Sürüşən nöqtəli formada ədəd təsvir olunur:
x = mqp Burada m - ədədin mantissasi,
q – say sisteminin əsası,
p - tərtibdir.
Misal 1. 12.5 ədədini sürüşən nöqtəli formada təsvir etməli.
12.5 = 12.5× 100 = 1.25× 101 = 0.125 × 102 Göründüyü kimi, mantissada nöqtənin yerini sürüşdürməklə eyni ədədi müxtəlif cür yazmaq olar. Bu zaman nöqtənin yerinə uyğun tərtibin qiyməti dəyişir.
Kompüterdə sürüşkən nöqtəli ədədin birmənalı təsvirini almaq üçün ədədin normallaşdırılmış formasından istifadə olunur. Normallaşdırılmış ədəddə mantissa bu şərti ödəməlidir: q-1 ≤ m< 1 Yəni nöqtənin yeri ədədin qiyməti (sıfırdan fərqli) rəqəmindən əvvəl qeyd edilir.
1-ci misalda verilən 12.5 ədədinin normallaşdırılmış forması 0.125 × 102-dir. Şəkil 1.2-də sürüşən nöqtəli ədədlərin kompüterdə təsvir sxemi göstərilmişdir.
Kompüterdə sürüşkən nöqtəli ədədlərin emalı zamanı mərtəbə steki dollub daşa bilər. Yəni hər hansı əməliyyat nəticəsində daha böyük tərtibli ədəd alına bilər. Bundan əlavə nəticə olaraq maşın sıfırları, tərtibi ən minimal tərtibdən kiçik olan sıfırdan fərqli normallaşmış ədədlər alına bilər. Maşın sıfırları mantissa və təribin sıfırlardan ibarət olmasıdır. Əgər mantissanın mərtəbələrinin sayı kompüterdə onun üçün ayrılmış mərtəbədən böyükdürsə mantissa yuvarlaqlaşdırılır, kiçik mərtəbələr atılır. Normallaşmış 2-lik ədədlər üçün ayrılmış diapazon aşağıdakı bərabərsizliklə qiymətləndirilir:
Həqiqi ədədlərin təsvirinin üç standart formatı var:
Birqat dəqiqlikli-32 mərtəbəli kompüterlərdə mantissa üçün 24 mərtəbə (3 bayt), tərtib üçün 8 mərtəbə (1 bayt) ayrılır. Mantissanın işarəsi 0-cı, tərtibin işarəsi isə 24-cü mərtəbədə yazılır (müsbət – “0”, mənfi – “1”). Tərtibin qiyməti üçün ayrılan 7 mərtəbədə 127 diapazonunda onluq ədəd yazıla bilər ki, bu da istənilən qədər kiçik və böyük ədədlərin təsviri üçün tam kifayət edir.
İkiqat dəqiqlikli-64-mərtəbə ayrılır. 53 mərtəbə mantissaya, 11 mərtəbə tərtibə ayrılır
Genişləndirilmiş həqiqi ədədlərə-80 mərtəbə ayrılır. 64 mərtəbə mantissaya, 16 mərtəbə tərtibə ayrılır
Mikroprosessor sistemlərində və fərdi kompüterlərdə simvol verilənlərin təsviri üçün ASCII (American Standart Code for İnformation Interchange – İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodu) kodundan istifadə olunur. Beynəlxalq miqyasda qəbul olunan bu kod milli hərfləri daxil etməklə genişləndirilir.
Bu kodların hamısında hər bir simvol 8 mərtəbəli (1 bayt) ikilik kodla təsvir olunur. Beləliklə, bu kodlar vasitəsilə 256-ya qədər müxtəlif işarələri kodlaşdırmaq olar. Bu isə latın əlifbasının başqa bir neçə digər əlifbanı kodlaşdırmağa imkan verir.
ASCİİ kodu dünya miqyasında milli əlifbaların hamısının kompüterdə təsvirinə imkan vermir. Odur ki, 2000-ci ildən başlayaraq simvol tipli verilənlərin təsviri üçün “Unicode” (universal kod) adlanan standart koddan istifadə edilir. Bu kodda hər bir simvol üçün 2 bayt ayrılır ki, bu da 65536 sayda müxtəlif simvolları təsvir etməyə imkan verir.