MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

      
Real  gerçəkliyin  analizi  göstərir  ki,  beynəlxalq  sistemdə  bir 
tərəfdən  xalqlar  sülhün  və  qanunçuluğun  tərəfdarlarıdır  və  sülh 
şəraitində  yaşamaq,  işləmək  istəyirlər,  digər  tərəfdən  onların  öz 
dövlətləri  ya  hegemon,  ya  şeytan,  ya  kukla,  ya  barışdırıcı, 
ya”görməyən”,  ya  ilham  verici,  jandarm,  çombaq  vuran,  bəhanə 

 
69 
yaradan,  qapı  iti,  ara  qarışdıran,  yalandan  özünü  yazıq  göstərən, 
günahları bağışlayıcı keşiş  rolunda bu sülhü pozurlar. Dövlətlərin öz 
daxilində isə  dövlət ya istismarçı, ya effektiv idarə edən, ya  rüşvətxor, 
ya  xalqı  qoruyan,  ya  qayğı  göstərən,  ya  despot  rollarından  birini,  ya 
hamısını  müəyyən  meylin  üstünlüyü  proporsiyasında  oynayırlar.  Bir 
tərəfdən sülhü qorumaq üçün BMT yaradırlar, müqavilələr bağlayırlar, 
digər  tərəfdən  böyüklər  kiçik  xalqlar  arasında  konflikt  yaradaraq, 
onları  öz  idarəsi  altında  saxlayırlar.  Konflikt  üçünsə  bütün  keçmiş 
hesablar, qəsblər, nationalizm, mədəni  və dini fərqlər daim bəhanədir. 
Və  hər  bir  iştirakçı  bu  sülhün  pozulmasından  öz  xeyir  payını  alır.  Bu 
sanki  meşədə  şirin  bir  heyvanı  parçalamağına  oxşayır;  o  yeyib 
doyandan  sonra  başqa  heyvanlar    güclərinə,  cəldliyinə  görə  gəlib  bir 
pay alırlar. Bir nəticə  çıxır ki, belə olmaz, yeni  struktur, yeni baxışlar 
yeni sistem qurmaq lazımdır.
  
     Çıxış yolu, ən yaxşı həll.  
 
 Son  ideyalar  təklif  edir  ki,  bəşər  sistemi  bir  ailə  formasında  planetar 
sivilizasiya formasına keçməlidir. Bu əlbəttə çox yaxşı olardı. Lakin bu 
hala  keçməkdən  əvvəl    bəşəriyyət  bir  stadiyadan  da  keçməlidir.  Yəni 
bəşəriyyət  müxtəlif    böyük  regional  avtonom    ailələr  formasına 
düşməlidir,  harda  ki  bir-  birini  eşitmək,  vahid  strategiyaya  xidmət 
etmək, vahid dəyərləri bölüşmək və s. olmalıdır. Hər regional avtonom 
blok  birliyində  isə  hər  bir  üzvün  öz  avtonom  toxunulmaz  sferası 
olmalıdır.  Bu  sfera  həmin  ərazi  və  cəmiyyət  üçün  optimal  mədəni 
əlamətlər,  düşüncə,  əxlaq  ola  bilər.    Bu  böyük  bloklar  yalnız  bərabər 
gücdə  təşkil  edilməlidir.  Məhz  bu  amil  dünyada  ədaləti,  bərabərliyi, 
sülhü  təmin  edə  bilər.  Bu  aksioma  qarışqa  və  arı  ailələrinin  də 
davranışlarından  çıxır,  onlarda  hamı  bərabər  gücdə  olduğu  üçün  sülh 
və  harmoniya  hökm  sürür.  İnsan  cəmiyyətində  isə  güclər  müxtəlif 
olduğu üçün bu bərabər gücləri ağıl vasitəsilə insan özü yaratmalıdır-
bərabər güclü bloklar formasında.  
      Yeri  gəlmişkən  deməliyəm  ki,  dünyanın  da  bir  sinqulyar  şardan 
əmələ gəlməsi də şübhəlidir, çünki nəinki əmələ gələ bilməzdi, heç bir 
an  da  dayanıqlı  qala  bilməzdi.  Çox  ehtimal  ki,  burada  müxtəlif 
yerlərdə  eyni  zamanda  olmayan  fasiləsiz  sinqulyarlığın  yaranması  və 
yeni dünyaların (qalaktikaların) yaranması baş vermişdir. Və bu proses 
davam 
edir. 
Hədsiz 
böyük  əraziyə  yayılmış  çoxluq  bir 
sinqulyarlığın(şarın), oxşar olaraq vahid bir ailənin (çoxluğun) yarana 
bilməyəcəyini,  yəni  belə  ailənin  dayanıqlı  ola  bilməyəcəyini 
proqnozunu verir. Məsələn EU- nun, Natonun genişlənmə strategiyası, 
hansı  ki  UN-i  əvəz  etməyə  çalışır,  uğursuzluğa  məhkumdur,  o 

 
70 
dayanıqlı ola bilməz. Yer kürəsində tam bərabərlərdən ibarət ( 200 üzv 
dövlətdən  ibarət)  ailə  ola  bilməz,  belə  bərabərlər  (  potensiallarına, 
inkişaf  və  idarə  qabiliyyətlərinə  görə)  çünki  yarana  bilməz.  Kağızda 
yazılmış  bərabər  hüquqlar  (beynəlxalq  müqavilələr,  BMT 
nizamnaməsi, lap elə dövlətlərin daxili konstitusiyaları) isə sadəcə baş 
aldatmadır. Bərabərlər (hüquqda)  yalnız potensialları bərabər olduqda 
ola  bilər.  Digər  tərəfdən  ailədə  tamamilə  statuslar,  yerlər,  böyüklər, 
kiçiklər, zəruri hörmət edilməli sayılmalı adamlar,  qayğı göstərilməli, 
kömək  edilməli  adamlar  vardır.  Bəşəriyyətin  ailə  prinsipi  ilə  təşkil 
olunması  ,  şübhəsiz,  daha  optimaldır  və  sübut  olunmuş  variantdır, 
nəinki  hamını  bərabər  hesab  etməklə  birləşmiş  və  hərə  öz  başın 
saxlasın prinsipilə işləyən birlik(UN), hansı ki utopik səslənir. Məgər 
biz  yaxşı  ailələrin  ağılla  tam  öz  imkanlarını  başa  düşməsi,  qarşılıqlı 
kömək  və  qayğı,  əməkdaşlıqla,  hörmətlə  gələcyə  doğru  inamla 
getməsini görmürük? 
       Bəli,  bəşəriyyətin  növbəti  inkişaf  stadiyası  avtonom,  nisbətən 
bərabər  güclü  ailələrin-  birliklərin  (regionun  müxtəlif  millət,  etnik 
qrup,  xalqlarının)  formalaşmasıdır.  Bu  mərhələ  başa  çatandan  sonra 
onların böyük birliyi-yeni bloklar birliyi sülhü daha ciddi qoruyacağını 
ehtimal  etmək  olar.    Böyük  problemlərin  mənbəyi  məhz  bu  avtonom 
birliklərdədir. Bu təbii  bəşər sistemi struktutunun yaranması prosesinə 
ağıl  qatmaq  və  onu  rasionallaşdırmaq,  sürətləndirmək,  şüurları  xeyli 
dəyişmək  və  genişləndirmək  lazımdır.    Bu  region  təhlükəsizlik  və 
əməkdaşlıq  birliklərində  hamı-  hər  bir  ölkə  öz  məsuliyyətini  və 
vəzifələrini eyni cürə anlamır, bəziləri- təkcə şəxsi məqsədlər qoymağa 
çalışaraq  bununla  tələyə  düşür  və  blokda  ümumi  harmoniyanı  pozur 
satqına  və  dələduza  çevrilir,  tez  xarici  təsir  altına  düşərək  bloka 
xəyanət edir. 
        Hazırda  Bəşər  sistemində  ali  hegemon-  ABŞ    belə  bir  baxışı 
həyata keçirir ki, yalnız o hakim olmalıdır. Hamı ona qulluq etməlidir, 
amerikan  həyat  tərzini  hamı  qəbul  etməlidir.  Belə  bir  fikrə  bəşəriyyət 
gülür,  bunu  axmaqlıq    sayır,  əsasları,  rasionalizmə  uyğun  olmadığını   
aşkar  edir.    Hamı  amerikan  -  konsumerist  həyat  tərzi  ilə  yaşasa, 
yaratdığından çox istifadə etsəydi,  təbii ehtiyatlar çoxdan qurtarmışdı, 
təbiət  dağılmışdı,  bəşəriyyət  vəhşiləşmişdi, dünya dərin böhran içində 
idi.  Şükr  etmək  lazımdır  ki,  yer  kürəsində  hələ  ağıllı  zonalar 
qalmışdır.  Lazımdır  ki,  ABŞ  cəmiyyəti  özü  bəşəriyyətin  yaratdığı 
nümunələri öyrənsin, özü dəyişsin, başqa –rasional həyat tərzi seçsin. 
Hazırda  yer  planetində  tək  qlobal  hegemonun  diktatı  deyil,  çox 
hegemonun  öz  bloku  ilə  yaşamasını  qəbul  etmək  daha  məntiqidir  və 
əsaslıdır. Bunu bütün inkişaf etmiş ölkələrin siyasətçiləri, hökumətləri 

 
71 
anlamalıdırlar.      Bu  prinsipə  görə  də  yeni    bəşəri  birlik  BMT    deyil, 
Birləşmiş    milli  dövlət  ailələri  birliyi,  yaxud  birləşmiş  avtonom 
regionlar birliyi yaranması zəruridir. 
 Konfliktlər  və  gələcəyə  təhlükənin  səbəbləri  nədir?Cavab.  Blokda, 
birlikdə  öz  yerində  könüllü  durmamaq,  artıq,  yuxarı  yer  istəmək, 
özünü ağıllı hiyləgər sayıb  yuxarı başa keçmək,  yazıq  göstərib özünə 
qayğı  yönəltmək  torpaq  və  s.  almaq.  Gələcəyi  düşünmədən  israfçılıq 
etmək  daha  çox  hədsiz  consumerizm;  nə  istəyirəm,  edirəm-  hədlərsiz 
liberalizm  və  s.  kapitalist  dəyərlərinə  -varlanmaq,  əxlaqı  pozmaq  -
aludəçilik  və  onların  səhv  olduğunu,  dünyanın  sonuna  gətirəcəyini 
görməmək. 
     Ciddi  trendlərdən  biri  də  formalaşmış  blokların,  məsələn  Nato, 
Rusiya  biri  -birini  məhv  etmək,  dağıtmaq  istiqamətində  fəaliyyətidir. 
Onlar  paz  rolunu  oynayaraq  hər  hansı  bir  nişana  aldıqları  blokun 
daxilində bir ölkəni ələ alaraq ondan bu birliyi dağıtmaq üçün istifadə 
edir. Həmin blokların daxilindəki həmin nişan qoyulmuş  dövlətlər isə 
öz rolunu və dünya strukturunu təhlükəsizlik prinsiplərini anlamayaraq 
dağıdıcı kökəyə aldanır və tələyə düşür, əbədi müharibələrə , konfliktə 
cəlb  olunur.  Dünya  siyasətinin  əsas  mahiyyətini  də  elə  bu  fəaliyyət 
təşkil edir. Məsələn, Qafqazfda nə baş  verir?  Amerikan  ssenaraisinə 
uyğun  olaraq  təşkil  edilmiş  fəaliyyət  nəticəsində  SSRİ-ni  dağıtmaq 
üçün  düzgün  moment  seçildi  və  bu  həyata  keçirildi.  lakin  ssenari 
nəinki  dağıtmaq  habelə  ayrılan  ölkələri  öz  tərəfinə  çəkməyi  də 
planlaşdırmışdı  və  bu  fəaliyyəti  xəlvət  və  aşkar  edirdi.    Nəticədə 
Qafqazda üç respublika Ermənistan, Gürcüstan, Azərbaycan iki blokun 
Rusiya  və  ABŞ-Nato  blokunun  bölüşmə  obyektinə  çevrildi.  Hər  bir 
hegemon    paz  rolunu  oynayaraq  bu  respublikalar  arasına  və  daxilinə 
soxuldular  və  öz  çirkin  dağıdıcı  rollarının  nəticəsində  müharibə, 
qəsbkarlıq,  xalqların  bir-birinə  düşmən  olması  baş  verdi.  Sovet 
hökuməti milli məsələləri çox yaxşı həll etmişdi, heç bir düşmənçilik 
yox  idi.  Bu  məsələdə  həmin  dövlətlərin  özləri  də  anlamadan,  xarici 
kəşviyyat  tərəfindən  öz  satın  alınmış,  privilegiyalar  qazanmış 
rəhbərləri  tərəfindən  böyük  səhv  istiqamətdə  çalışdılar,  bu  rəhbərlər  
hakimiyyətə gəlmək və qalmaq üçün – öz xalqlarını bəlaya saldılar. Bu 
hakimiyyət  postları  onlar  üçün  kökə  idi,  hansı  ki  Rusiya  və  ABŞ  öz 
seçdikləri  qurbanlara  uzatmışdılar,  anlamayanda    isə  kötəklər 
vurulurdu.  Bu  səbəbə  (öz  rolunu  anlamamağa)  görə  məhz 
Azərbaycanın 20% ərazisi erməni -  rus birgə qoşunları ilə işğal edilib 
Ermənistana verildi. Gürcüstanda Osetiya və Abxaziyanın ayrılmasına 
(2008,  Avqust)  Rusiya  tərəfdən  kömək  edildi.  Nəticədə  elə  bir 
konstruksiya  yaradıldı  ki,  heç  vaxt  Azərbaycan,  Gürcüstan  və 

 
72 
Ermənistan  Natoya girə bilməz. Demək, burada günahkarlar kimdir? – 
yenə  də  həmin  respublikaların  özləri  -  öz    ağılsız  həyatı  anlamayan, 
satqın rəhbərləri. Həmin rəhbərlər məhz xarici bu iki zidd ABŞ və ya  
Rusiya  tərəfindən  hakimiyyətə  gətirilib  və  hakimiyyətdə  saxlanılır. 
Seçkilərin  burada  rolu  yoxdur,  o  yalnız  formal  vasitədir.  Həmin 
respublikalar  elə  92  il  əvvəl  də(1918-22  illər)  eyni  səhvi  etdilər  və 
müəyyən kötək yeyəndən, kökə alandan sonra və torpaqları necə gəldi 
bölünəndən  (Ermənitana  Azərbaycan  və  Gürcüstan  torpaqlarından 
kəsib verəndən) sonra 1922 ildə Rusiyanın tabeliyinə məcburi keçdilər. 
      Həmin  iki  dəfə  buraxılmış  səhv  nə  idi?  Bu  səhv  bəşər  sisteminin 
konstruksiyasını anlamamaq və onun verdiyi çox effektiv imkanlardan 
faydalanmamaq  idi.  Başqa  sözlə,  yuxarıda  göstərdiyim  kimi  bəşər 
sistemi avtonom təhlükəsizlik -əməkdaşlıq birliklərinə malik olmalıdır 
və  belə  nümunələr  vardır  və  belə  daha  rasionaldır,  təbii  olaraq  da 
dünya  bu  istiqamətdə  inkişaf  etmişdir.  Bunu  bəzi  rəhbərlər    tez 
anlamış, bəziləri anlamamış və nadan qalmışlar, xalqların başına bəla 
açmışlar,  ərazilərinin  itirlməsinə  səbəb  olmuşlar.  Bizim  rasional  təbii  
ierarxik  güclü  - zəif  elementlərdən (ölkələrdən)  olan sistemimiz tələb 
edirdi  ki,    Rusiya    daha  ağıllı  olub  Amerikan  ssenaraisinə  uymasın, 
ağlını  əldən  verməsin  (demoralizasiya  və  idarə  qabiliyyətsizliyi, 
gələcək düşüncənin itirliməsi), yeni bilik və şüur səviyyəsinin tələbinə 
uyğun  olaraq  ağıllı  yeni    İttifaq  müqaviləsi  təklif  etsin  və  SSRİ  -  ni 
saxlasın, onu indiki  EU kimi  daha kamil  bir birliyə  çevirsin.  Lakin  o 
bunu  anlamadı  və  zorakılıqla  konfliktləri  ssenari  üzrə  qızışdırdı  və 
bununla  Qafqaz  dövlətlərini  öz  təsiri  altında  könüllü  deyil,  zorla 
saxlamağa çalışdı.  
      Həmin  Qafqaz  dövlətləri  də  sərhəddə  yerləşdikləri  Rusiyanın 
əleyhinə Nato ilə birləşmək üçün  xəlvətcə qərarı verdilər, ictimai fikir 
yaratdılar, halbuki bunu daxili təhlükəsizlik blok məntiqi icazə vermir. 
Onlar yalnız Rusiya əleyhinə olmayan davranış seçsəydilər, Rusiyanın 
gizli əli ilə heç bir konflikt qızışıb həddi aşmazdı - müharibə və qəsblər 
olmazdı.    Rusiyanın  yerinə  başqa  hegemon  dövlət  olsaydı,  o  da  belə 
edəcəkdi.  Eyni  hadisələri  Amerika qitəsinə  köçürsək görərik ki,  məhz 
ABŞ  da  öz  sərhəddində  düşmən  qüvvələrinin  yerləşməsinə  imkan 
verməzdi  və  elə  belə  oxşar  davranışlar  seçərdi.  Kubaya  ona  görə 
dözürdü  ki,  orada  Sovet  atom  sualtı  qayıqlarının  bazası  və  nüvə 
raketləri yerləşdirilmişdi. 
       3  Qafqaz  respublikasının  Rusiya  blokundan  tək-  tək  xilas  olması 
perspektivi  yoxdur,  onlar  yalnız  bunu  birlikdə  edə  bilərlər,    çox 
uzaqlaşmamaq və Natoya girməmək şərtilə. Lakin bu şüur hələ onlarda 
yetişməmişdir.  Nə  üçün  Ermənistana  Azərbaycan  torpaqlarını  tutmaq 

 
73 
lazımdır?  Burada  obyektiv  tələbat  və  ehtiyac  yoxdur.  Ağıllı  adamın, 
ağıllı millətin ağlına belə fikirlər gəlməz.Heç Ermənistanda yaşayan 2, 
5  milyonluq  bir  xalq  öz  ərazisindən  istifadə  etmir,  emiqrasiya  etməyi 
üstün  tutur,  sadəcə  Rusiya  bir  qrup  nationalist  erməninin    qulağını 
doldurmuş  və  başqa  ərazisini  tutmağa  (onların  keçmiş  bir  dövrdə  
səhvən  qəbul  etdikləri  arzularını)  həvəsləndirmiş  və  kömək  etmişdir. 
Nə  olsun?  Bundan  Ermənistan  əhalisinə  nə  fayda  olmuşdur?.  Heç  bir 
fayda,  torpaqlar  becərilmir,  boş  qalmışdır.    Müasir  dövrdə  torpaq 
işğalları  tamamilə  böyük  dinc  biznesin,  azad  ticarətin,  istismarın  və 
yaşayış  yerinin  seçilməsi  imkanları  fonunda  gülünc  görsənir.  
Ermənistan  Rusiyanın  köməyilə  qəsbkarlıq  etməsydi,  əslində  o  
qurmaq  istədiyi  böyük  Ermənistanı  əldə  etmişdi.  Təsəvvür  edin  ki 
Azərbaycanın  50%  neft  və  qaz  gəlirləri  ermənilərə  çatacaqdı,  onlar 
bütün  biznesləri  əllərinə  alacaqdı,  Azərbaycanı  onlar  idarə  edəcəkdi,  
Sovet dövründə də bu əsasən belə idi, onlar ağılsızlıq edərək bir qrup 
nasionalistin  oyununa  qatılaraq  bu  imkanlardan  özlərini  məhrum 
etdilər,  indi  pul  kanallarından,  varlanmaq  mənbələrindən,  milli 
inkişafdan kənarda qalmışlar. Lakin yenə də bu 3 respublikanın  birgə 
problemlərdən  qurtarmaq  şansları  vardır.  Onlar  konfederasiya  tipli 
ittifaq yaratsalar, torpaq iddialarından əl çəksələr, həm Rusiya, həm  də 
ABŞ imperializminin caynaqlarından birlikdə xilas ola bilərlər. 
       Digər  tərəfdən  nə  üçün  Rusiya  blokundan  qaçıb  Natoya  girmək 
lazımdır?  Bu  da  çox  aldadıcı  və  əsassız  təbliğatın,  beyin  yumağın 
nəticəsidir.    Heç  bir  əsas  yoxdur.  Hər  bir  sərhədlə  qonşu  olan 
təhlükəsizlik  bloku  bu  təşkilatın  təkmilləşməsi  və  möhkəmlənməsi 
qayğısına qalmalıdır, nəinki onu tərk edib düşmən tərəfə keçmək, heç 
bir  şirin  qoğal  qarşısında  bunu  etmək  olmaz.  Və  bunun  əhəmiyyəti 
yoxdur. Şübhəsiz, əks bloklar bunu istəyir və süni olaraq  digər bloku 
zəiflətmək  üçün  belə  şirnikləndirici  şərait  yaradırlar.    Məgər  Rusiya 
daha  cəlb  edici  ,  azad,  əməkdaşlıq  və  təhlükəsizlik  bloku  yarada 
bilməz? Əlbəttə yarada bilər. Güman edirəm ki, artıq o bu istiqamətdə 
işləyir. Yuxarıda göstərdim ki, hər blokun optimal və konkret hədləri, 
çəkisi  var  ki,  ondan  artıq  olsa  (  və  ya  bəzi  parametrləri  az  olsa),  o 
dayanıqlığını itirər. Əlbəttə Natoya, EU-ya da əslində obyektiv olaraq  
Qafqaz  ölkələrini  öz  bloklarına  qatmaq  deyil,  məqsəd  sadəcə 
Rusiyanın  blokunu  zəiflətmək  onu  parçalayıb  məhv  etməkdir.  Bunu 
hər  bir  Qafqaz  respublikası  və  Rusiya  liderləri  başa  düşməlidirlər,  
qurulan  tələyə  düşməməlidirlər  və  optimal    ağıllı  blok  yaratmaq  işini 
sürətləndirməlidirlər. 
      SSRİ  -  nin  dağılmasından  və  super  dövlətlərin  Qafqaz  işlərinə 
qarışması və millətçiliyin artması nəticəsində hansı nəticə alınmışdır?- 

 
74 
Ermənistan bütün  qeyri  -erməni  olanları:  rus və  azərbaycanlıları  etnik 
təmizləmə  apararaq    qovmuş,  xalis  erməni  dövləti  yaratmışdır; 
Gürcüstan    qeyri  -  gürcü    millətlərini-  erməni  və  azərbaycan    etnik 
qruplarını  sıxışdırmış,  onları  cəmiyyətdən  və  dövlət  vəzifələri 
tutmaqdan  məhrum  etmiş,  torpaqlarını  əlindən  alıb  gürcü    bosslarına 
vermiş,  etnik  qrupların  dil  və  mədəniyyətinə,    sosial  -siyasi 
hüquqlarına  təzyiqlər  edir.  Azərbaycanın  Ermənistan  tərəfdən 
Rusiyanın köməyi ilə 20% ərazisi tutulmuş, 1 milyon qaçqınları vardır.
  
     
  Bu  gün  hegemon  dövlətlər  ölkə  rəhbərlərini  ələ  alaraq  və  səhv 
dəyərlər  ona  sırıyaraq,  ölkənin  inkişafını  sual  altına  almışlar  və 
Azərbaycandan neft, qaz (artıq ildə 40- 50 milyon ton neft və 40 Mlrd 
kub  metr  qaz)  sağırlar.  Bu  da  yenə  də  yer  ekologiyasının 
koprlanmasına,  parnik  effektinin  artmasına,  ölkə  təbiətinin,  dənizin 
çirklənməsinə  gətirir,  dəniz  faunası-  balıqlar,  yosunlar  xeyli  dərəcədə 
məhv  olur.  Azərbaycana  optimal  olaraq  25  Milyon  ton  ildə  neft 
çıxarmaq kifayətdir. Qoy dünya istehlakını azaltsın, bir ailəyə 1 maşın 
saxlasın,  daha  çox  ictimai  nəqliyyatdan  istifadə  etsin,  az  maşın 
istehlsal etsin.  Onsuz da bu neft pulundan insanlar şəxsən heç bir xeyir 
almırlar, hakim məmurlardan başqa. 
      Ölkənin qərar qəbulu sistemi: parlament, prezident idarəsi və onun 
əlində saxladığı hökumət, bütün regionlar, şəhərlər və kəndlərin idarəsi 
neft pullarını ağılla səmərəli və daha faydalı xərcləməyə yaramır. Neft 
ölkə  əhalisinin  həyatını  yaxşılaşdırmır,  ondan  gələn  valyuta  mənasız 
xərclənir,  həkimin  və  müəllimin  maaşı  100-150  manat  arasındadır, 
işsizlik və kasıblıq yüksək həddədir, səhiyyə, təhsil pulsuz elan edilsə 
də  faktiki  olaraq  o  pulludur  və  əksər  insanlara  əlçatan  deyil.    Bu 
nəticələr,  şübhəsiz,  həmin  dövlətlərin  hökumətlərinin  qanunları  və 
idarəsi  nəticəsidr  və  daxili  narazılıqların  mənbəsidir.  Dövlət 
rəsmilərinin  hamısı  öz  xalqlarının  əsil  mənafeləri  ziddinə  fəaliyyət 
göstərmiş, bununla şəxsi  hakimiyyətə gəlmək məsələsini həll etmişlər.  
 
 3.3  Qafqaz respublikaları üçün ən optimal ssenari    
  
     Bu  ölkələr  problemlərini  necə  həll  edə  bilərlər?        Bu  hökumət 
olmasın,  başqası  olsun,  hamısı  eyni  səhv  qurulmuş  maşını  idarə  edir 
hansı ki müxalifət  moment gözləyir ki, dövlət maşınına sahib olsun və 
öz varlanma, və siyasi mənafelərini həyata keçirsin, cəmiyyəti istismar 
etsin. Bunların heç birinə xalqın mənafeyi, ədalətli idarə, inkişaf lazım 
deyil,  təkcə  öz  klan  mənafeləri  onları  maraqlandırır.    Düşünürəm  ki, 
həmin  xalqlar  bu  məsələni  həll  etmək  üçün  siyasi  partiyaları    baykot 
etməli,  sosial  demokratiya,  xalq  intellektual  və  zəhmetkəşlərin 

 
75 
hərəkatını  yaratmalı;  seçkilər vasitəsilə   hakimiyyəti  ələ almalı,  bütün 
şər qüvvələri postlardan çıxarmalıdrlar.  Ondan sonra ədalətli effektiv 
konstitusiya  yaza  və  idarə  qura  bilərlər,  konferderasiya    qura  bilərlər, 
xarici  hegemonlardan  imtina  etməli,  milli  problem  yaradan 
davranışlara son qoymalı, səhvləri düzəltməlidirlər.  
     Bu  dövlətlərin  rəhbərləri  bu  gün  də  öz  ağaları  (USA  və  Rusiya  ) 
tərəfindən  müdafiə  olunur,  onların  dəyişilməsinə,  xalqın  oyanmasına 
və  səhvləri  anlamasına,  digər  alternativ  yol  seçməsinə  ciddi  şəkildə 
həm  ABŞ  və  Rusiya,  həm  həmin  dövlət  rəhbərləri  tərəfindən  mane 
olunur.  Bu  dövlətlərdə  tarixin  obyektiv  analizi  və  strategiyaların 
yaradılması    institutlarda  ciddi  şəkildə  qadağandır,  çünki  məhz  azad 
elmi  təhlil  nadanlıqları  tez  aşkara  çıxara  bilərdi.  Mən  AMEA-nın 
institutunda Azərbaycanın gələcəyi və inkişaf strategiyasının qurulması 
adlı elmi iş hazırlamaq üçün imkan verilməsini xahiş etdikdə mənə bu 
mövzu prezidentin səlahiyyətindədir dedilər. 
      Hələ Qafqazda heç bir hakimiyyətə  gələn sinif, yaxud qrup xalqın 
müdafiəsini  almamışdır.  Bu  proses  yalnız  saxtakarlığın  nəticəsi 
olmuşdur.    Əgər  indiki  liderlər    bir  ideya  ilə  həmin  postlarda 
oturmuşlarsa, başqaları - müxalifət başqa ideya ilə bu maşını tutmağa 
çalışır. Məqsəd hansı ideyanın olması deyil, məqsəd insanlara   maraqlı 
görsənən  ideyalar,  vasitələr  tapıb  onları  aldatmaqdır  ki,  postları 
tutandan  sonra  hər  şey  yaddan  çıxır  və  onlar  dövlət  maşınını  istismar 
etməyə başlayırlar. Bu maşın isə  varlanmaq və hakimiyyət üçün xeyli 
imkanlar  verir.  Digər  tərəfdən  lap  elə  xalqın  səsi  ilə  gələn  də    öz 
diktaturasını qurmuş, xalqın sözünü, səsini eşitməkdən imtina etmişdir, 
onu  sadəcə  aldatmışdır.  Bəşər  xalqlarının  ümumiyyətlə  heç  birinə 
hansısa  klanın  hakimiyyətə  gəlməsi  maraqlı  və  faydalı  deyil,  onlar 
normal  həyat,  iş,  mədəni  imkanlar  istəyirlər.  Ona  görə  də  onlara  bir 
başa idarə və qanun vericilkidə iştirak etməyə imkan vermək lazımdır. 
        Seçkilərin,  partiyaların  parlamentlərin  ,  deputatların,  tək  hakim 
postlarının-  prezident,  baş  nazir,  nazir,    yaxın  gələcəkdə    səhnədən 
getməsi  gözlənilir.  Artıq  onlar  yeni  rasional    sivilizasiya  ilə  ziddiyyət 
təşkil edirlər, onlar çoxlu problemlər yaradırlar, insanları kasıblaşdırır, 
istismar edirlər,  məsələlərini rasional həll etməyə qabil deyillər. 
 
Gürcüstan üçün optimal strategiya
 Gürcüstan    tamamilə  NATO-dan  əl  çəkməli  və  Rusiya  ilə  bir  bloka 
qoşulmalıdır.  Öz  təhlükəsizliyini  də  Rusiya  vasitəsllə  qorumalıdır. 
Federativ  dövlət  qurmalıdır  ki,  oraya  Abxaziya,  Cənubi  Osetiya  və 
Erməni və Azərbaycan vilayətləri yaradılmaqla və qalan ərazidə Gürcü 
respublikası bərabər hüquqlarla daxil olsunlar. Prezident vəzifəsi ləğv 

 
76 
olunmalı,    koalision  dövlət  qurulmalıdır,  hökumətdə  və  bütün  idarə 
strukturunda    hər  xalqın  nümayəndəsi  proporsional  sayına  uyğun 
olaraq  təmsil  olunsun.  Bunun  üçün  mövcud  olan  Gürcü  dilini  bilmək 
tələbi ləğv olunmalıdır.  
 
Ermənistan üçün optimal strategiya
 Ermənistan  ABŞ  və  qərb  siyasətçiləri  və  Rusiya  millətçiləri  üçün 
regionda  sülhü  pozmaq,  Türkiyəyə  təzyiq  etmək  ,  NATO    ya  qarşı 
durmaq  üçün  yaxşı  alət  rolunu    oynamışdır.    Bundan  xalq  nə 
qazanmışdır?  Heç  nə.  Azərbaycandan  işğal  etdiyi  torpaqlarda  heç  bir 
təsərüfat  fəliyyətilə  məşğul  ola  bilmir,  əhali  güclü  miqrasiya  edir. 
Ermənistana  ən  düzgün  yol  işğal  etdiyi  əraziləri  qaytarmaq,  daha  sıx 
əməkdaşlıq  haqda  müqavilə  bağlamaq,  düşmənçiliyə  son  qoymaq, 
qalan  2    qafqaz  respublikası  -Azərbaycan,  Gürcüstan  ilə  bir  ittifaq 
müqaviləsi  bağlaması  və  bu  müqavilədə  hər  bir  ölkənin  ərazisində  
sərbəst  hər  millətin  yaşamasına,  iqtisadi  biznes  qurmasına  icazə  əks 
olunmasıdır.  Bu  ölkələri  əlaqələndirən  ümumi  iqtisadi  layihələr, 
müəsisələr  tikmək,  bank  və  investisiya  məsələlərini  birgə  həll  etmək 
daha faydalıdır. Ölkədə demokratiya maksimum həddə qaldırılmalı və 
xalqın  idarədə  və  qanunvericilkidə  iştirakına  azad  imkanlar 
verilməlidir.  Bu  kitabda  təsvir  edilən  rasional  cəmiyyət  –  kollektiv 
qanunvericilik və idarəsini və iqtisadi sistemini seçmək lazımdır. 
 
Azərbaycan üçün ən yaxşı strategiya.  
Azərbaycan  rəhbərliyi  1988-ci  ildən  başlayaraq  xeyli  səhvlərə  yol 
vermiş  və  ölkə  işğal  altına  düşmüşdür,  1  milyon  qaçqın  yaranmıdır. 
Səbəb  ictimai  iqtisadi  sistemin  və  idarə  sisteminin  yararsız  olması 
olmuşdur. Bu səhvləri anlayaraq ölkə ictimai iqtisadi sistemini təshih 
etməlidir.  1988-1993  illərdə  demokratiyanın  bəzi  elementləri  tətbiq 
edilmiş, lakin bu xaosa və anarxiyaya səbəb olmuşdur. Sonrakı dövrdə 
Əliyevin  gəlişi  ilə  daha  etibarlı  və  sınaqdan  çıxmış  şəxsi  diktatura 
rejimi  qurulmuşdur  ki,  bu  da  asayişi  təmin  edir,  lakin  idarə  və 
qanunları daha çox ağılsız, yarıtmaz, səmərəsiz edir, çünki bir nəfərin 
ağlı,  baxışları,  bilikləri  nəticəsidir.  Azərbaycan  gələcəyə  uğurla 
getməsi  üçün  daha  çox  insanın  qanunvericilik  və  idarədə  şəhər  və 
qəsəbə,  kəndlərin  bilavasitə  öz  əhalisinin  iştirakı  ilə  olan  idarə 
sisteminə  keçməlidir.  Bunun  üçün  ən  yaxşı  metod  mənim  təklif 
etdiyim rasional cəmiyyət qanun və idarə və iqtisadi sistemidir
       Hazırda  bütün  vəzifələr  təkbaşçılığa  əsaslanır  və  hər  bir  diktator 
məmur ağlı çatdığı səviyyədə idarə edir, xeyli özbaşınalıqlara yol verir, 
cəmiyyətdən  gələn  fikirləri  eşitmir.  Ölkədə  təkbaşçılığın  əsası  olan 

 
77 
prezident  hakimiyyəti  ləğv  olunmalı,  kollektiv  idarəyə  keçilməlidir. 
Bütün  hökumət  parlamentə  və  bilavasitə  xalqın  ictimai  təşkilatlarına 
hesabat  verməlidir,  tənqidə  cavab  verməli,  öz  davranışlarını  elmi 
üsullarla elm və cəmiyyət qarşısında  əsaslandırmalıdır, ictimai təşkilat 
etiraz  etdikdə  məsələ  xüsusi  elmi  ictimai  məhkəmələrdə  baxılmalı, 
səhv  idarəyə  son  qoylmalıdır  və  sürətlə  idarə  requlyar  olaraq 
nadanlardan  təmizlənməlidir.  Sosializm  və  kapitalizm  prinsipləri 
birləşdirilməli  daha  çox  (70%  dən  çox)  sosialist  ictimai  mülkiyyəti, 
istehsal və xidmətləri bərpa olunmalıdır və şəxsi biznesdən daha üstün 
müdafiə  olunmalıdır.  Torpaqlar  könüllü  birləşdirilib  kollektiv  idarə 
olunmalıdır. Rasional cəmiyyət prnsiplərinə uyğun olaraq idarədə hamı 
iştirak  etməli  və  qərarlar  elmi  institutlarda  hazırlanmalı  və  qəbul 
olunmalıdır. Azad bazar kapitalizmi dərhal ləğv edilməlidir . Çünki 80 
%  əhali  üçün  bu  ancaq  əzablar,  kasıblıq,  işsizlik,  imkansızlıq 
gətirmişdir.  Qiymətlər:  ərzaq,  geyim,  dərmanlar  -  hamısı  tələb  -təklif 
prinsipilə deyil, maya dəyəri və satış faizi 20% təyini ilə təyin edilməli 
və  dövlət  nəzarətinə  alınmalıdır.  Kapitalizmə  keçid  zamanı  dövlət 
rəhbərliyi  özbaşınalığa  yol  vermiş  və  xalqdan  bunu  istəməklərini 
soruşmamışdır, icazə almamışdır. Xalqa  azad bazar kapitalizmi lazım 
deyil.  Bu  yalnız  20%  əhaliyə  başqalarını  aldatmaq,  istismar  etmək 
hesabına  varlanmağa  imkan  verir.  Qalan  80%  hökmən  kasıb,  ehtiyac 
içində olacaqdır. Bu böyük elmi tədqiqatların nəticəsidir (3). 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin