3. DİZYUNKSİYA (məntiqi hasil).
İki x, y mülahizəsinin dizyunksiaysı ele yeni mülahizədir ki, o x, y mülahizələrindən heç olmasa biri doğru olanda doğrudur, hər ikisi eyni zamanda yalan olanda yalandır.
х, у mülahizələrinin dizyunksiyası х у simvolu ilə işarə olunur, “x və ya y” kimi oxunur. х, у mülahizələri dizyunksiyanın hədləri adlanır. İki х və у mülahizəsinin dizyunksiyasını bütün mümkün qiymətləri aşağıdakı doğruluq cədvəlinin köməyi ilə təsvir olunur:
x
y
xy
1
1
1
1
0
1
0
1
1
0
0
0
Məsələn, «DFE üçbucağında D və ya E bucağı itidir” doğrudur, çünki aşağıdakı mülahizələrdən mütləq biri doğrudur: «DFE üçbucağında D bucağı itidir», «DFE üçbucağında E bucağı itidir». Gündəlik nitqimizdə “və ya” əlaqəsi müxtəlif mənada işlənir: istisna edən və istisna etmətən. Məntiq cəbrində isə “və ya ”əlaqəsi həmişə istisna etməyən mənasında işlənir.
Dizyunksiya və inkarın tərifindən aydındır ki, mülahizəsi həmişə doğrudur.
4. İMPLİKASİYA.
İki x, y mülahizələrinin implikasiyası ele yeni mülahizədir ki, o x doğru, yyalan olanda yalan, bütün digər hallarda isə doğrudur..
x,y mülahizələrinin implikasiyası (və ya ) simvolu ilə işarə olunur, “əgər х, onda y” və ya ”x-dən y çıxır” kimi oxunur. xmülahizəsi şərt və ya mühakimə, y mülahizəsi isə nəticə və ya xülasə adlanır, -mülahizəsi isə izləmə və ya implikasiya adlanır.
İmplikasiya əməliyyatının məntiqi qiymətləri aşağıdakı doğruluq cədvəlində verilib:
X
y
x y
1
1
1
1
0
0
0
1
1
0
0
1
Məsələn, “əgər 12 ədədi 6-ya bölünürsə, onda o 3-ə də bölünür” mülahizəsi aydındır ki, doğrudur, çünki burda “12 ədədi 6-ya bölünür” mühakiməsi həqiqətdir və “12 ədədi 3-ə bölünür” nəticəsi həqiqətdir.
Məntiq cəbrində “əgər..., onda...” sözlərinin istifadəsi onların gündəlik nitqimizdəki ifadəsindən fərqlənir. Adi nitqdə biz bir qayda olaraq hesab edirik ki, əgər x mülahizəsi yalandırsa, onda “əgər x, onda y” mülahizəsinin ümumiyyətlə mənası yoxdur. Bundan əlavə, gündəlik nitqimizdə “əgər x, onda y” şəklində cümlə qurarkən biz həmişə hesab edirik ki, ycümləsi x cümləsindən alınır. Məntiq cəbrində “əgər ..., onda ....” sözlərinin istifadəsi bunu tələb etmir, çünki burda mülahizələrin məzmununa baxılmır.
İmplikasiya riyazi isbatlarda əhəmiyyətli rol oynayır, çünki bir çox teoremlər şərt formasındadır “əgər x, onda y”. Əgər bu zaman x-in doğruluğu məlumdursa, və implikasiyasının doğruluğu isbat olunubsa, onda biz y nəticəsinin doğru olması haqqında qərar qəbul edə bilərik.