Məsələn: ASCII-də A hərfi-01000001; B hərfi-01000010: “.” (nöqtə işarəsi)-00101110; “.” (vergül işarəsi) -00101100 və s. kimi ifadə edilir, yəni əgər biz kompüterə “BABA” sözünü yazırıqsa, onda yaddaşa bu sözün aşağıdakı kodu daxil olur. 01000010010000010100001000001
ASCII cədvəlində 256 simvolun kodu təsvir olunmuş və bu kodlar kompüterə tanıdılmışdır. Bu kod sistemində (əlifbada) yerləşən simvollar əsasən 3 yerə ayrılır:
Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər) kompüter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir, bu simvollar bəzən idarəedici simvollar (Non Printable) da adlanırlar.
32-dən 127-yə qədər olan kodlar dünyadakı bütün kompüter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil edir. Buraya durğu işarələri, ərəb rəqəmləri, latın əlifbasının böyük və kiçik hərfləri və s. daxildir.
128-dən 255-ə qədər olan kodlar isə milli əlifbalar üçün nəzərdə tutulmuşdur. Burada müxtəlif ölkələr öz simvollarını yerləşdirirlər.
ASCII kodlaşdırma sisteminə əsasən maksimum 256 simvolu kodlaşdırmaq olar. 256=28 olduğundan burada hər bir simvol üçün kompüterin yaddaşında 8 bitlik (8 bit=1 bayt) yer ayrılır. Təəssüf ki, ASCII kod sistemi bəzi milli əlifbaların (Azərbaycan, Çin və s.) tam şəkildə təsvirinə imkan vermədiyindən daha geniş kod sistemi – UNICODE kod sistemi yaradılmışdır. Bu kod sistemində isə maksimum 65536 simvol kodlaşdırıla bilər. 65536=216 olduğundan burada 1 simvol yaddaşda 16 bit=2 bayt yer tutur. Qeyd:Unicode kodlaşdırmada1 bayt simvola, 1 bayt əlamətinə yer ayrılır.
ASCII kod cədvəli
Mövzuya aid tapşırıq nümunələrinə baxaq. Nümunə 1: 16 bitlə kodlaşdırıla bilən ən böyük natural ədəd hansıdır.
Cavab: n bitlə kodlaşdırılan ən böyük ədəd: 2n – 1 olduğundan, 16 bitlə kodlaşdırılan ən böyük ədəd: 216 – 1 = 65535 olacaq.