İnformasiyanın təqdimatı və kodlaşdırılması Dil və işarələr sistemi Dil informasiyanın təqdimatı vasitəsidir. Dilin təməlində işarələr (səslər, hərflər, jestlər) yığımı durur. İşarələrin qrammatik qaydalara uyğun düzülməsi dilin əsas obyektlərini (sözləri) əmələ gətirir. Sözlərdən cümlə düzəldilməsi qaydasına sintaksis deyilir.
Dillərdən biri də formal dildir. Buraya: say sistemləri, cəbr dili, proqramlaşdırma dilləri və s aiddir. Formal dilin qrammatikası və sintaksisi ciddi qaydalara söykənir.
Say sistemi, formal dil olaraq, obyektləri (ədədləri) adlandırmağa, yazıb-oxumağa və hesabi əməllər icrasına imkan verir.
İnformasiyanın kodlaşdırılması zamanı ikilik simvollardan (0 və 1) istifadə olunur. Müasir kompüterlər mətin (simvol), məntiqi, qrafik, səs və s. informsiyanı kodlaşdırmaq mümkündür.
Simvol tipliinformasiyanın kodlaşdırılması üçün müxtəlif kod sistemləri yaradılmışdır: ASCII, UNICODE, КОИ-8, Windows-1251 və s.
Bütün informasiya növləri kompüterin yaddaşına ikilik say sisteminin bazis rəqəmləri olan 0 və 1 rəqəmlərinin vasitəsilə yazılıb saxlanılır. Belə təsvir ikilik say sisteminin təsviridir.
Kompüterdə elektrik siqnallarının iki vəziyyəti olur: siqnalın olması (gərginliyin olması) – 1; siqnalın olmaması (gərginliyin olmaması) – 0. Ona görə də kompüterdə ikilik məntiqdən istifadə olunur, yəni ikilik say sistemi əsasında işləyir. 0 və 1 ikilik say sisteminin rəqəmləridir. Belə ki, kompüterdə gedən bütün hesblama əməliyyatları 0 və 1 rəqəmlərinin köməyi ilə aparılır, digər rəqəm və simvollar kompüter tərəfindən tanınmır. Kompüterdə verilənlər ikilik ədədlər şəklində təsvir edildiyindən maşına daxil edilən hər bir simvolun ikilik rəqəmlərdən ibarət xüsusi kodundan istifadə edilir. Yəni hər bir simvolun (klaviatura üzərində yerləşən) bir və sıfırlardan ibarət öz kodu var. Bu kodlar müxtəlif standartlarda öz ifadəsini tapıb. Hazırda dünyada çox geniş yayılmış standartlardan biri ASCII (Amerikan Standart Code for İnformation İnterchange- informasiya mübadiləsi üçün standart amerika kodu)kodudur. Bu standartda bütün hərflər, rəqəmlər və digər işarələrin hər birinin ikilik rəqəmlərdən ibarət olan xüsusi kodu var. Bu kodun uzunluğu 8 rəqəmlidir, yəni bu kodlar 8 dənə 1 və 0 rəqəmləri ardıcıllığından ibarətdir. Beynəlxalq Standartlaşdirma Təşkilatının (İSQ) bütün milli əlifbaların simvollarının kodlaşdırılması üçün tərtib etdiyi UNİCODE kodlaşdırma cədvəlidir. Bu kodlaşdirmada hər bir simvolun təqdimatı üçün unikal 16 bitli kombinasiyadan istifadə edilir. Bu standarta görə kodlaşdırılan simvolların sayı 216- ya, yaxud 65536-ya bərabərdir, yəni bu standartda 1 simvol 16 dənə 1 və o rəqəmləri ardıcıllığından ibarətdir.
Beləliklə, kompüterin yaddaşında informasiya ilə bağlı bütün mümkün əməliyyatların hamısı ikilik say sistemində verilmiş ədədi kodlar üzərində aparılır.