Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


İnformasiyanın toplanması



Yüklə 1,11 Mb.
səhifə20/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   16   17   18   19   20   21   22   23   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumat alınması ilə aparılır. İnformasiyanın toplanması prosesi adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki qurğular tərəfindən reallaşdırılırlar.
İnformasiyanın ötürülməsi. Toplanan informasiya emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompüterlərdə istifadə olunan daşıyıcılarda – maqnit və lazer disklərində, digər yaddaş qurğularında saxlanır.
İnformasiyanın axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Avtomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır. İnformatikanın əsas problemi informasiya emalıdır.
Emal prosesinə görə informasiyalar aşağıdaklara bölünür:

İnformasiya prosesləri müxtəlif mərhələləri özündə saxlayır. Belə ki, toplanan informasiyanın emal edilməsi üçün həmin informasiyalar müxtəlif kanallara emal vasitələrinə ötürülməlidir. İnformasiyanın tam emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Avtomatlaşdırılmış üsulla emal olunan informasiya istifadəçilərə mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
İnformasiya proseslərinin aftomatlaşdırılmasının ümumi sxemi şəkildə verilmişdir.

Qeyd etmək lazımdır ki, son dövrlərdə “İnformatika” termini əvəzinə “Kompüter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur. “Texnologiya” sözü yunan dilindən tərcümədə (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. İnformasiya texnologiyası sisteminin komponentləri kimi texniki vasitələr kompleksi, proqram təminatı vasitələri, təşkilati-metodik vasitələr əsas götürülə bilər. İnformasiya texnolgiyasının məqsədi insan tərəfindən anali üçün informasiyanın hasilatı və sonra hər hansı fəaliyyətin həyata keçirilməsi üçün qərar qəbul etməkdir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin