element konkretdir - müəyyəndir “ prinsipindən
istifadə edərək sən həmin obyekti dərk edəcəksən. Yəni məntiqi
pozaraq çatışmayan hissəni tapacaqsan. Qeyd: əslində hər şeyin
hər cürə ola biləcəyi hər hansı baxılan zaman və mühit üçün
düz deyil. Konkret zaman anında və mühütdə ancaq şey bir
forma-vəziyyətdə və bir cürə ola bilər. Şeyləri başa dışmək
üçün onları gerçəkdən və ya fikrində böl. Hər birinin digərilə
əlaqəsini, asılılığını tap, bəs etmirsə, yenidən hər bir hissəni
yeni elementlərə böl , bunu – bölməni tam başa düşənə qədər
et. Hər element necə yaşayır? əlaqələri necədir? Axı məhz
əlaqələr vasitəsilə o həmin cürə yaşayır, həmin işi görür. Şeyin
bütövlükdə və hissələrinin yaşama qanununu, prinsipini –
üsulunu tap , yadında saxla, bunu dəftərə qeyd et. Çox fikirləş,
öyrəndiklərini həmişə təkrar et
42.
Gələcək haqda və yeni şeylər yaratmaq istədikdə məntiqdən
istifadə etmə, məntiq yeniliyə və yaratmağa mane olur. Məntiq
yalnız oturuşmuş sistemlər üçün yaxşı alətdir.
43.
Sən cəmiyyət piramidasının yuxarısında yer tutmaq üçün
fasiləsiz öz potensialını artır və ağılla istifadə et. Lakin nə çox
yuxarıda, nə də aşağıda yer seçmə.
44.
Öz qohumlarını, yaxınlarıni xüsüsilə həkimlər varsa onları
allah sayıb sözünə əməl etməyə çalışma. Məhz onlar sənin zəif
cəhətlərini bildikləri üçün asanca sui - istifadə edərlər. Onlar öz
mənafeləri, nüfuzları üçün asancana səni qurban verərlər,
sonra isə heç boyunlarına da almazlar. Ən yaxşısı kənar
obyektiv mürəxəssislərdən məsləhət al. Öz taleyini,
sağlamlığını obyektiv adamlardan məsləhət almaqla qur.
45.
Statuslar, ehtiyaclar ierarxiyasını və ya qradasiyasını yarpaq
modelinə oxşatmaq olar. Yarpağın başlanğıcı və sonu
ərazisiində yer tutmaq məsləhət deyil. Bura etibarsızdır və rahat
deyil, burada çox dura bilməzsən, yarpağın başlanğıcı
dilənçilik, nökərçilik, qiymətləndirilməyən istismar, son
259
kasıblıqdır, hansı ki əxlaq pozğunluğu yaradır. Ən son hissəsi
isə həddən artıq varlılıq, böyük ictimai status- hakimiyyətdir ki,
insanı bu pul və hakimiyyət qudurdur, nəticədə insan öz
yerindən tez məhrum olur, yarpağın ortasına düşür. Demək,
bütün fəaliyyətini əvvəldən elə planlaşdır ki, yarpağın ortasında
olasan
46.
Müdriklərin dediyi kimi orta vəziyyəti seç. Nəyə görə? Çünki
orta vəziyyət uzun ömürlüdür, müvazinətlidir, rahatdır,
etibarlıdır. Orta vəziyyət hər hansı bir maddi hissi, davranış,
bilik sahəsində iki son hədlər arasındakı ( kasıblıq – varlılıq “;
tələsmək - gecikmək; aclıq –toxluq; kəskinlik – yumşaqlıq;
mehribanlıq – etinasızlıq, sevgi- nifrət və s.) orta vəziyyəti
deməkdir. Davranışda, fəaliyyətdə, idmanda və qidalanmaqda
ortanı deyil, kənar hədləri seçənlərin ömrü qısa olur,
xəstələnirlər, tez uğursuzluğa düçar olurlar.
47.
Öz imkanlarına görə yaşa, imkanlarından artıq işi, vəzifəni
öhdənə götürmə. Yeməkdə, içməkdə, idmanda orta vəziyyəti
seç və hədləri keçmə.
48.
Cəmiyyətlə, ətraf insanlarla, ailənlə, fasiləsiz ünsiyyətdə ol və
ünsiyyət qaydalarına ciddi əməl et. Ünsiyyətdə olmasan, geri
qalacaqsan, yaddaşın itəcək və özün özünü unudacaqsan, tez
öləcəksən.
49.
Müdrikliyə çatandan sonra özün xahiş edənlər üçün məsləhətçi
ol, onlara düz yol göstər. Düz yol seçə bilmədiyinə görə
insanlar həyatları boyu hədsiz səhvlər edirlər. Ümumiyyətlə,
məsləhət xidməti yarat. İnsanlara düz məsləhət vermək ən
düzgün davranış, ən böyük yaxşılıqdır
50.
İnsanların başına bütün bəlalar onların öz hərəkətlərindən və
ya hərəkətsizliklərindən gəlir. Bu onların ağıl, düşünclərinin
nəticəsidir. Lakin onlar səhvlərini görə bilmirlər. Ona görə hər
bir məsələni ağılla gör və səhvlər etməməyə və səhvini tez
görməyə və düzəltməyə çalış.
51.
Səhvlərin hamısını insan görməyə qabil deyil. Bir hissəsini
insan daha tez görə bilər. Bir çox səhvləri çox qocalandan sonra
(50 yaşdan sonra), bəzilərini heç ölənədək də görə bilməz. Ona
görə də səhvlərini tapmaq üçün insanlarla ünsiyyətdə ol, düz
strategiyalarla, səmərəli davranış növləri ilə öz hərəkətlərini
müqayisə et, diqqətlə sənə deyilən sözlərə fikir ver, onların
içərisində bir həqiqət var. İnsanların əsasən sənin barəndə
qəsdləri yoxdur, onlar gördüklərini, öz şəxsi müşahidələrini
deyirlər. Bu yaxşı mənbədir.
260
52.
İnsanlar mühitlərin müxtəlifliyinə görə müxtəlif növlərə,
xarakterlərə,
yaşamaq üsuluna malikdirlər- aldatmaqla,
hiləgərliklə,
düzlüklə,
xəbərçiliklə,
ara-qızışdırmaqla,
paxıllıqla, xəyanətlə, öz əməyi ilə çalışmaqla. Eyni xarakterli
xasiyyətlilər tez bir - birini tapır, cütlər, qruplar yaranır. Mənfi
xarakterli belə qruplar düz adamı tələyə salmaq, onun hesabına
yaşamaq, ona mane olmaq istəyirlər. Düz adam həmişə
qorunmalıdır ki, onu aldatmasınlar, malını oğurlamasınlar.
Hiyləgər, əxlaqsız adamı incitməyə heç kəs cürət etmir.
53.
Mühit yaxşılaşdıqca yaxşı xarakterli, davranışlı, əxlaqa riayət
edən adamlar, alicənab, xeyirxah, dostlar, əməkdaşlar meydana
çıxır və çoxalır. Mühit pisləşdikcə bütün qolu zorlular,
qaniçənlər, yalançılar, istismarçılar, rüşvətxorlar, dələduzlar,
xainlər meydana çıxır. Bu təbii qanundur. Bunları başa düşərək
hər
vicdanlı adam özünü qorumalıdır və mühiti
yaxşılaşdırmalıdır.
54.
Başqalarına qiymət verməyə çalışma, vəzifən tələb etmirsə.
Onsuz da onlar səndən fərqlidir. Onların necə olmasına görə
narahat olma. Sən, özün kimi ol. Sənin öz səbəbin, onların öz
səbəbləri var.
55.
Heç vaxt din adamlarını özünə ağsaqqal - məsləhətçi seçmə, o
sənə məsləhət verməyə qabil deyil ; habelə əxlaq və etikanı
gözləməyəni, rüşvət alanı, həkimi, alverçini, aldatmaqla
yaşayanı həyat məsələlərində özünə məsləhətçi seçmə.
56.
Hər peşənin, hər adamın özünə uyğun peşəsinin, yaşadığı
mühitin yaratdığı fərqli düşüncəsi, dəyərləri, əxlaqı var.
Adamlara münasibətdə bunu nəzərə al və düşünmə ki, onlar da
sənin kimi düşünməli və sənin kimi olmalıdırlar. Bu ola bilməz,
çünki siz müxtəlif mühitdə yaşamış və başqa peşəniz var.
57.
Həyatda, biznesdə ( peşə, iş, pul qazanmaqda ) uğursuzluğa
düçar olsan, bunun səbəbini öyrən və ruhdan düşmə, yenə çalış.
Əgər yenidən uğursuzluğa düşsən bu o deməkdir ki: 1. Sənin
həyatda əldə etdiyin dəyərlər, biliklər, dünyagörüş bu işin
uğuruna gətirə bilməz, demək onu dəyişməlisən; 2.Və ya
tutduğun məqsəd sənin qabiliyyət-potensialından kənardadır,
məqsədi dəyiş; 3. Və ya məqsədi və onu əldə etmək planını
səhv tutmusan, planı dəyiş. Bu üç məsələnin bir - birinə uyğun
olması və düzgün olması uğurun açarıdır. Yadında saxla, hər
Dostları ilə paylaş: |