Multimediynın həcmi = 2048 + 1375 = 3423 Meqabayt
Qrafiki informasiyanın kodlaşdırılması. Qrafik təsvir dedikdə, adətən, şəkillər nəzərdə tutulur. Qrafik təsvirlər üfiqi və şaquli piksellər (nöqtələr) çoxluğundan ibarətdir. İstənilən tip informasiyada olduğu kimi qrafiki verilənlər də kompüterin yaddaşında ikilik kodlar şəklində saxlanılır. Qrafik təsvirin yddaşda tutduğu yer 2 parametrlə müəyyən olunur:
Üfüqi və şaquli nöqtələrinin sayı. Qrafik təsvir nə qədər çox nöqtələrdən ibarət olarsa təsvir həm bir o qədər keyfiyyətli, həm bir o qədər yaddaşda çox yer tutar.
Rəng çalarlarının sayından. Rəng çalarlarının sayı nə qədər çox olarsa, yaddaşda bir o qədər çox yer tutar.
Qrafik təsvirin nöqtələri N*M şəklində verilib. Burada N şaquli nöqtələrin sayı, M üfüqi nöqtələrin sayın göstərir. Bütün nöqtələrin sayı isə üfiqi və şaquli nöqtələrin hasilinə bərabərdir.
Qrafik təsvirin nöqtələri müəyyən rəngə malik olur. Nöqtələr birləşərək bütövlükdə obyektin rəngini formalaşdırır. Hər bir rəng 2-lik kod şəklində kodlaşdırılır. Əgər təsvir 256, yəni 28 rəng çalarına malikdirsə, hər bir pikseli yaddaşda 8 bit yer tutacaq.
Qeyd:
2n rəng çalarına malik olan qrafik təsvirin bir pikselinin rəngi yaddaşda n bit yer tutur.
n bitlə 2n sayda rəng çalarını kadlaşdırmaq olar.
Hər bir təsvirin həcmini hesablamaq üçün təsvirdəki piksellərin sayı bir pikselin yaddaşına vurulur.
Təsvirin həcmi = Piksel sayı * 1 pikselin həcmi (bitlə)
Rəng çalarlarının sayı = 2N bit, burada N, 1 pikselin həcmidir.
Hər bir pikselin həcmi isə onu təşkil edən rəng çalarlarının sayından asılıdır. Məsələn, 2 rəngə malik ağ-qara təsvirdə 2=21 olduğundan 1 pikselin həcmi 1 bitdir, 256 rəng çalarına malik təsvirdə isə 256=28 olduğundan 1 pikselin həcmi 8 bitdir və s.
Rəng modelləri. Rəngli qrafik təsvirlərin kodlaşdırılması üçün rənglərin əsas tərkib hissələrinə ayrılması (dekompozisiya) prinsipi istifadə olunur: R – red, G – green, B – blue. Bu onunla əsaslandırılır ki, istənilən rəngi göstərilən 3 rəngin qarışdırılması ilə almaq olar. Belə kodlaşdırma sistemi rənglərin 1-ci hərfinə əsasən RGBsistemi adlanır. Qrafik təsvirləri formlaşdırmaq üçün bir neçə rəng modeli mövcuddur – RGB, CMYK, HSV, HSL və s. RGB sistemində olan qrafik təsvirin bir pikseli yaddaşda 3 bayt, yəni 24 bit yer tutur. RGB modelində 224 sayda rəng mövcuddur.
Dekompozisiya prinsipi ilə əlavə rənglər (abı – Cyan, bənövşəyi – Magenta, sarı - Yelow) üçün də tətbiq olunaraq, yəni rənglərin qarışdırılması yolu ilə almaq olar. Rəngin kodlaşdırılmasının belə metodu poliqrafiyada istifadə olunur ki, burada əlavə olaraq 4-cü rəng qara (Black) istifadə edilir. Bu kodlaşdırma sistemi CMYK adlanır.
Rəngli qrafika ilə iş zamanı kodlaşdırmanın indeksi metodu tətbiq olunur. Burada rastrın hər bir nöqtəsinin kodu rəng deyil, onun palitra adlanan və hər hansı bir sorğu cədvəlində saxlanılan nömrəsini (indeksini) saxlayır. Qrafiki informasiya dispileyin ekranında nöqtələrdən (piksellərdən) formalaşdırılır. Piksel (picture) təsvir elementi deməkdir. Ekran pikselinin ölçüsü təxminən 0,0018 düym-ə bərabərdir.