Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə19/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   15   16   17   18   19   20   21   22   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Mətn tipli – kitablarda, kompüterimizdə gündəlik rast gəldiyimiz mətnlər, yazılı fayllar

  • ədədi – üzərində hesablama və riyazi əməllər icra olunan informasiya

  • məntiqi – 0 (false) və 1 (true) şəklində təqdim olunan informasiya

  • qrafiki – müxtəlif təsviri informasiyalar (məsələn: şəkillər, sxemlər, diaqramlar)

  • audio – dinlədiyimiz, eşitdiyimiz bütün məlumatlar (məsələn: musiqi, xəbər, səs yazısı və s.)

  • video – görüntülü şəkildə baxdığımız, gördüyümüz informasiyalar (məsələn: filmlər, kliplər və s.)

    multimedia –bütün növ informasiya vasitələrinin təsvirini və realizasiyasını özündə birləşdirir
    İnformasiyanı müxtəlif üsullarla təsnifləndirmək olar. Informasiyanı təsnif edərkən, əsasən, aşağıdakı əlamətlər nəzərə alınır:

    • formasina görə (sənəd və elektron informasiyalar);

    • məzmununa görə (elmi, texniki, iqtisadi, bədii, estetik, hüquqi və s. informasiyalar);

    • təsvir aspektinə görə (semantik, statistik, faktoqrafik, faktoloji informasiyalar);

    • informasiya daşıyıcısına görə (kağız, elektron informasiyalar);

    • dil tipinə görə (təbii, süni dildə yazılan informasiyalar);

    • dövriliyinə görə (cari, retrospektiv, prespektiv informasiyalar);

    • emal dərəcəsinə görə (ilkin, törəmə informasiyalar).

    İnformasiyanın təqdim olunma (verilmə) üsulları aşağıdakılardır:

    • mətn

    • ədədi

    • qrafiki

    • səs

    • kombinasiyalı

    Yaranma mənbəyinə görə informasiyalar aşağıdakılara ayrılırlar:

    • giriş və çıxış

    • daxili və xarici



    MÖVZU – 4. İNFORMASİYA PROSESLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

    Kompüter texnikasının yaranması və inkişafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir. Avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur. Adi halda informasiya prosesləri insan, avtomatlaşdırılmış halda isə texniki qurğular tərəfindən reallaşdırılırlar.


    İnformasiya prosesləri dedikdə, aşağıdakılar nəzərdə tutulur: İnformasiyanın toplanması, saxlanması, ötürülməsi, axtarışı, emalı və mühafizəsi.

    Yüklə 1,11 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   15   16   17   18   19   20   21   22   ...   70




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin