İnformasiya sistemi – verilənlər bazasındakı informasiya, onu emal etməyi təmin edən informasiya texnologiyaları və texniki vasitələr toplusudur.
Sistemə xarici və ya daxili mənbələrdən daxil edilən informasiya emal olunur və istifadəçi üçün rahat şəkildə təqdim olunur, tələbatçıya və ya digər sistemə ötürülür.
Emal edilmiş çıxış informasiyası əks əlaqə vasitəsilə giriş informasiyanın təshihi üçün ötürülə bilər.
İnformasiya sisteminin əsasında proqram kompleksi durur. Həmin proqram bir tərəfdən adi proqram məhsuludur, amma standart tətbiqi proqramlardan əhəmiyyətli dərəcədə fərqi var. Digər tərəfdən informasiya sistemləri predmet sahəsindən asılı olaraqfunksiyalarına, arxitekturasına, realizasiyasına görə bir-birindən çox güclü fərqlənə bilərlər.
Kod – bir işarələr (və ya sözlər) yığımından digərinə inikası təmin edən qayda və ya inikas zamanı alınan surətlər çoxluğudur. İnformasiya təqdimatının bir formadan (işarələr sistemindən) digərinə keçirilməsinə kodlaşdırma deyilir.
Kompüter yalnız ədədi informasiyaları emal edir. Digər informasiyalar kompüterdə emal olunmaq üçün ədədi (rəqəmsal) şəklə çevrilməlidir. Hərfi şəkildə olan informasiyanın rəqəmlərə uyğunlaşdırılması kodlaşdırma adlanır. Kod informasiyanın təsviri üçün sonlu sayda şərti işarələr sistemidir. İnformasiya verilənlər formasında mühafizə edilir. Kodlaşdırma mahiyyətcə, tərcümə olduğundan, uyğunluq (ekvivalentlik) cədvəlinə (lüğətə) əsaslanır. İnformasiya mübadiləsi zamanı kodlaşdırma (tərcümə) və dekodlaşdırma (əks tərcümə) baş verir. Məsələn, klaviatura sıxılan düymə kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürdükdən sonra monitor həmin 2-lik rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.
Verilənlərin yazılması – siqnalların qeyd edilməsi prosesidir. İnformasiya kodlaşdırma vasitəsilə verilənlər formasına keçir.
“Verilənlər” (ingiliscə “data”) texniki vasitələrlə (məsələn kompüterlə) saxlanılması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər – qeyd olunmuş siqnallardır. Onlar informasiya ilə tamamilə eyni deyil. Belə ki, bütün siqnallar “faydalı” olmur, həmişə hər hansı kənar siqnalların müəyyən səviyələri də iştirak edir. Verilənlər daima saxlama, ötürmə və emal üçün yararlı formada təsvir olunmuş ölçmə, müşahidə, hesablama vasitəsi ilə alınan məlumatlardır.
Verilənlərin aşağıdakı tipləri var: