Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


MÖVZU – 11. MƏNTİQ FUNKSIYALARI, MƏNTİQ SXEMLƏR



Yüklə 1,11 Mb.
səhifə41/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   37   38   39   40   41   42   43   44   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

MÖVZU – 11. MƏNTİQ FUNKSIYALARI, MƏNTİQ SXEMLƏR

Kompüterin iyerarxik quruluşunun ən aşağı hissəsində rəqəmsal-məntiqi səviyyə və ya aparat təminatı yerləşir. Rəqəmsal kompüterlərin quraşdırılmasında istifadə olunan elementlər ikiqiymətli məntiq cəbrinə əsaslanır. Rəqəmli sxemlər bir-nüçə sadə elementlərin birləşdirilməsi nəticəsində, onların müxtəlif kombinasiyaları şəklində quraşdırılır. İkilik informasiyanin kodlaşdırılmasinin müxtəlif fiziki üsulları var. Əsasən 1 - gərginliyin yüksək, 0- isə aşağı səviyyəsi ilə kodlaşdırılır. Məsələn:


Kompüterdə bitlərin saxlanması üçün elə qurğu lazımdır ki, onun iki vəziyyəti olsun. Belə qurğu kimi, məntiq sxemlərindən istifadə olunur. Məntiq sxemləri ventillər də adlanır. Məntiq sxemlərinin əsasını çox kiçik yarımkeçirici tranzistorlar təşkil edir. Elementar məntiqi əməlləri reallaşdıran dövrələr kompüterlərin işini təmin edən qurğuların əsas tərkibini təşkil edir. Bu qurğular vasitəsilə məntiq əməlləri yerinə yetirilir.
Ventil, ona daxil edilən verilənlərə (siqnallara) əsasən məntiq əməllərinin nəticəsini verir. Bu sxemlərdə 0 və 1-lər gərginliyin səviyyəsi kimi təsvir olunur, 0-1 gərginlikli siqnallarda 0-nəticəni, 2-5V gərginlikli siqnalda 1-nəticəsinin verir.

Məntiq sxemlərinin əsasını məntiq cəbrinin riyazi aparatı, yaxud Bul cəbri təşkil edir. (Bul XIX əsrin riyaziyyatçısının soy adıdır). Məntiq cəbrinin köməyilə sxemi tərtib etmək, tələb olunan bütün iş şəraitini riyazi olaraq yazmaq və bu şərtlərə görə rele və kontaktlarının sayı minimum olan sxemin tənliyini almaq olar.


Hal-hazırda sxemlər ventillər ardıcıllığı şəklində quraşdırılmır. İndi standart bloklar modullar şəklində olub, ventillər sırasından ibarətdir. Kompüterlərdə müxtəlif quruluşa malik məntiq sxemlərindən istifadə olunur.
Məntiq sxemlərinin strukturunu və fəaliyyətini təsvir etmək üçün, sxemin giriş, çıxış və daxili nöqtələrinə bul cəbrinin dəyişənləri (0 və 1) qarşı qoyulur. Bəzi əsas məntiq funksiyalarını nəzərdən keçirək (https://www.semestr.online/graph/logic-gate.php):




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin