Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


İnformasiyanın mühafizəsi



Yüklə 1,11 Mb.
səhifə63/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   59   60   61   62   63   64   65   66   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. İnformasiya sistemində informasiyanın mühafizəsi probleminə proqram və aparat vasitələrinin mühafizəsi problemi ilə birlikdə baxılması məqsədəuyğundur.
İnformasiyanın mühafizəsi üçün mövcud informasiya təhlükəsizliyi sisteminin aşağıdakı kompleks tədbirlər və texniki həllər daxil olmalıdır:

  • İnformasiya kanalları və resurslarına yad təsirləri ləğv etmək yolu ilə informasiya mühitinin normal işləməsinin təminatı;

  • İnformasiya mühitindən düzgün olmayan şəkildə istifadə etməklə bütövlüyün pozulmasına gətirib çıxara biləcək müxtəlif cəhdlərin aşkarlanması və ləğv edilməsi yolu ilə informasiyanın icazə verilməmiş (icazəsiz) daxil olmalardan mühafizə edilməsi;

  • İstifadəçilərin və xidməti heyətin səlahiyyətsiz hərəkətlərini sübut edən daxili mühafizə vasitələrinin dağıdılmasının qarşısının alınması;

Proqram təminatı və texniki vasitələrin normal işləməsinə mane olan bütün “vürusların” və digər ziyanverici proqram məhsullarının zərərsizləşdirilməsi.
Kompüter şəbəkələrində təhlükələrin təsnifatı
Təhlükə dedikdə sistemə dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur.
Təhlükələri müxtəlif siniflərə ayırmaq olar. Meydana çıxma səbəblərinə görə təhlükələri təbiisüni xarakterli təhlükələrə ayırırlar. Süni xarakterli təhlükələr də öz növbəsində bilməyərəkdənqəsdən törədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə görə təhlükələrin üç əsas növü ayırd edilir:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin