Nümunə 2: 232 simvollu əlifbada hər simvol yaddaşda neçə bayt yer tutur.
Cavab: 1 simvol yaddaşda 32 bit yer tutur. 32 biti bayta çevirsək: 32/8 = 4bayt onda bir simvol yaddaşda 4 bayt yer tutacaq.
Nümunə 3: 32 simvolu əlifba ilə yazılmış mətində hər bir simvol yaddaşda neçə bit informasiya tutar.
Cavab: 32 = 25 olduğundan, hər bir simvol yaddaşda 5 bit informasiya yer tutar.
Qeyd: kodlaşdırma ilə bağlı məsələlərdə UNICODE standartlarında kodlaşdırma qeyd edilməyibsə və biz avtomatik olaraq ASCİİ standartlarında kodlaşdırma istifadə edəcik. Bölünməyən informasiya vahidi bitdir. Əsas informasiya vahidi baytdır.
n bitlə kodlaşdırıla bilən simvolların sayı: 2n
n bitlə kodlaşdırılan ən böyük ədəd: 2n – 1
n bitlə kodlaşdırılan ən kiçik ədəd: 2n – 1
MÖVZU – 6. AUDİO, VİDEO VƏ QRAFİK TİPLİ İNFORMASİYALARIN KODLAŞDIRILMASI
Audio informasiyanın kodlaşdırılması. Səs siqnalları analoq (kəsilməz) siqnallardır. Analoq səs siqnalını diskret formaya çevirmək üçün səs kartının tərkibinə daxil olan analoq – rəqəmsal çevirici – ARÇ blokundan istifadə olunur. Əks çevirmə isə rəqəmsaldan – analoq çevirici – RAÇ bloku vasitəsi ilə aparılır.
Qeyd: Anoloqdan – rəqəmsala çevirmə modulyasiya, rəqəmsaldan – analoqa çevirmə demodulyasiya adlanır.
Diskretləşmə ilə eyni vaxtda kvantlaşdırma (amplitudun ani qiymətlərinin ölçülməsi və onların rəqəmsal koda çevrilməsi) aparılır. 8 bit kod sözü üçün amplitudun 256, 16 bitdə isə 65536 qradiyasiyası olur.
Müasir kompüterlərdə əsasən 2 cür: 8 bitli və 16 bitli səs kartlarından istifadə olunur. Diskret şəkildə səs əsasən 2 cür keyfiyyətdə olur:
Aşağı – 8 bit və ya 5,5 Kilohers (Khz = 1000 ) tezlikli.
Yüksək – 16 bit və ya 44 Kilohers (Khz = 1000 ) tezlikli. Beləliklə hər hansı səs faylının həcmini hesablamaq üçün bizə onun hansı keyfiyyətdə olması və uzunluğu (saniyə ilə) verilməsi kifayətdir.