Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Modifikasiyalı (parametrli) dövr



Yüklə 1,11 Mb.
səhifə62/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   58   59   60   61   62   63   64   65   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Modifikasiyalı (parametrli) dövr



Modifikasiyalı dövri alqoritmlərdən dövrlərin sayı məlum olduqda istifadə edilir. Burada
i dövrün parametri,
ib – dövr parametrinin başlanğıc qiyməti,
is dövr parametrinin son qiyməti,
ia – dövr parametrinin dəyişmə addımıdır.



Qeyd: (modifikasiyalı dövr)
Əvvəlcə i-yə başlanğıc qiymət mənimsədilir. Sonra i-nin qiyməti ia addımı ilə sonuncu qiymətə kimi artır. Hər artımda dövrün gövdəsi icra edilir. Əgər i-nin qiyməti sonuncu qiyməti keçərsə, dövrdən çıxış baş verir.


MÖVZU – 14. İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı olur.


İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:

  • şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;

  • informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı;

  • minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya sistemində saxlanan və emal edilən informasiyanın və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən mühafizəliliyi nəzərdə tutulur.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin