Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə65/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   62   63   64   65   66   67   68   69   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Aparat mühafizəsi kompüterin tərkibindəki aparatura və ya xüsusi qurğular vasitəsilə reallaşdırılır. Aparat mühafizə vasitələrinə əsasən prosessorların və əsas yaddaşın, daxiletmə-xaricetmə qurğularının , rabitə kanalları ilə verilənlərin ötürülmə sistemlərinin , elektrik təminat sistemlərinin, xarici yaddaş qurğularının mühafizə vasitələri aiddir.
Proqram mühafizə metodları müxtəlif proqramlar vasitəsilə reallaşdırılır. Həmin proqramlara əməliyyat sistemləri, xidməti proqramlar, antivirus proqramlar, instrumental sistem proqramları, xüsusi mühafizə proqramları daxildir.
İnformasiyanın təşkilati mühafizəsi təşkilati-texniki mtədbirləri, informasiyanın mühafizəsi məsələləri üzrə qanunvericilik aktlarının yaradılması və qəbul edilməsi, cəmiyyətdə informasiyanın istifadə edilməsi üzrə məntiqi-etik normaların təsdiq edilməsi ilə reallaşdırılır.
İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir. Onun həlli üçün tədbirləri aşağıdakı səviyyələrə bölmək olar:

  • qanunvericilik tədbirləri;

  • inzibati tədbirlər;

  • təşkilati tədbirlər;

  • proqram-texniki tədbirlər.

Qanunvericilik tədbirləri müvafiq qanunları, normativ aktları, standartları və s. əhatə edir.
İnzibati tədbirlərin əsas məqsədi təşkilatda informasiya təhlükəsizliyi sahəsində tədbirlər proqramını formalaşdırmaq və onun yerinə yetirilməsini zəruri resurslar ayırmaqla və işlərin vəziyyətinə nəzarət etməklə yerinə yetirilməsini təmin etməkdir.
Təşkilati tədbirlər informasiya mühafizəsinin səmərəli vasitələrindən biri olmaqla yanaşı, qurulan bütün mühafizə sistemlərinin əsasını təşkil edir.
Biz aşağıdakı proqram–texniki tədbirləri nəzərdən keçirəcəyik: identifikasiya və autentikasiya, icazələrin idarə olunması, protokollaşdırma və audit, kriptoqrafiya, ekranlaşdırma.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin