Verilənlərin qiymətini, təsvir formasını və ya yerləşməsini dəyişən əməliyyat və ya əməliyyatlar qrupu
Daxiletmə-xaricetmə Bloku
Verilənlərin daxil edilməsi və ya xaric edilməsi
Məntiqi blok (şərt,seçmə)
Müəyyən şərtdən aslı olaraq hesablama istiqamətinin seçilməsi
Dövr (modifikasiya) Bloku
Dövrü strukturlu alqoritmlərin təsviri
Çapetmə
Nəticələrin çap edilməsi
Altalqoritm və ya altproqram
Əvvəlcədən hazırlanmış alqoritmlərdən və ya proqramlardan istifadə olunması
*Birləşdirici blok
Əgər blok-sxem bir neçə səhifədə yerləşirsə, blok-sxemin hissələri arasında əlaqə yaradır.
Şərh bloku
Transilyator tərəfindən transilyasiya olunmayan, izahı verilən hissələr
Psevdokod - alqoritmin təsviri üçün struktur proqramlaşdırma dilinə yaxın özündə təbii dili əks etdirir. Psevdokod adi alqorimdən dəqiq və ciddi təsviri, işçi sözlərdən istifadə olunması ilə fərqlənir. İşçi sözlər mütləq altından xətt çəkməklə seçilir. Əsasən əgər, onda, əkshalda, hələ, arq (arqument), baş, db,ds (dövrün başlanğıcı və sonu), nəticə və s. işçi sözlərindən istifadə olunur.
Alq minimum
Verilib x, y, z tam ədədləri
Lazımdır min – x, y, z ədədlərinin ən kiçiyi
Baş Tam s, k Daxil et x, y əgər x < y onda min=x əks halda min=y tamam çap et “Minimum”, min son ALQORİTMİN NÖVLƏRİ Alqoritmin addımlarının yerinə yetirilmə ardıcıllığından asılı olaraq aşağıdakı növləri var:
Alqoritmlərin tipik strukturları (növləri)
Xətti
Xətti strukturlu alqoritm bir neçə ardıcıl şəkildə yerinə yetirilən əməliyyatlardan ibarətdir.
Budaqlanan
Budaqlanan strukturlu alqoritm müəyyən şərtdən aslı olaraq iki istiqamətdən birini seçir. İstiqamətin seçilməsini şərt bloku təyin edir.
Dövri
Hesablamalar apararkən çox vaxt dəyişənlərin müxtəlif qiymətlərində eyni əməliyyatın yerinə yetirilməsi təkrarlanır. Bu zaman məsələnin həllini dövri strukturlu alqoritmlərin vstisəilə həlli daha əlverişli olur.
XƏTTİ STRUKTURLU ALQORİTMLƏR Əgər alqoritmin addımları verildiyi ardıcıllığa uyğun olaraq bir xətt üzrə yerinə yetirilərsə belə alqoritmlər xətti alqoritmlər adlanır. Xətti alqoritmik struktur iki və daha çox ardıcıl şəkildə yerinə yetirilən əməliyyatlardan ibarət olur. Bu strukturlarda heç bir şərt və heç bir dövr olmur. Yazıldığı kimi heç bir şərtdən aslı olmayaraq əməliyyatlar bilavasitə bir-birinin ardınca yerinə yetirilir. Bu strukturu sxemi aşağıdakı kimi təsvir etmək olar:
Məsələn, kvadratın sahəsini hesablayan alqoritm xətti alqoritmdir.
Misal1: Tərəfləri a,b,c olan üçbücağın S sahəsinin tapılması üçün alqoritmin sözlə təsviri və blok-sxemi aşağıdakı kimi olar: