Ən yaxşı həyat kişi və qadının ailə qurub bir evdə yaşamasıdır.
Kişinin arvadı qadınlıq funksiyasını itirdikdə və ya qadınlıq
etməkdən imtina etdikdə, kişi arvadı ilə boşanmadan da başqa subay
qadınla dostluq edə bilər. Bunu hər iki qadın problemin həll edilməsi
naminə könüllü qəbul etməlidir. Bu halda kişi qadının qulu deyildir.
Ailə qurmaq istəməyən qadın istənilən baxılan zamanda yalnız bir əks
cinsdən olan bir evli və ya subay kişi ilə intim dostluq edə bilər. Bu
halda uşaqların taleyi barədə və dostluğun müddəti və şərti barədə
əvvəldən əxlaq çərçivəsində yazılı razılığa gəlməlidirlər. Cəmiyyət
qadın - kişi münasibətlərinə qarışa bilməz. Hər kəs özü - özünə
cavabdehdir. Heç bir qohum digərinin davranışına cavabdeh deyil.
Evlilik qadın və ya kişi üçün həbsxana deyil. Hər bir yeni evlənən
uyğunlaşma dövrü, tarazlaşma və stabil evli həyat tərzi dövrünü
yaşayır. Bu dövrdə psixoloq, futuroloq və digər müdriklərlə
məsləhətləşmələr hökmən lazımdır.
Əxlaq çərçivəsində intim əlaqə yalnız əks cinslər arasında ola bilər.
Eyni cinslər arasında əlaqə qadağandır və belə meyilləri cəmiyyətin
sosial orqanları aşkar edib məcburi müalicəyə cəlb etməlidir.
Ailə, qadın, kişi və uşaq əlaqələrindən yaranan problemlərin
yuxarıdakı həlli onları tam həll etməyə imkan verəcəkdir. Ailədə
zorakılığın kökü kəsiləcək və ər - arvad arasındakı münasibətlər
könüllülük prinsipilə həll olunacaqdır. Ər - arvad onları zorla bağlayan
rəsmi buxovlardan azad olaraq bundan sonra daha çox həqiqətdə
sevməklə və hörmət etməklə digərini özünə daha bərk bağlarla
bağlamağa çalışmaqla münasibət quracaqdır. Evləndikdə bir - birini
aldatmağın, evindən, digər əmlakından, alimentdən və ya uşaqdan
istifadə etməyin əhəmiyyəti olmayacaqdır, onlar öz davranışına ciddi
fikir verəcəklər.
Ailədə davranış və birgəyaşayış qaydaları
1) Ailənin uğurlu yaşaması üçün onun idarə edilməsi məsuliyyətini
kişi daşıyır. Əgər qadın bunu ərə gələndən sonra qəbul etmirsə və özü
221
idarə etmək və məsuliyyətini çəkmək istəyirsə, lakin kişi razı deyilsə,
bu halda qoy onlar ayrılsınlar.
2) Ailənin rasional yaşaması yolu hər bir məsələdə məsləhətləşmə,
ağıl, elm, düzgün davranışlar və təcrübələrdən, düzgün ünsiyyətdən,
problemlərin həllinin sınanmış üsullarından isifadə etməkdir.
3) Kişinin razılığı ilə qadın ailənin idarəsini öz üzərinə götürə bilər;
4) Ailədə kişi, qadın və uşaqlar hamı bir-birinə hörmət etməlidir.
5) Ailədə kişi və qadın arasında vəzifə bölgüsünü onlar şəxsi razılıq
ilə özləri edir.
6) Ailədə heç bir üzv digərinə əziyyət (səs salmaq, bərkdən danışmaq,
pintilik etmək, işinə, şəxsi məşquliyyətinə mane olmaq)
verməməlidir. Kimin köməyə ehtiyacı varsa, ona kömək edilməlidir.
7) Ailədə əsas davranış prinsipi heç kəsin digərinə zorakılıq, xoşu
gəlməyən hərəkəti etməməsi; qəbul edəcəyi formada davranması və
qalmaqal etməməsi, ümumi razılaşmaya görə çılpaq olmaması və
özlərinin razılaşdıqları hərəkətlər çərçivəsində yaşamasıdır.
8) Valideinlər uşaqlarını tam böyüdüb rasional və ümumbəşəri əxlaqı
və davranış qaydalarını tərbiyə etməli, düzgün nümunə olmalı,
oxutmalı və peşə qazanıb ilk əmək haqqı alana qədər saxlamalıdrlar.
9) Ailənin funksiyası təkcə uşaqlar istehsal edib sərbəst yaşama halına
çatdırmaq deyil. Ailənin mahiyyəti və funksiyaları habelə: birgə
yaşayış icmasıdır ki, yaşama ehtiyac və problemlərinin həllində hər
bir üzv gücünə görə iştirak etməli; əməkdaşlıq kollektivi olmaq, yəni
ehtiyacların ödənməsində məsləhətləşib birgə iştirak qaydalarını
müəyyən etmək; xarici təhlükələrdən birgə qorunmaq; gələcək üçün
birgə tədbirlər görməkdir.
10) Uşaqlar ailənin yaşama ehtiyaclarının ödənməsində valideynlərə
kömək etməli, hər məsələdə mümkün iştirak etməlidirlər. Lakin
uşağların təhsil və ixtisas, peşə öyrənməyi ailənin başqa ehtiyaclarına
qurban verilə bilməz.
11) Ailə üzvləri bütün həyatı boyu əlaqə saxlamalı və hər birinin yaxşı
və çətin günlərində iştirak etməli və kömək etməlidir.
12) Qadın özü kişiyə qarşı nəzakətli olmalı və uşaqları da belə tərbiyə
etməli, onların yanında kişinin səhv etdiyini, qanmaz olduğu,
bilmədiyini deməməlidir.
13) Qadın kişinin evinə ərə getdiyi və kişi evin ümumi rəhbəri
məsuliyyət daşıyanı olduğu üçün kişinin həmişə əksinə getməməli,
hər sözündə özünün düz dediyini, əks fikir söyləməyə cəhd
etməməlidir. Əgər edirsə, demək onlar bir- birini tanımadan
evlənərək səhv etmişlər. Belə əgər davam edərsə və bu qadının
222
vərdişi olarsa, onlar hökmən ayrılmalıdırlar, əks halda əzab
çəkəcəklər.
14) Qadın uşaqları kişinin əksinə hərəkət etməyə həvəsləndirib onu
saymamağı, onun üstünə qışqırmağı, onu ələ salmağı təbliq edə
bilməz, uşaqla kişinin arasını vuran hərəkətlər edə və söz danışa
bilməz.
15) Kişi, qadın və uşaqlar onları narahat edən istədikləri məsələ barədə
məsləhət etmələri lazımdır.
16) Valideinlər zorakılıq (cəza, maddi təsir,evdən, mirasdan məhrum
etmə, məlumat almaqdan məhdudlaşdırmaq) yolu ilə uşaqları razı
olmadığı işi görməyə məcbur etsələr, tam məsuliyyət daşıyırlar. Bu
məsuliyyət vurduğu zərəri ödəmək, normal vəziyyəti bərpa etmək,
günahının bağışlanmasını xahiş etməkdir.
17) Ailədə tabeçilik prinsipi qəbul edilmir, yəni kiçik uşaqlar
böyüklərə, qızlar oğlanlara bütün uşaqlar isə valideynlərə tabe deyil.
Burada qul - ağa münasibətləri- böyüklərin kiçiklərə əmr etməsi,
kiçiklərin danışıqsız icra etməsi- qəbul edilmir. Kiçiklərin böyüklərə
hörmət etməsi - ünsiyyətdə, davranışda; məsləhət alması; səhvini
tapmaqda kömək alması, lazım olsa hər bir işində kömək etməsi.
Böyüklərin isə kiçiklərə öz bildiyini, anladığını başa salması,
yaşamaq üçün öz təcrübəsini, biliyini onunla bölüşməsi, Bütün ailə
üzvlərinin isə bir - birinə qayğı göstərməsi, bütün həyat boyu yaddan
çıxarmaması –əlaqə saxlaması ünsiyyətdə olması lazımdır.
18) Uşaqlar valideynlərinin qulu deyil.
19) Ailədə hər bir üzv ümumi yaşayış və ailə daxili hörmət, davranış
qaydalarına əməl etməlidirlər. Razılıq əldə edənə qədər məsləhət
edilməli və düzgün addım tapılmalıdır. Düzgün addımı tapmaq üçün
çətinlik olsa, ailə ictimai məsləhət xidmətindən istifadə etməlidir və
ya müdriklərlə məsləhətləşməlidir.
20) Valideinlər uşaqların peşə, elm, iş, həyat yoldaşı, yaşamaq tərzi,
dünyagörüş seçmək, dinə qulluq etmək və ya etməmək
məsələlərində zorakılıq edə bilməzlər, ancaq məsləhət və sübutlar
yolu ilə uşaqlara sərbəst seçim etməyə imkan yaratmalıdırlar. Son
seçimi isə uşaqlar özləri edir, validein isə bu seçim ilə razılaşmalı və
hörmət etməlidir, və mane ola bilməz.
21) Valideynlər uşaqlara hər hansı bir dini üstün olaraq təbliq və əməl
etdirməyə
haqları yoxdur. Bu şəxsiyyətin fomalaşmasında
zorakılıqdır və sui - istifadədir. Dinlər haqda və yalnız azı 10 din
haqda məlumatları uşaqlar 18 yaşı keçəndən sonra öyrənmələri
məsləhətdir. Gənclər və uşaqlar üçün ən düzgün həyat yolu dindən
uzaq olub elmi rasional həyat tərzi seçmələridir.
223
22) Şübhəsiz, öz sərbəst seçimlərində uşaqlar özləri məsuliyyət daşıyır
və valideynləri günahlandıra bilməzlər.
23) Valideinlər qocalıb əmək qabiliyyətini itirdikdə uşaqlar onların
qayğısını çəkir, maddi ehtiyaclarını ödəyirlər, öləndə də onu
basırırlar. Dəfn mərasimini hər ailə öz ağlı ilə, lakin digər elmi
tələblərə əməl etməklə müəyyən edir. Dini qaydalara və ya adətə
çevrilmiş qaydalara əməl etmək zəruri deyil, onlar ağıl və
məqsəduyğunluğun nəticəsi deyil.
24) Əgər validein qocalıb ağlını, yaddaşını itirsə, onun əxlaq və
etikaya, gigiyena və sanitariya zidd hərəkətlərinin ailə üzvlərinin
sağlamlığına və rahatlığına zərərli təsirini ləğv etmək üçün onu
xüsusi həkim və tibbi nəzarət olunan daha yaxşı xidmət və şəraitlə
təmin olunmuş evlərə, müəsisələrə verilməsi məsləhətdir.
Qoy hər bir insan bunu dərk edib öz qocalığı dövründə belə
vəziyyətə düşəcəyi hal üçün əvvəldən - qocalığı gözləmədən öz
razılıq öhdəçiliyini və tapşırığını imzalayıb uşaqlarına versin. Bu
olmasa da, yaşlı ailə üzvü belə dözülməz vəziyyətə düşdükdə ailə
üzvləri toplaşıb qərar verməlidirlər. Başqa cəmiyyət üzvləri bu işə
qarışa bilməz. Burada əsas prinsip: sağlam daha cavan ailə
üzvlərinin psixi və fiziki sağlamlıqlarını qorumaq və yaşlının isə
daha yaxşı təşkil edilmiş və xidmət göstərilən şəraitdə yaşaya
bilməsidir.
Rasional insan haqda anlayış
Düşünürəm ki, kamil insan yalnız kamil cəmiyyətin yaradacağı məhsul
olacaqdır. Kamilliyin kriteriyası isə cəmiyyətin mövqeyindən cəmiyyət
və təbii mühit qarşısında fərdi rolunu düzgün icra etmək qabiliyyəti
dərəcəsi olacaqdır.
Rasional insan nə deməkdir?
- Rasional insan çox idraklı, yüksək intellekti , qabiliyyət və peşəsi
olan, yaxşı və pisi tez analiz edə bilən, hadisələri başa düşmək üçün
düzgün başlanğıc, yanaşma seçən, təmkinli, fitri istedadları olan əxlaq
və ədalət biliklərinə malik və seçim qarşısında qaldıqda əxlaq
prinsiplərini pozmadan düzgün yolu seçən, rasional davranan, səhvini
tapa bilən və səhv etdikdə onu etiraf edən, düzəldən, üzr istəyən bir
insandır.
Rasional insanın bilik və qabiliyyətləri parametrləri :
Rasional insan ümumi biliklərərə və hər bir ixtisas və peşədə dərəcələr
üzrə əlavə spesifik biliklərə və qabiliyyətlərə malik olmalıdır. Bu bilik
224
və qabiliyyətləri cəmiyyət, elm və fəaliyyət sahələri mütəxəssisləri
İQQS vasitəsilə fasiləsiz müəyyən edirlər.
Rasional insanın ümumi bilik və qabiliyyətləri, psixoloji xarakteri
haqda parametrləri aşağıda təklif edilir.(Bunların konkret cəmiyyətdə
İGGS vasitəsilə və prosedurlara uyğun müzakirədən və hazırlanmadan
keçməsi lazımdır):
1.
Xüsusi analiz və yaradıcılıq - ixtiraçılıq, rasionallaşdırma
metodlarını bilmək.
2.
Şəkil çəkmə, rəssamlıq, heykəl yonma, ağacdan incəsənət əsəri
yaratma, bədii metal, plasmas tökmə, şer, povest yazma, musiqi
alətində çalma (ən azı 2 qabiliyyət)
3.
Mədəniyyətin səviyyəsini, nümunələrini bilmək.
4.
Bir neçə idman və oyun növünü bilmək və bacarmaq.
5.
Ən azı iki xarici dil öyrənmə, komputer və internet biliklərini
bilmək.
6.
Rasional Ictimai əxlaq və davranış qaydalarını bilmək və əməl
etmək.
7.
Rasional ünsiyyət, etiket, nəzakət qaydalarını və nümunələrini
bilmək və əməl etmək.
8.
Rasional həyat tərzi biliklərini bilmək və həyatını ona uyğun
qurmaq
9.
Ailəsi , icma, ölkə, millətlər və dünya birliyi haqda – tarixi,
coğrafiyası, iqtisadiyyatı, idarə strukturu haqda zəruri
biliklərə malik olmaq .
10.
Ən azı bir peşəni səlis bilmək və bacarmaq.
11.
Cəmiyyətin idarə strukturu və qərar qəbul etmə sistemini, qərar
qəbulu prosedurları və əxlaqi keyfiyyət tələblərini, əsas
qanunları bilmək.
12.
Rasional fəsəfi dünyagörüşləri bilmək və dərk etmək.
13.
İnsan və təbiət haqda bütün bilikləri yüksək ümumi səviyyədə
bilmək: İnsan psixologiyasını , tərbiyə metodlarını, tarixi,
coğrafiya , biologiya, anatomiya, riyaziyyatı, kimyanı , fizikanı.
14.
Ən azı 8 din haqda tam biliklərə malik olmaq.
15.
Elm və texnikanın, mədəniyyətin, ictimai həyatın son
səviyyəsi haqda məlumatların olması.
16.
Rasionallıq meyarlarını.
17.
İnsan və xalqların Əsas hüquqları və zəruri həyat təmini
səviyyəsini bilmək.
18.
Dünya birliyi sistemini.
Nəticə.
225
Rasional insanı xarakterizə edən amillər: 1) rasional həyat tərzi
yaşamalı, hansı ki rasional və sağlam həyat qaydalarını, yaradıcılığı;
rasional əxlaqa, rasional ictmai davranış normalarına əməl etməyi,
ictimai işdə iştirakı nəzərdə tutur; 2) rasional insan bilik və
qabiliyyətlərinə, bacarıqlarına və peşə - bilik və bacarıqlarına malik
olmalı; 3) beyin qabiliyətlərini inkişaf etdirməli, intuitiv anlamağa və
əvvəldən görmə intuisiyasına və bir elmi - əvvəldən görmə metoduna
malik olmalıdır.
Əxlaqi həyat, rasionallığın əlamətlərindən biridir. Əxlaqi həyat ən
optimal rasional həyatdır. Əxlaqla yaşamaq nə deməkdir? – bu ədalət
deməkdir, hər kəsin öz layiq olduğu və ya hər kəsə çatası maddi
neməti əldə edə bilməsidir. Bu konflikt və müharibə etməməkdir.
Əxlaq öz çörəyini yeməkdir, öz yerində durmaqdır. Bu zəifin başını
aldadıb malını almamaqdır və ya istismar etməməkdir. Əxlaqa hamı
əməl etsəydi, dünyada heç bir problem olmazdı. Əxlaqa insanlar,
dövlətlər əməl etmirlərsə, onda o nəyə lazımdır nə üçün onu öyrənmək
lazımdır? Əlbəttə yaşlılar artıq bu tələblərin müəyyən hissəsini öz
həyatlarında görmüş, hiss etmiş və dərk etmişlər, uşaq və gənclərin isə
öyrənməyə sınaqdan çıxarmağa ehtiyacı var.
Müsəlman dünyasında 12 –ci əsrdən 20-ci əsrin ortalarına, bəzi
yerlərdə sonuna qədər, Avropada isə 16 – cı əsrə, böyük renesans, elmi
texniki, sosial inqilablaradək elm, bilik kütləvi xarakter almamışdı,
insanların bilik səviyyəsi çox aşağı idi, ona görə insanların şüuru
üzərində din hakimlik edirdi. Dini ruhanilər insan cəmiyyətlərinin
özlərinin həyat təcrübəsi ilə yaratdığı əxlaq normalarının üzərinə
özünə sərfəli digər normalar qoyaraq insanların beyninə Allahdan
qorxu - cəhənnəmə getmək qorxuları və cənnətə getmək ümidi ilə
yeridirdi. Əxlaq insanlara Allah adından təbliğ edilirdi. İnsan ona
görə ruhaninin sözünə baxmalıydi ki, bunu din – yəni guya Allah
deyirdi. Burada insanın idrakına – anlamasına, rasionallığa yer
qoyulmurdu, hər kəs dini inamları və dini xadimlərin davranışını
etalon kimi qəbul etməliydi - o düz və səhv olsa da. Burada dinin
dediyinin səhv olması sualı qoyula bilməzdi (qoyulsaydı, edam
edilərdi). İnsanlar bu əxlaqi və digər dini ehkamları bilsələr də,
praktikada az əməl edirdilər, onlar şəxsi mənafenin üstünlüyü
prinsipilə yaşayırdılar. Lakin yeni eranın 3-cü minilliyinin
başlanğıcında insanlar daha savadlıdır, bu dini ehkamlara ehtiyac
yaratmır, onlar onsuz da xəyali qüvvələrdən qorxmular - bunu onların
davranışı göstərir. Bir tərəfdən insanlar təbii əxlaqi normaları və etik
davranışları bir zərurət kimi anlayır və onun hamı tərəfindən icra
edilməsini istəyirlər, digər tərəfdən onu pozmağı, dinlər nə qədər
226
onları qorxutsalar da, onlar əldə edəcəkləri real xeyiri o biri dünyada
güman edilən cənnətdən və cəhənnəm qorxusundan üstün tuturlar.
Belə kütləvi düşüncələrə səbəb cəmiyyətdə bir neçə adamınvə ya idarə
sisteminin bu normaları pozmasıdır ki, bu fakt avtomatik olaraq
şüurlara daxil olur və əxlaqın pozulmasınım kütləviliyinə səbəb olur.
Rasional insan isə rasional cəmiyyətin zəruri olmasını tələb edir ki,
yalnız hər ikisi rasional olduqda onlar nəinki nəzəriyyədə habelə
praktikada mövcud ola bilərlər. Yəni insanın rasional olmamasının
səbəbi elə cəmiyyətin-onun təşkili, idarə strukturunun rasional
olmamasıdır. Əks halda korrupsiyalaşmış cəmiyyət (dövlət) özü kimi
yarımçıq, dələduz insan yetişdirəcəkdir.
Rasional insanın yetişdirilməsi və tərbiyəsi
Təkcə əxlaq normaları rasional həyatı –rasionallığı əks etdirmir,
habelə yuxarıda qeyd edilən 12 amil rasional həyat tərzi , rasional iş,
mədəniyyət idarə, metodlar, prosedurlar, kiteriyalar nümunələr və s.
rasionallığı əldə etmək vasitələridir.
Danışan insan tarixinin başlanğıcından əxlaq normaları az miqdarda
meydana çıxır və zamanla getdikcə çoxalır, insan ailəsi çərçivəsindən
çıxıb, müxtəlif sahələri, qəbilə, icmalar arası, millətlər arası
normalaradək genişlənir.
Məhz buna görə rasional insan təlimində :
1. Bütöv əxlaq normaları həm universal, həm də hər bir fəaliyyət
sahəsi üzrə yenidən tərtib edilir. Bunu tək - tək adamlar yazıb
başqalaına sırımır, məhz insanlar özləri bunu formulə edib təklif
edərək, razılaşma yolu ilə qəbul edirlər.
2. Hər bir normanın zəruriliyi faktlar və real həyat sübutları ilə
əsaslandırılır və öyrədilir. Artıq cənnət - cəhənnəmə, axirət
məhkəməsinə ehtiyac yoxdur, insan uşaq deyil, uydurulmuş qorxular
ilə tabe edəsən. İnsan təlimlə tam dərk edir ki, əxlaq norması ən
rasional həyat üsuludur və onu pozmaq bu dünyada onun üçün və
cəmiyyət üçün nə ilə nəticələnə bilər.
3. Təlimdə insanlar əxlaqın bütün ictimai təşkil sistemində,
müqavilələrdə, konstitusiyada, qanunlarda, davranışlarda necə əks
etdirildiyini öyrənirlər.
Təlimin vəzifəsi budur ki, insan həyatda seçim qarşısında qaldıqda,
məhz əxlaqi variantı özü könüllü dərk edərək, ən optimal, ən düzgün
və zərurət kimi seçsin.
227
Rasional insanın hazırlanması üç istiqamətdən, yəni həm materialist,
həm idealist mövqeyindən, həm də əxlaqın nəzərə alınmasına, nəzarət -
yönəltmə vasitəsilə birlikdə aparılır.
Birinci istiqamət – maddi - real gerçəkliyin rasionallığının və deməli,
əxlaqiliyin əldə edilməsi ilə. Bu necə əldə edilə bilər?
A) cəmiyyətin ictimai, sosial, ekoloji, iqtisadi strukturunun rasional
layihələndirilməsi və qurulması. Rasional funksiyaların qəbulu.
B) fəaliyyət üçün yeni rasional iqtisadi, sosial, idarəetmə
prinsiplərinin qəbulu.
C) cəmyyət işlərində - qanun və qərar hazırlanması - qəbulunda hər bir
insanın iştirak etmək imkanı və arzu edənlərin iştirakının təmini.
Bunun üçün lazımi sistemin yaradılması.
D) qanun və qərarlar üçün kriteriyaların, standartların qəbulu.
İkinci istiqamət - İdeyaların səmərələşdirilməsi -dəyişdirilməsi, yəni
yenidən tərbiyə vasitəsilə, daha dəqiqi, obyektiv fəlsəfi baxışları,
dünyagörüşləri, əxlaqi normaları formalaşdırıb insanlara öyrətməklə.
Üçüncü istiqamət – əxlaqın nəzərə alınmasına (icrasına) nəzarət –
yönəltmə sistemi ilə edilir. Bu sistem əxlaq pozanları aşkar etməklə,
onları yenidən spesifik sahə üzrə təlim-tərbiyə, əmək, bilik və
bacarıqlar, peşə, qabiliyyət öyrətmək, prokuror, polis və məhkəmə
elementlərini daxil edir. Burada tamamilə yeni prinsip var. Nəzarətin
məqsədi insanı əxlaq və qanunu pozmağa qədər gözləyərək, onu
cəzalandırmaq deyil - bu halda insan düzəlmir, daha da pisləşir - məhz
son həddə qədər gözləmədən insanı dəyişdirib cəmiyyəti razı salacaq
dərəcədə kamil adam etməkdir. Buna, habelə birinci istiqamət- maddi
ictimai sistemin təkmilləşdirilməsi zəruri olaraq kömək edir.
Rasional insan təlimi ibarətdir:
1) Ümumi elmi savadlılıqın əldə edilməsi: Riyaziyyat , Fizika, Kimya ,
Biologiya , Tarix, İnsan anatomiyası və fiziologiyası; cəmiyyət və
insan arasında öhdəçilik və münasibətləri, düzgün qidalanma,
sanitariya - gigiyena təlimi, idman təlimi, düşünmə, ünsüyyət
qaydaları, yaradıcılıq metodları və əl və ekstrasens qabiliyyətlərinin
inkişafı, mədəniyyətin öyrədilməsi.
2) Xüsusi peşə biliklərinin və təcrübəsinin təlimi: həkim, mühəndis,
konstruktor, iqtisadçı, musiqi, rəssam, rəqs, futuroloji biliklərin təlimi
və s.
Lakin rasional cəmiyyətdə təlim bununla qurtarmır. İnsanlar ölənə
qədər həyatı boyu təlim – tərbiyə ilə əhatə olunurlar. Bu təlim 1) həm
əxlaq, qanun və qərarların öyrədilməsi, 2) həm yeni biliklərin,
qabiliyyətlərin, mədəniyyətin, bədii bilik qabiliyyətlərinin, həm həyat,
228
ekoloji, biznes, hüquq, turizm və s. öyrədilməsini əhatə edir. Bunun
üçün əlavə məktəblər, mədəniyyət evləri, klublar tikilir.
Rasional insanın yetişdirilməsi onu yetişdirəcək adamın
tərbiyəsindən - hazırlanmasından başlayır. İnsan ailədə meydana gəlir,
onu qadın doğur və qadının xüsusi instiktiv xasiyyətinə görə yalnız
qadın uşağın qayğısını çəkir və onu tərbiyə edir. Qadın ona ilk
davranış qaydalarını öyrədir, böyüdükcə tərbiyəni davam etdirir və nə
bilirsə, hamısını uşağın beyninə yığır. Demək, uşaq ailədə qadının
məhsuludur, ondan gördükləini, eşitdiyini mənimsəyir.
Beləliklə, insan yetişdirmək üçün rasional cəmiyyətdə əvvəl qadını
yetişdirmək lazımdır. Bu qadın intellektual, əxlaq və etik qaydalarını
bilən, rasional tərbiyə metodunu bilən, ailədə davranış və üzvlərlə
münasibət qaydalarını, hüquqları, qadınlıq funksiyasını icra edə bilən,
ailəni dağılmadan qoruyub saxlaya bilən olmalıdır. Qadından sonra
məktəb və ictimai mühit tərbiyəçi rolunu oynayır.
Aşağıdakı qadının hazırlanması proqramı məsləhət görülür:
- ümumi orta təhsil
- orta məktəbdə tərbiyəçi müəllim təlim dərsləri ,
- evdarlıq işləri dərsləri,
- tərbiyə və təlimdə pedaqogika dərsləri ,
- əxlaq və etika, xüsusi etiket qaydaları, bütün yerlərdə davranış
qaydaları təlimi,
- cəmiyyətin quruluşu və qanunları və nəzarət sistemi təlimi,
- ailə və onun saxlanması adlı ictimai institutlar yaradılır və qızlar
ərə getməzdən əvvəl (habelə oğlanlar) burada təlim keçirlər. Ailə
qurmağa səlahiyyətlilik haqda sertifikat alırlar. Burada : hər adam
üçün spesifik yoldaş seçmək və ailə qurmaq haqda metod, tibbi ,
xarakter, dəyərlər haqda məlumatlar, tərbiyəsi, əxlaqı, məqsədləri,
qanunlar-məsuliyyətlər, hansı xarakterli kişi ilə uyğunluq təyini
haqda qiymətləndirmələri göstərilir (imtahan və yoxlamadan
sonra),
- insanlar arası düzgün ünsiyyət təlimi
Dostları ilə paylaş: |