İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. İnformasiya sistemində informasiyanın mühafizəsi probleminə proqram və aparat vasitələrinin mühafizəsi problemi ilə birlikdə baxılması məqsədəuyğundur.
İnformasiyanın mühafizəsi üçün mövcud informasiya təhlükəsizliyi sisteminin aşağıdakı kompleks tədbirlər və texniki həllər daxil olmalıdır:
İnformasiya kanalları və resurslarına yad təsirləri ləğv etmək yolu ilə informasiya mühitinin normal işləməsinin təminatı;
İnformasiya mühitindən düzgün olmayan şəkildə istifadə etməklə bütövlüyün pozulmasına gətirib çıxara biləcək müxtəlif cəhdlərin aşkarlanması və ləğv edilməsi yolu ilə informasiyanın icazə verilməmiş (icazəsiz) daxil olmalardan mühafizə edilməsi;
İstifadəçilərin və xidməti heyətin səlahiyyətsiz hərəkətlərini sübut edən daxili mühafizə vasitələrinin dağıdılmasının qarşısının alınması;
Proqram təminatı və texniki vasitələrin normal işləməsinə mane olan bütün “vürusların” və digər ziyanverici proqram məhsullarının zərərsizləşdirilməsi.
Kompüter şəbəkələrində təhlükələrin təsnifatı Təhlükə dedikdə sistemə dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur.
Təhlükələri müxtəlif siniflərə ayırmaq olar. Meydana çıxma səbəblərinə görə təhlükələri təbii və sünixarakterli təhlükələrə ayırırlar. Süni xarakterli təhlükələr də öz növbəsində bilməyərəkdən və qəsdəntörədilən təhlükələrə bölünür. Təsir məqsədlərinə görə təhlükələrin üç əsas növü ayırd edilir: