Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə38/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

1. İNKAR
x mülahizəsinin inkarı elə yeni mülahizədir ki, x yalan olduqda doğrudur, x doğru olduqda isə yalandır. X mülhizəsinin inkarı ilə işarə olunur və “x-in inkarı” və ya “x doğru deyil” kimi oxunur. mülahizəsinin məntiqi qiymətlərini cədvəlin köməyi ilə aşağıdakı şəkildə təsvir etmək olar:



x



1

0

0

1

Bu şəkilli cədvəlləri doğruluq cədvəlləri adlandırırlar.


Tutaq ki, х mülahizədir. də mülahizə olduğundan onun inkarını da tapmaq olar, yəni mülahizəsini, bu isə x mülahizəsinin ikiqat inkarı adlanır. Aydındır ki, və х mülahizələrinin məntiqi qiymətləri üst-üstə düşür.
Məsələn, для высказывания «Kür çayı Xəzər dənizinə tökülür» mülahizəsi üçün inkar mülahizə budur: «Kür çayı Xəzər dənizinə tökülmür» mülahizəsidir və ya «Doğru deyil ki, Kür çayı Xəzər dənizinə tökülür», ikiqat inkarı isə «Doğru deyil ki, Kür çayı Xəzər dənizinə tökülmür» mülahizəsidir.
2. KONYUKSİYA (məntiqi vurma)
İki x, y mülahizəsinin konyuksiyası ele yeni mülahizədir ki, hər iki x, y mülahizəsi eyni zamanda doğru olduqda doğrudur, onlardan heç olmasa biri yalan olduqda isə yalandır (yəni digər bütün hallarda).
x, y mülahizələrinin konyuksiyası x&y və ya (xy), simvolları ilə işarə olunur və “xy ” kimi oxunur. x, y mülahizələri konyuksiyanın hədləri adlanır. İki xy mülahizələrinin konyuksiyasının bütün mümükün qiymətləri aşağıdakı doğruluq cədvəli vasitəsilə təsvir olunub.

x

y

xy

1

1

1

1

0

0

0

1

0

0

0

0



Məsələn, “6 2-yə bölünür” və “ 6 3-ə bölünür” mülahizələri üçün onların konyuksiyası “6 həm 2-yə, həm də 3-ə bölünür” mülahizəsidir ki, doğruluğu aydındır.


Konyuksiya əməliyyatını tərifindən görünür ki, “və” əlaqəsi məntiq cəbrində gündəlik nitqimizdəki mənada işlənir. Lakin adi nitqdə məmzunca bir-birindən uzaq olan iki mülahizəni “və” əlaqəsi ilə birləşdirmək qəbul olunmayıb, məntiq cəbrində isə istənilən iki mülahizənin konyuksiyasına baxılır.
Konyuksiya və inkar əməliyyatlarının tərifindən aydındır ki, mülahizəsi həmişə yalandır.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin