Sözlə təsvir olunan alqoritmin icrası insan tərəfindən aparılır, sadə alqoritmlərin təsvirində istifadə olunur. Məsələn: iki ədədin hasilinin tapılması.
Alqoritmik dillə (proqramla) təsvir
Alqoritmin ən yığcam təsvir vasitəsidir. Alqoritmik dildə təsvir olunan proqram ilkin proqram adlanır.
Qrafik (blok-sxemlə) təsvir
Alqoritmin təsvirində ən geniş tətbiq edilən üsuldur. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur. Adətən bir blok alqoritmin bir mərhələsinə uyğun olur.
*Psevdokodla təsvir
Psevdokod (yalançı kod) təbii və formal dillər arasında yerləşir, vahid şəkildə yazılış üçün nəzərdə tutulan işarə və qaydalar sistemindən təşkil olunur. Mürəkkəb alqoritmlərdə proqramlaşdırma dilində yazmazdan qabaq bu üsulla təsvir olunur.
Sözlə təsvirzamanı alqoritmin addımları təbii dil vasitəsilə ifadə olunur və addımlar nömrələnmiş sətirlər şəkilində verilir. Bu təsvir alqorimmin israsının insan tərəfindən aparıldığı halda əlverişli olur.
Misal: ax=b xətti tənliyini alqoritmik təsvir edək:
Başlanğıc. a=0 yoxlamalı. Əgər doğrudursa 5-ci, əgər yalandırsa 2-ci addıma keçməli.
b- ni a-ya bölməli.
Nəticəni çap etməli.
Prosesi qurtarmalı.
b=0 yoxlamalı. . Əgər doğrudursa 8-ci, əgər yalandırsa 6-ci addıma keçməli.
Qrafik təsvirdə alqoritmin addımlarını göstərmək üçün müxtəlif bloklardan istifadə olunur. Qrafik təsvirə blok-sxemlərlə təsvir də deyilir. Bloklar həndəsi fiqurlar şəklində ifadə olunur. Bu təsvir zamanı aşağıdakı bloklardan istifadə olunur: